Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   43   44   45   46   47   48   49   50   ...   137

96 
 
ağciyər toxumasına keçir və nəticədə bronxogen adlanan boşluq yaranır. Bu, endobronxitik olur, 
yəni  vərəm  endobronxiti  nəticəsində  yaranır  və  yaxud  da  bronxoektotik  olur,  yəni  əvvəlcədən 
deformasiyaya uğramış və genişlənmiş bronxların spesifik zədələnməsi nəticəsində əmələ gəlir. 
Kavernoz  vərəm  bu  xəstəliyin  istənilən  kliniki  formasından  əmələ  gələ  bilər:  ocaqlı, 
səpələnmiş, daha çox isə infiltrativ. Kavernoz vərəm 50-60% hallarda infiltrativ formadan, 25% - 
ocaqlı, 10-15% - səpələnmiş vərəmdən yaranır. 
Bəzən  döş  qəfəsidaxili  limfa  düyünündə  kazeoz  kütlənin  əriyib  durulaşaraq  boşalması 
nəticəsində parabronxial kaverna formalaşır. Belə kavernanın yaranması zamanı, böyük dozada 
infeksiya  materiallarının  aspirasiyası  nəticəsində  proses  kəskin  inkişaf  edir,  bəzən  sətəlcəmi 
xatırladır. Güclü intoksikasiya müşahidə olunur və proses ağciyərlərə yayılır. Prosesin dalğavari 
olması  xroniki  gedişində  mümkündür.  Bronxoskopiya  zamanı  limfa  düyünü  nahiyəsində 
kraterəbənzər dibi  yaranmış dağılma boşluğuna  keçən xora aşkar olunur. Bu kavernanın  divarı 
kapsul  ilə  əhatə  olunmuş,  tam  qopub  ayrılmamış  kazeozlaşmış  limfoadenoid  toxumadan 
ibarətdir.  Bəlğəmdə  vərəm  çöpləri  aşkar  olunur.  Rentgenoqramda  böyümüş  döş  qəfəsidaxili 
limfa düyünlərində müxtəlif ölçülü destruksiya görünür ki, bunu da bəzən selektiv bronxoqrafiya 
(fistuloqrafiya) zamanı kontrast maddə ilə doldurmaq mümkün olur. 
Kavernoz  vərəmin  meydana  gəlməsi-xəstəliyin  vaxtında  aşkar  olunmaması,  diaqnozun 
düzgün  müəyyənləşdirilməməsi  və  yaxud  da  düzgün  müvafiq  müalicənin  aparılmaması 
nəticəsində mümkün olur. 
Kavernoz  vərəm  adətən  birtərəfli  olur.  Effektsiz  müalicənin  3-4  aylığında  formalaşmağa 
başlayır.  Kavernanın  divarı  üçqatlı  quruluşa  malikdir.  Xarici  fibroz  qat  (kavernanın  kapsulu); 
qırıq-qırıq tinktura şəkilli  çoxsaylı  nəhəng  Piroqov-Lanqhans hüceyrələri ilə zəngin,  nazik  orta 
qranulyasiya  qatı;  daxili  kazeoz-nekrotik  qat.  Kaverna  xaricdən  sklerotik  dəyişikliklərlə,  əsas 
etibarilə perivaskulyar və peribronxial sklerozla məhdudlaşır. 
Beləliklə, vərəmin müxtəlif formalarının dağılma fazası yuxarıda göstərilən faktorların təsiri 
ilə kavernanın formalaşmasına gətirib çıxarır. 
Kavernoz formanın mövcüdluğu 2 ildən artıq çəkmir. Bundan sonra kavernanın divarları və 
əhatəsində olan ağciyər toxuması güclü fibroz dəyişikliklərə uğrayır və beləliklə fibroz-kavernoz 
ağciyər vərəmi yaranır. 
Kəsmikvari kütlənin əmələ gəlməsində və sonra bunun əriməsində leykositlərin proteolitik 
fermentləri ilə yanaşı vərəm mikobakteriyaları, qoşulmuş qeyri-spesifik infeksiya və orqanizmin 
immunobioloji  vəziyyəti  mühüm  rol  oynayır.  Əgər  birincili  vərəmdə  alveollara  dolmuş 
kəsmikvari  kütlənin  parçalanması,  dağılması  baş  verərək  pnevmoneogen  kaverna  yaranırsa, 
ikincili vərəmdə infiltratın tərkibində yaranmış kəsmikvari nekroz əriyərək bronx boşluğuna axır 
və təxminən eyni tipli kaverna yaranır. 
Destruktiv  prosesin  bronx  divarında  yaranaraq  ətraf  ağciyər  toxumasına  keçməsi  isə 
bronxogen kavernanın yaranmasına səbəb olur. 
Prosesin  kəskinləşməsi  ağciyər  toxumasının  köhnə  ocaqlar  ətrafında,  qidalanmasının 
pozulması  və ağciyər toxumasının nekrozu ilə nəticələnərək parafokal  kavernanın  yaranmasına 
səbəb  olur.  Çox  nadir  hallarda  ateromatoz  kaverna  yarana  bilir.  Bu    inkapsulyasiyaya  uğramış 
sönmüş  ocaqlarda  kəsmikvari  kütlənin  yumşalması  nəticəsində  əmələ  gəlir.  Aparıcı  bronx 
vasitəsilə  kəsmikvari  kütlənin  qopub  ayrılmasından  sonra  təzə  formalaşmış  boşluğun  hələ 
müstəqil divarı yoxdur, onu iltihabi dəyişikliklərə uğramış ağciyər toxuması əvəz edir. Kaverna 
qeyri-dürüst  formada  olur,  qeyri-hamar  daxili  konturları,  enli  divarı  və  xarici  hüdudları  qeyri-
müəyyən şəkildə olur. Tədricən kəsmikvari kütlə qopub ayrılır və qranulyasiya layı ortaya çıxır. 


97 
 
Boşluğun  divarı  bir  qədər  incələşir,  nazikləşir  və  daxili  hüdudları  bir  qədər  hamarlaşır.  Bu 
morfoloji dəyişikliklər infiltrativ ağciyər vərəminin dağılma fazasına uyğun gəlir. 
Böyük  və  nəhəng  kavernalar  adətən  iri  infiltrativ  ocaqların  dağılması  və  yaxud  da  kiçik 
kavernaların  qovuşması  nəticəsində  əmələ  gəlir.  Bəzi  hallarda  kavernalar  aparıcı  bronxların 
mənfəzinin  tutulması  nəticəsində  yaranır  və  buna  üfürülmüş  kaverna  deyilir.  Ağciyərlərin 
elastiki sahəciklərindəki infiltratlardan və ocaqlardan yaranmış kavernalar dəyirmi formada olur 
və belə kavernaların ətrafında iltihabi dəyişikliklərə rast gəlinir. Köhnə kavernanın ətrafında bərk 
kapsul olur, yanlarında iltihabi infiltrasiya görünür. Yaxınlığında isə bəzən kiçik kavernalar ola 
bilər. 
Formalaşmış kavernaların divarı üçqatlı quruluşa malik olur. Daxili qat kəsmikvari nekroz 
kütləsindən ibarət olur, irinlə örtülü selik fibrin olur. Bu qatda çoxsaylı vərəm mikobakteriyaları 
və başqa mikrob florası olur. İkinci orta qat spesifik vərəm qranulyasiya toxumasından ibarətdir. 
Bu qatda epiteleoid qabarcıqları, nəhəng hüceyrələr və az miqdarda qan damarlanrı olur. Xarici 
qat  bərkimiş,  lifli  birləşdirici  toxumadır  və  orta  qatdan  bir  qədər  çox  qan  damarları  ilə  təchiz 
olunmuşdur. Kavernoz vərəm adətən uzunmüddətli antibakterial müalicə nəticəsində yarandığına 
görə  xəstəliyin  kəskin  simptomları  olmur.  Bəzi  xəstələrdə  tənəffüs  və  ürək-damar  sistemi 
tərəfindən bir qədər funksional dəyişikliklər meydana çıxır. 
Vərəmin kavernoz formasının klinikasi, perkussiya və auskultasiya əlamətlərinin zəifliyi ilə 
xarakterizə  olunur.  Xəstələr  az  miqdarda  bəlğəm  ifraz  etməklə  öskürəkdən  şikayət  edirlər. 
Bronxlar  zədələnərkən  öskürək  güclənə  bilər.  Döş  qəfəsindəki  zəif  ağrıları  xəstəlik  tərəfdə 
plevranın prosesə cəlb olunması ilə izah etmək olar. Təngnəfəslik çox nadir hallarda müşahidə 
olunur. İntoksikasiya əlamətləri, о cümlədən zəiflik, iştahın zəifləməsi, gecələr tərləmə və bədən 
hərarətinin  yüksəlməsi,  adətən  artıq  formalaşmış  və  ilk  dəfə  aşkar  olunmuş  kavernoz  vərəmdə 
müşahidə olunur. İntoksikasiyanın göstərilən əlamətləri antibakterial müalicə nəticəsində tezliklə 
yox olur. Ağciyər toxumasının kaverna ətrafında bərkiməsi baş vermədiyinə görə perkussiya ilə 
kavernanın lokalizasiyasını müəyyən etmək çətindir. Diametri 6 sm-dən böyük olan kavernalar 
üzərində perkussiya zamanı timpanik səs eşidilə bilər. Kaverna üzərində adətən bronxial tənəffüs 
eşidilir.  Bronxial  tənəffüsün  gücü  kavernanı  əhatə  edən  toxumadan,  kavernanın  yerləşdiyi 
dərinlikdən  və  aparıcı  bronxun  ölçülərindən  asılıdır.  Bronxial  tənəffüs  kaverna  ətrafındakı 
ağciyər toxumasının bərkiməsi zamanı və aparıcı bronxun diametrinin geniş olması zamanı daha 
yaxşı eşidilir. Nəhəng kavernaların üzərində amforik (bardağ) tənəffüs eşidilir. Bu səs bardağın 
ağzına  üfürərkən  alınan  səsə  bənzəyir.  Ağciyərlər  üzərində  eyni  nahiyədə  iri  qabarcıqlı  yaş 
xırıltıların eşidilməsi vacib əlamətdir. Xırıltılar aparıcı bronxun başlanğıcında baş verir. Bunların 
əmələ  gəlməsi  və  daha  səsli  olması  kavernada  olan  mayenin  konsistensiyasından  və  aparıcı 
bronxun  başlanğıcının  genişliyindən  asılıdır.  Əgər  kavernanın  daxilində  heç  nə  yoxdursa  və 
aparıcı  bronx  obliterasiya  olunubsa,  onda  xırıltılar  eşidilmir.  Kaverna  ətrafındakı  ağciyər 
toxuması  vərəmlə  zədələnib  və  yaxud  da  perifokal  iltihabi  prosesə  cəlb  olunubsa,  kaverna 
üzərində  iri  qabarcıqlı  yaş  xırıltılar  eşidilir,  periferiyada  parakavernoz  adlanan  auskultativ 
əlamətlər aşkar olunur. Bu xırıltılar tək-tək öskürdükdən və öskürəkdən dərhal sonra nəfəs alma 
aktında daha dəqiq eşidilir. Köhnə kavernalar üzərində aparıcı bronxlar daraldığı zaman fit səsi, 
yaxud da xışıltı eşidilir, “oral” xırıltılar xəstə ağzını açarkən eşidilir. Bu yaş, iri və orta qabarcıqlı 
xırıltıların mənbəyi köhnə və böyük kavernalardır. Adətən ağciyərin yuxarı paylarında yerləşmiş 
belə  kavernalardan  xırıltılı  səslər  geniş  bronxlardan  və  qırtlaqdan  ağız  boşluğuna  keçərək 
eşidilir. Bununla belə, kavernaların üçdə birinə qədəri “lal” kavernalar olur. Bu  aparıcı bronxun 
tamamilə  bağlanması  nəticəsində  olur.  Belə  “lal”  kavernaların  üzərində  dəyişilmiş  tənəffüs  və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə