Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə49/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

100 
 
qranulyasiya toxuması elementləri müşahidə olunur. Aktiv vərəm dəyişiklikləri kavernaya yaxın 
ağciyər  toxumasında  da  qalır,  bronxlarda  isə  vərəm  qabarcıqları  və  epitelioid  hüceyrələri 
müşahidə  olunur.  Belə  hallarda  kavernanın  tam  sanasiya  olması  fikri  özünü  doğrultmur. 
Kavernanın  olması,  tam  sağalması,  az  qala  kistavari  bir  boşluğun  əmələ  gəlməsi  fikrini  təsdiq 
etmək  üçün  Neff  (1966-ci  il)  belə  kavernaların  punksiyası  nəticəsində  həmin  boşluqlardan 
xəstələrin dörddə birində vərəm mikobakteriyaları aşkar etmişdir. Sanasiya olunmuş boşluqların 
bir qismi vərəm əleyhinə müalicə davam etdirilərkən tam bağlana bilir, bəziləri isə kəskinləşərək 
prosesin  şiddətlənməsi  baş  verə  bilir.  Bu  boşluğabənzər  kavernanın  divarının  qalınlığı  onun 
strukturundan  asılıdır.  Qənaətbəxş  nəticə  sanasiya  olmuş  boşluqların  divarlarının  çox  nazik 
olduğu  hallarda,  yəni  divarın  qalınlığı  1-2  mm-dən  çox  olmadıqda  baş  verir.  Divarı  qalın  və 
bağlanmağa  meylli  olmayan  belə  boşluqlar  ətrafında  prosesin  şiddətlənməsi,  yəni  ocaqların 
əmələ  gəlməsi  boşluğun  ətrafında  fibrozun  artmasına,  yeni  bronxogen  ocaqların  yaranmasına 
gətirib  çıxarır  ki,  bu  da  fibroz-kavernoz  ağciyər  vərəminin  əmələ  gəlməsi  ilə  nəticələnir. 
Ağciyərin  kavernoz  vərəmi  zamanı  müalicə  nəticəsində  kliniki  yaxşılaşmanın  baş  verməsinə 
baxmayaraq  vərəm  mikobakteriyaları  bəlğəmdə  müəyyən  olunursa,  bu  yaxşı  hal  deyil.  Bu 
prosesin aktivliyinin davam etməsinə dəlalət edir. 
A.Q.Xomenkonun müəyyən etdiyi kimi, ağciyərlərin kavernoz vərəminin müalicəsi zamanı 
bakterial  populyasiyanın  qalxıb  düşməsi  sindromu  aşkar  oluna  bilər,  yəni  vərəm 
mikobakteriyalarının  xaric  olması  dayanır,  amma  müalicənin  başlanğıcından  4,  6,  8  ay  sonra 
yenidən  vərəm  mikobakteriyaları  xaric  olunur.  Bu  sindrom  vərəm  mikobakteriyalarının  anti-
bakterial dərmanlara qarşı davamlılığının  yaranmasını göstərən bir əlamətdir və olduqca qeyri-
qənaətbəxş  bir  vəziyyətdir.  Kliniki  yaxşılaşma  fonunda  hemoqramda  mənfi  dəyişikliklər  də 
prosesin  aktivliyinə  dəlalət  edən  simptomlardandır.  Kaverna  boşluqlarının  bağlanmasının 
qarşısını  alan  faktorlardan  biri  də  bronxlarda  əmələ  gələ  bilən  proseslərdir  .  Ona  görə  də  bu 
xəstələri  mütləq  bronxoskopiya  edərək  həm  də  aerozol  və  endobronxial  müalicə  aparılması 
məsləhətdir.  Endobronxial  dəyişikliklər  kavernanın  “üfürülməsinə”  və  yaxud  “kavernanın 
gərilməsinə”  səbəb  ola  bilər.  Spesifik  endobronxit  nəticəsində  bronxların  keçiriciliyi  pozulur. 
Ona  görə  də  kavernanın  bağlanmasına  ciddi  əngəl  yaranır.  Aparıcı  bronxun  drenaj  funksiyası 
bərpa  olunan  kimi  kavernanın  ölçüləri  kəskin  sürətdə  azalmağa,  kiçilməyə  başlayır. 
Bronxoskopiyadan  sonra  dərhal  kavernanın  ölçüləri  kiçilirsə,  bu,  kaverna  divarlarının  elastik 
olmasına dəlalət edir ki, bu da bu kaverna boşluğunun bağlanması üçün yaxşı şərtdir. Kavernanın 
lokalizasiyasının  mühüm  əhəmiyyəti  vardır.  Subplevral  kavernalar  adətən  ağciyər  toxumasının 
plevra  ilə  birləşməsi  və  belə  boşluqların  bağlanmasına  çox  böyük  maneə  törədən  faktordur. 
Subplevral  boşluqlar  hətta  kavernanın  divarları  elastik  olduqda  belə  nadir  hallarda  bağlanır. 
Rentgenoqramda, tomoqramlarda kavernaların proqnozları müəyyənləşdirilərkən daxili və xarici 
konturları  araşdırılmalıdır  və  kaverna  ətrafındakı  toxumaların  vəziyyəti  öyrənilməlidir. 
Deyilənlərin  hamısı  təhlil  edildikdən  sonra  bu  kavernanın  müalicəsinin  proqnozları 
müəyyənləşdirilməlidir  və  sağalmağa  meyli  olmayan  və  buna  mane  olan  bir  sıra  faktorların 
aradan  qaldırılması  mümkün  olmadıqda,  bu  kavernanın  cərrahi  üsulla  müalicəsi  məsələsinə 
baxılmalıdır. 
Klinisistləri daima bir məsələ düşündürür:  kavernanı  sağaltmaq üçün hansı  müddətə qədər 
kimyaterapiya  aparılmalıdır.  Məlum  təlimatlara  görə  bu,  6  ay  müddətinə  baş  verməlidir.  Ayrı-
ayrı hallarda cərrahi müdaxilə məsələsini bir qədər tez də müzakirə etmək olar. Əgər xəstələrdə 
kavernanın divarları fibrozlu və çox qalındırsa, xəstələrdə polirezistentlik aşkar olunursa, xəstə 
mütəmadi  müalicə  almırsa,  antibakterial  müalicənin  effektliyi  çox  aşağıdırsa,  vərəm 


101 
 
mikobakteriyalarının  arası  kəsilmirsə,  vərəm  əleyhinə  dərmanlara  qarşı  xəstədə  dözümsüzlük 
varsa,  belə  hallarda  cərrahi  müdaxilə  məsələsinə  bir  qədər  tez  baxmaq  olar.  6  ay  müalicədən 
sonra isə əgər vərəm mikobakteriyalarının xaric olması dayanırsa, kavernanın divarları nazilir və 
ölçüləri  kiçilməyə,  perifokal  iltihabi  proses  olan  ocaqlar  sorulmağa  başlayırsa,  belə  hallarda 
cərrahi  müdaxilənin  vaxtını  bir  qədər  də  uzatmaq  olar  və  belə  xəstələrə  geniş  patogenetik 
müalicə  metodları;  tuberkulinoterapiya,  KJB  müalicəsi,  ultrasəs,  induktotermiya,  lazer  və  s. 
metodlarla müalicə tətbiq etməyə ehtiyac olur. 
Beləliklə,  vərəm  kavernasının  açıq  formada  sağalmasına  dəlalət  edən  ardıcıl  abatsilləşmə, 
kavernanın  daxili  divarının  təmizlənməsi,  epitelizasiyaya  uğraması  və  kavernanın  kistaya 
çevrilməsi  baş  verdikdə  cərrrahi  müdaxiləyə  ehtiyac  qalmır.  Ancaq  belə  hallarda  sanasiya 
olunmuş  boşluqların  sonradan  irinləməsi,  aspergilyozun  inkişafı  və  kista  kimi  dolması  da 
müşahidə oluna bilər. 
 
 
AĞCİYƏRLƏRİN FİBROZ-KAVERNOZ VƏRƏMİ 
Ağciyər vərəminin bütün kliniki formaları şiddətlənərək fibroz-kavernoz vərəmə keçə bilər. 
Ağciyərlərin  fibroz-kavernoz  vərəmi  əsasən  kavernoz,  infiltrativ,  ocaqlı,  səpələnmiş  vərəm 
formalarından yarana bilir. Bir sıra hallarda kazeoz pnevmoniyadan, ilkin vərəm kompleksindən 
və  nadir  hallarda  döş  qəfəsi  daxili  limfa  düyünlərinin  vərəmindən  yarana  bilər.  Ağciyərlərin 
fibroz-kavernoz vərəmi destruktiv vərəmin şiddətlənməsinin yekun mərhələsidir. 
İlk  dəfə  aşkar  olunan  vərəmli  xəstələr  arasında  ağciyərlərin  fibroz-kavernoz  vərəmi  2%-ə 
qədəri təşkil edir. Bu faizin yüksək olması həmin regionda vərəmə qarşı mübarizə tədbirlərinin 
zəif  təşkil  olunmasına  dəlalət  edir.  Ağciyərlərdə  destruksiyanın  -  kavernanın  aşkar  ohmduğu 
təqdirdə  ağciyərlərin  fibroz-kavernoz  vərəmi  diaqnozunu  qoymağa  tələsmək  olmaz,  çünki 
ağciyər vərəminin bu forması üçün həm kavernanın, həm də ətrafdakı  ağciyər toxumalarındakı 
dəyişikliklərin özünə məxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlar da çox geniş spektrli kliniki 
simptomo-komplekslə müşahidə olunur. 
Fibroz-kavernoz  vərəm  zamanı  kavernanın  inkişaf  etmiş  fibroz  kapsulu  olur.  Kavernanı 
əhatə edən ağciyər toxumasında fibroz dəyişikliklər aşkar olunur. Ağciyər toxumasında fibrozla 
yanaşı emfizema, bronxoektaziya, qan damarlarında dəyişikliklər müşahidə olunur. Ağciyərlərdə 
bronxogen disseminasiya ocaqları olur. Divar aralığı orqanları xəstə ağciyərə tərəf yerini dəyişir. 
Ağciyərlərin fibroz-kavernoz vərəmində kavernanın divarı bir neçə qatdan ibarətdir. Daxili-
piogen-nekrotik  qat,  irin  və  seliklə  örtülmüş  kəsmikvari  nekroz  kütləsindən  ibarətdir.  Bu  qatda 
çoxsaylı vərəm  mikobakteriyaları var.  İkinci qat  - ümumi  spesifik qalın qranulyasiya toxuması 
qatıdır.  Bundan  sonra  nazik,  qeyri-spesifik  fibroz  dəyişiklikləri  olan  qranulyasion  toxuma  qatı 
gəlir. Bu qatlardan sonra üçüncü-qalın ümumi fibroz kapsul qatı gəlir. Fibroz kapsulun ətrafında 
perifokal iltihabi proses qeydə alınır ki, bu da prosesin kəskinləşməsi dövründə daha çox nəzərə 
çarpır. Fibroz kaverna həmişə bronx ağacı ilə əlaqəli olur. Adətən bir neçə aparıcı bronxa malik 
olur. Bronxların mənfəzləri kaverna divarının elementləridir. Məhz kavernanın aparıcı bronxları 
ağciyər toxumasına bronxogen səpələnmənin  əsas səbəbkarıdır. Fibroz-kavernoz vərəm zamanı 
ağciyər  toxumasında,  xüsusilə  də  kaverna  divarındakı  damarların  zədələnməsi  bir  sıra  hallarda 
qanhayxırma  və  ağciyər  qanaxmalarına,  bu  isə  aspirasion  sətəlcəmin  yaranmasına  səbəb  olur, 
bəzən isə profuz qanaxmalar xəstənin ölümü ilə nəticələnir. 
Kaverna  boşluğu  əksər  hallarda  şarabənzər  və  yaxud  da  ellipsə  bənzər  şəkildə  olur. 
Rentgenoqrammada üzüyə bənzər kölgə  yaranır. Kavernanın  aparıcı  bronxları  ilə bəlğəm  xaric 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə