Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

106 
 
orqanların  amiloidozu  ilə  ağırlaşması  anemiya  törədir.  Laborator  müayinələr  zamanı  bəlğəmdə 
çoxsaylı  vərəm  mikobakteriyaları  aşkar  olunur.  Uzunmüddətli  müalicə  nəticəsində  bəlğəm 
əkilərkən  vərəm  mikobakteriyalarının  aşkar  olunmamasına  səbəb  mikobakteriyaların  başqa 
formalara  keçməsi,  dəyişikliyə  uğramasıdır.  Məsələn,  vərəm  mikobakteriyalarının  L-formasına 
yaxud da virus formasına keçməsi onların xüsusi mühitdə, xüsusi metodla əkilməsini tələb edir. 
Məhz  bakterioskopiya  zamanı  vərəm  mikobakteriyalarının  aşkar  olunması,  əkilmə  zamanı  isə 
aşkar olunmamasının səbəbi budur. Ağciyərlərin fibroz-kavernoz vərəmi zamanı xəstəliyin bütün 
dövrlərində  dəqiq  müayinələr  aparılarsa,  vərəm  mikobakteriyaları  aşkar  olunurlar.  Mikrob 
populyasiyanın  əksəriyyəti  dərmanlara  davamlı  olduğundan  müalicə  taktikasında  buna  fikir 
verilməlidir. 
Xəstələrdə  qaraciyərin,  böyrəklərin,  endokrin  vəzilərinin,  mədə  və  bağırsaqların 
funksiyasında dəyişikliklər aşkar olunur. 
Bronxoloji müayinələr zamanı bronxlarda vərəm prosesi aşkar olunur. Xəstələrin 20-25%-ə 
qədərində  bronxların  vərəmi  aşkar  olunur.  Bu,  vərəm  mikobakteriyalarının  kavernadan 
bronxlarla  yayılması  nəticəsində  baş  verir.  Bununla  bərabər,  qeyri-spesifik  endobronxit, 
bronxektazlar olarkən və qeyri-spesifik mikrofloranın iştirakından qeyri-spesifik proses də xeyli 
yayılmış olur. Bəzən traxeya və qırtlağın da vərəm prosesinə cəlb olunması aşkar olunur. Xarici 
tənəffüsün,  ürək-qan  damar  sisteminin  funksiyaları  dəyişmiş  olur.  Bu  zaman  oksidləşmə 
proseslərinin  zəifləməsi  nəticəsində  maddələr  mübadiləsinin  pozulmasına  gətirib  çıxaran 
hipoksiya  və  hipoksemiya  baş  verir.  Ağciyər-ürək  çatışmazlığı  inkişaf  edir  və  bu,  ağciyərlərin 
fibroz-kavernoz vərəmində ölümün əsas səbəblərindən biri sayılır. 
Fibroz-kavernoz vərəmdə kavernanın çapıqlaşması,  yəni bağlanması çox nadir hallarda baş 
verir, çünki kavernanın divarlarındakı və kaverna ətrafındakı ağciyər toxumasında inkişaf etmiş 
fibroz  belə  boşluğun  yığılaraq  bağlanmasına  imkan  vermir.  Lakin  fibroz-kavernoz  vərəmdə 
reparativ  proseslər  inkişaf  edərkən,  prosesin  kavernoz  formasında  olduğu  kimi,  onun  daxili 
divarından hissəvi təmizlənmə gedir və qeyri-spesifik birləşdirici toxuma ilə əvəz olunur. 
Fibroz-kavernoz  vərəm  şiddətlənərkən  nəhəng  kaverna  yarana  bilir.  Bu  bəzən  ağciyərin 
bütöv bir payını, yaxud da bütöv bir ağciyəri tuta bilir. Belə kavernalar çoxkameralı olur və qan 
damarları  bu  boşluğu  müxtəlif  istiqamətdə  kəsir.  Bu  trabekulyar  damarların  zədələnməsi  ilə 
trabekulyar ağciyər qanaxmaları baş verir. Belə kavernaların yaxınlığında bundan başqa iri, əksər 
hallarda genişlənmiş qan damarları olur və bunların tamlığı pozularkən güclü ağciyər qanaxması 
baş  verir.  Şiddətlənən  fibroz-kavernoz  vərəm  üçün  peribronxial  toxumanın,  saya  əzələnin,  iri 
bronxların,  qığırdaqların,  selik  vəzilərinin  spesifik  zədələnməsi  və  həm  də  selikli  qişanın  və 
selikli qişaaltı təbəqənin infiltrativ xoralı dəyişiklikləri, qabarcıqların olması da xarakterik haldır. 
Daha  çox  kiçik  bronxlar  və  bronxiollar  zədələnir  və  divarları  kazeoz-nekroza  məruz  qalır. 
Bunlarda qeyri-spesifik dəyişikliklər diffuz və yaxud da ocaqlı limfoleykositar infiltrasiya qeydə 
alınır.  Eyni  zamanda  limfatik  və  qan  damarlarında  kəskin  genişlənmə  baş  verir.  Peribronxial 
toxumada bronxial epitelinin metaplaziyası və deskvamasiyası qeydə almır, peribronxial skleroz 
inkişaf edir. Bunun nəticəsində bronxların daralması, funksional amputasiyası, obliterasiyası baş 
verir ki, nəticədə də silindrik və kiçik kisəli bronxoektazlar əmələ gəlir. 
Fibroz-kavernoz  vərəmdə  prosesə  tez-tez  əvvəlcə  visseral,  sonra  isə  parietal  plevra  cəlb 
olunur.  Orada  perifokal  iltihabi  sahələr  əmələ  gəlir,  vərəm  ocaqları,  məhdud  və  yaxud  da 
yayılmış  yapışmalar inkişaf edir. Bunun da nəticəsində təkcə  ağciyərin hərəkəti məhdudlaşmır, 
həm də zirvədə və yaxud da kortikal laylarda yerləşən kavernaların sağalması çətinləşir. 


107 
 
Ağciyərlərin  fibroz-kavernoz  vərəmi  olan  xəstələrin,  vərəm  mikobakteriyalarının  kimyəvi 
preparatlara  qarşı  davamlılığı  nəzərə  alınmaqla  uzunmüddətli  müalicəyə  ehtiyacları  var.  Bu 
xəstələrin müalicəsində dərmanların tək “per os” deyil, vena, bronx, birbaşa kaverna daxilinə və 
yaxud  kaverna  ətrafı  ağciyər  toxumasına  yeridilməsi  məsləhətdir.  Antibakterial  müalicə 
nəticəsində çox az sayda xəstələrin sağalmasını nəzərə alaraq, əgər cərrahi müdaxiləyə ciddi əks 
göstərişlər yoxdursa, burada əsas istiqamət xəstələrin cərrahi müdaxiləyə hazırlıq işləri olmalıdır. 
Əgər əməliyyat mümkün deyilsə, xəstələrin abatsilləşməsinə və prosesin stabilləşməsinə kömək 
edən  kompleks  müalicə  aparılmalıdır.  Belə  xəstələrdə  immunoloji  göstəricilərin  olduqca  zəif 
olmasını və pozulmasını nəzərə alaraq immunostimulyatorlardan və müxtəlif patogenetik dərman 
preparatlardan istifadə etmək lazım gəlir. 
 
 
 
AĞ CİYƏRLƏRİN SİRROTİK VƏRƏMİ 
 
Sirroz-ağciyər  vərəminin  inkişafının  son  fazasıdır.  Ağciyərlərin  sirrotik  vərəmi,  əsas 
etibarilə,  fibroz  ocaqlı,  səpələnmiş  və  fibroz-kavernoz  vərəmdən  sonra  inkişaf  edir.  Sirrotik 
vərəmin inkişaf etməsinə lobit,  pnevmoplevrit, irinli  plevrit, ilkin vərəm  kompleksi,  döş qəfəsi 
daxili  limfa  düyünlərinin  vərəmi  və  s.  səbəb  ola  bilər.  İrinli  plevritlərdə  sirroz  prosesin,  yəni 
birləşdirici  toxumanın  plevradan  ağciyərlərə  inkişafı  ilə  baş  verir.  Belə  sirrozlara  plevrogen 
sirroz deyilir. 
Ağciyərlərin sirrotik vərəmi məhdud, yayılmış, birtərəfli və ikitərəfli ola bilir. 
Sirrotik  vərəm  zamanı  bronxların  normal  strukturları  birləşdirici  toxumanın  inkişafı  ilə 
əlaqədar pozulur və məhz buna görədir ki, bu proses endobronxitlər, bronxların deformasiyası və 
bronxoektazlarla  müşahidə  olunur.  Proliferativ  proseslərin  aktivləşməsi  nəticəsində  ağciyər 
parenximasında  birləşdirici  toxumanın  güclü  inkişafı  sirroza  gətirib  çıxarır.  Faktiki  olaraq, 
sirrotik  proses  nəticəsində  ağciyər  parenximası  birləşdirici  toxuma  ilə  əvəz  olunur  və  ağciyər 
toxumasının anatomik quruluşu kökündən dəyişir. Əgər bu proses ağciyər toxumasının məhdud 
sahəsində  baş  verirsə,  buna  ağciyər  fibrozu  deyilir.  Bu  proses  ağciyər  toxumasında  geniş 
yayılmış  olursa,  buna  ağciyər  sirrozu  deyilir.  Yəni,  hər  iki  halda  (fibroz  və  sirroz)  birləşdirici 
toxuma geniş formada inkişaf edərək alveolların hava saxlamasını və strukturunu pozur. 
Əgər  ağciyər  alveollarının  hava  tutumunun  saxlanılması  şərtilə  alveolların  interstisial 
toxuması  incə  və  yayılmış  fibroz  toxuma  ilə  əvəz  olunarsa,  buna  pnevmoskleroz  deyilir. 
Pnevmoskleroza,  əsasən,  infeksiyanın  hematogen  və  yaxud  limfogen  yollarla  yayılmasından 
sonra təsadüf olunur.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə