Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə50/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   46   47   48   49   50   51   52   53   ...   137

102 
 
olur  və  bu  bronxların  drenaj  funksiyası  pozulduqda  kaverna  daxilində  maye  toplanır, 
rentgenoloji müayinə zamanı kavernanın daxilində horizantal səviyyə görünür. 
Bir  sıra  hallarda  kavernanın  aparıcı  bronxlarında  spesifik  endo  və  peribronxit,  limfanqit 
əmələ  gəlir  və  ağciyər  kökünə  tərəf  yönəlmiş  “cığırın”  əmələ  gəlməsinə  səbəb  olur.  Spesifik 
endobronxit  zamanı  xəstələrdə  güclü  öskürək  olur.  Xəstə  bərk  öskürərkən  kaverna  daxilindəki 
bəlğəm bifurkasiyaya sarı axır və öskürəkdən sonra xəstə dərin nəfəs aldığı zaman həmin bəlğəm 
sağlam bronxlarla ağciyərin sağlam toxumalarına yayıla bilir və beləliklə də vərəmin sputogen, 
yəni bəlğəmlə yayılması müşahidə olunur (sputum-bəlğəm deməkdir).  
Kavernanın daxili piogen qatında olduqca böyük miqdarda vərəm mikobakteriyaları vardır. 
Onların  sayı  10
10
-10
12
-yə  bərabərdir.  Bu  çoxsaylı  bakterial  populyasiya  qeyri-stabil  vəziyyətdə 
olub  daima  çoxalır  və  kaverna  divarında,  tərkibində  nekroz  olan  iltihabi  prosesi  ardıcıl  inkişaf 
etdirir.  Beləliklə,  vaxtaşırı  meydana  gələn  bronxogen  disseminasiya  nəticəsində  ağciyərlərin 
fibroz-kavernoz  vərəmi  zamanı  proses  təkçə  kavernanın  yerləşdiyi  zonada  deyil,  daha  geniş 
sahələri  əhatə  edir.  Növbəti  kəskinləşmələr  zamanı  kaverna  ətrafındakı  ağciyər  toxumasında 
yaranan  yeni  ocaqlar  bir-birinə  qovuşa  bilir  və  bunların  da  dağılması  nəticəsində  yeni 
destruksiyalar yaranır, müalicə düzgün aparılmadıqda, yaxud da müalicənin effekti zəif olduqda 
polikavernoz  prosesin  yaranmasına  səbəb  olur.  Bununla  bərabər  pnevmoskleroz,  emfizema 
inkişaf  edir  və  belə  xəstələrdə  bronxoektaziya  yaranır.  Belə  metatuberkuloz  xarakterli 
dəyişikliklər xəstənin vəziyyətini daha da ağırlaşdırır və xəstəliyin gedişi dönməz şəkil alır. 
Ağciyərlərin  fibroz-kavernoz  vərəmi  zamanı  bəzən  ağciyərdən  kənar  prosesin  inkişafına 
imkan  yaranır.  Adətən  belə  xəstələrdə  maddələr  mübadiləsinin  pozulması  meydana  gəlir, 
vitaminlərin  defisiti  yaranır,  mədə-bağırsaq  sistemində,  ürək-damar  sistemində  ciddi 
dəyişikliklər müşahidə olunur. 
Vərəmin  bütün  xroniki  formalarında  olduğu  kimi  ağciyərlərin  fibroz-kavernoz  vərəmi 
zamanı da ən ciddi ağırlaşmalardan biri parenximatoz orqanların amiloidozudur. 
Amiloidoz  əsas  etibarilə  qaraciyərdə,  böyrəklərdə,  bağırsaqlarda,  daxili  sekresiya 
vəzilərində və digər orqanlarda inkişaf edir. 
Bu xəstələrdə qaraciyər koması, böyrək çatışmazlığı və uremiya, böyrəküstü vəzinin qabıq 
maddəsinin distrofiyası nəticəsində Addison xəstəliyi inkişaf edə bilər. 
Maddələr  mübadiləsinin  pozulması  nəticəsində  dayaq-oynaq  aparatının  pozğunluqları  ola 
bilər. 
Göstərilən  çoxsaylı  funksional  və  morfoloji  dəyişikliklər  nəticəsində  ağciyərlərin  fibroz-
kavernoz vərəminin kliniki təzahürləri olduqca rəngarəngdir və bunları bir sistem halına salmaq 
üçün A.Q.Xomenko ağciyərlərin fibroz-kavernoz vərəmini 4 kliniki qrupa ayırır: 
1.  Məhdud 
və 
nisbətən 
stabil 
fibroz-kavernoz 
proses. 
Bu 
qrupdan 
olan 
xəstələrdə  proses  məhdud  formada  və  stabil  gedişə  malikdir.  Tək-tək  hallarda  xəstəliyin 
kəskinləşməsi müşahidə olunur və belə xəstələrdə vərəm mikobakteriyaları ya aşkar olunmur, ya 
da 
kəskinləşən 
dövrdə 
aşkar 
oluna bilər. 
2.
 
Tədricən şiddətlənən fibroz-kavernoz vərəm. 
3.
 
Sürətlə şiddətlənən fibroz-kavernoz vərəm. 
4.  Müxtəlif 
ağırlaşmalarla 
müşahidə 
olunan 
fibroz-kavernoz 
vərəm. 
Əksər hallarda bu variant şiddətli gedişi ilə xarakterizə olunur. 
Ağciyər vərəminin bütün formalarından inkişaf edə bilsə də fibroz-kavernoz vərəm ən çox 
kavernoz  və  səpələnmiş  ağciyər  vərəmindən  əmələ  gəlir.  Birinci  variant  kavernoz  vərəmin 


103 
 
fibroz-kavernoz  vərəmə  keçməsindən  ibarətdir.  Bu,  ən  çox  cərrahi  müdaxiləyə  etiraz  edən 
xəstələrdə  müşahidə  olunur.  Amma  onlar  uzun  müddət  kimyəvi  terapiya  alırlar  və  bunun 
sayəsində  bu  xəstələrdə  prosesin  stabilləşməsi  baş  verir.  Uzun  müddətli  kimyəvi  terapiya 
kavernanın  divarında  iltihabi  reaksiyaların  sönməsinə  gətirib  çıxarır.  Bunun  nəticəsində 
kavernanın  daxili  divarında  kazeoz  təbəqənin  bir  qədər  təmizlənməsi  baş  verir  və  bakterial 
populyasiyanın sayı  azala bilir. Bu səbəbdən və ilk növbədə uzunmüddətli müalicə nəticəsində 
prosesin kəskinləşməsi baş vermir və yaxud da kəskinləşmə arasındakı dövr bir neçə aydan bir 
neçə  ilə  qədər  uzana  bilir.  Belə  xəstələr  özlərini  xeyli  yaxşı  hiss  edirlər,  hətta  fikir  yaranır  ki, 
onlar  sağalıblar.  Bu  xəstələrdə  uzun  müddət  vərəm  mikobakteriyaları  da  tapılmır  və  olursa  da 
çox  az  sayda  aşkar  olunur.  Xəstələrin  bir  qismində  mikroskopiya  zamanı  vərəm 
mikobakteriyaları aşkar olunsa da, bakterioloji müayinə zamanı, yəni bəlğəmin əkilməsi yolu ilə 
vərəm mikobakteriyaları aşkar olunmur. Bu paradoksal hal onunla izah olunur ki, uzunmüddətli 
kimyəvi  terapiya  nəticəsində  vərəm  mikobakteriyalarının  həyat  fəaliyyətində  dəyişikliklər  baş 
verir. Onların kultural xüsusiyyətləri dəyişir. Belə stabillik bütün rejimə və qaydalara riayət edən 
xəstələrdə  baş  verə  bilir.  Stabilləşmiş  fibroz-kavernoz  vərəmi  olan  xəstələr  əgər  rejimi 
pozarlarsa,  vərəm  prosesinin  şiddətlənməsi  və  kəskinləşməsi  baş  verə  bilər.  Belə  hal  kimyəvi 
preparatları  xaotik  halda  istifadə  edən  xəstələrdə  də  baş  verə  bilər.  Prosesin  yenidən 
kəskinləşməsi və vəziyyətin ağırlaşması uzun müddət kimyəvi dərmanları qəbul edən xəstələrdə 
dərmanlara davamlılığın yaranması, yaxud da dərmanların ağır fəsadlarının törəməsi nəticəsində 
də  müalicənin  effektsizliyinə  gətirib  çıxara  bilir  və  bu  xəstələrdə  proses  stabil  formadan 
kəskinləşən formaya keçə bilir. Belə hallarda xəstənin bütün qaydalara riayət etməsi və həkimin 
bütün  cəhdləri  müsbət  nəticə  verməyə  bilər  və  prosesin  stabilliyi  pozula  bilər.  Uzunmüddətli 
effektli kimyəvi terapiyanın da bir həddi və imkanları dərəcəsi vardır. Doğrudan da uzun müddət 
qəbul  olunan  kimyəvi  preparatlar  əvvəl-axır  bu  dərmanlara  dözümsüzlüyə,  fəsadların 
yaranmasına  və  nəhayət  dərmanlara  qarşı  davamlılığın  inkişaf  etməsinə  gətirib  çıxarır.  Belə 
olduğu halda, vərəm prosesi başqa bir inkişaf yolu tapır və şiddətlənmə tipli bir proses meydana 
gəlir. 
İkinci  və  üçüncü  varianta  -  fibroz-kavernoz  vərəmin  şiddətlənməsinə  xəstəliyin 
başlanğıcında  da  təsadüf  oluna  bilər.  Xəstəliyin  şiddətlənməsinin  əvvəlcə  hər-hansı  bir  stabil 
dövrdən  sonra  başlanması  mütləq  şərt  deyil.  Destruktiv  prosesin  başlanğıcından  hətta  müalicə 
aparılmasına baxmayaraq, xəstəlik tədricən və sürətlə şiddətlənə bilər. İkinci və üçüncü variantın 
baş  vermə  səbəblərindən  biri  xəstələrin  müalicə  rejiminə  düzgün  əməl  etməmələridirsə,  əsas 
səbəblər  kimi  xəstələrdə  vərəm  əleyhinə  dərmanlara  davamlılığın  inkişafı,  dərmanlara 
dözümsüzlük,  yaranan  fəsadlar  və  vərəm  mikobakteriyalarının  yüksək  virulentliyi 
göstərilməlidir. 
Ağciyər  vərəminin  şiddətlənən  bütün  digər  kliniki  formalarında  olduğu  kimi  ağciyərlərin 
fibroz-kavernoz vərəmində də şiddətlənmənin  əsas səbəbini immunoloji  reaktivliyin  zəifləməsi, 
orqanizmin müdafiə qabiliyyətinin  lazımi səviyyədə olmaması ilə izah etmək lazımdır. Fibroz-
kavernoz vərəmin şiddətlənməsi təkcə yeni vərəm ocaqlarının və yeni kavernaların yaranması ilə 
xarakterik deyil. Ağciyər qanaxması nəticəsində aspirasion sətəlcəm,  yaxud da kazeoz sətəlcəm 
ilə o, daha da ağırlaşır. Bəzən kaverna divarının plevra boşluğuna açılması nəticəsində patoloji 
spontan pnevmotoraksın, sonra isə irinli plevritin yaranması müşahidə oluna bilər. Beləliklə, belə 
xəstələr prosesin kəskinləşməsi yaxud da şiddətlənməsindən xilas ola bilmir, aparılan kompleks 
müalicələrin  nəticəsindən  və  onun  aparılmasından  asılı  olmayaraq  proses  getdikcə  şiddətlənə 
bilir,  nəhəng  kavernalar  yarana  bilir.  Xəstəliyin  stabilləşməsinə  mane  olan  dərmanlara  qarşı 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə