Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   22   23   24   25   26   27   28   29   ...   137

53 
 
baş verir. Prosesin limfa düyünlərində kəskinləşməsi təkcə yaşlı şəxslərdə deyil, gənc  adamlarda 
da ola bilər. 
Vərəm  mikobakteriyalarının  qana  və  limfaya  daxil  olması  səpələnmiş  vərəmin  əmələ 
gəlməsi üçün kifayət deyil. Orqanizmin təbii müqavimətinin, vərəm əleyhinə immunitetin, həm 
də vərəm infeksiyasına qarşı ağciyər toxumasının və ağciyər damarlarının reaktivliyinin artması 
vacibdir.  Səpələnmiş  vərəm  vaksinasiya  olunmamış  uşaqlarda,  anadangəlmə  və  qazanılmış 
immunodefısiti olan şəxslərdə, uzun müddət immunodepressantlar qəbul etmiş xəstələrdə, aclıq, 
ekzogen  vərəm  mikobakteriyalarının  super  infeksiyasında,  infeksion  xəstəliklərdə  və  bir  sıra 
hallarda baş verə bilir. 
Prosesin  kəskinləşməsi,  adətən,  daha  çox  müharibə  illərində,  aclıq  keçirən  insanlarda, 
əsgərlərdə və müharibə şəraitinin olduqca ağır şərtlərini öz üzərində yaşayan insanlarda baş verə 
bilir.  Sülh  dövründə  isə  təbii  fəlakətlər  zonasında  olan,  yaxud  da  çox  ağır  aclıq  və  səfalət 
içərisində yaşayan insanlar arasında, xüsusən inkişaf etməkdə olan ölkələrdə ola bilər. Sözsüz ki, 
burada təkcə qidalanma deyil, stress, ağır sinir gərginliyi, orqanizmin kompensator reaksiyaları, 
vərəm  əleyhinə  immunitetin  zəifləməsi,  divar  aralığı  limfa  düyünlərində  prosesin 
kəskinləşməsinə gətirib çıxarır ki, bu da xəstələrdə bakteriemiyanın və bununla bağlı hematogen 
səpələnmiş vərəmin inkişafma səbəb ola bilir. Limfatik düyündən kazeoz kütlənin qan damarına 
daxil  olaraq,  eyni  zamanda  çoxsaylı  vərəm  mikobakteriyalarının  qana  daxil  olması  nəticəsində 
generalizə olunmuş, yəni geniş yayılmış səpələnmiş ağciyərləri də zədələyən vərəm yarana bilər. 
Bakteriemiya  təkcə  limfa  düyünlərindəki  proses  nəticəsində  deyil,  ekstratorakal  ocaqlarda 
(xüsusilə  sümük  sistemində,  sidik-tənasül  orqanlarında),  ağciyər  ocağında  prosesin  proqressiv 
inkişafı və aktiv iltihabi reaksiyaları zamanı da vərəm mikobakteriyalarının qan axarı məcrasına 
düşməsi ilə ola bilər. 
V.Q.Ştefko  göstərirdi  ki,  hematogen  səpələnmiş  proseslərdə  hər  zaman  limfogen  faza 
mövcuddur.  Belə  ki,  limfa  düyünlərində  iltihabi  prosesin  nəticəsində  erkən  mərhələlərdə 
ekstratorakal  ocaqlardan,  yaxud  ağciyərlərdəki  ocaqlardan  limfa  axarı  ilə  vərəm 
mikobakteriyaları  yayılaraq spesifik vərəm limfangiti törədir. Bu zaman iltihabi prosesə, adətən 
qan daşıyıcı damarlar da qoşulur və vaskulit əmələ gəlirgəlir. Spesifik vaskulitləri hələ 1897-ci 
ildə Weigert göstərərək bunları bakteriemiyanın mənbəyi hesab etmişdir. Lakin sonralar Ribert, 
Huebschmann  və  bir  çox  digər  müəlliflər  isbat  etdilər  ki,  spesifik  vaskulitlər,  əksinə 
bakteriemiyanın nəticəsində  yaranır ki,  bundan sonra da interstisial  toxumanın  zədələnməsi  baş 
verir  və  orada  da  perivaskulyar  vərəm  qabarcıqları  əmələ  gəlir  (qranulomalar).  Spesifik  proses 
asinoz  və  asinoz-nodoz  ocaqların  yaranması  ilə  ağciyərlərin  parenximasının  zədələnməsinə 
gətirib çıxarır. 
Vərəm qabarcığı formalaşmasının erkon mərhələləri səciyyəvi hüceyrə reaksiyası ilə iltihabi 
fokusdan  ibarətdir.  Müxtəlif  hüceyrələr  arasında  nəhəngnəhəng  hüceyrələr  (Piroqov-Lanqhans 
hüceyrələri)  dairəvi  nüvəli  hüceyrə-lər  (limfoid  hüceyrələr)  və  gərilmiş  formalı  hüceyrələr  - 
epitelioid hüceyələr aşkar olunur. Vərəm qabarcıqları qovuşaraq daha böyük quruluş olan vərəm 
ocağını  yaradırlar.  Ocaqlar  asinoz  və  asinoz-nodoz  ola  bilirlər.  Əgər  bir  asinus  zədələnirsə, 
asinoz-nodoz ocaq yaranır, əgər bir neçə asinus zədələnirsə, asinoz-nodoz qabarcıqlar, əgər daha 
geniş proses teşəkkül tapırsa və ağciyərin bütün paycığı zədələnirsə, onda pnevmonik növlü ocaq 
formalaşır.  Periodik  olaraq  yaranan  bakteriemiya  yeni  ocaqların  əmələ  gəlməsinə  və  həmin 
orqanda  və  digər  orqanlarda  başqa  spesifik  zədələnmələrin  yaranmasına  gətirib  çıxarır. 
Ağciyərlərdən  başqa  böyrəklərin,  tənasül  orqanlarının,  görmə  orqanının  və  oynaq-dayaq 
aparatınm  da  zədələnməsi  baş  verir.  Bakteriemiya  dalğaları  nə  qədər  tez-tez  yaranırsa, 


54 
 
hematogen  səpələnmiş  vərəmin  inkişafı  ehtimalı  da  о  qədər  çox  olur.  Bakteriemiya  zamanı 
ocaqların  yaranması  üçün,  qan  axarına  düşmüş  mikobakteriyaların  hər  hansı  bir  orqanda 
fiksasiyası  lazımdır.  Bakteriemiya  zamanı  mikobakteriyalar  ən  çox  qaraciyərdə,  dalaqda, 
ağciyərlərin yuxarı şöbələrində fıksasiya olunurlar. Bu digər orqanlarda da - sümük, sidik-tənasül 
və  s.  baş  verir.  İltihabı  prosesin  meydana  gəlməsi  və  ocaqların  inkişafı  üçün,  yəni  hematogen 
səpələnmiş  vərəmin  yaranması  üçün  bir  şərt  də    vacibdir.  Vərəm  mikobakteriyalarının  fıksə 
olunduğu  orqanda  yerli  sensibilizasiya  vəziyyəti  olmalıdır.  Belə  ki,  bakterial  antigenlərin  və 
spesifik  sistemlərin  iştirakı  ilə  yerli  sensibilizasiya  olmadan  qranulomaları  yaradacaq  iltihabi 
reaksiya əmələ gəlmir. 
Beləliklə, bakteriemiyanın ocaqları yarada bilmək imkanları о vaxt meydana çıxır ki, vərəm 
infeksiyasına  qarşı  yerli  sensibilizasiyaya  malik  olan  orqanlarda  vərəm  mikobakteriyaları  fiksə 
olunsun.  Bu  halda  iltihabi  proses  və  ocaq  əmələ  gəlir.  Bəzi  insanların  müxtəlif  orqan  və 
sistemlərində çoxsaylı sensibilizasiyalar mövcuddur. Bakteriemiya olduğu zaman belə xəstələrdə 
generalizə olunmuş səpələnmiş proses əmələ gəlir. Ocaqları ağciyərlərdə, dalaqda, qaraciyərdə, 
sümüklərdə, beyin qabıqlarında və digər orqanlarda aşkar etmək olar. Göstərilən proses çox vaxt 
kəskin  xəstəlik  kimi  inkişaf  edir.  Belə  hallarda  kəskin  səpələnmiş  vərəm  meydana  çıxır.  Əksər 
xəstələrdə  kəskin  hematogen  səpələnmiş  vərəmlə  çoxsaylı  zədələnmələr  əmələ  gəlir,  yəni  eyni 
zamanda  çoxlu  orqan  və  sistemlərin  zədələnməsi  baş  verir.  Generalizə  olunmuş  səpələnmiş 
vərəm kəskin xəstəlik nəticəsində də ola bilər və ardıcıl zədələnmələr nəticəsində müxtəlif orqan 
və sistemlərdə əmələ gələ bilər. Xəstəliyin ardıcıl zədələnmələrlə belə gedişi, adətən hematogen 
səpələnmiş  vərəmin  başqa  kliniki  variantında,  xroniki  hematogen  səpələnmiş  vərəmdə  təsadüf 
olunur.  Prosesin  generalizə  olunması  bəzən  pis  mualicə  olunan,  yaxud  da  mualicə  aparılması 
mümkün  olmayan  xəstələrdə  effektsiz  müalicə  nəticəsində  baş  verir.  Belə  xəstələrəo  yeni-yeni 
bakteriemiya  dalğaları  meydana  çıxır  və  hər  yeni  dalğa  yeni  ocaqların  meydana  gəlməsinə  və 
bununla da, ardıcıl olaraq, müxtəlif orqan və sistemlərin zədələnməsinə gətirib çıxarır. Kəskin və 
xroniki  hematogenlə  səpələnmiş  vərəm  arasında  bir  aralıq  variant  da  var.  Bu,  yarımkəskin 
səpələnmiş vərəmdir. Bu zaman xəstəliyin inkişafı yarımkəskin xarakter daşıyır. Adları çəkilən 
hematogen  səpələnmiş  vərəmin  hər  üç  kliniki  variantlarında  limfogen  faza  xarakterikdir: 
mikobakteriyaların  limfa  axarı  ilə  yayılması,  spesifik  limfanqoitlərin  inkişafı  və  bundan  sonra 
vərəmin ən erkən mərhələlərində müşahidə olunan orqanların interstisial  toxumalarında inkişaf 
edən spesifik  prosesin  inkişafı.  Hematogen səpələnmiş prosesdə xəstəliyin  yubanmış  gedişində 
interstisial sklerozun inkişafına gətirib çıxaran, sürətlə eksudativ nekrotik reaksiyanın produktiv 
iltihaba  keçməsi  qeyd  olunur.  Bu  isə  tədricən  fibroz  toxumanın  və  emfizemanın  yaranmasına 
gətirib  çıxarır.  Fibroz  və  emfizema,  adət  üzrə,  bronxial  ağacın  deformasiyasına  səbəb  olur  və 
nəticədə kisəvari və silindrik növlü bronxektazların emələ gəlməsi ilə nəticələnir. Əlavə etmək 
lazımdır  ki,  belə  xəstələrdə  damar  sisteminin  spesifik  zədələnməsi  də  olur:  əvvəlcə  bu, 
vaskulitlər  kimi  başlayır,  sonra  isə  qan  damarlarının  daralması  və  obliterasiyası  baş  verir.  Bu, 
çox  kobud  damar  dəyişikliklərinə  və  kiçik  qan  dövranının  dəyişikliklərinə  gətirib  çıxarır.  Belə 
xəstələrdə tədricən ağciyər ürəyi inkişaf edir. Miokardm hipertrofiyası qeydə alınır. Sonra ürək 
boşluqlarının  dilatasiyası  və  ağciyər  ürəyi  üçün  xas  olan  digər  dəyişikliklər  ortaya  çıxır.  Belə 
dəyişikliklər  tədricən  əmələ  gəlir.  Bunlar  ağciyərin  xroniki  səpələnmiş  vərəmi  olan  xəstələrdə 
uzun illər xroniki dalğavari prosesin gedişində olurlar. Göstərilən dəyişikliklər xəstəliyin erkən 
mərhələlərində spesifik müalicə aparılmayan və yaxud səmərəsiz müalicə olunan xəstələrdə baş 
verir.Vərəm prosesinin periodik kəskinləşməsi, alovlanması nəticəsində periodik olaraq fıbrozun 
da artması müşahidə olunur. Təbii ki, hematogen səpələnmiş vərəm təkcə interstisial zədələnmə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə