Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   30   31   32   33   34   35   36   37   ...   137

69 
 
Xəstələrin  bir  qismində  intoksikasiya  əlamətlərilə  bərabər  quru  və  yaxud  az  miqdarda 
bəlğəmli öskürək, arıqlama müşahidə olunur. Siqaret çəkənlər üçün xarakterik olan bu əlamətlər 
bəzən diqqəti cəlb etmir, ancaq ocağın parçalanması zamanı qanhayxırma da ola bilər. Bu həm 
xəstə, həm də sözsüz ki, həkim tərəfindən ciddi əlamət kimi qeydə alınır. Ocaqlı proseslərdə bəzi 
hallarda xırıltılar eşidilə bilər. Belə xırıltılar məhdud bir yerdə öskürəkdən sonra yaranır. 
Ağciyərlərin ocaqlı vərəmində bəzən rentgenoloji müayinələrdən və ocaqların proyeksiyası 
müəyyən  olunduqdan  sonra  həmin  nahiyədə  xırıltıları  eşitmək  üçün  məqsədli  auskultasiya 
aparmaq lazım gəlir. Qeyd etmək lazımdır ki,  ağciyər toxumasında dağılma yoxdursa, xırıltılar 
qısa  müddətli  yaranır  və  sonra  onlar  yox  olur,  yəni  onları  eşitmək  mümkün  olmur.  Beləliklə, 
ağciyərlərin  ocaqlı  vərəmi  uzun  müddətli  xroniki  dalğavari  gedişə  malik  olan  bir  prosesdir. 
Burada  kəskinləşmə,  sönmə  fazaları  və  onların  arasındakı  fasiləyə  təsadüf  olunur.  Bəzən  hətta 
kəskinləşmə fazalarında qabarıq şəkildə kliniki əlamətlər olmur. Bunlar hamısı onu göstərir ki, 
ağciyərlərin  ocaqlı  vərəminə  tutulmuş  xəstələr  bəzən  bunu  hiss  etmir,  yaxud  da  inkişaf  etmiş 
əlamətlər  təsadüf  olunmur  və  buna  görə  də  belə  xəstələr  həkimə  çox  gec  müraciət  edirlər. 
Ağciyərlərin  ocaqlı  vərəminə  tutulmuş  xəstələr,  adətən,  profilaktik  flyüoroqrafik  müayinələr 
zamanı  və  çox  nadir  hallarda  xəstənin  həkimə  müraciəti  zamanı  aşkar  olunur.  Perkussiya  və 
auskultasiyanın  ağciyərlərin  ocaqlı  vərəmində  diaqnostik  əhəmiyyəti  olmur.  Perkutor  ağciyər 
səsinin  qısalması,  adətən,  ağciyərlərin  xroniki  ocaqlı  vərəmi  zamanı  olur  ki,  ağciyərlərin 
müəyyən nahiyəsində sklerotik dəyişikliklər baş verir və plevra qalınlaşa bilir. Kiçik qabarcıqlı 
yaş  xırıltılar  yeni  yaranmış  eksudativ  ocaqlı  proses  zamanı  və  yaxud  da  ağciyər  toxumasının 
dağılması zamanı eşidilir. Ağciyərlərin xroniki ocaqlı vərəmi zamanı quru xırıltılar eşidilir ki, bu 
da bronx ağacının deformasiyası və məhdud bronxitlə bağlıdır.  Rentgenoloji müayinələr əsas və 
vacib  informativ  metod  sayılır.  Ağciyərlərin  ocaqlı  vərəminin  ən  xarakterik  rentgenoloji 
əlamətləri  incə  tor  şəkilli,  zəif  intensivli,  dəqiq  haşiyələnməmiş  zolağa  bənzər  kölgələr  kimi 
görünür  (peri-  və  parabronxit).  Sonralar  onların  fonunda  qeyri-bərabər  formada  zəif  intensivli, 
girintili-çıxıntılı, yaxud düzgün haşiyələnməmiş konturlara malik (“yumşaq” ocaqlar) tək-tək və 
yaxud çoxsaylı 1 sm diametrdə ocaqlar aşkar olunur (ağciyərin paycığının ölçüləri). Göstərilən 
rentgenoloji şəkil eksudativ xarakterli ocaqlarda qeydə alınır. Produktiv xarakterli yeni ocaqların 
diametri  3-6  mm  olur,  forması  dairəvidir,  yaxud  politsiklikdir,  yonca  yarpağına  bənzəyirlər. 
Produktiv ocaqlar isə, adətən tək-tək olur, orta intensivlikli, dəqiq haşiyələnmiş konturlara malik 
olurlar.  Yeni  aşkar  olunmuş  təzə  ocaqlı  vərəmdə,  əksər  hallarda  ağciyər  toxumasına  yayılan 
vərəm  mikobakteriyalarının  mənbəyi  sayılan  kalsinasiyaya  uğramış  döş  qəfəsi  limfa  düyünləri 
aşkar edilir. 
Ağciyərlərin xroniki ocaqlı vərəmində ocaqlar  yüksək intensivli və aydın, dəqiq konturları 
ilə  seçilir.  Bununla  belə,  köhnə  ocaqlarla  bərabər  yeni  təzə  ocaqlar  da  aşkar  olunur.  Bunlar, 
adətən, körpücük sümüyüüstü nahiyədə yerləşirlər. 
Ağciyərlərin  xroniki  ocaqlı  vərəmi  uzunmüddətli  gedişi  zamanı  bronx-damar  dəstəsi 
istiqamətində,  ocaqlar  ətrafındakı  və  plevra  üzərindəki  fibroz  dəyişikliklər  rentgenoloji  şəklin 
kölgələri  içərisində  üstünlük  təşkil  edir.  Ağciyərlərin  ocaqlı  vərəmi  zamanı  bir  və  ya  bir  neçə 
ocağın yumşalması nəticəsində parafokal boşluq, kaverna yarada bilər. 
Prosesin  xarakterini,  yayılma  dərəcəsini,  lokalizasiyasını  aşkar  etmək  üçün  mütləq 
tomoqrafık müayinə aparılmalıdır. 
Ağciyərlərin  ocaqlı  vərəmi  zamanı  tuberkulinə  qarşı  reaksiya  sönük  olur  və  vərəmə 
yoluxmuş, ancaq hələ xə-stələnməmiş şəxslərdəkindən fərqlənmir. Odur ki, ocaqlı dəyişikliklərin 
etiologiyasını  müəyyən  etmək  üçün  Kox  sınağından  istifadə  oluna  bilər  ki,  bu  da  ümumi  və 


70 
 
ocaqlı  reaksiya  ilə  nəticələnə  bilər.  Belə  xəstələrdə  bəlğəmin  müayinəsi  zamanı  çox  nadir 
hallarda  vərəm  mikobakteriyalarını  aşkar  etmək  mümkün  olur.  Ona  görə  də  bu  xəstələrin 
bəlğəmlərini və bronx yuyuntularını üç dəfədən az olmayaraq müayinə etmək lazımdır. Bununla 
belə,  ağciyərlərin  ocaqlı  vərəminə  tutulmuş  xəstələr  müəyyən  epidemioloji  təhlükə  mənbəyinə 
çevrilə  bilərlər.  Zəif  kliniki  rentgenoloji  simptomatikaya  malik  olan  bu  xəstələrdə  vərəm 
mikobakteriyalarının  aşkar  olunması  və  diaqnozun  təsdiqlənməsi  vacib  məsələdir.  Xəstələrin 
əksəriyyətində  hemoqrammada  dəyişiklik  qeydə  alınmır.  Bəzi  xəstələrdə  neytrofillərin  sola 
meyli, limfositlərin artması, yaxud da limfopeniya, EÇS-in sürətlənməsi (10-18 mm saata qədər), 
humoral və hüceyrə immunitetində cüzi dəyişikliklər, adətən ocaqlı vərəmin eksudativ formaları 
üçün xarakterikdir. 
Vərəm  mikobakteriyalarının  bəlğəmdə,  bronxların  yuyuntusunda  və  digər  patoloji 
materialda aşkar olunması vacib faktordur. 
Bronxoloji  müayinələr  zamanı  bronx  ağacının  vərəmli  dəyişiklikləri  təzə  başlanmış  ocaqlı 
vərəmdə  çox  nadir  hallarda  ola  bilir.  Bununla  belə,  divar  aralığı  və  ağciyər  kökündəki  limfa 
düyünlərindəki  ocaqlarda  endogen  reaktivasiya  nəticəsində  bronx  divarlarında  lokal  iltihabi 
proseslər, yaxud da bronxların axarları-fistullar aşkar etmək mümkün olur. 
Ağciyərlərin xroniki ocaqlı vərəmi zamanı bronxoskopiya bronxlarda deformasiya və diffuz 
endobronxit aşkar edə bilir. Belə hallarda rentgenoloji muayinə zamanı aşkar edilmiş ocaqlarda 
prosesin  aktivliyi  məlum  olmadıqda  və  bronxlarda  spesifik  dəyişikliklərin  aşkar  olunması 
ağciyərlərdəki ocaqlı prosesin aktivliyinə bir başa dəlalət edir. Xarici tənəffüsün funksiyası belə 
xəstələrdə,  adətən  pozulmur.  Bəzi  hallarda  qaz  mübadiləsinin  və  bronxların  obstruksiyası  və 
intoksikasiyası  nəticəsində  və  həm  də  ağciyərlərin  pareximasının  bir  qədər  zədələnməsi 
nəticəsində  ayrı-ayrı  xəstələrdə  xarici  tənəffüsün  pozulması  aşkar  edilə  bilər.  Deyilən 
səbəblərdən də xəstələrdə taxikardiya, arterial  təzyiqin dəyişməsi,  ayrı-ayrı  hallarda miokardda 
distrofik dəyişikliklər aşkar etmək olur. 
Ağciyərlərin  ocaqlı  vərəmi  olan  bir  sıra  xəstələrdə  tireotoksikozun  spesifik 
intoksikasiyasının  nəticəsi  olaraq  bəzi  əlamətlər  müəyyən  olunur.  Belə  hallarda  qalxanvari 
vəzinin  bir  qədər  böyüməsi,  taxikardiya  və  bədən  hərarətinə  uyğun  olmayan  vegetativ  sinir 
sisteminin qeyri-sabitliyi, bədən çəkisinin dəyişkənliyi müşahidə olunur. Qadınlarda aybaşı tsikli 
pozulur, uzanır və yaxud da onun müddəti qısalır. 
Ocaqlı  vərəmin  aktivliyinin  müəyyənləşdirilməsi  böyük  çətinliklər  törədir.  Ocaqların 
aktivliyinə  intoksikasiya  əlamətləri,  ocaqlı  dəyişikliklər  üzərində  yaş  xırıltılar,  ocaqların 
rentgenoloji  az  intensivliyi,  konturlarının  dəqiq  olmaması,  dəri  altına  vurulmuş  tuberkulinin  - 
Kox  sınağının  ümumi  və  ocaqlı  reaksiya  verməsi,  vərəm  mikobakteriyalarının  bəlğəmdə  aşkar 
olunması  və  nəhayət,  spesifik  müalicə  fonunda  müsbət  rentgenoloji  dinamikanın  müşahidə 
olunması dəlalət edir. 
Ağciyərlərin  ocaqlı  vərəminin  differensial  diaqnostikası  zamanı  onun  rəngarəng  kliniki 
gedişini  nəzərə  almaq  lazımdır.  Xəstəlik  bəzən  kəskin  və  yaxud  da  yarımkəskin  infiltrativ 
ağciyər  vərəmini,  qeyri-spesifik  sətəlcəmi,  yubanmış  və  yaxud  süst  gedişli  sepsisi  xatırladan 
əlamətlər ola bilər. Digər hallarda bu xəstəliyin  gedişi, simptomatikası hipertireoz və vegetativ 
nevrozu da xatırladır. Bununla belə, bildiyimiz kimi daha çox hallarda bu xəstəlik simptomsuz, 
zəif klinikalı,  vərəm  mikobakteriyalarını xaric etmədən  gedir. Çox hallarda  ağciyərlərdə fibroz 
ocaqlı dəyişikliklərin olması prosesin aktivliyini aşkar etmək üçün çətinliklər törədir. Bütün bu 
əlamətlər xəstələrin hərtərəfli müayinəsinə ehtiyac  yaradır və bir sıra hallarda endokrinoloqun, 
ginekoloqun,  otolarinqoloqun  və  digər  həkimlərin  məsləhətlərinə  ehtiyac  olur.  Ağciyərlərin 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə