Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

90 
 
bəlğəmdən şikayət edirlər. Ağciyərlərin vərəmində qanhayxırma və qanaxma adətən bronxogen 
ocaqlar,  vərəm  mikobakteriyalarının  xaric  olunması  ilə  müşahidə  olunur  və  bunlar  xərçəng 
zamanı müşahidə olunmur. 
Ağrı  simptomlarının  tezliyi  və  xarakteri  də  bu  xəstələrdə  fərqlidir.  Kəskin  və  dərin  nəfəs 
alanda güclənən, ancaq nisbətən tez keçən döş qəfəsində yayılmış ağrılar vərəmli xəstələrdə az-
az təsadüf olunur. Döş qəfəsində  ağrılar xərçəngli  xəstələrdə daha çox təsadüf olunur.  Bundan 
başqa, onlar get-gedə artır, tənəffüsün fazası ilə əlaqəli deyillər və bir sıra ağrıkəsici dərmanlar 
bəzən  onlara  təsir  etmir.  Bir  sıra  hallarda  bu  ağrılar  sümüklərdə,  oynaqlarda  və  sinir  kötükləri 
istiqamətində hiss olunur. 
Stetoakustik  dəyişikliklər  vərəmdə  və  xərçəngdə  başlanğıc  mərhələdə  bir-birindən  о  qədər 
də fərqlənmir. Xərçəng xəstəliyində xəstəliyin şiddətlənməsi ilə bağlı perkutor səsin kütləşməsi 
inkişaf edir. Xəstəliyin şid-dətlənməsi ilə bağlı bronxların daralması baş verir və bəzən atelektaz, 
parakankroz  sətəlcəm  inkişaf  edir.  Bunlar  da  vərəm  üçün  xarakterik  əlamətlər  deyil.  Belə 
hallarda radioloji müayinələr zamanı xərçəng olan xəstələrdə bronxun və damarların tam sıxılıb 
bağlanması ilə əlaqədar “funksional amputasiya simptomu” aşkar olunur. İri şişlər zamanı divar 
aralığının yerini dəyişməsi müşahidə olunur. 
Periferik  xərçəng  xəstələrindən  bronxoskopiya  zamanı  seqmentar,  subseqmentar  bronxlar 
yaxşı  görünmədiyinə  görə  elə  bir  dəyişikliklər  aşkar  olunmur,  ancaq  vərəmli  xəstələrin 
müayinəsində  bəzən  bronxların  selikli  qişasında  spesifik  dəyişikliklərə  rast  gəlmək  olur. 
Xərçəngli  xəstələrin  bəlğəmində  və  bronx  yuyuntularında  xəstələrin  yarıdan  çoxunda  atipik 
hüceyrələr  aşkar  olunur  və  tam  əksəriyyətində  isə  eritrositlər  aşkar  olunur.  Bəzən  xərçəngli 
xəstələrdə  turşuya  davamlı  saprofitlər,  çox  nadir  hallarda  vərəm  mikobakteriyaları  aşkar  oluna 
bilər. Vərəm mikobakteriyaları parçalanmış xərçəng zonasına düşmüş, kirəcləşmiş, köhnə vərəm 
ocaqlarının  dağılması  nəticəsində  olur.  Belə  hal  vərəmli  xəstələrdə  də  ola  bilər.  Vərəmli 
xəstələrin  uzunmüddətli  xroniki  bronxit  və  pnevmosklerozla  əziyyət  çəkmələri  nəticəsində 
bəlğəmdə  silindrik  epitelilərin  atipik  hüceyrələri  aşkar  oluna  bilər.  Onlar  hamısı  nəzərə 
alınmalıdır. Xərçəng zamanı  əsas  etibarilə  leykositoz  və  limfopeniya aşkar olunursa,  vərəm za-
manı  limfositoz  aşkar  olunur.  Vərəmli  xəstələrdə  tuberkuloma  zamanı  qannı  zülal  tərkibində 
demək  olar  ki,  dəyişikliklər  olmadığı  halda  xərçəngli  xəstələrdə  qan  zərdabında  albuminlərin 
azalması  və  qlobulinlərin  У-fraksiyası  hesabına  çoxalması  aşkar  olunur.  Ancaq  endobronxial 
biopsiyalar  zamanı  xəstəliyin  differensiasiya  olunması  üçün  geniş  imkanlar  açılır.  Xərçəngin 
kortikal  sahələrdə,  yəni  döş  qəfəsi  divarına  çox  yaxın  sahələrdə  yerləşməsi  bəzən  bronxoloji 
müayinələrin  imkanlarını  zəiflədir.  Belə  hallarda  transbronxial  punksion  biopsiyalar  həmin 
dəyişikliklərin  aşkar  olunmasına  imkan  verir.  Bəzi  hallarda  torakotomiyaya  ehtiyac  olur. 
Periferik  xərçəng  xəstəliyinə  şubhə  yaranarkən  uzunmüddətli  vərəmə  qarşı  “ex  juvantibus” 
müalicə  özünü  doğrultmur,  çünki  periferik  xərçəng  xəstəliyinin  cərrahi  müdaxiləsi  üçün  olan 
imkan əldən verilə bilər. 
Bronxoalveolar    xərçəng  və  yaxud  adenomatoz-tuberkulomaya  rentgenoloji  cəhətdən  çox 
bənzəyən  bir  patologiyadır.  Adenomatoza  bronxların  periferik  xərçəngindən  fərqli  olaraq  gənc 
yaşlarda və bir sıra hallarda qadınlarda da rast gəlinir. Bəzi xəstələrdə ağciyər paylarının birində, 
əsas  etibarilə  aşağı  payda  iri  fokuslu  törəmə  görünür  və  bu,  infiltrativ  vərəmə  və  yaxud 
tuberkulomaya  bənzəyir.  Belə  hallarda  adətən  plevrada  yaxud  da  limfa  düyünlərində  metastaz 
aşkar olunmur. Başqa bir halda ağciyər payının birində bir neçə ayrı-ayrı və yaxud da qovuşmuş 
ocaqlar  aşkar  olunur  və  bəzi  hallarda  döş  qəfəsində  daxili  limfa  düyünlərinin  və  plevranın 


91 
 
zədələnməsi  aşkar  olunur.  Bir  başqa  halda  isə  o,  bir-birinə  qovuşmuş  fokusvari  dəyişikliklər, 
yayılmış ocaqlar, bir və ya hər iki ağciyərdə metastazlaşma əlamətləri ilə müşahidə olunur. 
Adenomatozlu  xəstələrdə  öskürəklə  intoksikasiya  əlamətləri  zəif  olmaq  şərtilə,  nadir 
hallarda  qanhayxırma  da  müşahidə  olunur.  Belə  xəstələrin  ağciyərlərində  xırıltılar  eşidilmir, 
təngnəfəslik olmur, döş qəfəsində ağrılar müşahidə edilmir. Bəlğəmdə vərəm mikobakteriyaları 
aşkar  olunmur.  Bəzi  xəstələrdə  bronxoskopiya  zamanı  qeyri-spesifik  katar  və  yaxud  da 
dəyişikliklər  aşkar  olunur  və  iri  bronxların  adenomatoz  zamanı  nisbətən  nadir  hallarda 
zədələnməsinə  baxmayaraq  bu,  bir  qədər  şiş  pro-seslorinə  bənzəyir.  Məhdud  adenomatoz 
rentgenoloji cəhətdən ən çox 3, 4 və 5-ci seqmentlərdə və ağciyərin aşağı payında tək-tək, 1 sm-
dən  5-6  sm-ə  qədər  diametrli  fokuslar  şəklində  aşkar  olunur.  Konturları  qeyri-hamar,  girintili-
çıxıntılı  olur.  Şişin  inkişafı  tədricən  olur,  metastazlar  müşahidə  olunmur.  Döş  qəfəsi  limfa 
düyünlərində  proses  şiddətlənərkən,  yəni  qovuşan  ocaqlarda  və  fokuslarda  ciyərlərin  aşağı 
paylarında aşkar olunur. 
Qomartoxondroma  çox  hallarda  tuberkulomaya  bənzəyir.  Rentgenoloji  cəhətdən  hər  iki 
prosesin çox oxşarlığı var. Kliniki gedişləri də adətən bir-birinə çox bənzəyir. Stabil tuberkuloma 
adətən  simptomsuz  olur,və  hemoqrammada,EÇS-də,  proteinoqrammada  dəyişikliklər  olmur. 
Qomartoxondromamn  ölçüləri  çox  böyük  olmursa  və  о,  bronx  daxilindəə  yerləşmirsə, 
tuberkuloma  ilə  eyni  vəziyyətdə  olur,  yəni  ayrıca  heç  bir  kliniki  təzahürlərə  malik  olmur.  Bu 
xəstəliyi  də  təsadüfən  rentgenoloji  müiayinə  zamanı  aşkar  edirlər.  Tək  bronxdaxili 
qomartoxondromalara da çox nadir hallarda təsadüf olunur, quru əziyyətli öskürək, qanhayxırma 
olur, ağciyərin atelektazı və residivli sətəlcəmlə müşahidə olunur. 
İri ölçülü şişlər zamanım xəstələr təngnəfəslikdən, döş qəfəsində ağrılardan və çətinləşmiş 
tənəffüsdən  şikayət  edirlər.  Xəstələrin  anamnezlərində  batsilyar  xəstələrlə  əlaqələrinin  olub-
olmaması və keçmişdə vərəm xəstəliyinin keçirib-keçirmədikləri müəyyən olunur. 
Qomartoxondromalar tuberkulomadan fərqli olaraq tam əksər hallarda ağciyərlərdə yerləşir. 
Xəstələrin  üçdə  birində,  bir  sıra  müəlliflərin  göstərdiyinə  görə  aşağı  payda  lokalizə  olunur. 
Rentgenoloji  cəhətdən  qomartoxondromlar  tək,  oval  formada  olur  və  ətrafında  ocaqh  və 
interstisial dəyişikliklər müşahidə olunmur. Qomartoxondromalar hamar,  ətraf toxumadan aşkar 
ayrılır, tərkibində bir və ya çoxsaylı kiçik və yaxud iri kirəcləşmiş, nadir hallarda sümükləşmiş 
dəyişikliklərə  rast  gəlinir.  Bu  elementlər  ən  çox  şişin  ortasında  yerləşir,  bəzi  hallarda  isə 
tamamilə  onu  tutur,  yəni  bütöv  əhatə  edir.  Deyilən  dəyişikliklər  bəzən  qarğıdalı  danələrini 
xatırladır,  ancaq  bir  sıra  hallarda  qomartoxondromada  kirəcləşmiş  elementlər  olmaya  da  bilir. 
Belə  hallarda  onu  periferik  xərçəngə  və  yaxud  da  tuberkulomaya  bənzədirlər. 
Qomartoxondromada dağılma boşluğu çox nadir hallarda baş verir. Adətən ağciyərin kökünə sarı 
olan  “cığır”,  böyümüş  limfatik  vəzilər  də  aşkar  olunur.  Deyilənlərə  baxmayaraq, 
qomartoxondromanı  differensiasiya  etmək  bəzən  çox  çətin  olur  və  belə  hallarda  sito-histoloji 
müayinələrin  aparılmasına  ehtiyac  olur.  Bəzən  də  qomartoxondromanın  sürətlə  böyüməsi  və 
ağciyər  xərçəngini  inkar  etmək  mümkün  olmadıqda  cərrahi  müdaxiləyə  də  ehtiyac  qalır. 
Qomartoxondroma çox nadir hallarda bədxassəli formaya keçə bilir. 
Tuberkulomanı bəzən ağciyərlərin periferik adenoması ilə müqayisəli differensiasiya etmək 
lazım  gəlir.  Ağciyərlərin  adenomasına  gənc  və  orta  yaşlılarda  və  qadınlarda  bir  qədər  çox  rast 
gəlinir.  Onun  histoloji  quruluşu  müxtəlifdir.  Adenomanın  rentgenoloji  şəkli  dəyirmi  və  yaxud 
dəyirmi-oval  homogen,  diametri  1  sm-dən  5  sm-ə  qədər  olan  aydın  və  hamar  kənarları  olan 
törəmədir.  Adenomanın  daxilində  başqa  bir  şey  görünmür.  Ətrafdakı  ağciyər  toxuması  çox  az 
dəyişilmiş  olur.  Şişin  bu  xarakteri,  orta  və  aşağı  paylarda  lokalizasiyası  onu  tuberkulomadan 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə