Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

77 
 
monositoz,  plazmatik  hüceyrələr,  yüksək  EÇS  müşahidə  olunur.  Bəlğəmdə  vərəm 
mikobakteriyaları aşkar olunmur. Rentgenoloji müayinə zamanı interstisial iltihabi dəyişikliklər 
fonunda  bronxolobulyar  fokus  müəyyənləşdirilir.  Bəzən  lobar  sətəlcəm  və  ağciyər  köklərinin 
nəzərə çarpacaq dərəcədə genişlənməsi müşahidə olunur. Proses adətən, aşağı paylarda müşahidə 
olunur,  lakin  yuxarı  payda  da  ola  bilər.  Nəzərə  almaq  lazımdır  ki,  infiltrativ  vərəm  xəstələrdə 
qrip keçirdikdən sonra da başlaya bilər. Belə hallarda xəstənin dinamik müşahidəsi etiologiyanı 
müəyyənləşdirməyə kömək edir. 
Kliniki  əlamətlərin  qısa  bir  zamanda  qeyri-spesifik  müalicə  fonunda  geriyə  çəkilməsi  və 
rentgenoloji dəyişikliklərin ağciyərlərdə sorulması daha çox sətəlcəm üçün, prosesin stabil olaraq 
qalması,  yaxud  da  şiddətlənməsi  və  bəlğəmdə  vərəm  mikobakteriyalarının  aşkar  edilməsi  isə 
vərəm üçün xarakterikdir. 
İnfiltrativ vərəm stafilokokk sətəlcəminə də bənzəyir. Sətəlcəmin bu növü kəskin başlayır, 
hərarət sutka ərzində qalxıb düşür. Xəstələr titrəmə, tərləmə, döş qəfəsində ağrılar, təngnəfəslik 
və  sianoz,  irinli  və  bəzən  qanlı  bəlğəmli  öskürəkdən  şikayət  edirlər.  Fiziki  əlamətlər  bir  qədər 
zəif  olur.  Qanda  neytrofil  leykositoz  və  EÇS-in  sürətlə  artması  müşahidə  olunur.  Rentgenoloji 
müayinə  zamanı  stafilokokk  sətəlcəmində  tək-tək  və  yaxud  çoxsaylı,  adətən  dairəvi,  yaxud 
üçbucaq formasında kölgəli fokuslar görünür. Bəzən proses seqmentar və yaxud pay formasında 
olur.  Ağciyər  toxumasının  dağılması  hesabına  işıqlı  kölgələr  görünür.  Belə  hallarda  plevranın 
reaktiv  dəyişiklikləri  aşkar  olunur.  Geniş  spektrli  antibiotiklərin  qəbulu  ilə  vərəmli  infiltratdan 
fərqli olaraq tezliklə müsbət dəyişiklik müşahidə olunur. 
Qəflətən  və  kəskin  şiddətli  titrəmə  və  kəskin  təngnəfəslik,  döş  qəfəsində  ağrılar,  yuxarı 
tənəffüs yollarının katarı, kəskin başlayan herpes labializ-krupoz sətəlcəmdir. Xəstələrin üzündə 
hərarətdən  qızartı  yaranır,  dil  quru  və  ərplidir,  nəzərə  çarpacaq  dərəcədə  sianoz,  taxikardiya, 
yuxunun  pozulması  müşahidə  olunur,  xəstənin  huşu  bir  qədər  qarışıq  olur.  Öskürək  irinli  pas 
rəngində  bəlğəmlə  müşahidə  olunur  və  bəlğəmdə  vərəm  mikobakteriyaları  aşkar  olunmur. 
Bəlğəmdə qarışıq, əksər hallarda pnevmodiplokokk mikroflorası aşkar olunur. Hemoqrammada 
leykositoz, neytrofillərin sola meylli metomieləsitlərə qədər, limfopeniya aşkar olunur. Perkutor 
səsin  kütləşməsi,  bronxial  tənəffüs,  inkişaf  etmiş  krepitasiya  eşidilir.  Krupoz  sətəlcəm,  adətən, 
quru və yaş plevritlə ağırlaşır. Rentgen müayinə zamanı ən çox 1 və 2-ci seqmentlərdə intensiv 
homogen  kölgə  görünür,  nadir  hallarda  bütöv  bir  payda  ağciyərin,  az  və  ya  çox  dərəcədə 
plevranın reaksiyası müşahidə olunur. Uğurlu müalicə nəticəsində patoloji dəyişikliklər tezliklə 
involyusiyaya  uğrayır  və  yerində  qalıq  ocaqların  kölgəsi  olmur.  Belə  dinamika  ağciyərlərin 
infiltrativ  vərəmi  üçün,  xüsusilə  də  kəsmikvari  sətəlcəm  üçün  xarakterik  deyil.  Hətta  müasir 
tuberkulostatik  preparatların  və  patogenetik  müalicələrin  fonunda  belə  dinamika  müşahidə 
olunmur. 
Ağciyərlərin  infiltrativ  vərəmini  kliniki-rentgenoloji  əlamətlərinə  görə  ötəri  eozinofil 
ağciyər  infiltratı  ilə  də  differensiasiya  etmək  lazım  gəlir.  Bu  sətəlcəmi  ilk  dəfə  olaraq  1932-ci 
ildə  Loffler  şərh  etmişdir.  Bu  xəstəliyin  etiologiyası  müxtəlifdir.  Onun  səbəbləri  bağırsaq 
qurdlarının  invaziyası,  virus  infeksiyası,  gül  tozcuqları  və  orqanizmdə  allergiya  törədən  digər 
maddələrdir.  Deyilənlər  sensibilizəedici  təsirlər  ilə  eozinofil  infiltratlar  törədir  ki,  bunlar  da 
“allerqozlar” qrupuna aiddirlər. 
Ağciyərlərin  ötəri  eozinofil  infiltratlarının  patoloji  anatomik  substratları  alveollarda, 
interstisial  toxumada,  ağciyərlərin  və  qan  damarları  divarında  həddən  artıq  çoxlu  eozinofillərin 
toplaşdığı  seroz  iltihabdır.  Buna  bənzər  dəyişikliklər  plevrada,  qaraciyərdə,  sümük  iliyində  və 
başqa orqanlarda da yaranır. 


78 
 
Bəzi müəlliflər belə prosesi orqanizmin ümumi eozinofil xəstəliyi hesab edirlər. Bu xəstəlik 
kliniki  cəhətdən  kəskin,  yarımkəskin  və  yaxud  gizli  başlayır.  Yüksək  kliniki  gedişə  malikdir. 
Gizli kliniki  gedişi zamanı  xəstəliyi,  adətən, təsadüfi rentgen müayinəsi  apararkən,  yaz və  yay 
aylarında  aşkar  etmək  olur.  Xəstələr  əksər  halda  ümumi  zəiflikdən,  iştahanın  kəsilməsindən, 
təngnəfəslikdən,  döş  qəfəsində  ağrılardan,  subfebril  və  yaxud  febril  temperaturdan  şikayət 
edirlər.  Eyni  zamanda  quru  və  yaxud  da  eozinofillərin  parçalanması  nəticəsində  əmələ  gələn 
Şarko-Leyden kristallarının əmələ gəlməsi ilə bağlı selikli və yapışqan, sarı rəngli bəlğəm, bəzən 
bir  qədər  qanhayxırma  da  olur.  Stetoakustika  zamanı  perkutor  səsin  zəifləməsi,  məhdud 
nahiyələrdə az miqdarda quru və yaxud kiçik qabarcıqlı yaş xırıltılar və plevranın sürtünmə küyü 
eşidilir. Rentgenoloji müayinə zamanı müxtəlif nahiyələrdə və əsas etibarilə ağciyərlərin kökünə 
yaxın  nahiyələrdə  müxtəlif  formalı  və  ölçülü,  yarığın,  çevrəsi  aydın  olmayan  qeyri-bərabər 
intensivli  kölgələr,  interstisial  dəyişikliklər  və  ağciyərlərin  köklərinin  genişlənməsi  müşahidə 
olunur.  Belə  hallarda  bəzən  payarası  və  yaxud  kostal  diafraqmal  plevrit  müşahidə  olunur. 
Periferik qanda eozinofillər bəzən 30-50-90%-ə qədər qalxır. Kliniki əlamətlər çox dinamik olur. 
Adətən  bir  neçə  gün  ərzində,  hətta  müalicə  tətbiq  etmədikdə  belə,  temperatur  normallaşır, 
intoksikasiya  simptomları  yox  olur,  ağciyərlərdə  infiltrat  sorulur.  İnterstisial  dəyişikliklər  və 
eozinofiliya bir qədər uzun qalır. Deyilənlərin hamısı vərəm etiologiyasının olmamasına dəlalət 
edir. Lakin bununla belə, qeyd etmək lazımdır ki, eozinofil sətəlcəm sensibilizasiya nəticəsində 
vərəmli  xəstələrdə  də  ola  bilər  və  yaxud  da  batsil  ifraz  edən  xəstələrlə  kontaktda  olanlarda  da 
müşahidə oluna bilər. Bəzən eozinofil infiltratlar vərəmli xəstələrin müayinəsi zamanı meydana 
gələ bilər. Bu, bəzi vərəm əleyhinə olan preparatların allergik xüsusiyyətləri ilə bağlıdır. Bununla 
belə,  bütün  hallarda  eozinofil  sətəlcəm  öz  xüsusiyyətlərini  saxlayır,  qısa  bir  müddətdə  onu 
yarada bilən faktor aradan götürüldükdən sonra yox ola bilir. 
Vərəm  və  qeyri-spesifik  sətəlcəm  mənşəli  iltihabi  prosesin  orta  payda  (dilçəkvari 
seqmentlərdə) təsadüf etməsi differensial diaqnostikada bir sıra çətinliklər meydana gətirir. Hələ 
1948-ci  ildə  amerikalı  alimlər  Qrexem,  Burfort  və  Meyerin  ilk  dəfə  şərh  etdikləri  “orta  pay 
sindromu” bu günə qədər bronx-ağciyər xəstəlikləri klinikasında istər differensial diaqnostikada, 
istərsə də müalicədə bir sıra çətinliklər törətməkdədir.Orta pay və dilçəkvari payın bronxlarının 
mürəkkəb  quruluşu  bu  bronxların  müxtəlif  patologiyaları  zamanı  tezliklə  stenoza  uğraması  və 
həmin  nahiyədə  atelektazın  yaranması  ilə  iltihabi  prosesin  xroniki  formaya  keçməsi,  yaxud  da 
xərçəng  və  sarkoidoz  nəticəsində  orta  pay  və  dilçəkvari  pay  bronxlarının  tutulması,  müvafiq 
olaraq bu payların ağciyər toxumalarında geridönməz proseslərin yaranmasına gətirib çıxarır. Bu 
halda  ən  çox  “orta  pay  sindromu”nun  özünü  belə  bəzən  payarası  plevritlə  də  müqayisə  etmək 
lazımdır,  çünki  düz  və  yandan  çəkilmiş  rentgen  şəkillərdə  payarası  plevritlə  “orta  pay 
sindrom”unu  bir-birindən  fərqləndirmək  olduqca  çətin  olur.  Bunları  müqayisəli  fərqləndirmək 
üçün rentgenoqrammanı Fleyşner pozasında, yəni lordoz-kifoz pozasında çəkmək lazımdır və о 
zaman “orta pay sindrom”unu payarası plevritdən fərqləndirmək olur. 
Beləliklə,  Moskvada  apardığımız  elmi  araşdırmalar  göstərdi  ki,  illərlə  poliklinikada 
ümumiləşdirilmiş  “orta  pay  sindromu”  diaqnozu  ilə  müşahidə  olunan  bu  proses  heç  də  qeyri-
spesifik  genezli  atelektatik  indurativ  dəyişiklik  deyil,  müxtəlif  xəstəliklərin  (vərəm,  sətəlcəm, 
xərçəng, sarkoidoz) törətdiyi bir prosesdir. İxtisaslaşmış mərkəzlərdə bu xəstələr geniş müayinə 
olunmalı  və  hər  bir  halda  xəstəliyin  diaqnozu  dəqiqləşdirilərək  müvafiq  terapevtik  və  cərrahi 
müalicə tədbirləri görülməlidir. 
Ağciyər  infiltratı  ilə  sətəlcəmlə  ağırlaşmış  ağciyər  infarktını  da  müqayisə  etmək  lazımdır. 
Ağciyər  infarktı  əgər  qeyri-spesifik  sətəlcəmlə  ağırlaşırsa,  proses  kəskin  başlayır,  temperatur, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə