Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

98 
 
yaş  xırıltılar  eşidilmir.  Belə  kavernalar  adətən  rentgenoloji  müayinələr  zamanı  aşkar  olunur. 
Beləliklə,  ağ  ciyərlərdə  kavernanın  olmasını  auskultasiya  və  perkussiya  vasitəsilə  müəyyən 
etmək  mümkün  olsa  da,  daha  inandırıcı  əlamətləri  rentgen  müayinəsi  nəticəsində  aşkar  etmək 
olur. 
Vərəmin  bu  forması  üçün  qanın  müayinələrinin  elə  bir  əhəmiyyəti  yoxdur.  Limfositlərin 
sayı azalmış olur, leykositlərin sola meyli aşkar olunur, EÇS sürətlənmiş olur və bunlar, adətən 
əvvələr  müalicə  olunmamış  və  ilk  dəfə  aşkar  olunmuş  kavernoz  vərəmdə  müşahidə  olunur. 
Tuberkulinə  qarşı  zəif  həssaslıq  aşkar  etmək  olur.  Vərəm  mikobakteriyaları  aşkar  etmək  üçün 
bəzən belə xəstələrin bronx yuyuntularını, bəlğəmini bir neçə dəfə müayinə etməyə ehtiyac olur. 
Rentgenoloji  müayinələr  zamanı  təzə  kavernaların  divarları  hələ  formalaşmadığından  zəif 
seçilir, köhnə kavernaların divarları isə kəskin konturları ilə və qapalı üzük kimi aydın görünür. 
Əksər hallarda kavernanın divarlarının qalınlığı 2-4 mm-ə qədər olur. 
Kavernoz vərəmdə infiltrativ və fibroz-kavernoz vərəmdən fərqli olaraq ətrafında infiltrativ 
və  yaxud fibroz dəyişikliklər, bronxogen səpələnmiş ocaqlar  yoxdur və orqanların,  xüsusilə də 
divararalığı  orqanlarının  proses  olan  tərəfə  yerdəyişməsi  müşahidə  olunmur.  Ölçülərinə  görə 
diametri  0,5  sm-dən  başlamış  6  sm-dən  artıq  nəhəng  kavernalara  rast  gəlinir.  Kavernalar 
divarlarının elastikliyindən və ətraf toxumanın vəziyyətindən asılı olaraq  şarabənzər, oval, hətta 
üçbucaq şəklində ola bilər. Sirrotik daxili  kapsula malik  olan kaverna öskürdükdə, dərin nəfəs 
aldıqda,  uzunmüddətli  müalicə  nəticəsində  və  hətta  süni  pnevmotoraks  nəticəsində  belə 
formasını dəyişmir.  
Yeni və köhnə kavernada bəzən onun tərkibində olan bəlğəm, irin, selik, nekrotik kütlənin 
horizontal  səviyyəsi  görünə  bilər.  Bu  maye  kütlənin  kavernanın  daxilində  horizontal  şəkildə 
görünməsi,  adətən  aparıcı  bronxun  istiqamətindən  və  yaxud  da  müvəqqəti  bağlanmasından 
asılıdır. Rentgenoqramda kavernanın divarları açıq aydın görünür. Aparıcı bronxun divarlarını da 
görmək olur. Əgər perifokal iltihabi proses yoxdursa, belə hallarda kavernanın divarları çox açıq, 
aydın ağciyər toxumasından seçilir və dəqiq görünür. Kaverna ağciyər kökünə yaxın yerləşərsə, 
kökün  kölgəsi  onun  bir  qədər  dəqiq  görünməsinə  mane  ola  bilər.  Kavernanın  önündə  və 
arxasında  ağciyər  toxumasında  ciddi  massiv  dəyişikliklər  olarkən  və  plevranın  bərkiməsi  və 
qalınlaşması  zamanı  kaverna  bir  qədər  qeyri-dəqiq  görünə  bilər.  Kavernanın  ölçülərini  və 
divarlarını  dəqiq  görmək  üçün  tomoqrafiyadan  istifadə  etməli,  müxtəlif  vəziyyətlərdə  xəstəyə 
baxmaq və superekspozisiyalı tomoqrafiya etmək lazımdır. 
Rentgenoloji  müayinələrin  müxtəlifliyinə  baxmayaraq  bəzən  yuxarıda  qeyd  olunan 
dəyişikliklər kavernanın  aşkar olunmasına mane ola bilər və bunlara  “görünməyən” kavernalar 
deyilir. Belə hallarda kavernanın aşkar olunmasına auskultasiya və laborator müayinələr kömək 
edir.  Bəlğəmdə  vərəm  mikobakteriyalarının  və  elastik  liflərin,  bronxoqrafiya  vasitəsilə 
destruksiyanın aşkar olunması “görünməyən” kavernanın olmasına dəlalət edir. 
Ağciyərlərdə  rentgenoloji  müayinələr  zamanı  aşkar  olunan  üzükvari  kölgələrin  hamısı 
kaverna  deyil,  bunlar  bulyoz  emfizema,  abseslər,  bronxoektaziya,  exinokokk,  ağciyər  xərçəngi 
zamanı  yaranmış  destruksiya  və  kisələşmiş  pnevmoplevrit  zamanı  məhdudlaşmış  boşluq  ola 
bilər. 
Ağciyərlərin  kistası  (yunan  sözü  cictic-kisə,  suluq)  hava  və  yaxud  da  maye  ilə  dolmuş 
boşluqdur.  Kistalar  tək  və  çoxsaylı  ola  bilər  (kistoz  ağciyər),  bronxla  əlaqəsi  olmayan  bağlı, 
bronxla əlaqəli açıq ola bilər. Belə kistalara çox tez-tez infeksiya düşür. Kistalar bir kameralı və 
çox kameralı ola bilər. Kistaların da diametri kaverna kimi 0,5 sm-dən başlamış bəzən 20 sm-ə 
qədər  olur.  Formaları  yumurtavari  və  yaxud  da  şarabənzər  olur.  Kistalar  adətən  ağciyər 


99 
 
toxumasının  dəyişməmiş  bir  nahiyəsində  olurlar.  İnfeksiya  düşməmiş,  anadangəlmə  kistanın 
divarı  2  mm-ə  qədər  olur.  Kistalar  rentgenoqramda  intensiv,  yekcins,  hüdudları  dəqiq  haşiyəli 
olur.  Kavernadan  fərqli  olaraq  kistanın  ətrafında  ocaqlı  dəyişikliklər  olmur.  Plevra  qatlarına 
yaxın olsa belə plevrada dəyişikliklər müşahidə olunmur. Bağlı infeksiya düşməmiş kistalar heç 
bir  kliniki  əlamətlərlə  müşahidə  olunmur  və  rentgenoloji  müayinələr  zamanı  aşkar  olunur. 
İnfeksiya düşmüş kistalar isə iltihabi proseslərə uyğun dəyişikliklərlə müşahidə olunur. 
Vərəmin destruktiv forması kimi bəzi hallarda bronxlarda spesifik dəyişikliklər aşkar oluna 
bilər. Xəstələrin bir hissəsində bronxların deformasiyası, divarlarında çapıqlar aşkar etmək olar 
ki, bu keçirilmiş vərəm prosesinin qalıqları kimi qiymətləndirilməlidir. 
Ağciyərlərin  kavernoz  vərəminin  müalicəsində  əsas  dərmanlarla  uzun  müddətli  müalicə 
aparmaq lazımdır. Patogenetik müalicə metodları geniş tətbiq olunmalıdır - qlükokortikoidlərlə, 
tuberkulinoterapiya, dərmanların endobronxial aerozol yolla verilməsi, intratraxeobronxial, vena 
daxilinə  yeridilməklə.  Uzun  müddət  kavernanın  ölçülərinin  azalmaması  və  dinamikanın 
olmaması  kollapsoterapiya  və  yaxud  cərrahi  müalicəyə  ehtiyac  yaradır.  Antibakterial 
dərmanlarla, süni pnevmotoraksın  təyin  olunması  müsbət  effekt  verə bilir. Kollapsoterapiyanın 
effekti  olmadıqda,  müalicədən  3-4  ay  sonra  cərrahi  müdaxilə  məsələsi  müzakirə  olunmalıdır. 
Stasionar,  sanator  və  ambulator  müalicə  olmaqla  kavernoz  vərəmin  tam  sağalması  üçün 
antibakterial müalicənin 1,5-2 ilə qədər aparılması məsləhətdir. 
Faktiki  olaraq  kavernoz  vərəmin  mövcüdluğu  qeyd  etdiyimiz  kimi  2  ilə yaxın  olur.  Əksər 
hallarda  tuberkulostatik  terapiyanın  təsiri  nəticəsində  destruksiya  boşluğunun  sağalması  və 
yaxud  da  kavernanın  tam  formalaşması  prosesi  gedir.  Bir  sıra  hallarda  kavernanın  sağalması 
nazik birləşdirici toxuma çapığı ilə nəticələnir və bu çapıqda spesifik qranulyasiya toxuması və 
kazeoz-nekroz  olmur.  Belə  nəticə  yalnız  təzə  (elastik)  və  kiçik  kavernalarda  baş  verir.  Burada 
vacib  şərtlərdən  biri  xəstəlik  olan  yerdə  plevra  bitişiklərinin  olmamasıdır,  çünki  zədələnmiş 
ağciyər  toxumasının  plevraya  bitişməsi  və  plevranın  da  döş  qəfəsinə  bitişməsi  boşluğun,  yəni 
kavernanın  bağlanmasına  mane  olur.  Başqa  hallarda  membranın  ayrılmasından  sonra  kaverna 
artan  qranulyasion  toxuma  ilə  dolur.  Bu  daha  sonra  birləşdirici  toxumaya  çevrilir.  Bununla 
birlikdə,  kapsul  büzüşür  və  aparıcı  bronx  obliterasiyaya  uğrayır.  Belə  kaverna  boşluğunun 
yerində xətti və yaxud da ulduzvari çapıq - ocaq əmələ gəlir. Kaverna boşluğunun bağlanması, 
onun kazeoz kütlələrlə, limfa və toxuma mayesi ilə dolması nəticəsində tuberkulomanı xatırladan 
homogen fokusun əmələ gəlməsi ilə nəticələnə bilir. Belə sağalma qənaətbəxş sayılmır, çünki bir 
sıra mənfi faktorların təsiri ilə proses kəskinləşə bilir və yenidən həmin yerdə kaverna əmələ gələ 
bilir. Kavernanın açıq formada sağalması da mümkündür. Belə hallarda aparıcı bronxun drenaj 
funksiyası  qalmaqla  daxili  kazeoz-nekrotik  qatın  əsas  hissəsi  təmizlənir,  qranulyasion  qatda 
çoxsaylı makrofaqlar, poliblastlar, epitelioid və atipik nəhəng hüceyrələr olmaqla burada intensiv 
kiçik  qan  damarları  və  limfoid  folikulları  inkişaf  edir.  Tədricən  kavernanın  daxili  səthi 
hamarlaşır və yastı epiteli ilə örtülməyə,ətrafında kollagen liflərdən ibarət kapsul formalaşmağa 
başlayır.  Bunun  nəticəsində  boşluq,  hava  kistası  və  yaxud  da  bulyoz  törəmə  xarakteri  alır, 
normal və yaxud sklerotik dəyişikliklərə uğramış ağciyər toxuması ilə əhatə olunur və ətrafında 
inkapsulyasiyaya  uğramış  ayrı-ayrı  kazeoz  ocaqlar  olur.  Bunlara  təmizlənmiş  və  sanasiyaya 
uğramış postvərəm boşluqlar deyilir. Belə formalı boşluqlar əsas etibarilə səpələnmiş, yaxud da 
infiltrativ  vərəmdən  sonra  müşahidə  olunur.  Xəstələrin  bir  qismində  kavernanın  divarı 
birləşdirici  toxumaya  transformasiya  edir  və  epitelizasiyaya  məruz  qalır.  Əksər  xəstələrdə  isə 
tam kliniki yaxşılaşma və uzunmüddətli abatsilləşməyə baxmayaraq kavernaların divarında, yəni 
belə  qalıq  boşluqların  divarında  inkapsulyasiyaya  uğramış  vərəm  ocaqları  qalır  və  spesifik 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə