Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə54/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

110 
 
şikayətlənirlər.  Qanhayxırmalar  tez-tez  təkrar  olsa  da  digər  klinik  formalardan  fərqli  olaraq 
qanhayxırmalardan  sonra  hərarət  yüksəlmir  və  hipostatik  sətəlcəmlər  əmələ  gəlmir.  Sirroz 
zamanı  əmələ  gəlmiş  bronxoektazlar  nəticəsində  selikli-irinli,  qanlı-irinli  bəlğəm  ifraz  olunur. 
Ağciyərlərin sirrotik vərəmi zamanı bütövlükdə vərəm infeksiyası və kazeoz dəyişikiklər zəif rol 
oynayır,  həmçinin  kavernaya  müvafiq  klinik  və  toksiki  əlamətlər  müşahidə  edilmir.  Sirroz 
zamanı  döş  qəfəsinin  müvafiq  nahiyədə  çökməsi,  qabırğalararası  sahənin  daralması,  diafraqma 
künbəzinin  yuxarıya  doğru  dartılması,  ürək  və  traxeyanın  xəstəlik  tərəfə  yerini  dəyişməsi 
müşahidə  olunur.  Buna  Yakobson  simptomu  deyirlər.  Ürək  tonları  bu  zaman  xəstəlik  olan 
tərəfdə eşidilir. 
Perkussiya  zamanı  sirroz  nahiyəsində  kütləşmə,  bəzən  küt  səs  müəyyən  olunur,  tənəffüs 
güclənmiş olur, çoxlu miqdarda fibroza xas olan səsli yaş xırıltılar eşidilir. Çox zaman xırıltılar 
bronxit əlamətləri şəkilini alır və  çoxlu  bəlğəm  ifraz olunur.  İntoksikasiya  əlamətləri və bədən 
hərarəti  kəskinləşmə  üçün  xarakterikdir.  Ağciyərlərin  sirrotik  vərəminin  simptomokompleksi 
bütövlükdə sirrozun ölçülərindən və yayılma dərəcəsindən asılıdır. Gənc və orta yaşlı insanlarda 
məhdud  sirroz  nəzərə  çarpacaq  əlamətlərlə  müşahidə  olunmur.  Bronxlar  deformasiyaya 
uğramadığından  və  emfizema  inkişaf  etmədiyindən  əlamətlər  çox  zəif  olur.  Belə  hallarda  çox 
nadir quru öskürək, ancaq fiziki gərginlik zamanı təngnəfəslik olur. Xəstəlik nahiyəsində quru və 
yaxud kiçik monoton xarakterli xırıltılar eşidilir. Yayılmış sirrotik proses zamanı hətta prosesin 
remissiya  dövründə  qabarıq  əlamətlər  üzə  çıxır.  Ən  qorxulu  əlamət  ağciyər  qanaxmasıdır.  Bu 
asfiksiyaya  səbəb  ola  bilər.  Xəstələrin  vəziyyəti  xroniki  ağciyər  ürəyi  yarandıqda  daha  da 
ağırlaşır.  Bu  vaxt  təngnəfəslik  artır,  sianoz  inkişaf  edir,  taxikardiya  əlamətləri  baş  verir, 
qaraciyərin ölçüləri böyüyür, periferik şişkinlik aşkar olunur. Elektrokardioqrammada xarakterik 
dəyişikliklər  aşkar  olunur.  İrinli  infeksiya  ilə  ağırlaşma  zamanı  proses  uzun  çəkirsə, 
parenximatoz  orqanların  amiloidozu  inkişaf  edir.  Prosesin  kəskinləşməsi  skleroz  zonasında 
vərəmin  bu  klinik  formasında  sönmüş  ocaqların  aktivləşməsinə  səbəb  ola  bilər.  Bu  halda  ilk 
planda  vərəm  intoksikasiyası  üzə  çıxır.  Eyni  zamanda,  qanhayxırma  və  yaxud  da  qanaxma 
müşahidə olunur. Bəlğəmdə bəzən birdəfəlik vərəm mikobakeriyaları aşkar etmək mümkün olur. 
İkincili  infekiya  qoşularkən  qeyri-spesifik,  ləngimiş  və  yaxud  xroniki  sətəlcəm  yaranır.  Bu 
zaman temperatur qalxır, öskürək sürətlənir, bəlğəmin miqdarı artır, ağciyərdə kataral əlamətlər, 
leykositoz və EÇS-in sürətlənməsi müşahidə olunur. 
Ağciyərlərin  sirrotik  vərəminin  rentgenoloji  əlamətləri  çox  şaxəlidir  və  bu  əsas  etibarilə 
sirrotik  prosesin  hansı  prosesdən  yaranmasından  asılıdır.  Adətən  yayılmış  sirroz  səpələnmiş 
ağciyər  vərəmindən  sonra  yaranır.  Yayılmış  interstisial  və  sklerotik  dəyişikliklər  fonunda 
ağciyərlərdə  dağınıq  formada  bərkimiş,  yaxud  da  kirəcləşmiş  ocaqlar,  emfizema,  plevranın 
qalınlaşması aşkar olunur və xəstələrdə əvvəlki səpələnmiş vərəm olduğuna görə fibrozlu, habelə 
bərkimiş  ağciyər  kökləri  simmetrik  olaraq  yuxarıya  tərəf  dartılmış  olur.  Diafraqmanın  zirvəsi 
yatıq formada və az hərəkətli olur. İnfiltrativ vərəmdən yaranmış (adətən yuxarı payda) birtərəfli 
məhdud  sirroz  qeyri-bərabər  massiv  xarakterli  məhdud  kölgə  kimi  görünür.  Daxilində  işıqlı 
sahəciklər,  dəyirmi  və  oval  formada  bronxoektazlar  görünür.  Ağciyərin  zədələnmiş  sahəsi 
büzüşmə nəticəsində kiçilir, qalan hissə isə emfizematoz üfürülmüş olur. Ağciyər kökü yuxarıya 
dartılır, traxeya, ürək və iri damarlar sirroz tərəfə  yerini dəyişir. Diafraqmanın konturu dəyişib 
qabırğalararası sahələr daralmış olur. 
Qeyd  etdiyimiz  kimi,  vərəm  sirrozunun  müxtəlifliyindən  biri  də  ”orta  pay  sindromu”dur. 
Belə  halda  bu  payın,  yaxud  da  dilə  bənzər  seqmentlərin  sol  tərəfdə  büzüşməsi  görünür. 


111 
 
Tərkibində 
isə 
bərkimiş 
və 
daşlaşmış  ocaqlar 
olur. Divar aralığı 
limfa 
düyünlərində  tək-
tək  və 
yaxud 
çoxsaylı 
kalsinatlar 
görünür. 
Bronxoqrafiy

zamanı 
zədələnmiş 
ağciyərdə 
deformasiya, 
yaxud  da  bronx-
ların 
stenozu, 
onların  silindrik 
və 
kisəvari 
genişlənməsi 
görünür.  Angiopulmonoqrafiya  zamanı  damarlar  şəbəkəsinin  deformasiyası  və  zəifləməsi, 
seyrəkləşməsi aşkar olunur. Plevropnevmosirrozda xəstə ağciyərin bütövlükdə kiçilməsi, massiv 
plevral qalınlaşmalar, divar aralığının yerdəyişməsi aşkar olunur. 
Sirroz  ağciyər  vərəminin  aktiv  formasıdır  və  bunu  ilk  öncə  metatuberkulyoz  xarakterli 
pnevmoskleroz  və  pnevmosirrozdan  fərqləndirmək  lazımdır.  Pnevmoskleroz  və  pnevmosirroz 
ağciyər vərəminin müxtəlif formalarının involyusiyası, sağalması nəticəsində əmələ gəlir. Ancaq 
onlar  tamamilə  sönmüş  proseslərdir  və  bu  zaman  spesifik  intoksikasiya,  batsil  ifrazetmə  və 
ağciyərdə  aktiv  dəyişikliklər  müşahidə  olunmur.  Kəskinəşmələri  isə  ağciyərlərin  qeyri-spesifik 
iltihabı və yaxud bronxoektatik xəstəlik formasında olur, bəzən metapnevmonik, pnevmoskleroz 
və  pnevmosirrozu  xatırladır.  Axırıncıları  müayinə  edərkən  nəzərə  almaq  lazımdır  ki,  belə 
xəstələrdə  əvvəllər  yəni  qeyri-spesifik  pnevmoskleroz  olan  xəstələrin  anamnezlərində  xroniki 
bronxit,  kəskin,  yubanmış  və  yaxud  residivli  sətəlcəm,  ağciyər  absesi,  travmatik  zədələnmələr 
olmalıdır. Proses əsas etibarilə ağciyərin orta və aşağı paylarında yerləşir. Vərəm ocaqları aşkar 
olunmur. Ağciyər toxumasının sklerotik bərkimiş sahəcikləri müəyyən olunur. Hipoventilyasiya 
zonaları və fibroatelektaz kostal və payarası plevraların qalınlaşması aşkar olunur. Bronxoqrafiya 
zamanı,  əsas  etibarilə  aşağı  paylarda,  əksər  hallarda  ikitərəfli,  quru  və  yaxud  maye  ilə  dolmuş 
silindrik və yaxud kisəvari bronxoektazlar aşkar olunur. 
Bronxoloji müayinələr zamanı bu sahələrdə yayılmış irinli və yaxud da kataral endobronxit 
aşkar olunur. Vərəmli xəstələrdə isə pnevmoskleroz və pnevmosirroz yanaşı gedən qeyri-spesifik 
sətəlcəmin  nəticəsində  əmələ  gəlir.  Belə  hallarda  differensial  diaqnostika  çətinləşir,  vərəm 
prosesinin  aktivliyini  aşkar  etmək  üçün  kompleks  müayinələr  aparmağa,  о  cümlədən 
tuberkulinodiaqnostikaya ehtiyac olur. 
Səpələnmiş  ağciyərdən  sonra  yaranmış  sirrozu  kliniki  və  rentgenoloji  cəhətdən  silikoz  və 
silikovərəmdən  ayırmaq  və  digər  pnevmokaniozlardan  fərqləndirmək  lazımdır.  Bu  zaman 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə