Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə46/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

94 
 
kölgəsi dəyişir və pulsasiya edir. Bu tomoqrammada, köndələn proyeksiyalarda daha yaxşı aşkar 
olunur.  Damar  şişi  daha  yaxşı  selektiv  anqiopulmonoqrafiya  zamanı  üzə  çıxır. 
Sadalanansimptomların  hamısı  vərəmdə  aşkar  olunmur,  çünki  angiopulmonoqrafiya  zamanı 
onunla birlikdə ağciyər arteriyası və venası da kontrastla dolur. 
Deyilənlərdən  başqa,  bəzən  qeyri-spesifik  sətəlcəmin  də  şar  şəkilli  forması  olur.  Bəzən 
angiofibroma olur, döş qəfəsi divarında miomaya və bəzilərində isə qabırğanın osteomasına rast 
gəlinir ki, bunların hamısı tuberkuloma ilə differensiasiya olunmalıdır. 
Tuberkulomanın müalicəsi bir qədər mübahisəlidir. Bəziləri tuberkulomanın mütləq cərrahi 
müdaxiləyə cəlb olunmasının, bəzi müəlliflər isə antibakterial müalicə olunmasının tərəfdarıdır. 
Bizim  fikrimizcə,  tuberkuloma  ancaq  aktiv  fazada  antibakterial  uzunmüddətli  vərəm  əleyhinə 
dərmanlarla müalicə olunmalıdır və müxtəlif patogenetik dərmanlardan istifadə edilməlidir. Belə 
hallarda,  xüsusilə  tuberkulomada  dağılma  boşluğu  yaranıbsa  və  о  aktiv  fazadadırsa,  aparılan 
müalicə effekt verir və  tuberkuloma bir sıra hallarda tam sorulub sağala  bilir. Rentgen şəklinə 
görə  qeyri-aktiv  tuberkulomaların,  xüsusilə  gənclərdə  antibakterial  müalicəsi  az  effektli  olur. 
Şarabənzər törəmələr diaqnozu müəyyən olunmadıqda onları müalicə etmək böyük riskdir. Belə 
dəyişməyən  qeyri-aktiv  tuberkuloma  kimi  hallarda  cərrahi  müdaxiləyə  birbaşa  göstəriş  vardır. 
Kiçik  ölçülü  inkapsulyasiya  olunmuş  tuberkulomaların  müşahidəyə  daha  çox  etiyacı  vardır. 
Ümumiyyətlə,  inkapsulyasiya  olunmuş  tuberkulomaların  antibakterial  müalicəsi  çox  zəif  və 
effektsiz olur.  İlk  dəfə aşkar olunmuş  və aktiv formada olan, xüsusilə  də dağılma boşluğu olan 
tuberkulomaları  uzunmüddətli  vərəm  əleyhinə  müalicə  aparmaq,  patogenetik  dərmanlardan 
tuberkulin,  lidaza,  prednizalon,  immunostimulyatorlardan  istifadə  edərək  kazeozun  qopub 
ayrılmasına və yaranmış kavernanın çapıqlaşmasına qədər onu müalicə etmək lazımdır. 
 
 
AĞ CİYƏRLƏRİN KAVERNOZ VƏRƏMİ 
 
Kaverna  latınca  “cava”  -  mağara  deməkdir.  Ağciyərlərin  kavernoz  vərəmi  ağciyər 
toxumasının xəstəlik prosesi nəticəsində dağılması ilə əmələ gələn boşluqdur. Vərəm kavernası 
ağciyərin dağılma fazasında olan infiltrativ vərəmin son, fibroz-kavernoz vərəmin isə başlanğıc 
mərhələsidir. Ağciyərlərin kavernoz vərəmi formalaşmış kaverna ilə xarakterizə olunur. Ağciyər 
toxumasında  destruktiv,  dağılma  prosesi  zamanı  iltihabi  ocaqda  nekrotik  toxumanın xüsusi  bir 
növü  -  kazeoz  və  yaxud  da  kazeozlu  nekroz,  yəni  kəsmikvari  nekroz  əmələ  gəlir.  Əksər 
xəstələrdə  proteolitik  fermentlərin  təsiri  altında  kazeoz  -  kəsmikvari  nekroz  durulaşır,  quru 
kazeoz  kütlələr  mayeyə  çevrilir.  Bronxla  əlaqəsi  olan  belə  durulmuş  kazeoz  tədricən  qopub 
aralanır və boşluq əmələ gəlir. 
Araşdırmalar  göstərir  ki,  kazeozun  durulaşması  təkçə  proteolitik  fermentlərin  təsiri 
nəticəsində  deyil, 
mürəkkəb 
immunobioloji 
proseslərin 
və 
autoaqressiyanın 
nəticəsində 
baş 
verir. 
Bəzi 


95 
 
xəstələrdə iltihabi reaksiyalar əsas etibarilə eksudativ xarakterli olur və sorulmağa, invalyusiyaya 
meylli  olur,  bəzən  tamamilə  sorulur,  bəzən  də  çox  minimal  qalıq  dəyişikliklərlə  nəticələnir. 
Digər  xəstələrdə  isə  eyni  bir  prosesdə  sürətlə  kəsmikvari  nekroz,  yəni  kazeozlu-nekroz  inkişaf 
edir və boşluq, destruksiya yaranır. Vərəm iltihabının inkişafının bu müxtəlifliyinin səbəbi hələ 
tam məlum deyil. Destruksiyanın yaranması prosesin gedişinə və inkişafına olduqca mənfi təsir 
göstərir  və  vərəm  mikobakteriyalarının  bronxogen  yolla  yuxarı  tənəffüs  yollarına,  bağırsaqlara 
keçməsi  təhlükəsini  yaradır,  qanhayxırma  və  yaxud  da  ağciyər  qanaxması  kimi  ciddi 
ağırlaşmaların  inkişafına  gətirib  çıxarır.  Bundan  başqa,  ağciyərlərində  destruksiya  yaranan 
xəstələr xəstəliyin rezervuarına, mənbəyinə çevrilirlər. Ətrafdakıların yoluxma təhlükəsi artır və 
xəstənin  özünün  sağalmasında  bir  sıra  problemlər  yaranır.  Məhz  buna  görədir  ki,  ağciyər 
vərəminin xüsusi bir forması olan kavernoz vərəm və onun patogenezi, diaqnostikası, klinikası, 
müalicəsi  və  profilaktikası  müasir  ftiziatriyanın  vacib  problemlərindəndir.  Orqanizmin 
reaktivliyinin azalması və sensibilizasiyasının yüksəlməsi, superinfeksiyanın mövcüdluğu, digər 
xəstəliklərin qoşulması və bir sıra zərərli təsirlərin olması ağciyər vərəminin istənilən formasının 
şiddətlənməsində  və  kavernanın  yaranmasında  mühüm  rol  oynayan  faktorlardır.  Göstərilən 
faktorların  təsiri  ilə  vərəm  dəyişiklikləri  olan  sahədə  damarların  keçiricilik  qabiliyyəti  artır  və 
vərəm mikobakteriyalarının çoxalması sürətlənir. Qranulyasion toxuma və kazeoz kütlə, limfoid 
elementləri və polinuklearlarla zənginləşir və bunlar da proteolitik fermentlər xaric edir, ətrafda 
perifokal iltihabi zona əmələ gəlir. Sonra nekrobioz və kəsmikvari kütlənin irinli durulaşması ilə 
destruksiya,  boşluq  əmələ  gəlir.  Bir  müddət  bu  dəyişikliklər  qapalı  qalır,  ancaq  aparıcı  bronxa 
yol  açılan  kimi  kəsmikvari  nekroz  aparıcı  bronxa  boşalır  və  azad  olmuş,  boşalmış  nahiyəyə 
atmosfer havası daxil olaraq destruktiv boşluq formalaşır. 
Birincili  vərəmdə  spesifik  sətəlcəmin,  mərkəzi  hissəsinin  əriməsi  nəticəsində  destruktiv 
boşluqların  divarlarını  sətəlcəmə  cəlb  olunmuş  ağciyər  toxuması  təşkil  edir.  Belə  destruksiya 
kəskin pnevmoneogen xarakter daşıyır. 
İkincili vərəmdəki infiltrativ fokusun dağılması da buna bənzər bir hal alır və patomorfoloji 
şəkil  eynilik  təşkil  edir.  Destruktiv  boşluğun  daxili  qatı  kazeoz-nekrotik  kütlədən  ibarət  olub 
polinuklearlarla  zənginləşmiş  olur.  Bundan  sonra  nazik  spesifik  qranulyasiya  zolağı  gəlir.  Bu 
zolaq  dəyişikliyə  uğramamış  ağciyər  toxuması  ilə  əhatə  olunur.  Onun  tərkibində  limfoid 
elementləri,  epitelioid  və  Piroqov-Lanqhans  nəhəng  hüceyrələri  vardır.  Bu  növ  dağılma 
boşluqları  kəskin  hiperergik,  pnevmoneogen  xarakter  daşıyır,  yəni  birincili  vərəmdə  yaranan 
boşluqlara  bənzəyir.  Ayrı-ayrı  yerləşmiş  və  yaxud  da  bir-birinə  qovuşmuş  kiçik  ocaqların 
dağılması zamanı başqa bir patomorfoloji şəkil ortaya çıxır. Belə halda formalaşmış destruksiya 
boşluğunda qalıq kəsmikvari nekroz zonası və perifokal iltihab olmur. Belə boşluğun divarında 
və  ondan  kənarda  kazeoz  və  kirəcləşmiş  inkapsulyasiyalı  ocaqlar  olur.  Qranulyasiya  qatı  onda 
qeyri-bərabər xarakterli olur və zəif inkişaf etmişdir. Bu destruktiv boşluqların ölçüləri о qədər 
də böyük olmur və bunları parafokal, hiperergik adlandırırlar. 
Ağciyərlərin  səpələnmiş  vərəmində  dağılma  boşluqları  özünəməxsus  xarakterə  malikdir. 
Divarları  nazikdir,  daxili  qranulyasion  və  xarici  birləşdirici  toxuma  təbəqələri  zəif  inkişaf 
etmişdir.  Adətən  onlar  dairəvi  olur  və  ştamplanmış  xarakter  daşıyır.  Belə  boşluqlar  simmetrik 
olaraq  ağciyərin  yuxarı  paylarında  yerləşir.  Tuberkulomanın  dağılması  nəticəsində  yaranan 
destruksiya  boşluğunun  da  özünəməxsus  patomorfoloji  strukturu  vardır.  Boşluğun  daxili 
səthində qopub ayrılmamış kəsmikvari nekrozun massiv sahəcikləri vardır. Spesifik qranulyasiya 
qatı və xarici  fibroz kapsulı zəif inkişaf etmişdir. Adətən perifokal  iltihabi  zona  yoxdur. Nadir 
hallarda kazeoz endobronxit nəticəsində boşluq formalaşa bilir. Sonra isə bu boşluq peribronxial 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə