Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə28/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   24   25   26   27   28   29   30   31   ...   137

57 
 
reaksiya  olmaya  da  bilər,  ona  görə  də  belə  boşluqları  ştamplanmış  kavernalar  adlandırırlar. 
Yarımkəskin  səpələnmiş  vərəm  xəstəliyinin  əlamətləri çox cəhətdən  ağır  formalı  sətəlcəmə  xas 
olan  əlamətlərə  bənzəyir.  Bəzi  xəstələrdə  isə  ümumi  intoksikasiya  çox  inkişaf  etmiş  olmur. 
Yarımkəskin  səpələnmiş  vərəm  zamanı  döş  qəfəsi  simptomları  inkişaf  etmiş  olur.  Xəstələrdə 
öskürək, bəlğəmin gəlməsi, auskultasiya zamanı ağciyərlərdə xırıltılar eşidilir. Bir sıra hallarda, 
eyni  zamanda  seroz  qişaların  zədələnməsi  nəticəsində  kostal  və  payarası  plevritlər  müşahidə 
olunur. Diaqnozun  müəyyənləşdirilməsində  yarımkəskin  səpələnmiş vərəmin kliniki təzahürləri 
ilə  rentgenoloji  müayinələr  zamanı  ocaqların  xarakteri  və  lokalizasiyasını  müqayisə  etmək 
vacibdir. Ağciyərlərdə  yaranmış boşluqların olması, kavernaların döş qəfəsi limfa düyünlərinin 
böyüməsi  və  plevranın  zədələnməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Yarımkəskin  səpələnmiş 
vərəmli  xəstələrdə  tuberkulin  sınağının  müsbət  olması  böyük  diaqnostik  əhəmiyyətə  malikdir. 
Bəzi  xəstələrdə  tuberkulinə  qarşı  hissiyyat  artmış  olur.  Bəlğəmdə,  xüsusilə  ağciyərlərdə 
boşluqların, kavernaların yaranması ilə bağlı vərəm mikobakteriyaları aşkar olunur. 
Bronxoskopiya  zamanı  bəzən,  xüsusilə  limfobronxogen  səpələnmələr  zamanı,  vərəmin 
bronxlarda  müxtəlif  təzahürləri  aşkar  olunur.  Hətta  irin  axarları  belə  inkişaf  etmiş  olur. 
Yarımkəskin  səpələnmiş  vərəm  zamanı  əsasən  hematogen  genezli  ekstratorakal  zədələnmələr 
olur. Göz vərəmi, sümük, oynaq, sidik-tənasül orqanlarının və s. vərəmi aşkar olunur. 
Nəhayət,  səpələnmiş  ağciyər  vərəminin  üçüncü  kliniki  variantı  hematogen  və  yaxud 
limfobronxogen  genezli  xroniki  səpələnmiş  vərəmdir.  Bu  variantın  ən  erkən  mərhələlərində 
ağciyərlərin  zirvələrində  ocaqlar  görünməyə  başlayır.  Əksər  hallarda  bu  ocaqlar  azsaylı  olur. 
Prosesin  apiko-kaudal  yayılması  daha  xarakterikdir,  yəni  səpələnmə  ağciyərlərin  yuxarı 
şöbələrində  başlayır.  Əvvəlcə  az  saylı  ocaqlar  hər  iki  ağciyərin  periferik  şöbələrində  meydana 
çıxır. Bu mərhələdə bəzən ocaqh vərəmlə hematogen səpələnmiş vərəm arasında sərhəd qoymaq 
çətin  olur.  İkitərəfli  ocaqlı  vərəm  bəzi  hallarda  hematogen  səpələnmənin  nəticəsi  ola  bilər. 
Ancaq  təkrar  bakteriemiya  dalğalarından  sonra  ağciyərlərdə  yeni-yeni  ocaqlar  əmələ  gəlməyə 
başlayır. Proses daha  yayılmış və polimorf xarakter alır.  Vaxt  keçdikcə  prosesin  uzunmüddətli 
olmasına dəlalət edən interstisial fibrozun inkişafı ilə bağlı daha da tünd kölgəliklər  yaranmağa 
başlayır. Uzun illər davam edən hematogen səpələnmiş prosesdə hər iki ağciyərlərin zədələnməsi 
bu  dəyişikliklərin  simmetrikliyi,  ocaqların  polimorfluğunun  kəskin  inkişafı  bunların  eyni 
zamanda  əmələ  gəlmədiklərini  göstərir.  Ocaqlar  ölçülərinə  və  bərkliyinə  görə  müxtəlifdirlər. 
Köhnə  ocaqlar  sönmüş  olur,  ölçüləri  böyümüş  və  qovuşmuş  olur,  yeni  ocaqlar  yaranır.  Sonra 
onlar  bərkiyir  və  sorulurlar.  İnterstisial  skleroz  nəticəsində  emfizema  inkişaf  edir.  Belə 
xəstələrdə,  adətən,  bronxoektazlar  olur  və  ağciyər  ürəyinin  əlamətləri  qeydə  alınır.  Bu,  bir 
tərəfdən  fibroz  və  emfizemanın  nəticəsidir,  digər  tərəfdən  isə  ağciyərlərin  damar  sisteminin 
zədələnməsidir. Ağciyər ürəyi başlanğıc mərhələdə kompensasiya olunmuş vəziyyətdədir. Sonra 
yaş artıqca və prosesin inkişaf etməsi ilə əlaqədar sub - və dekompensasiya əlamətləri üzə çıxır, 
ağciyər və ağciyər-ürək çatışmazlığı inkişaf edir. Ağciyərlərin zədələnməsindən başqa müxtəlif 
orqanlarda  da  dəyişikliklər  əmələ  gəlir.  Çox-çox  əvvəl  belə  xəstələrdə  bağırsaqların  da 
xəstələnməsi qeyd olunurdu. İndi bağırsaqların xəstələnməsinə az-az rast gəlinir, lakin qırtlağın, 
tənasül  orqanlarının,  sümük-oynaqların  vərəminə  tez-tez  təsadüf  olunur.  Xroniki  səpələnmiş 
ağciyər vərəmi üçün dalğavari inkişaf, yəni kəskinləşmə və arada intervalların olması xarakterik-
dir.  Qeyd  etmək  lazımdır  ki,  xroniki  səpələnmiş  ağciyər  vərəmində  xəstəliyin  kəskinləşməsi 
dövründə  əlamətlər  zəif,  intoksikasiya  əlamətləri  sönük  olur.  Belə  xəstələrdə  bədən  hərarəti 
qalxmış  olur,  zəiflik,  yorğunluq,  vazomotor  labillik  qeydə  alınır.  Xəstəliyin  kəskinləşmə  və 
intoksikasiyanın  yaranmasına  inkişaf  etmiş  formada,  adətən,  2-3  həftə,  bəzi  xəstələrdə  isə 


58 
 
bundan  daha  az  dövrdə  təsadüf  olunur.  intoksikasiya  simptomları  tədricən  zəifləyir,  xəstənin 
vəziyyəti yaxşılaşır və adi iş rejiminə qayıdır. 
Səpələnmiş  vərəmi  erkən  mərhələlərdə  rentgenoloji  və  yaxud  flüoroqrafik  müayinələrin 
köməyi  ilə  aşkar  etmək  olar.  Xəstəliyin  başlanğıc  mərhələdə  klinikasının  bəzən  zəif  olması 
diaqnozun müəyyənləşdirilməsi üçün çətinliklər törədir. Əgər vaxtında xəstəlik aşkar olunmasa, 
kliniki  əlamətlər  daha  da  inkişaf  edir.  İntoksikasiya  və  tək-tək  öskürəklərə  artıq  emfizemanın, 
xroniki  bronxitin  inkişafda  olan  bronxektaziyanın  əlamətləri  də  qoşulur.  Belə  xəstələrdə 
təngnəfəslik  olur,  öskürək  artır,  bəlğəmin  ifraz  olunması  çoxalır  və  qanhayxırma  da  müşahidə 
oluna bilər. 
Qırtlaq vərəmində udmaq aktı zamanı ağrılar əmələ gəlir, səs dəyişir. Əgər müayinə olarsa, 
qırtlaqda spesifik proses aşkar etmək olar. Əgər hər-hansı bir oynaqda, xüsusilə fiziki gərginlik 
zamanı, tez-tez yeriyərkən ağrı əmələ gəlirsə, sidikdə leykositlər, hematuriya aşkar olunursa, bu 
hallarda  instrumental  müayinələr  zamanı  spesifik  dəyişiklik  aşkar  etmək  olar.  Sidik-tənasül 
orqanları vərəmi zamanı sidikdə vərəm mikobakteriyaları da aşkar etmək olar. Lakin qeyd etmək 
lazımdır ki, bakterioskopik müayinələr zamanı sidikdə vərəm mikobakteriyaları çox az hallarda 
aşkar olunur. Ona görə də mikrobioloji müayinə, yəni sidiyin qidalı mühitdə əkilməsinə ehtiyac 
olur. 
Yarımkəskin  səpələnmiş  vərəmdə  olduğu  kimi,  xəstəliyin  xroniki  formasında  da  ağciyər 
toxumasının parçalanması da meydana çıxa bilər. Par-çalanma və kavernanın formalaşması dörd 
əlamətlərlə müəyyənləşdirilir: bəlğəmli öskürək, auskultasiya zamanı xırıltılar, qanhayxırma və 
bəlğəmdə vərəm mikobakteriyaların aşkar olunması. Düzdür, bütün hallarda səpələnmiş vərəmdə 
ağciyər  toxumasının  parçalanmasının  bütün  bu  dörd  əlamətləri  olmur,  lakin  bu  əlamətlərin  hər 
hansı  biri  və  bir  neçəsi  olduqda,  xəstədə  rentgentomoqrafik  müayinələr  apararaq  mümkün 
kavernanı  aşkar  etmək  lazımdır.  Səpələnmiş  vərəm  zamanı  bütün  hallarda,  xüsusilə  də  kiçik 
ölçülü  kavernaları  hətta  tomoqrafiya  ilə  belə  aşkar  etmək  olmur.  Fibroz  hesabına  tor  şəkilli 
kölgələrin,  emfizemanın  olması,  ocaqların  bir-birilə  qovuşması,  kiçik  kavernaların  aşkar 
olunmasına  əngəl  törədən  əlamətlərdir.  Lakin  qeyd  etdiyimiz  kimi,  ağciyər  toxumasında 
kavernanın olmasına mikobakteriyaların aşkar olunması, qanhayxırma, xırıltılar dəlalət etməlidir. 
Rentgenoskopiyada  və  rentgenqrammada  pnevmoskleroz,  emfizema  və  emfizematoz  sahələrdə 
tündləşmiş sahələrin və ocaqların kölgələri keçirilmiş vərəmə dəlalət edir. Belə xəstələrdə vərəm 
xəstəliyindən  sonra  qalıq  əlamətlər,  dəyişikliklər  müəyyənləşdirilir  və  həkim  müayinəsindən 
uzun  müddət  kənarda  qalmış  xəstələrdə  isə  (daha  doğrusu,  xəstəliyin  daha  inkişaf  etmiş 
mərhələlərində)  boşluqlar  aşkar  olunur.  Xroniki  səpələnmiş  proses  hər  iki  ağciyərin  yuxarı 
hissələrində  simmetrik  kaverna  ilə  xarakterizə  oluna  bilər.  Ocaqlar  həddindən  artıq  çoxdur. 
Bundan  başqa,  plevral  qalınlaşmalar  adgeziv  plevrit  hesabına  aşkar  olunur.  Bunlar  vərəm 
mikobakteriyası aşkar olunmadan xroniki səpələnmiş vərəmin rentgenoloji əlamətləridir. 
Son  vaxtlar  qeyri-vərəm  mənşəli  səpələnmiş  proseslərə  rast  gəlmək  olur.  Ən  çox  səhv 
diaqnoz  ağciyərlərin  sarkoidozunda  ortaya  çıxır,  xüsusilə  də  sarkoidozda  limfa  düyünləri 
böyümüş  olur.  Silikoz,  asbestoz  və  digər  pnevmokaniozlar  da  səpələnmiş  ağciyər  vərəmi  ilə 
oxşar  əlamətlərə  malikdir.  Unutmaq  olmaz  ki,  bəzi  hallarda  bu  xəstəliklərlə  yanaşı,  hərn  də 
vərəm  xəstəliyi  olur.  Bu  zaman  burada  təkcə  differensial  diaqnostika  aparılmalı  deyil,  hər  iki 
xəstəliyin  aşkar  olunması  üçün  xəstələr  daha  diqqətli  müayinə  olunmalıdır.  Bundan  başqa, 
bakterial,  göbələklərin  törətdiyi,  virus  mənşəli  sətəlcəm  və  vaskulitlər  də  səpələnmiş  vərəmlə 
müqayisə olunmalıdır. Səpələnmiş proseslər, allergik alveolitlər, ekzogen və idiopatik xarakterli 
qranulomatozlar,  Vegener  qranulomatozu,  Qudpasçer  qranulomatozu,  düyünlü  periartritlər  və 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə