Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

59 
 
digər  vaskulitlər,  kanseromatoz  metastatik  və  yaxud  ilkin  xərçəng  mənşəli  proseslər, 
limfoqranulomatozun mediastenal ağciyər forması da dissiminasiya törədə bilər. Daha az təsadüf 
olunan  xəstəliklərdən  proteinoz,  alveolyar  mikrolitiaz,  ağciyər  amiloidozu,  histiositoz  və  s. 
xəstəliklər də səpələnmiş proseslərlə müqayisə olunmalıdırlar. Ümumiyyətlə, götürdükdə bronx-
ağciyər  aparatında  200-ə  yaxın  səpələnmiş  proseslər  vardır  ki,  bunların  tam  əksəriyyəti  ilə 
səpələnmiş ağciyər vərəmini müxtəlif mərhələlərdə müqayisə etmək lazımdır. Bütün səpələnmiş 
proseslərdə həkim bir məsələni həll etməlidir. Bunun vərəm mənşəli olması ya təsdiq, ya inkar 
olunmalıdır. Ocaqların polimorf deyil, birtipli, səpələnmiş ocaqların və tuberkulin sınağının isə 
mənfı  olması,  eyni  zamanda  pnevmosklerozun  və  emfizemanın  inkişaf  etməsi  diaqnozun 
müəyyənləşdirilməsində ciddi çətinliklər törədir. Belə hallarda bütün diaqnostik metodlar mütləq 
diaqnostik  metodlardan  başlamış  əlavə  və  fakultativ  müayinə  metodlarına  qədər  tətbiq  olunur. 
Müayinələrin nəticəsi məsələni həll etmədikdə “Ex juvantibus” diaqnostik metodu tədbiq olunur 
ki, bir müddət spesifik vərəm əleyhinə müalicə aparılaraq xəstə dinamikada müşahidə olunur. 
Ağciyərlərin  səpələnmiş  vərəmində  diffuz  pnevmoskleroz  inkişaf  edir,  ağciyərlərin 
elastikliyi azalır, emfizema inkişaf edir. Bunların hamısı kiçik qan dövranında hemodinamikanın 
pozulmasına  səbəb  olur  və  ağciyər-ürək  çatışmazlığı  başlayır.  Plevralanın  zədələnməsi 
nəticəsində  plevral  bitişmələr  inkişaf  edir.  Əksər  hallarda  səpələnmiş  ağciyər  vərəminin 
diaqnostikasında çətinliklər olmur, lakin çox hallarda bu xəstəliyi bronxitlər, ocaqlı sətəlcəmlər, 
metastatik ağciyər xərçəngi, miliar kalsinomatoz, ağciyərlərdəki durğunluq əlamətləri, silikoz və 
s. ilə differensiasiya etmək lazım gəlir. 
Ağciyərlərin xroniki səpələnmiş vərəmi uzun müddət aşkar olunmadan bronxit diaqnozu ilə 
müşahidə oluna bilər. Belə hallarda bronxit doğrudan da olur və bu həm spesifik, həm də qeyri-
spesifik  xarakterli  ola  bilər.  Diaqnoz  qoyularkən  anamnezdəki  əlamətlər  kömək  edir.  Vaxtı  ilə 
keçirilmiş  vərəm  xəstəliyi,  batsilyar  xəstələrlə  kontakt  zamanı  rentgenoloji  müayinələr  ocaqlı 
kölgələrin və ağciyər fibrozunun aşkar olunmasına gətirib çıxarır. 
Qeyri-spesifik  ocaqlı  sətəlcəm  qrip,  qızılca  və  digər  infeksion  xəstəliklərdən  sonra  əmələ 
gəlir. Qeyri-spesifik ocaqlı sətəlcəmli xəstələrdə patoloji dəyişikliklər əsas etibarilə ağciyərlərin 
orta  və  aşağı  paylarında,  kökyanı  nahiyələrdə  aşkar  olunur.  Patoloji  dəyişikliklər  bir-birinə 
qovuşmuş  qeyri  spesifik  iltihabi,  asimmetrik  yerləşmiş  ocaqlardan  ibarətdir.  Qeyri-spesifik 
ocaqlı  sətəlcəm  daha  inkişaf  etmiş  intoksikasiya  əlamətləri  və  kataral  əlamətlərlə  müşahidə 
olunur  və  nisbətən  asan  sorulub  geriyə  çəkilir.  Ancaq  ocaqlı  kölgələr  hematogen  səpələnmiş 
ağciyər vərəmində isə 2-3 aydan sonra və özü də spesifik vərəm əleyhinə müalicədən sonra baş 
verir.  Qeyri-spesifik  ocaqlı  sətəlcəmin  sağalması  isə  antibiotiklərlə  müalicədən  2-3  həftə  sonra 
baş verir. 
Qeyri-spesifik  ocaqlı  sətəlcəmdə  vərəm  mikobakteriyaları  bəlğəmdə  aşkar  olunmur.  Qanın 
müayinəsində  EÇS-in  sürətlənməsindən  başqa,  yüksək  leykositoz  müşahidə  olunur  ki,  bu  da 
vərəm  üçün  xarakterik  deyil.  Ağciyər  silikozu  üçün  peşə  anamnezinin  əhəmiyyəti  böyükdür. 
Torlu  şəklin  və  ocağabənzər  kölgələrin  ağciyər  kökünə  yaxın  yerləşməsi  silikoz  üçün 
xarakterikdir. Silikoz bir sıra hallarda vərəmlə ağırlaşa bilir. Silikozda pnevmoskleroz və plevral 
bitişmələr  səpələnmiş  vərəmdən  daha  tez-tez  müşahidə  olunur.  Silikozda  bulyoz  emfizema 
nəticəsində spontan pnevmatoraks da yarana bilir. 
Miliar karsinomatoz kiçik ocaqlı səpələnmə, metastatik xərçəng isə ocaqların orta və aşağı 
payda  lokalizasiyası  ilə  xarakterizə  olunur.  Metastatik  ağciyər  xərçənginin  diaqnozunu 
dəqiqləşdirmək  üçün  daha  kəskin  təngnəfəsliyin  olması,  vərəm  mikobakteriyalarının  bəlğəmdə 
olmaması, mədədə,  yaxud da başqa orqanda şişin olması  və spesifik  intensiv  terapiya fonunda 


60 
 
belə  dinamikanın  olmaması  xarakterikdir.  Rentgenoqrammada  ağciyərlərdə  durğunluq 
əlamətləri,  kökün  şəklinin  güclənməsi,  damarların  genişlənməsi  ocaqlı  dəyişikliklərə  oxşayır. 
Lakin uzunsov formada olduğundan ağciyərin kökündən uzaqlaşdıqca diametri kiçilir. Bəlğəmdə 
vərəm  mikobakteriyaları  aşkar  olunmur  və  xəstədə  aydm  ürək-damar  çatışmazlığının  inkişaf 
etmiş əlamətləri aşkar olunur. Hematogen səpələnmiş vərəmdən fərqli olaraq ağciyər durğunluğu 
əlamətlərində  ağciyərlərin  güclənmiş  şəkli  və  ocaqlı  kölgələr  kökə  yaxın  olur  və  kortikal 
şöbələrdə  yerləşmir.  Səpələnmiş  ağciyər  vərəminin  müalicədən  sonra  sklerotik  və  fibroz  qalıq 
dəyişiklikləri  bronxların  deformasiyası  ilə  nəticələnir  və  bronxoektaziyalar  yaranır.  Bu  da 
sonralar qeyri-spesifik iltihabi proseslərin kəskinləşməsinə gətirib çıxara bilər. 
Ağciyərlərin  səpələnmiş  karsinomatozu  çox  nadir  hallarda  müşahidə  olunur.  Ağciyərlərin 
karsinomatozu zamanı rentgenoqrammada vərəmdən fərqli olaraq daha böyük və hamar ocaqlar 
görünür.  Ocaqlı  sətəlcəm  səpələnmiş  ağciyər  vərəmindən  daha  kəskin  gedişi,  ağciyərlərdə 
kataral əlamətləri ilə seçilir. Auskultasiya çoxlu quru və yaş xırıltılar aşkar edir. Buna səpələnmiş 
vərəmdə  olduqca  az  təsadüf  olunur.  Ocaqlar  sətəlcəm  zamanı  iri  fokuslarda  qovuşur  və  bəzi 
hallarda simmetrik yerləşir. Səpələnmiş ağciyər vərəminin pnevmokaniozlarla, xüsusilə silikozla 
kliniki əlamətlərinin və rentgenoloji şəklinin eyniliyi səbəbindən differensiasiya etmək çox çətin 
olur.  Tədricən  inkişafı  və  uzunmüddətli  gedişi  və  zəif  simptomatikası  silikoz  üçün  aparıcı 
əlamətlər deyil. Belə ki, səpələnmiş ağciyər vərəmi də uzun müddət gedir və kliniki əlamətləri də 
bəzən zəif olur. Səpələnmiş ağciyər vərəmi üçün anamnezində plevra və ağciyərlərdə və həm də 
ağciyərdən kənar vərəmin olması, silikozun anamnezində isə bu xəstəliklərin olmaması müəyyən 
olunur.  Tuberkulin  sınaqları  silikoza  nisbətən  daha  inkişaf  etmiş  olur.  Qanhayxırma  həm 
vərəmdə, həm silikozda təsadüf olunur. Lakin silikoz zamanı qanhayxırma az olur ve çox nadir 
hallarda  bədən  hərarətinin  yüksəlməsi  ilə  bərabər  olur.  Kiçik  qabarcıqlı  xırıltılar,  yaş  xırıltılar 
vərəmli xəstələrdə tez-tez, silikozda isə çox nadir hallarda müşahidə olunur. Vərəmli xəstələrin 
bəlğəmində  vərəm  mikobakteriyaları  aşkar  olunur.  Vərəmdə  və  eləcə  də  silikozda  ağciyərlərin 
zədələnməsi simmetrik, ancaq vərəm üçün yuxarı payların xəstələnməsi, silikoz üçün isə orta və 
aşağı  paylar,  limfatik  düyünlər,  ağciyərlərin  kökü  xarakterikdir.  Silikoz  və  səpələnmiş  ağciyər 
vərəminin  differensial  diaqnostikası  üçün  peşə  anamnezi  çox  vacibdir.  Müxtəlif  növlü  tozlarla 
uzun müddət işləmiş insanlarda silikoz xəstəliyi qeydə alınır. Vərəm tez-tez silikozlu xəstələrdə 
müşahidə olunur. Hətta vərəm silikozdan əvvəl yaranmış olur və bəzən də onunla birlikdə inkişaf 
edir  və  yaxud  da  silikoza  qoşula  bilir.  Lakin  daha  çox  vərəmin  silikoza  qoşulması  müşahidə 
olunur. 
Kliniki  və  xüsusilə  rentgenoloji  əlamətlərinə  görə  səpələnmiş  ağciyər  vərəminə  daha  çox 
bənzəyən  xəstəliklərdən  biri  də  sarkoidozdur  (yaxud  da  Benye-Bek-Şauman  xəstəliyi). 
Patomorfoloji  cəhətdən  sarkoid  törəmələri  limfositlərlə  əhatə  olunmuş  birləşdirici  toxuma 
epitelioid  hüceyrələrindən  ibarət  aydın  dairəyə  alınmış  ocaqlardır.  Bəzi  ocaqlarda  Piroqov-
Lanqhans  nəhəngnəhəng  hüceyrələrinə  rast  gəlmək  olur.  Vərəmdən  fərqli  olaraq  sarkoid 
qranulomalarında 
qanaparıcı  damarlar  saxlanmaqdadır.  Proses  ağciyər  toxumasının 
parçalanmasına meylli olmayan, proliferativ reaksiyanın üstünlük təşkil etdiyi xüsusiyyətləri ilə 
fərqlənir. Sarkoidoz zamanı nəhəngnəhəng hüceyrələrin xüsusiyyətləri ondan ibarətdir ki, onların 
tərkibində  dairəvi  və  yaxud  oval  formalı  Şauman  cisimcikləri  və  ulduza  bənzər  kristallik 
lövhəciklər-asteroid cisimcikləri vardır. Sarkoidoz zamanı bütün ağciyərdə miliar vərəmə bənzər 
səpələnmə  mümkündür.  Lakin  məhdud  səpələnmə  də  ola  bilir.  Sarkoidozun  kliniki  əlamətləri 
əksər  hallarda  zəif  inkişaf  etmişdir.  Üstəlik  bəzən  onlar  təsadüfən  aşkar  olunurlar.  Xəstələrdə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə