Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə58/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   54   55   56   57   58   59   60   61   ...   137

119 
 
olan  dörd  vərəm  əleyhinə  dərman  vasitəsindən  (H,  R,  etambutol  (E)  və  pirazinamid  (Z)), 
davamedici fazada isə iki preparatdan (H və R) istifadə olunur.  
 
 Əvvəllər müalicə olunmuş xəstələr 
Əvvəllər müalicə olunmuş xəstələrin bioloji material nümunələri (bəlğəm və ya digər bioloji 
material)  mütləq  bəlğəmin  mikroskopiyası  və  sürətli  molekulyar  üsul  olan  Xpert  MTB/RIF  və 
ya  LPA  vasitəsi  ilə  müayinədən  keçməli,  həmçinin  əkmə  və  DHT  üçün  də  bioloji  material 
nümunələri toplanılmalıdır.  
-  Əvvəllər müalicə olunmuş  xəstələrdə  müalicədən öncə  sürətli  molekulyar üsullar vasitəsi 
ilə aparılmış müayinə nəticələri R (H) həssaslığın saxlanıldığını təsdiq etdiyi hallarda müalicə II 
kateqoriya (Cədvəl 2) üzrə aparılmalıdır:  
- Müalicənin intensiv fazası-2 ay 1-ci Qrupa daxil olan beş (H, R, E, Z və streptomisin (S)) 
VDV ilə başlanılır, sonralar isə daha 1 ay streptomisin olmadan davam etdirilir (H,R,E,Z)  
-  Müalicənin  davamedici fazası  – 5  ay  1-ci  Qrupa daxil olan üç  (H, R, E)  VDV ilə  davam 
etdirilir.  
- Müalicə kursunun ümumi müddəti 8 aydır. Müalicə sxemində sonrakı dəyişikliklər vərəm 
mikobakteriyasının dərmanlara həssaslıq müayinəsinin nəticələrinə əsasən aparılır.  
- Əgər xəstə əvvəllər müalicə alıbsa, lakin sürətli molekulyar müayinənin nəticələri məlum 
deyilsə  bu  zaman  DD-  vərəm  ehtimalı  qiymətləndirilməlidir.  Adətən,  xəstə  II  kateqoriya  üzrə 
müalicəyə  başlayır,  DHT  nəticələri  daxil  olduqdan  sonra,  ehtiyac  yaranarsa,  müalicə  sxeminə 
yenidən baxıla bilər.  
- Əgər əvvəllər müalicə almış xəstəyə diaqnoz yalnız klinik əlamətlərə əsasən təyin edilibsə, 
bu zaman, ona II kateqoriya üzrə müalicə təyin edilir. 
 
Cədvəl 2. Dərmanlara həssaslıq müəyyən edilmiş vərəm xəstəliyinin müalicə sxemləri  
Xəstənin tipi 
Müalicənin 
intensiv fazası 
Müalicənin davam 
etmə fazası  
Müalicə 
müddəti 
Müalicə 
rejimlərinin 
kodu 
İlk dəfə aşkarlanmış 
2 ay HRZE 
4 ay HR  
6 ay  

Əvvəllər 
müalicə 
olunmuş  
2 ay SHRZE / 
1 ay HRZE 
5 ay HRE 
8 ay  
II 
а
 Xpert MTB/RIF və ya LPA kimi molekulyar testlər müalicənin başlanğıcında R (H) qarşı 
həssaslığın olduğunu müəyyən edirsə müalicənin intensiv fazasından streptomisin çıxarıla bilər 
və müalicə I kateqoriya üzrə aparıla bilər. Müalicə sxemində sonrakı dəyişikliklər 
mikrobakteriyanın dərmanlara davamlılıq xüsusiyyətlərinə əsasən aparılır.  
 
G/ÇDD vərəmə münasibətdə yüksək risk qrupları  
G/Ç DD vərəmə münasibətdə yüksək risk qrupuna aşağıdakılar aiddir 

 
DD-vərəm xəstələri ilə sıx təmasda olan, aktiv vərəm əlamətləri aşkar edilmiş şəxslər;  

 
“uğursuz müalicə” nəticəsi müəyyən edilmiş vərəm xəstələri – 1-ci sıra dərman vasitələri 
ilə müalicənin intensiv fazasının sonunda yaxma nəticəsi müsbət olaraq qalan xəstələr  

 
aktiv forma vərəm xəstəsi olan İİV müsbət şəxslər 

 
əvvəllər cəzaçəkmə müəssisələrində olmuş şəxslər 

 
dərmanların  sorulmasının  pozulması  və  ya  ishal  ilə  müşahidə  olunan  yanaşı  xəstəlikləri 
olan pasiyentlər. 


120 
 
 
Müalicə müddətində klinik, laborator və rentgenoloji müayinələr 
 
Cədvəl 3. I və II kateqoriyalar üzrə müalicə alan xəstələrin müayinəsi  
Xəstənin aid 
olduğu 
kateqoriya 
Müalicə 
sxemi 
Mikroskopi
ya və əkmə 
Dərmanlara həssaslıq 
testi 
Ağciyərlərin 
rentgenoqrafiyası 
İlk dəfə aşkar 
edilmiş xəstə (I-ci 
qeydiyyat 
kateqoriyası) 
2HRZE/
4HR 
 
Müalicənin 
2,  5  və  6-cı 
aylarında   
Mikroskopiya  və  /  və  ya 
əkmə 
nəticələrin 
müalicənin  2-ci  ayında 
müsbət olaraq qalır və ya 
2-ci  aydan  sonra  müsbət 
olur (və ya müalicənin 2-
ci ayından sonra istənilən 
ayda)  
Müalicənin 
6-cı 
ayında. 
Həmçinin, 
tələb 
olunarsa, 
istənilən vaxt. 
Əvvəllər  müalicə 
almış  xəstə  (II-ci 
qeydiyyat 
kateqoriyası) 
2SHRZE

1HRZE/ 
5HRE  
  
Müalicənin 
3,  5  və  8-ci 
ayında  
Mikroskopiya  və  /  və  ya 
əkmə 
nəticələrin 
müalicənin  3-cü  ayında 
müsbət olaraq qalır və ya 
3-cü  aydan  sonra  müsbət 
olur (və ya müalicənin 3-
cü 
ayından 
sonra 
istənilən ayda)  
Müalicənin 
8-ci 
ayında. 
Həmçinin, 
tələb 
olunarsa, 
istənilən vaxt. 
 
Dərmanlara davamlı vərəmin kimyəvi terapiyası strategiyasının təsviri üçün istifadə 
olunan terminlər 
Standart  müalicə  -  İndividual  DHT  nəticələri  məlum  olmayan  xəstələr  üçün  başlanğıc 
müalicə  kursu  bu  qrupa  daxil  olan  digər  xəstələrin  dərmanlara  davamlılıq  xüsusiyyətlərinə 
əsaslanan  təhqiqat  nəticələrinə  uyğun  olaraq  təyin  edilir.  Eyni  qrupa  və  ya  kateqoriyaya  daxil 
olan  bütün  xəstələr  eyni  kurs  əsasında  müalicə  olunur.  ÇDD  vərəmə  şübhəli  xəstələrdə 
diaqnozun  təsdiqi  imkan  daxilində  DHT  nəticələri  əsasında  aparılmalıdır.  Xəstənin  DHT 
nəticələri  məlum  olduqdan  sonra  standart  müalicə  kursu  bir  daha  nəzərdən  keçirilir  və  ehtiyac 
olarsa dəyişikliklər aparılır. 
İndividual  müalicə.  Hər  bir  müalicə  sxemi  xəstənin  əvvəlki  vərəm  əleyhinə  müalicə 
anamnezinə və individual DHT nəticələrinə əsasən hazırlanır.  
 
ÇDD vərəmin standart kimyəvi terapiyası  
Əgər sürətli molekulyar müayinə nəticəsində R və ya HR qarşı davamlılıq müəyyən edilibsə, 
lakin fenotipik DHT nəticələri  məlum deyilsə,  xəstəlik hadisəsi 2-ci sıra dərman vasitələri ilə 
ÇDD  vərəm  üzrə  standart  müalicə  sxeminə  uyğun  olaraq  müalicəyə  başlamaq  məqsədilə  DD-
vərəm üzrə həkim konsiliumuna təqdim edilir. ÇDD-vərəmin standart müalicə sxemi intensiv və 
davamedici fazadan ibarətdir.  
Müalicənin  intensiv  fazası:  Müalicənin  intensiv  fazasında  altı  VDV  istifadə  olunur 
inyeksion  VDV  (  Kanamisin  (Km)  və  ya  Amikasin  (Am)  və  ya  Kapreomisin  (Cm)), 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə