Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə45/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

92 
 
fərqləndirir. Bronxoqrafiya diaqnostik rol oynayır. Adenomanın periferik lokalizasiyası zamanı 
bronxoqrafiya  edərkən  yaxında  olan  kiçik  bronxlar  bir  qədər  sıxışdırılmış  və  sanki  onu  əhatə 
edirmiş kimi görünür. Angiopulmonoqrafiya zamanı isə kiçik damarların eyni qayda ilə kənara 
sıxılması  görünür,  sanki  bu  damarlar  şişi  əhatə  edirlər.  Bronxdan  kənarda  yerləşmiş  adenoma 
böyük  ölçülərə  çatmasına  baxmayaraq,  əlamətlərlə  müşahidə  olunmur.  Ancaq  şişin  iri  bronx 
boşluğuna  doğru  inkişaf  etməsi  bir  sıra  klinik  əlamətlərin  ortaya  çıxmasına  gətirib  çıxarır.  Bu 
vaxt öskürək, qanhayxırma, təngnəfəslik, temperaturun yüksəlməsi, seqmentar və pay atelektazın 
əmələ  gəlməsi  baş  verir.  Bütün  bu  əlamətləri  adenomanı  tuberkuloma  ilə  müqayisə  edərkən 
nəzərə almaq lazımdır. Adenomanın 10-15%-i, xüsusilə silindromalar bədxassəli şişə keçə bilir. 
Tuberkulomanı retension bronxogen ağciyər kistası ilə də müqayisə etmək lazımdır. Kistoz 
törəmələr nadir hallarda anadangəlmə və əsas etibarilə qazanılmış olurlar. 
Bronx keçiriciliyinin qeyri-spesifik bronxit, bronxiolit, keçmişdə keçirilmiş vərəm və yaxud 
da  bronxdaxili  xoşxassəli  şişlər  nəticəsində  pozulması  ilə  bronxun  daralması  və  yaxud  da 
obliterasiyası  baş  verir.  Adətən  subseqmentar  bronxun,  bu  bronxun  distal  hissəsinin  gərilməsi 
nəticəsində selikli həlməşik maye ilə, bəzən qan qarışıqlı, irin və ayrı-ayrı kalsinatlarla dolması 
nəticəsində əmələ gəlir. Əksər hallarda belə formalı retension kistaların müxtəlif formaları olur: 
dairəvi-oval, mil şəkilli, armud şəkilli, bir və yaxud iki qabarıqlı. Bəzən onlar üzüm salxımı və 
yaxud  barmaq  şəkilli  formada  olurlar.  Bu,  zədələnmənin  xarakterindən,  bronxun  kalibrindən, 
tərkibində  olan  mayenin  və  ağciyər  toxumasının  vəziyyətindən  asılıdır.  Adətən  belə  kistanın 
strukturası  homogendir,  bəzən  periferiyada  olur  və  yaxud  da  onun  daxilində  kirəcləşmiş 
sahəciklər  aşkar  olunur.  Adəti  üzrə  boşluğun  konturları  dəqiq  və  yaxşı  cızılmış  olur,  ətrafdakı 
ağciyər  toxuması  normal  vəziyyətdə  və  yaxud  sklerotik  dəyişikliklərə  uğramış  olur.  Əgər  belə 
kistanın  mənşəyində  əvvələr  keçirilmiş  vərəm  xəstəliyi  durursa,  ətrafında  və  ağciyərin 
köklərində  bərk  kiçik  ocaqlar  və  yaxud  kalsinatlar  olur.  Bronxoqrafiya  zamanı  müvafiq 
seqmentar bronxun subseqmentar  və  yaxud seqmentar amputasiyası  aşkar olunur  və zədələnmə 
sahəsində  kiçik  bronxların  deformasiyası  aşkar  olunur.  Angiopulmonoqrafiya  vasitəsilə  kiçik 
arteriyaların sıxılması və deformasiyasını aşkar etmək olar. 
Retension  kistalar  əksər  hallarda  stasionar  vəziyyətdə,  yəni  sabit  olaraq  qalırlar.  Bəzən 
kiçilir  və  yaxud  tam  yox  olurlar  və  yaxud  da  müalicənin  təsiri  ilə  spontan  yox  olurlar.  Bəzən 
əksinə, xüsusilə infeksiya düşdüyü zaman böyüyürlər. Belə hallarda onların ətrafında perifokal 
iltihabi zona yaranır. 
Deyilənlərlə bağlı retension kistanın rentgenoloji şəkli tuberkulomadan fərqlənir. 
Tuberkulomanı rentgenoloji olaraq bəzən ağciyərlərin göbələk xəstəlikləri - asperigiloma ilə 
müqayisə etmək lazım olur. Differensial diaqnostikada əsas çətinlik törədən ağciyərlərin vərəm 
dəyişiklikləri fonunda visseral mikozun bu formasının inkişafı çətinliklər törədir. Məlum olduğu 
kimi,  kif  göbələkləri  Aspergilus  ailəsinə  aiddir.  Adətən  onlar  uzunmüddətli  antibakterial 
müalicədən  sonra  əmələ  gəlmiş,  sanasiya  olunmuş  kavernalarda,  bronxektazlarda, 
pnevmoskleroz  sahələrində  kök  salır  və  in-kişaf  edirlər.  Rentgenoloji  cəhətdən  aspergilyoma 
doğrudan  da  tuberkulomanı  xatırladır.  Belə  ki,  əksər  hallarda  solitar  şara  bənzər  və  yaxud  da 
oval  formah  törəmələr  olaraq  1,5-don  10  sm-ə  qədər  diametrli  olurlar  və  adətən  ağciyərlərin 
yuxarı  arxa  seqmentlərində  yerləşirlər.  Aspergilyomanın  differensiasiyası  aktiv  ağciyər  vərəmi 
ilə birgə müşahidə olunarkən daha da çətinləşir. Belə hallarda patoloji proses eyni bir ağciyərin 
müxtəlif  paylarında  yerləşə  bilər.  Ancaq  başqa-başqa  ağciyərlərdə  də  yerləşə  bilərlər.  Bununla 
belə,  bir  sıra  əlamətlər  aspergilyomanı  tuberkulomadan  fərqləndirməyə  imkan  verir.  Bunlara 
aspergilyoma  zamanı  rast  gəlinən  aşağıdakı  kliniki  əlamətləri  aid  etmək  olar:  xroniki,  bəzən 


93 
 
dalğavari  gedişli,  selikli-irinli  və  yaxud  irinli  bəlğəm,  bəzən  öskürək,  bəzən  də  kif  qoxulu 
qəhvəyi və yaxud tünd yaşıl rəngli, xırda-xırda və yaxud xovlu loxmacıqlar qarışığı olan bəlğəm, 
subfebril, yaxud febril bədən hərarəti. Çox xarakterik əlamət sayılan davamlı qanhayxırmalar və 
bəzən  də  ağciyər  qanaxmaları  xəstələrin  əksəriyyətində  müşahidə  olunur.  Bununla  belə, 
tuberkulomada  bu  deyilənlərə  olduqca  nadir  hallarda  təsadüf  oluna  bilər.  Bu  xəstələrdə  vərəm 
mikobakteriyaları aşkar olunmur, perifokal iltihabi proses və yeni ocaqların ağciyərdə yaranması 
müşahidə olunmur. 
Asperigilyomanın  xarakterik  rentgenoloji  şəkli  var,  yəni  rentgenoqrammada  və  daha  dəqiq 
tomoqrammada  şarşəkilli  və  yaxud  oval  homogen  törəmə  məsaməli  və  yaxud  deşik-deşik, 
strukturlu bəzən d kirəcləşmə elementləri ilə görünür. Göbələk miseliləri liflərindən əmələ gələn 
şaxələnmiş  liflərdən,  az  və  ya  çox  kompakt  yumaqcıqdan  ibarət  aspergilyoma  ilə 
aspergilyomanın yerləşdiyi boşluğun divarı arasında çələng, oraq, aypara və s. şəklində müxtəlif 
eni  və  uzunluğu  olan  hava  zolağı  aşkar  olunur.  Əksər  hallarda  belə  göbələk  şarı  hər  tərəfdən 
hava ilə əhatə olunmuşdur və xəstə bədənin vəziyyətini dəyişdikcə, о da yerini dəyişir (Zınqırov 
əlaməti).  Aspergilyomanın  aparıcı  bronxunun  mənfəzi  boş  olduqda  bronxoqrafiya  zamanı  onu 
kontrastla doldurmaq olur və bu bronx göbələk şarını əhatə edir. Bir qədər kiçik bronx olduqda 
isə  boşluğun  aşağa  hissəsini  tutur  və  göbələk  kütləsini  yuxarıya  sıxır.  Bəlğəmdə,  bronx 
yuyuntularında,  yaxud  da  aspiratda  birbaşa  zədələnmiş  yerdən  götürülmüş  aspergillərin  aşkar 
olunması xüsusilə diaqnostik əhəmiyyət kəsb edir. 
Aspergilyoma  zamanı  müsbət  seroloji  reaksiyaların  da  əhəmiyyəti  vardır.  (Passiv 
hemaqqlütinasiya, presipitasiya reaksiyası və s.). 
Göstərilən bütün əlamətlərin olması aspergilyomanın diaqnozunu təsdiqləyir. 
Vərəm əleyhinə dərmanlar heç bir təsir göstərmədiyi halda belə, göbələklərə qarşı aparılan 
müalicə bəzən müsbət effekt verir, hətta aspergilyoma tam yox ola da bilər. 
Ağciyərlərin  arteriovenoz  anevrizması  da  tuberkuloma  ilə  differensiasiya  olunmalıdır 
(sinonimləri kavernoz hemangioma,  arteriovenoz angioma, və  yaxud fistul  və  s.).  Belə  xəstələr 
bəzən  uzun  müddət  vərəm  əleyhinə  dispanserlərdə  müşahidə  olunur  və  tuberkulostatik 
dərmanlarla  uzun  müddət  müalicə  olunurlar.  Arteriovenoz  anevrizmaya  qadınlar  və  kişilər 
arasında  eyni  dərəcədə  rast  gəlinir.  Adətən  ağciyər  damarlarının  inkişafının  embrional 
çatışmazlığı nəticəsində yaranan bu proses uzun müddət kliniki əlamətlərlə müşahidə olunmadan 
qala  bilər.  Bunu  da  tuberkuloma  kimi  təsadüfən  rentgenoloji  müayinələr  zamanı  aşkar  etmək 
olur. 
Vərəm  üçün  xarakter  olmayan  bəzi  əlamətlər  bir  sıra  hallarda  arterio-venoz  anevrizma 
zamanı  aşkar  olunur.  Buna  dəridə,  selikli  qişalarda  və  bəzən  də  daxili  orqanlarda  çoxsaylı 
teleangiektaziyaların olması aiddir. Bununla əlaqədar, qanın kapilyarlardan yan keçərək ağciyər 
arteriyasından  böyük  qan  dövranına  keçməsi  nəticəsində  hipoksemiya  və  hipoksiya  əlamətləri 
qeydə  alınır.  Buna  görə  də  üzdə,  ətraflarda  sianoz  inkişaf  edir,  fıziki  gərginlik  zamanı  kəskin 
təngnəfəslik artır, tez-tez baş gicəllənmələr, hətta bayılma halları, epilepsiya şəkilli tutmalar olur. 
Dırnaqlar saat şüşəsi şəkilini alır, uc falanqalar qalınlaşır, əllərdə və ayaqlarda, baraban çubuqları 
şəklini alır, təkrari qanhayxırma və ağciyər qanaxmaları olur. Arteriovenoz anevrizma zonasında, 
əgər böyük ölçülərdə olarsa, perkutor tonun kütləşməsi, sistolik və diastolik səs eşidilir. Qanda 
eritrositlərin və hemoqlobinin səviyyəsi qalxır, oksigenin konsentrasiyası azalır, karbon qazının, 
dəm qazının konsentrasiyası qalxır. 
Tuberkulomadan  fərqli  olaraq  rentgen  şəkli  xarakterikdir  və  bunlar  daha  çoxsaylı  olurlar. 
Çox  vaxt  arteriovenoz  anevrizma  ağciyərlərin  aşağı  paylarında  yerləşir.  Nəfəs  alarkən  onun 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə