Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə57/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

117 
 

 
flüorxinolonlara və ya 2-ci sıra inyeksion dərman vasitələrinə qarşı qazanılmış davamlılıq 
haqqında məlumat əldə olunarsa, və ya 

 
dərmanların yanaşı təsiri müşahidə olunarsa. 
Olüm  vərəm  əleyhinə  müalicə  kursu  müddətində  istənilən  səbəbdən  dünyasını  dəyişən 
xəstələr nəzərdə tutulur.  
Mütəmadi  həkim  nəzarətindən  kənar  qalmış  xəstələr
  müalicə  kursu  müddətində  ardıcıl 
olaraq 2 ay və daha uzun müddət fasilə vermiş xəstələr nəzərdə tutulur. 
Müalicə  nəticəsi  qiymətləndirilməyib
  müalicə  kursunun  nəticəsi  müəyyən  edilməmiş 
vərəm xəstələri nəzərdə tutulur. Bu qrupa digər tibb müəssisəssinə ”köçürülüb” qeydi edilmiş və 
sonrakı müalicə nəticələri hesabata daxil olmayan xəstələr də aiddir. 
Uğurlu  müalicə  “sağalıb”  və  “müalicə  başa  çatdırılıb”  nəticələri  əldə  edilmiş  xəstəlik 
hadisələrinin cəmidir. 
Bəlğəmin konversiyası  – neqativasiya (müsbət nəticənin mənfi ilə əvəz olunması): azı 30 
gün fasilə ilə aparılmış iki ardıcıl əkmənin nəticələri mənfi olduqda xəstədə neqativasiyanın baş 
verdiyi  qeyd  edilir.  Neqativasiya  tarixi  birinci  mənfi  əkmə  nəticəsi  əldə  olunmuş  bioloji 
materialın götürüldüyü tarix hesab olunur.  
Reversiya (mənfi nəticənin müsbətə dönməsi): xəstədə baş vermiş neqativasiyadan (azı 30 
gün  fərqlə  aparılmış  iki  ardıcıl  mənfi  nəticələnmiş  əkmə)  sonra  əkmənin  təkrar  müsbət  olması 
reversiya adlanır. “Uğursuz müalicə” diaqnozu üçün reversiya davam edici fazada baş verdikdə 
nəzərə alınır.  
 
Vərəm əleyhinə dərman vasitələrinin təsnifatı 
Vərəm  əleyhinə  dərman  vasitələrinin  (VDV)  müxtəlif  təsnifatları  mövcuddur.  Bu  sənəddə 
VDV-lərin  effektivliyi,  istifadə  təcrübəsi  və  təhlükəsizliyinə  əsaslanan  5  qrup  üzrə  təsnifat 
təqdim  edilir.  Beş  müxtəlif  qrupa  daxil  olan  VDV-lər  cədvəl  1-də  göstərilmişdir.  Dərman 
vasitələrinin  farmakologiyası,  təsir  mexanizmi,  əks  göstərişləri,  digər  dərman  vasitələri  ilə 
qarşılıqlı  təsiri,  istifadə  qaydaları  və  tövsiyə  olunan  dozaları  haqqında  ətraflı  məlumat  2  saylı 
əlavədə göstərilib.  
 
Cədvəl 1. Qruplar üzrə vərəm əleyhinə dərman vasitələrinin təsnifatı  
Vərəm əleyhinə dərman vasitələri (VDV) qrupu  
Dərman vasitəsi 
Qısaltma 
Qrup 1. 1-ci sıra daxilə qəbul edilən VDV  
İzoniazid 

Rifampisin 

Etambutol 

Pirazinamid 

Rifabutin 
Rfb 
Rifapentin 
Rpt 
Qrup 2. İnyeksion VDV  
Streptomisin 

Kanamisin 
Km 
Amikasin 
Am  
Kapreomisin 
Cm 
Qrup 3. Flüorxinolonlar (Fq) 
Levofloksasin 
Lfx 
Moksifloksasin 
Mfx 


118 
 
Qrup 4. 2-ci sıra daxilə qəbul edilən bakteriostatik VDV  
Etionamid 
Eto 
Protionamid 
Pto 
Sikloserin 
Cs 
Terizidon 
Trd 
ppara-aminosalisil 
turşusu 
PAST 
p-aminosalisil 
sodası (natrium) 
PAST-Na 
Qrup  5.  Effektivliyi  haqqında  və/və  ya  uzun  müddətli 
təhlükəsiz  istifadəsinə  dair  məhdud  məlumat  olan  VDV. 
Bu qrupa yeni VDV-lər daxildir. 
Bedakvilin 
Bdq 
Linezolid 
Lzd 
Klofazimin 
Cfz 
Amoksisillin/ 
klavulanat
а
 
Amx/Clv 
İmipenem/silastatin
а
 
Ipm/Cln 
Meropenem
а
 
Mpm 
Yüksək 
dozalarda 
izoniazid 
Yüksək  doza 
H  
Tioasetazon 
Thz 
Klaritromisin 
Clr 
Delamanid 
Dld 
а
 klavulanat (Clv) imipenem/silastatinə və merapeneme 
i,ii
əlavə kimi tövsiyə olunur.  
Dərmanlara həssas vərəmin kimyəvi terapiyası 
Dərmanlara  həssas  vərəmin  müalicəsində  I  və  II  kateqoriya  üzrə  standart  müalicə 
sxemlərindən  istifadə  olunur  (Cədvəl  2).  Müalicə  müddətində  laborator  və  rentgenoloji 
müayinələr də aparılır (Cədvəl 3). Müalicə sxeminin seçimi dərmanlara davamlılıq faktorundan 
başqa  qeydiyyat  qrupundan  və  xəstənin  bədən  çəkisindən  də  asılıdır.  Müalicə  sxeminin  seçimi 
zamanı həmçinin  İİV infeksiyası,  hamiləlik, böyrək çatışmazlığı,  qaraciyər çatışmazlığı  və sair 
xüsusi  hallara  da  diqqətə  alınmalıdır.  Dərmanlara  həssas  vərəmin  müalicə  sxemi  intensiv  və 
davamedici fazalardan ibarətdir. 
  
İlk dəfə aşkar edilmiş xəstələr  

 
İlk dəfə vərəm müəyyən edilmiş xəstədə sürətli laborator molekulyar üsul vasitəsi ilə R (H) 
qarşı həssaslığın olduğu müəyyən edilibsə, bu zaman müalicə kursu I kateqoriya üzrə təyin edilir 
(Cədvəl 2). 

 
 Əgər ilk dəfə vərəm müəyyən edilmiş xəstədə sürətli laborator molekulyar üsul vasitəsi ilə 
dərmanlara həssaslığın müəyyən edilməsi mümkün olmayıbsa, DHT-nin cavabları məlum olana 
qədər I kateqoriya üzrə müalicə başlanılmalıdır. 

 
 Əgər  ilk  dəfə  vərəm  müəyyən  edilmiş  xəstəyə  diaqnozu  yalnız  klinik  əlamətlərə  əsasən 
təyin edilibsə, müalicə I kateqoriya üzrə başlanılmalıdır. 

 
 Müalicə  sxeminə  sonrakı  dəyişikliklər  dərmanlara  həssaslıq  testinin  nəticələrinə  əsasən 
aparılır.  
 İlk dəfə vərəm müəyyən edilmiş xəstədə I kateqoriya üzrə müalicə kursu 6 ay davam edir: 
2 ay İntensiv faza, 4 ay isə Davamedici faza. İntensiv fazada 2 ay müddətində, 1-ci Qrupa daxil 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə