Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

63 
 
Ağciyərlərin səpələnmiş vərəmində kavernaların cərrahi müalicəsinə çox nadir hallarda yol 
verilir.  Proses  ağciyərlərdə  yayılmış  olduğundan  cərrahi  müdaxilə  zamanı  sağlam  sərhədlərin 
müəyyənləşdirilməsi çətinliklər törədir. 
 
 
MİLİAR VƏRƏM 
 
Miliar  vərəm  vərəmin  kliniki  təsnifatına  1994-cü  ildə  MDB  ölkələri  ftiziatrlarının 
qurultayında  yenidən  daxil  edilmişdir.  Bu  son  illərdə  vərəmin  ağır,  kəskin  inkişaf  edən 
formalarına tez-tez təsadüf olunması ilə bağlıdır. 
Miliar  vərəm  forması  ilk  dəfə  Laennek  tərəfindən  yazılıb  şərh  olunmuşdur.  XIX  əsrin 
ortalarında  N.İ.Piroqov  müxtəlif  orqanlarda  ağır  intoksikasiya  ilə  keçən  və  qarın  yatalağını 
xatırladan  miliar  vərəmin  klinikasını  şərh  etmişdir.  Bu  miliar  vərəmin  tifoid  variantının  ayrıca 
göstərilməsinə  əsas  olmuşdur.  Miliar  vərəm  zamanı  kiçik  ölçülü  (l-2mm),  əsas  etibarilə 
produktiv  toxuma  reaksiyası  ilə  səpələnmiş  ocaqlar  yaranır.  Ocaqlarda  kazeoz-nekrotik 
dəyişikliklərin də olması istisna olunmur. Ocaqlı dəyişikliklər ilk növbədə interstisial toxumada 
inkişaf edir və sonra isə orqanların parenximasını zədələyir. 
Miliar  vərəm  kəskin  gedişi,  sürətli  yayılması  (disseminasiya)  ilə  xarakterizə  olunur  və 
ağciyərləri, qaraciyəri, dalağı, bağırsaqları, beyin qişalarını, digər orqan və toxumaları zədələyir. 
Vərəmin  bu  formasına  daha  çox  KJB  (Kalmet  və  Jeren  batsilləri)  vaksinasiyasına  cəlb 
olunmamış  uşaqlarda  və  yeniyetmələrdə  rast  gəlinir.  Yenicə  vərəm  infeksiyasına  yoluxmuş  bu 
kontingentdə birincili vərəmin sürətli inkişafı nəticəsində bakteriemiya baş verir. Miliar vərəmdə 
bakteriemiyanın  mənbəyi  birincili  vərəm  nəticəsində  döş  qəfəsi  daxili  limfa  düyünlərinin 
vərəmidir. Vərəm mikobakteriyaları qan axarına düşərək qan damarları divarında spesifik iltihabi 
proses  törədir  və  oradan  da  yaxın  toxumalara  keçir.  Bunun  nəticəsində  darı  dənəciklərini 
xatırladan kiçik vərəm ocaqları  yaranır (milium-latınca darı deməkdir). Vərəmin bu formasının 
adı da milium sözündən götürülmüşdür. 
Səpələnmə  vərəmə  yoluxduqdan  4-6  həftə  sonra  bronxoadenitin  və  yaxud  ilkin  vərəm 
kompleksinin formalaşması ardından sonra da yarana bilər. 
Yaşlılarda  miliar  vərəm  bakteriemiya  nəticəsində  də  əmələ  gəlir.  Mənbəyi  isə  sümükdə, 
böyrəklərdə,  cinsiyyət  orqanlarında,  nadir  hallarda  ağciyər  toxumasındakı  aktiv  vərəm  ocağı 
olur.  Bakteriemiyanın  mənbəyi  xroniki  və  yaxud  da  kəskinləşmiş  döş  qəfəsi  daxili  limfa 
düyünlərindəki vərəm prosesi də ola bilər. 
Xəstəlik  uzun  müddət  dövrü  kəskinləşmələrlə  davam  edə  bilər.  Miliar  vərəm  hematogen 
səpələnmiş  vərəmin  geniş  yayılmış  forması  olub  kəskin  gedişli  interstisial  toxumada 
qabarcıqların  yaranması,  yaxud  da  onların  konqlmeratlarının  kiçik  ocaqlarının  yaranması  ilə 
xarakterizə olunur. Miliar vərəm vərəm mikobakteriyalarının orqanizmdə yayılması, orqanizmin 
müqavimətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində baş verir. Buna birincili vərəmin və ən 
çox  da  bronxoadenitin  inkişafı  səbəb  olur.  Çox  nadir  hallarda  miliar  vərəm  ağciyərdən  kənar 
vərəmin  də  gedişinin  ağırlaşması  nəticəsində  baş  verir.  Miliar  vərəm  orqanizmdə  lokal  bir 
vərəmin  forması  olmadan  da,  çoxsaylı  virulent  vərəm  mikobakteriyalarının  orqanizmə  daxil 
olması  nəticəsində  baş  verir.  Miliar  vərəmdə  qabarcıqlar  ağciyərlərdə  yerləşir.  Lakin  onlar 
böyrəklərdə, dalaqda, beyin qişalarında da ola bilər. Bu qabarcıqlar darını xatırladır. Ona görə də 
vərəmin bu forması darıvari adlanır (milium-latınca darı mənasındadır). Xəstəlik, adətən kəskin 
başlayır.  Bədən  hərarətinin  qalxması  (39-40°C-yə  qədər),  kəskin  şəkildə  intoksikasiya,  zəiflik, 


64 
 
iştahanın  pisləşməsi,  xüsusilə  gecələr  tərləmə,  bədən  çəkisinin  azalması,  bəzi  xəstələrdə  çox 
kəskin baş ağrıları müşahidə olunur. 
Səpələnmənin  beyin  qişasında  və  beyin  maddəsində  meydana  gəlməsi  meningitin  və 
meninqoensefalitin  əlamətlərinin  inkişafı  prosesinə  gətirib  çıxarır.  Boyun  ardının  gərginliyi, 
Kerninq,  Babinski  əlamətləri  meydana  çıxır.  Belə  hallarda  haram  iliyi  mayesinin  müayinəsinə 
ehtiyac  duyulur.  Xəstələrdə  təngnəfəslik,  quru  öskürək,  dodaqların  və  selikli  qişanın  sianozu 
nəzərə  çarpır.  Perkussiya  və  auskultasiya  zamanı  cüzi 
dəyişikliklər  aşkar  olunur.  Bronxiolitin  yaranması  ilə 
bağlı  çox  az  miqdarda  quru  xırıltılar,  taxikardiya 
müşahidə olunur. 
Tuberkulin  reaksiyaları  adətən,  müsbətdir,  lakin 
xəstənin  çox  ağır  vəziyyətində  mənfi  də  ola  bilər.  Ley-
koqrammada 
intoksikasiya 
fonunda 
limfopeniya, 
çubuqnüvəli neytrofillərin artması, EÇS-in sürətlənməsi, 
leykositoz kimi kəskin dəyişikliklər aşkar olunur. 
Rentgenoloji  müayinə  zamanı  simmetrik,  ikitərəfli 
olaraq ağciyərin bütün paylarında kiçik ocaqlı səpələnmə 
aşkar  olunur.  Bəzi  xəstələrdə  döş  qəfəsi  daxili  limfa 
düyünlərinin, qaraciyərin və dalağın böyüməsi müşahidə 
olunur.  Müşahidə  zamanı  ekstropulmonal  ocaqların 
sümük sistemində, böyrəklərdə və digər orqanlarda aşkar 
olunması  da  mümkün  olur.  Bəzən  plevrit  müşahidə 
olunur.  Fiziki  və  ultrasəs  müayinə  zamanı  seroz, 
limfasitar  eksudat  aşkar  olunur.  Müxtəlif  daxili 
orqanların  zədələnməsi  (qaraciyər,  dalaq)  kompüter 
tomoqrafiya  və  yaxud  da  ultrasəs  müayinə  ilə  aşkar 
olunur. 
Nüvə-maqnit  rezonans  tomoqrafiyanın  köməyi  ilə 
klinikamızda ilk dəfə olaraq kazeoz ocaqların ağciyərdə 
"nəlbəkidə  kürü"nü  xatırladan  xarakterik  şəklini  aşkar 
etdik.  Bundan  başqa,  bu  metod  rentgen  müayinədən 
fərqli olaraq, subplevral ocaqları, ölçüləri 2 mm-ə qədər 
olan  ocaqları  da  aşkar  edərək,  erkən  diaqnostika  üçün 
şərait yaradır. 
Kəskin  miliar  vərəm  öz  kliniki  təzahürlərinə  görə 
çox  rəngarəngdir.  Kəskin  miliar  vərəmin  sepsis,  tifoid, 
ağciyər  və  meningial  formaları  ayırd  edilir.  Axırıncı  öz 
kliniki  gedişinə  görə  meningiti  xatırladır.Kəskin  miliar 
sepsisdə qabarcıqlar ağciyərlərin interstisial toxumasında 
və  digər  orqanlarda  yaranır.  Xəstəliyin  başlanğıcında  kiçik  qabarcıqlar  ətraf  toxumadan  çətin 
ayrılırlar,  yaxud  da  ayırd  olunmurlar,  tezcə  irinli  kazeoz-nekroza  çevrilirlər.  Bu  qabarcıqların 
bakterioskopik  müayinəsində  çoxsaylı  vərəm  mikobakteriyaları  aşkar  olunur.  Kəskin  vərəm 
sepsisi  zamanı  xəstənin  ümumi  vəziyyəti  həddən  artıq  ağır  olur.  Xəstəliyin  özünü  isə  adi 
sepsisdən  ayırmaq  çox  çətin  olur.  Xəstələrdə  anemiyanın  kəskin  inkişaf  edən  for-ması  və 
aqranulositoza oxşar neytro-peniya ilə müşahidə olunan leykope-niya aşkar olunur. Xəstələr çox 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə