Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə27/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   23   24   25   26   27   28   29   30   ...   137

55 
 
ilə  xarakterizə  olunmur.  Orqanların  parenximatoz  hissəsinin  də  (xüsusilə  ağciyərlərin) 
zədələnməsi  baş  verir.  Müxtəlif  orqanların  və  ağciyərlərin  parenximasındakı  ocaqlardan  başqa 
ilk növbədə yaranmış kazeozun - kəsmikvari nekrozun sıyıqlaşması nəticəsində kaverna yarana 
bilər.  Bu  halda  xəstəliyin  gedişi  dəyişir  və  qabarcıqlardan  başqa  destruktiv  proses  inkişaf  edir. 
Hematogen səpələnmiş vərəm ilk dəfə aşkar olunmuş xəstələrin 5-6% -ni təşkil edir. Ona görə də 
müasir  zamanda  bu,  vərəmin  о  qədər  də  tez-tez  rast  gəlinən  forması  deyil.  Əgər  hematogen 
səpələnmiş vərəmə tez-tez rast gəlinərsə, deməli, həmin ərazidə vərəm xəstəliyinin erkən aşkar 
olunması pis təşkil olunmuşdur. Demək lazımdır ki, hematogen səpələnmiş vərəmi aşkar etmək 
xeyli çətin məsələdir.  
Kəskin səpələnmiş proses zamanı ilk mərhələlərdə ümumi intoksikasiya üstünlük təşkil edir, 
bədən hərarətinin  yüksək olması, həddindən artıq zəiflik, baş ağrıları, adinamiyanın inkişafı bu 
xəstələri  çox  ağır  vəziyyətə  salır.  Bəzən  belə  xəstələrdə  ümumi  intoksikasiyadan  başqa, 
meningial təzahürlər olur, meningizm, yaxud meningitin və meninqoensefalitin kliniki əlamətləri 
üzə çıxır. 
Meningizm, yəni yüngül meningial təzahürlər beyin qişalarının şişkinliyi nəticəsində ümumi 
intoksikasiyanın  əlamətləridir.  Əgər  beyin  qişalarırının  spesifik  zədələnmələri  varsa  və  onlarda 
qabarcıqlar  əmələ  gəlirsə,  bu  zaman  meningitin  və  yaxud  meninqoensefalitin  klinikası  ortaya 
çıxır. Meningitin klinikası bir qədər silinmiş olur, ona görə də xəstənin məqsədyönlü müalicəsinə 
ehtiyac  olur.  Kliniki  əlamətlərdən  başqa  haram  iliyi  mayesinin  müayinəsinə  ehtiyac  vardır. 
Bəzən  kəskin  səpələnmiş  vərəmdə  inkişaf  etmiş  ağciyər  çatışmazlığı  əlamətləri  ortaya  çıxır. 
Kliniki  əlamətlərin  ön  planında  təngnəfəslik  və  sianozun  əmələ  gəlməsi  müşahidə  olunur. 
Təngnəfəslik  və  sianoz  bədən  hərarətinin  yüksəlməsi  fonunda  inkişaf  edir  və  ümumi  toksikoz 
belə hallarda xəstəliyin ağciyər formalı olduğunu göstərir.  
 
 Kəskin  səpələnmiş  vərəmin  meningial,  tifoid  və  ağciyər  formalarının  ayırd  olunması 
şərtidir,  çünki,  adətən  söhbət  generalizə  olunmuş  prosesdən  gedir.  Ona  görə  də  hər  hansı  bir 
formanı differensiasiya etmək çətindir. Bu, daha doğrusu xəstəliyin gedişinin kliniki variantları 
və  kliniki  tezahürləridir.              Diaqnozun  dəqiqləşdirilməsini  xarakterik  rentgenoloji 
dəyişikliklərin  aşkar  olunması  asanlaşdırır.  Ağciyər  zirvələrindən  tutmuş  diafraqmaya  qədər 
bərabər  formada  yayılmış  ocaqlı  kölgələr  görünür.  Rentgenqrammada  bu,  adətən  çox  sıx, 
monoton, birtipli səpələnmə (disseminasiya), kiçik  və orta ölçülü  yumşaq ocaqlardan ibarətdir. 
Vərəmin  kəskin  səpələnmiş  formasında  rentgenqrammada  disseminasiya  görünür,  ancaq  onun 
etiologiyasını  müəyyən  etmək  lazım  gəlir.  Bəzən  belə  xəstələrdə  ağciyərdən  kənar  ocaqlar, 
qırtlaq vərəmi, sümük və oynaqların vərəmi aşkar olunur. 
Biz klinikamızda nüvə-maqnit rezonans tomoqrafiyası ilə səpələnmiş vərəm zamanı ağciyər 
ocaqlarında  rentgen-tomoqrafiyanın  aşkar  edə  bilmədiyi  ocaqların  mərkəzində  olan  kazeoz 
dəyişikliyi  aşkar 
edərək 
prosesin 
vərəm  xarakterli 
olduğunu 
təsdiq 
etmiş  olduq.A.  İ. 
Strukov 
kəskin 
hematogen 
səpələnmiş 
vərəmin 
xüsusi 
formasını 
ayırd 


56 
 
edir.  Bu,  iri  ocaqlı  disseminasiyadır.  İri  ocaqlar  konturları  girintili-çıxmtılı  lobulyar  kazeoz 
sətəlcəm tipli olur. Bəzən belə şəkli  “qar boranı” adlandırırlar. Rentgenoqrammada ocaqlar qar 
lopası  kimi  görünür.  Belə  variantlar  müasir  dövrdə  az  hallarda  görünür.  Hematogen 
səpələnmənin  mənbəyi  olan  ekstratorakal  ocaqların  aşkar  olunması  üçün  otolorinqoloqun, 
ortopedin,  nevropatoloqun  və  digər  mütəxəssislərin  müayinələrinə  ehtiyac  duyulur.  Xəstəliyin 
inkişaf  etmiş  intoksikasiya  ilə  müşahidə  olunduğu  dövrlərində  tuberkulin  sınaqları  mənfi  ola 
bilir.  Bu  isə  vərəm  diaqnozunun  müəyyənləşdirilməsində  çətinlik  yarada  bilər.  Belə  xəstələrdə 
spesifik vərəm əleyhinə müalicə apararkən ay yarım, iki aydan sonra mənfi tuberkulin reaksiyası 
müsbət reaksiyaya çevrilə bilər. Yəni müsbət tuberkulin reaksiyası dərhal, birinci günlərdə deyil, 
bir  neçə  müddətdən  sonra  xəstənin  vəziyyəti  bir  qədər  yaxşılaşdıqdan  sonra  müsbət  ola  bilər. 
Qeyd  etmək  lazımdır  ki,  kəskin  hematogen  səpələnmiş  vərəm  zamanı  seroz  qişaların  da 
zədələnməsi qeyd olunur. 
Kostal  və  yaxud  payarası  təbəqələrin  plevriti  də  ola 
bilər. Bu, diaqnostikanı müəyyən qədər  yüngülləşdirən bir 
əlamətdir. 
Yarımkəskin  səpələnmiş  vərəm  tədricən  inkişaf  etsə 
də,  yüksək  intoksikasiya  ilə  xarakterizə  olunur.  Belə 
xəstələrdə hoə də hematogen disseminasiya ola bilər, lakin 
ocaqların  əmələ  gəlməsində  başqa  genezin  də  olması 
mümkündür.  Məsələn,  adenogen  genezli  limfobronxogen 
səpələnmə.  Axınncının  mənbəyi  limfa  axarı  ilə  vərəm 
mikobakteriyalarının 
çıxıb  yayılmasına  səbəb  olan 
traxeobronxial limfa düyünlərinin vərəmi ola bilər. 
İntrakanalikulyar  yol  da  mümkündür,  yəni  vərəm 
mikobakteriyalarının  bronx-ağciyər  yolu  ilə  yayılması 
(xüsusilə  spesifik  endobronxitin  inkişafı  ilə  əlaqədar). 
Limfobronxogen yolla əmələ gələn ağciyər səpələnməsi bir 
ağciyərin  zədələnməsi  ilə  xarakterizə  olunur  və  adəti  üzrə 
ocaqlar  kökə  yaxın  və  aşağı  şöbələrdə  olur.  Hematogen 
genezlə  başlayan  yarımkəskin  səpələnmiş  vərəmdə 
səpələnmələr  iki  ağciyərin  yuxarı  şöbələrində  olur. 
Klinikada  hər  zaman  səpələnmiş  vərəmin  genezini 
müəyyən  etmək  mümkün  olmur,  çünki  hematogen  və 
yaxud  limfobronxogen  səpələnmənin  əlamətləri  bəzi 
xəstələrdə  açıq-aşkar  təzahür  etmir  və  bəzən  qarışıq  növ 
qeyd  olunur.  Bu  vaxt  eyni  xəstədə  hematogen  və 
limfobronxogen səpələnmənin əlamətləri olur. Yarımkəskin 
səpələnmiş  vərəm  üçün  daha  böyük  yumşaq  ocaqların 
olması  xarakterikdir,  həm  də  bu  ocaqlar  bir-birilə 
qovuşmuş olur. Bu ocaqlar inkişaf etmiş eksudativ-nekrotik 
reaksiyaya  malikdirlər  ki,  buna  görə  də  parçalanmaya  və 
tezliklə  kavernanın  yaranmasına  meyllidirlər.  Boşluqlar 
belə  xəstələrdə  bir  ağciyərdə  təsadüf  olunur,  bəzən 
simmetrik  sahələrdə  olmaqla  hor  iki  ağciyərdə  do  ola  bi-
lərlər.  Bu  boşluqlarm  ətrafında  inkişaf  etmiş  perifokal 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə