Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə40/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

81 
 
sətəlcəm  kliniki  gedişatına  görə  iki  yerə  bölünür:  vərəmin  infiltrativ  formaları  və  kazeoz 
sətəlcəm.  Deyilənlərin  hamısının  patogenezində  iki  mexanizm  durur:  birincisi,  ağciyərlərdəki 
sönmüş  ocaqların  endogen  ekzotserbasiyası,  reaktivasiyası  nəticəsində  yaranan  spesifik 
proseslər,  ikincisi  isə  ekzogen  superinfeksiya  nəticəsində  yaranan  spesifik  ocaqlı  və  yaxud 
pnevmonik proseslərdir. Beləliklə, kazeoz sətəlcəm bəzən ekzogen superinfeksiyanın nəticəsində 
yaranır, yəni ekzogen superinfeksiya xəstəlik əmələ gələnə qədər intakt olan ağciyərdə sətəlcəm 
yarada  bilir.  Ancaq  əksər  hallarda  ekzogen  superinfeksiya  köhnə  vərəm  ocaqlarının 
kəskinləşməsinə  səbəb  olur.  Kazeoz  sətəlcəmin  əmələ  gəlməsi  üçün  bir  tərəfdən  infeksiyanın 
massiv  olması  və  vərəm  mikobakteriyalarının  virulentliyi,  digər  tərəfdən  isə  orqanizmin 
zəifləməsi və yerli toxumanın sensibilizasiyasının artması mühüm rol oynayır. Kazeoz sətəlcəm 
vərəmli xəstədə immunitetin zəifləməsi və tamamilə yox olması ilə əlaqədar endogen reinfeksiya 
(autoreinfeksiya)  nəticəsində  də  əmələ  gəlir.  Kazeoz  sətəlcəm  fibroz-kavernoz,  hematogen, 
səpələnmiş  və  vərəmin  digər  formalarının  ağırlaşması  kimi  də  əmələ  gəlir.  Qanhayxırma  və 
qanaxmalar  zamanı  aspirasiya  nəticəsində  küllü  miqdarda  vərəm  mikobakteriyalarının 
ağciyərlərdə yayılması nəticəsində də kazeoz sətəlcəm yarana bilir. 
Aspirasion sətəlcəm yaranan yerdə ağciyər toxumasının kəsmikvari dəyişikliklərə uğraması, 
prosesin əsasını qoyur. Kazeoz sətəlcəmli xəstələrin anamnezində ağciyər qanaxması və  yaxud 
qanhayxırmasına tez-tez rast gəlinir. 
Kazeoz  sətəlcəm,  adətən,  orqanizmin  müdafiə  qüvvələri  kəskin  zəifləyən  xəstələrdə  baş 
verir.  Adından  bəlli  olduğu  kimi,  vərəmin  bu  formasında  iltihabi  dəyişikliklərdə  kesmikvari 
nekrozun  üstünlük  təşkil  etməsi  mühüm  şərtdir.  Patomorfoloji  dəyişikliklər  kazeoz  sətəlcəm 
zamanı həmişə çox genişdir. Kəsmikvari nekroz geriyə dönməz bir patoloji prosesdir. 
Kazeoz  (kəsmikvari)  sətəlcəm  Sovetlər  İttifaqında  vərəmin  kliniki  təsnifatına  1938-ci  ildə 
daxil edilmişdir. Vərəmin bu kliniki forması xarici və ölkə alimləri tərəfindən şərh olunmuşdur. 
Ancaq bu cür xəstələrin sayı get-gedə azaldığınan xəstəlik 1965-ci ildə təsnifatdan xaric olundu. 
1994-ci  ildən  bu  cür  xəstələrin  sayının  kəskin  sürətdə  artmasını  nəzərə  alaraq,  yenidən  onu 
vərəmin kliniki təsnifatına daxil etdilər. 
Kazeoz  sətəlcəm  zamanı  patomorfoloji  dəyişikliklər  eksudativ  iltihabın  kəskin  sürətdə 
inkişaf etməsi nəticəsində ağciyər payının çox hissəsini və yaxud da bütün payı tutması, bəzən 
qonşu şöbələrin, bununla da ağciyərin bütövlükdə zədələnməsi ilə xarakterizə olunur. Eksudativ 
reaksiya tezliklə kazeoz-nekrotik  dəyişikliklərlə əvəz olunur, sonra kazeoz kütlələrin  durulması 
və  nəhəng  kavernaların,  yaxud  çoxsaylı  kiçik  ölçülü  kavernaların  əmələ  gəlməsi  müşahidə 
olunur. 
Xəstəlik  çox  qısa  müddətdə  şiddətlənərək  ölümlə  nəticələnə  bilər.  Spesifik  prosesin  bir 
müddət  sakitləşib,  sonra  yenidən  alovlanması  ilə  əvəz  olunaraq  dalğavari  gedişi  də  müşahidə 
olunur  və  tezliklə  fibroz-kavernoz  vərəm  inkişaf  etməyə  başlayır.  Kazeoz  sətəlcəmin  əmələ 
gəlməsi KJB vaksini ilə immunizasiyaya cəlb olunmamış uşaqlarda birincili yoluxma ilə də baş 
verə bilər. Yaşlılarda isə kazeoz sətəlcəm immunitetin kəskin zəifləməsi, köhnə vərəm ocağının 
endogen reaktivasiyası nəticəsində baş verir. immunitetin zəifləməsinə müxtəlif stresslər, yanaşı 
xəstəliklər, aclıq və bəzən isə uzunmüddətli kortikosteroidlərin qəbul olunması səbəb ola bilər. 
Son  illər  aşkar  olunan  bu  xəstəliyin  superinfeksiya  nəticəsində  yarandığı  məlum  olur.  Xəstələr 
üçün  daha  qorxulu  cəhət  təkrar  yoluxma,  yəni  superinfeksiyanın,  yüksək  virulentli, 
dərmanadavamlı vərəm mikobakteriyaları ilə baş verməsidir. 
Kazeoz sətəlcəm lobar və lobulyar olaraq iki formada olur. 


82 
 
Lobar sətəlcəmdə prosesə ağciyər payı bütövlükdə cəlb olunur və infiltrativ pnevmonik faza 
tezliklə kazeoz destruktiv faza ilə əvəz olunur. Bu qədər sürətli kəsmikvari nekrozun əmələ 
gəlməsi və iltihabi prosesə bütöv ağciyər payının cəlb olunmasının səbəbi aydın deyil. 
Düşünmək olar ki, buna səbəb orqanizmin reaktivliyinin dəyişməsi, makroorqanizmin yüksək 
sensibilizasiyası və vərəm infeksiyasının yüksək virulentliyi və massiv olmasıdır. Bu formada 
massiv kazeoz nekroz sahələrinin yaranması ilə bərabər, həmişə çoxsaylı dağılma boşluqları və 
yaxud da böyük kaverna əmələ gəlir. 
Lobulyar  kazeoz  sətəlcəm  daha  çox  səpələnmiş  ağciyər  vərəminin  ağırlaşması  nəticəsində 
yaranır  və  lobar  formadan  fərqli  olaraq,  çoxsaylı  iri  kazeoz  ocaqların  əmələ  gəlməsi  ilə 
xarakterizə  olunur.  Kazeoz  sətəlcəm  tək-tək  xəstələrdə  buludvari  infiltratdan,  perisisurit  və 
yaxud  lobitdən  qaynaqlanır.  Əksər  hallarda  bu  proses  köhnə  vərəm  ocaqlarının  və  sklerozun 
fonunda yaranır və daha çox gənclərdə, immunobioloji davamlılığı zəif olan xəstələrdə və bəzən 
də  yaşlı  adamlarda,  orqanizmin  reaktivliyi  kəskin  zəifləmiş  qocalarda  baş  verir.  Bir  sıra 
əlverişsiz faktorlar qidalanmanın dərindən pozulması, hamiləlik, diabet, yüksək virulentli vərəm 
mikobakteriyaları inkişafa təsir edir. Qeyd etdiyimiz kimi, kazeoz sətəlcəm ağciyər qanaxmaları 
və  qanhayxırma  zamanı  qanın  və  vərəm  mikobakteriyalarının  aspirasiyası  nəticəsində  də  baş 
verir. Xəstəlik kəskin, yüksək hərarətlə əksər hallarda hektik tipli və sürətlə artan intoksikasiya 
əlamətləri  ilə başlayır.  İlk anlarda o, krupoz sətəlcəmi xatırladır. Xəstələr təngnəfəslikdən, döş 
qəfəsindəki ağrılardan, bəlğəmdən, öskürəkdən şikayət edirlər. Dodaqlarında sianoz, akrosianoz, 
kəskin taxikardiya müşahidə olunur. Fiziki müayinə zamanı bərkimiş ağciyər toxuması üzərində 
perkutor  səsin  intensiv  kütləşməsi,  bronxial  tənəffüs,  krepitasiyalı  və  yaxud  səsli  xırıltılar 
eşidilir. Bu dəyişikliklər lobulyar kazeoz sətəlcəmdə bir qədər az inkişaf etmiş olur. Bəlğəmdə 
adətən vərəm mikobakteriyaları və elastik liflər tapılır. Hemoqramda hemoqlobin 7-10%-ə enir 
(yəni  70-100  q/litr),  eritrositlərin  sayı  azalır  retikulositlərin  səviyyəsi  qalxır.  Eyni  zamanda 
leykositoz  müşahidə  olunur  (12-20xl0
9
/litr),  eozinopeniya,  neytrofillərin  sola  meyili  15-20% 
olur,  limfopeniya 
müşahidə  olunur. 
EÇS-50-60 
mm/saata  qədər 
kəskin 
artır. 
Qanda 
zülal 
fraksiyalarından 
qlobulinlərin 
yüksəlməsi 
nəticəsində 
hiperqlobulinemi
ya  əmələ  gəlir. 
Əksər 
hallarda 
sidikdə 
zülal 
aşkar 
olunur 
(gialin 
silindrləri). 
Tuberkulin 
si-
nağı 
əksər 
xstələrdə  zəif  və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə