Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə51/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

104 
 
davamlılıq  inkişaf  edir,  dərmanların  fəsadları  əmələ  gəlir.  Parenximatoz  orqanlarda,  mədə-
bağırsaq  sistemində,  yaranmış  funksional  və  morfoloji  dəyişikliklər  nəticəsində  xəstənin 
vəziyyəti  gün-gündən  ağırlaşır,  infiltrativ  kazeoz  dəyişikliklər  inkişaf  edir  və  sadəcə,  xəstəni 
xilas  etmək  mümkün  olmur.  Dördüncü  variant  fibroz-kavernoz  vərəmin  ağırlaşmaları  ilə 
müşahidə  olunan  dalğavari  gedişə  malik  variantdır.  Əksər  hallarda  ağciyər-ürək  çatışmazlığı 
inkişaf edir, ağciyər ürəyi meydana gəlir. İlkin mərhələdə funksional dəyişikliklər о qədər dərin 
olmadığından,  bu  çox  hiss  olunmur  sonra  subkompensasiya  və  dekompensasiya  mərhələləri 
inkişaf etməyə başlayır və ağciyər-ürək çatışmazlığı meydana gəlir. Xəstədə təngnəfəslik inkişaf 
edir, qan-damar sistemində ciddi dəyişikliklər baş verir, ürək əzələsinin distrofiyası inkişaf edir, 
aritmiya yaranır, kiçik qan dövranında hipertenziya meydana gəlir və ağciyər-ürək çatışmazlığı 
xəstəliyin klinikasında aparıcı rol oynayır və qalan əlamətlər ikinci plana keçir. İkincili ağırlaşma 
kimi  daxili  orqanların,  о  cümlədən  böyrəklərin  amiloidozu,  böyrək  çatışmazlığı  və  xroniki 
uremiya baş verir. 
Fibroz-kavernoz  vərəmli  xəstələrdə  aparıcı  əlamət  ağciyər  qanaxması  ola  bilər.  Belə 
xəstələrdə bu əlamət tez-tez təkrar olunur. Bu həyat üçün təhlükəli olan ən ciddi əlamətdir, çünki 
profuz  qanaxma  nəticəsində  xəstə  boğulmadan  həlak  ola  bilər.  Ağciyər  qanaxması  zamanı 
asfiksiya,  tənəffüs  yollarının  axan  qanla  tutulması  nəticəsində  ölüm  ani  anda  baş  verə  bilər. 
Ölüm  baş  verməsə  də  aspirasion  sətəlcəm  xəstəliyin  və  vərəm  prosesinin  olduqca  ciddi 
ağırlaşması ilə nəticələnir. Belə xəstələrdə ikincili infeksiyanın qoşulması nəticəsində xəstələrdə 
qeyri-spesifik  pnevmonik  reaksiyalar  da  baş  verir.  Xəstələrdə  artropatiya,  artralgiya, 
endokrinopatiya,  Kuşinq  sindromu  tipli  və  yaxud  hipofizar  kaxeksiya,  addisonizm,  qalxanvari 
vəzin funksiyasının pozulması müşahidə olunur.  
Beləliklə,  ağciyərlərin  fibroz-kavermoz  vərəmi  zamanı  kliniki  əlamətlər  prosesin 
yayılmasından, onun fazasından və ağırlaşmasından asılı olaraq rəngarəng olur. Fibroz-kavernoz 
vərəmin  əsas  əlamətləri  öskürək,  bəlğəm  ifrazı,  döş  qəfəsində  ağrı,  zəiflik,  arıqlama,  yuxunun 
pozulması  və  iştahanın  zəifləməsi,  qanhayxırma,  bədən  hərarətinin  yüksəlməsi,  yuxu  zamanı 
tərləmədir. Bu əlamətlərin inkişaf etməsi və dərəcəsi xəstəliyin inkişaf mərhələlərindən asılıdır. 
Ən çox təsadüf olunan əlamət öskürəkdir. Öskürək bəzi hallarda olmaya bilər, bəzi hallarda 
isə  üzücü  xarakter  daşıyaraq,  aparılan  müalicəyə  baxmayaraq,  ara  verməyə  də  bilər.  Ağrılı, 
üzücü,  xüsusilə  gecələr  müşahidə  olunan  öskürək  bu  xəstələrdə  bronxların  vərəmi  zamanı  baş 
verir. Xəstələrdə çox miqdarda selikli, əsas etibarilə yapışqanlı, çətin gələn bəlğəm olur. Xəstə 
30-50  ml  bəlğəm  xaric  etmək  üçün  uzun  müddət  öskürməli  olur.  Xəstəliyin  kəskinləşməsi 
zamanı  parakavernoz  infiltrativ  dəyişikliklərin  və  bronxogen  yolla  prosesin  yayılması,  yeni 
pnevmonik  sahəciklərin  yaranması  xəstələrdə  uzun  müddət  yüksək  hərarətlə  müşahidə  olunur. 
Nəhəng kavernalı xəstələrdə kavernada yığılmış çox miqdarda irinli kazeoz kütlələr və çoxsaylı 
mikroflora uzunmüddətli hərarət və üzücü vəziyyət  yaradır. Burada ikincili qeyri-spesifik flora 
vərəm infeksiyasından da artıq rol oynaya bilir. 
Ağciyərlərin  fibroz-kavernoz  vərəmi  olan  xəstələrin  bəzi  hallarda  xarici  görünüşündə  döş 
qəfəsinin  normal  konfiqurasiyası,  dərialtı  piy  qatının  yaxşı  vəziyyətdə  olması  və  bütövlükdə 
xəstənin  vəziyyətinin,  xarici  görünüşünün  kafi  olması  nəzərə  çarpır.  Ancaq  əksər  hallarda 
xəstələrin  xarici  görünüşü  xroniki  vərəm  prosesi  üçün  xarakter  olan  şəkil  alır.  Uzunmüddətli 
intoksikasiya,  ağciyərdə,  plevralardakı  zədələnmə  nəticəsində  yaranan  dəyişikliklər,  bədən 
çəkisinin  aşağı  düşməsi,  üzdə  qırışlar,  sönük  baxış,  dərinin  quruluğu,  əzələlərin  zəif  inkişafı 
xəstənin uzun müddət vərəmdən əziyyət  çəkməsinə dəlalət edir.  Körpücüküstü və körpücükaltı 
sahələrin  çökməsi,  qabırğaarası  sahələrin  dartılması,  çökməsi,  döş  qəfəsinin  yastılaşması  və 


105 
 
uzanması, bir tərəfin tənəffüs aktında hərəkətdən qalması, bəzən bu tərəfin kəskin  yastılaşması 
xəstəlik tərəfdə ağciyər və plevranın dərin dəyişikliklərə uğramasını göstərir. Habitus phthisicus 
əsas  etibarilə  ağciyərlərin  fibroz-kavernoz  və  sirotik  vərəmində  müşahidə  olunur.  İnfiltrasiya, 
qalınlaşmış plevra və ağciyərlərdə inkişaf etmiş fibroz nahiyələrində perkutor səs qısalmış olur. 
Belə nahiyələrdə auskultasiya zamanı tənəffüsün zəifləməsi səbəbindən vezikobronxial, ancaq iri 
kavernaların  üzərində  bronxial,  nəhəng  kaverna  üzərində  isə  amforik  səs  eşidilir.  Kavernalar 
üzərində  iri  qabarcıqlı,  səsli  yaş  xırıltılar  da  eşidilir.  Dərində  yerləşən  və  kiçik  kavernalar 
üzərində  xırıltıların  səsi  zəif  olur.  Kaverna  daxilindəki  qatı  maye  olduqda  nəfəs  alma  zamanı 
xırıltılar eşitmək olur. Kaverna ətrafında infiltrativ dəyişikliklər olan nahiyələrdə isə orta və kiçik 
qabarcıqlı xırıltılar eşidilir. İri qabarcıqlı yaş xırıltıların sayı və intensivliyi kaverna daxilindəki 
mayenin  azalması  ilə  zəifləyir  və  bu  maye  təmizləndikdə,  kavernanın  daxili  divarının 
epitelizasiyası ilə kavernanın hələ bağlanmamasına baxmayaraq, xırıltılar tamamilə yox ola bilir. 
Sirrotik  kapsullı  köhnə  kavernalar  üzərində  kobud  ciniltini  xatırladan  xırıltılar  eşidilir.  Aparıcı 
bronxun  mənfəzi  tutularsa,  auskultativ  dəyişikliklər  yox  olur  və  belə  kavernaya  “lal”  kaverna 
deyilir.  Bu  cür  kavernalar  rentgenoloji  müayinələr  zamanı  aşkar  oluna  bilir.  Qalınlaşmış 
plevralar  altında  və  ağciyərin  inkişaf  etmiş  fibroz  dəyişiklikləri  olarkən,  kaverna  dərində 
yerləşərkən  auskultativ  dəyişikliklər  eşidilmir.  Belə  kavernalar  “lal”  olmur.  Belə  ki,  bu 
kavernaların aparıcı bronxlarının yolları tutulmayıb, yəni xırıltıların yaranması üçün şərtlər var. 
Belə hallarda “oral” xırıltılar eşidilir. 
Fibroz-kavernoz vərəmin rentgenoloji şəkli xəstəliyin müddətindən və yayılma dərəcəsindən 
asılı olub öz müxtəlifliyi ilə seçilir. Ağciyərlərdə bir və ya bir neçə üzükvari kölgələr görünür, 
plevranın  qalınlaşması,  ağciyərlərin  zədələnmiş  hissələrində  fibroz  büzüşmələr  və  bronxogen 
yayılmış ocaqlar görünür. Kavernanın ölçüləri, adətən, diametri 4 sm-dən çox olur. Bəzən bütöv 
bir payı əhatə edə bilər. Forması qeyri-bərabər, paxlaşəkilli, əgər kavernalar bir-birinə qovuşarsa 
politsiklik olur. Kavernanın daxili qatının kənarı kəskin haşiyələnmiş olur, xarici qatın kənarı isə 
ətrafdakı  ağciyər  toxumasının  parlaqlığı  zəiflədiyinə  görə  haşiyələnmir.Ağciyər  toxumasının 
fibroz dəyişiklikləri və qalınlaşmış plevra kölgələri arxasında kaverna “pəncərəsi” işıqlı olmaya 
da bilər. Belə hallarda kavernanın havalı boşluğu tomoqrammada yaxşı görünür. Kaverna əksər 
hallarda  ağciyərlərin  yuxarı  paylarında  aşkar  olunur.  Vərəm  prosesi  şiddətlənərkən  iltihabi 
dəyişiklikərin  yayılması  apiko-kaudal  istiqamətində  getdiyindən  ağciyərlərin  aşağı  paylarında 
polimorf ocaqlı və qovuşmuş kölgələr görünür. Lokal və yaxud da diffuz fibroz dəyişikliklər və 
emfizema  ilə  bağlı  ağciyər  toxumasının  işıqlı  sahəcikləri  görünür.  Ağciyərin  kökləri  fibroz 
dəyişikliklər  nəticəsində  deformasiyaya  uğramışdır.  Ağciyərin  geniş  fibroz  büzüşməsi 
nəticəsində divar aralığı yerini dəyişir, ağciyər sahələrinin hüdudları kiçilir, qabırğa arası sahələr 
sıxılmış  olur.  О  biri  ağciyərdə  orta  və  aşağı  şöbələrdə  periferiyaya  doğru  bronxogen  yayılmış 
ocaqlar  görünür  ki,  bunlardan  da  prosesin  şiddətlənməsi  zamanı  yeni  fokuslar  və  dağılma 
boşluqları yaranır. İkitərəfli fibroz-kavernoz vərəm zamanı kavernalar adətən ağciyərlərin yuxarı 
şöbələrində yerləşir. Bu sahələrdə müxtəlif dərəcəli fibroz dəyişikliklər də aşkar olunur. Müvafiq 
olaraq aşağı şöbələrdə ağciyər sahələrinin şəffaflığı artmış, güclənmiş olur. 
Ağciyərlərin  fibroz-kavernoz  vərəmi  zamanı  orqanizmin  tuberkulinə  həssaslığı  müxtəlif 
olur. Remissiya zamanı müsbət, şiddətlənərkən isə zəif müsbət, hətta mənfi ola bilər. 
Qanın  hemoqrammasında  xəstəliyin  kəskinləşdiyi  dövr  leykositoz  10-12xl0
9
/litr, 
çubuqnüvəli  neytrofillərin  sola  meyli,  eozinofillərin  və  limfositlərin  sayının  azalması,  EÇS-in 
30-50  mm/saata  qədər  sürətlənməsi  nəzərə  çarpır.  Sidikdə  kəskinləşmə  zamanı  bir  qədər 
proteinuriya, tək-tək leykositlər və eritrositlər aşkar olunur. Vərəmin  ağciyər qanaxması, daxili 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə