Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə37/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

75 
 
yüksək bədən hərarəti ilə (38-38,5°C) müşahidə olunur, belə yüksək hərarət maksimum 1-2 həftə 
davam edə bilər. İntoksikasiyanın başqa əlamətləri də müşahidə olunur: tərləmə, iş qabiliyyətinin 
zəifləməsi,  öskürək.  Bu  xəstələrdə  öskürək  üzücü  olmur  və  ağciyər  toxumasının  dağılması  ilə 
müşahidə edilirsə, bəlğəm  olur. Bəzən qanhayxırma əmələ gəlir. Bu simptom ocaqlı vərəmdən 
fərqli olaraq infiltrativ vərəmdə daha tez-tez rast gəlinir. Auskultasiya zamanı, xüsusilə dağılma 
fazasında xırıltılar eşidilir. İnfiltrativ proses nə qədər geniş yayılarsa, о qədər də xırıltılar tez-tez 
rast  gəlinir.  Xırıltılar  xəstəliyin  başlanğıcında  qısa  müddətli  müşahidə  olunur  və  müalicə 
başlandıqdan  bir  qədər  sonra  yox  olur.  Qeyri-spesifik  sətəlcəm  zamanı  isə  xırıltılar  daha  uzun 
müddət eşidilir. Ağciyərlərin zədələnmiş nahiyəsində perkutor səs bir qədər kütləşir. Tənəffüsün 
dəyişməsi  müşahidə  oluna  bilər.  Ancaq  bütövlükdə  stetoakustik  dəyişikliklər  qeyri-spesifik 
sətəlcəmdə daha çox nəzərə çarpır və qabarıq olur. 
İnfiltrativ  ağciyər  vərəmində  hətta  lobit  variantında  belə,  bronxial  tənəffüs  qeyri-spesifik 
sətəlcəmdən fərqli olaraq о qədər də qabarıq olmur. 
İnfiltrativ  ağciyər  vərəmi  bəzən  intoksikasiya  əlamətlərindən  tutmuş  kəskin  hərarətli 
vəziyyətə  qədər  olan  əlamətlərlə  bağlı  müayinə  olunarkən  aşkar  olunur.  Kliniki  əlamətlər  əsas 
etibarilə infiltratın böyüklüyündən və perifokal iltihabi prosesin xarakterindən asılı olur. 
İnfiltrativ vərəm bəzən xəstəliyin kəskin başlanğıcı ilə də müşahidə oluna bilər və xəstələr 
bu  vaxta  qədər  özlərini  tam  sağlam  hiss  etmiş  olurlar.  Bir  sıra  hallarda  xəstəlik  qrip,  sətəlcəm 
şəklində başlaya bilir. Ancaq bu xəstəliklərdən fərqli olaraq infiltrativ vərəmdə xəstəliyin kəskin 
dövrü  bir  qədər  uzanır  və  bəlğəmdə  vərəm  mikobakteriyaları  aşkar  oluna  bilər.  Bəzi  hallarda 
infiltrativ vərəm bir neçə gün davam edən az miqdarda qanhayxırma ilə başlayır. 
İnfiltrativ  vərəmin  erkən  kliniki  təzahürləri  xəstələrdə  yüksək  əsəbilik,  ürək  döyünmə, 
tərləmə və digər şikayətlərlə müşahidə olunur ki, bu da vegetativ sinir sisteminin funksiyasının 
pozulmasım  göstərir.  Əksər  hallarda  xəstəlik  tədricən,  zəif  əlamətlərlə  inkişaf  edir.  İnfiltrativ 
ağciyər vərəminin əlamətsiz başlanğıcı da mümkündür. Belə hallarda infiltrat kliniki əlamətlərsiz 
gedir  və  rentgenoqrafik  müayinə  zamanı  aşkar  olunur.  Kavernanın  əmələ  gəlməsi  ilə  xəstələr 
bəlğəm xaric edir, ancaq vəziyyətləri kafi, bədən hərarəti normal olur. Bir sıra hallarda perkusiya 
və  auskultasiya  zamanı  başlanğıc  mərhələsində  infiltrativ  proses  az  dəyişikliklərlə  müşahidə 
olunur.  Ancaq  diqqətlə  müayinə  edərkən  bir  sıra  dəyişikliklər  aşkar  etmək  mümkün  olur. 
Başlanğıc  mərhələsindəki  ilkin  əlamətlərdən  biri  döş  qəfəsinin  proses  olan    tərəfində  tənəffüs 
zamanı  bir  qədər  geri  qalmasıdır.  Bəzi  hallarda  palpasiya  zamanı  döş  və  kürək  əzələlərinin 
gərginliyi  və  ağrılığı  aşkar  olunur.  Çiyin  əzələlərinin  gərginliyi  və  ağrılı  olması  (Potencer-
Vorobyov  simptomu)  infiltrativ  vərəmin  başlanğıc  mərhələlərinin  əlamətlərindəndir.  Perkutor 
səsin  qısalması  infiltratın  4  sm-dən  dərində  olmadığı  hallarda,  yəni  döş  qəfəsi  divarına  yaxın 
olduğu  və  infiltratınölçülərinin  4-5  sm  diametrdən  az  olmadığı  hallarda  müşahidə  olunur.  Au-
skultasiya  zamanı  həmin  nahiyələrdə  kiçik  qabarcıqlı,  yaş  xırıltılar  eşidilir.  Stetoakustik 
əlamətlər iri infiltratlarda, xüsusilə ağciyər toxumasının dağılması zamanı bir qədər uzun müddət 
və  daha  aydın  aşkar  olur.  Təzə  infiltrat  zamanı  tənəffüs  vezikobronxial  ola  bilər.  Bir  qədər 
öskürdükdən  sonra  nəfəsalmanın  sonunda  kiçik  qabarcıqlı  yaş  xırıltılar,  kaverna  olduqda  isə 
tənəffüs  bronxo-  vezikulyar  və  yaxud  bronxial  olur.  Kaverna  üzərində  səsli  iri  qabarcıqlı 
xırıltılar, kaverna ətrafı nahiyədə isə kiçik qabarcıqlı parakavernoz xırıltılar eşidilir. 
Hemoqrammada  dəyişiklik  infiltrativ  vərəm  zamanı  intoksikasiyanın  səviyyəsindən  və 
prosesin yayılma dərəcəsindən asılı olur. 
Ağciyərlərin  infiltrativ  vərəminin  kəskin  gedişi  zamanı  qanda  çubuq  nüvəli  neytrofillərin 
sayının  artması  sayəsində  leykositoz  9-12xl0

litr  həddinə  çatır,  limfopeniya  və  EÇS-in 


76 
 
sürətlənməsi  müşahidə  olunur.  Effektiv  antibakterial  müalicə  nəticəsində  qandakı  dəyişikliklər 
normallaşır. 
Ağciyərlərin infiltrativ vərəmi üçün bəlğəmin müayinəsi mühüm əhəmiyyət kəsb edir. Belə 
ki, bu zaman bəlğəmdə az miqdarda vərəm mikobakteriyaları aşkar etmək olur. 
Vərəm  mikobakteriyalarının  bəlğəmdə  aşkar  olunması  infiltrativ  vərəmin  diaqnozunda 
böyük rol oynayır. Adətən bəlğəmdə və bronx yuyuntularında vərəm mikobakteriyalarının aşkar 
olunması dağılma fazasına təsadüf edir. Dağılma boşluqları olmadıqda isə bəlğəm bir neçə dəfə 
müayinə olunmalıdır. Bəlğəmdə Erlix tetradası da aşkar etmək olar ki, bu da infiltrat zonasında 
köhnə ocaqların parçalanmasına dəlalət edər. Bəzi hallarda köhnə ocaqların parçalanması ağciyər 
toxumasının  xərçəngi  və  qeyri-spesifik  sətəlcəm  nəticəsində  dağılmaya  səbəb  olur  və  belə 
hallarda bir və bəzən də iki dəfə bəlğəmdə ölü vərəm mikobakteriyaları aşkar etmək olar. Belə 
hallarda olduqca diqqətli olmalı və xəstənin diaqnozunda çaşqınlıq yaranmamalıdır. 
İnfiltrativ vərəmin kəskin fazasında qanda sərbəst hidrokortizon və kortikosteronun miqdarı, 
adətən arta bilir. Belə hallarda sidikdə zülal, hialin silindrləri də aşkar olunur (toksiki böyrək). 
Rentgenoloji  müayinələr  ağciyərlərin  infiltrativ  vərəmində  həlledici  rol  oynayır. 
Rentgenoloji  müayinə  zamanı  ağciyərlərin  infiltrativ  vərəminin  müxtəlif  forma  və  strukturu 
diametri  l  sm-dən  böyük  olan  kölgə  kimi  görünür.  Diametri  1,5-2  sm  olan  məhdud  lobulyar 
infiltrat  yekcins  görünüşlü  ləkə  və  yaxud  perifokal  iltihabın  kölgəsi  ilə  birləşmiş  bir  neçə 
ocaqdan  ibarət  konqlomerat  infiltrat  tomoqrammada  deşiyi  görünən  kiçik  bronx  ətrafında 
yerləşir. Bu tipli infiltrat dəyirmi ola bilir. 
Bronxoloji  müayinələr  zamanı  xəstələrin  4-5%-ə  qədərində,  xüsusilə,  infiltrativ  vərəmin 
dağılma fazasında bronxların vərəmi aşkar olunur. Yayılmış infiltratlarda yüksək intoksikasiya, 
tənəffüsün funksiyasında və qan-damar sistemində kəskin dəyişikliklər aşkar olunur. 
Diaqnozun müəyyənləşdirilməsində nəzərə almaq lazımdır ki, ağciyərlərin infiltrativ vərəmi 
təzə ocaqların, yaxud postvərəm qalıqları olan ocaqların, yaxud da çapıq dəyişikliklərin fonunda 
yaranır  və  bəzi  hallarda  başqa  xəstəliklərə  bənzəyir.  Bu  forma  üçün  xəstənin  vəziyyəti 
stetoakustik  əlamətlərin  zəifliyi,  ağciyər  toxumasının  geniş  yayılmış  zədələnməsi  ilə  müşahidə 
olunur. Diaqnozun müəyyənləşdirilməsində əsas rolu rentgenoloji müayinələr tutur ki, bu zaman 
2  sm-ə  qədər  olan  fokus  kölgələr  bir  və  ya  bir  neçə  ağciyər  payında  müxtəlif  bərkimə 
dərəcəsində  olan  ocaqlar  və  ağciyər  kökündə  kalsinatlar  aşkar  oluna  bilər.  Vərəm 
mikobakteriyalarının  aşkar  olunması  və  hiperergik  tuberkulin  sınağının  olması  xəstəliyin 
diaqnozunun  müəyyənləşdirilməsində  mühüm  rol  oynayır.  Xəstələrin  bir  qismində  başlanğıc 
mərhələdə  qeyri-spesifik  sətəlcəm  diaqnozu  qoyulduğu  üçün  adətən  antibiotiklərlə  aparılmış 
müalicənin effektsiz olduğu da aşkar olunur. Odur ki, ağciyərlərin infiltrativ vərəminin diaqnozu 
müəyyənləşdirilərkən xəstənin geniş müayinəyə və təhlilə ehtiyacı vardır. 
Bir  sıra  xəstəliklərin  eyni  formada  kliniki  gedişi differensial  diaqnostika  zamanı  aşağıdakı 
halları nəzərə almağa əsas verir: 
İlk növbədə infiltrativ vərəmi virus və yaxud virus-bakterial sətəlcəmdən ayırmaq lazımdır. 
Qeyri-spesifik  sətəlcəm  üçün  xarakterik  olan  əsas  əlamətlər  prosesin  kəskin  başlanması, 
temperaturun  tezliklə  39-40°C-yə  çatması,  güclü  titrəmə,  baş  ağrıları,  təngnəfəslik,  əzginlik, 
kollapsa  qədər  çatan  adinamiya,  bel  nahiyəsində,  oynaqlarda,  döş  qəfəsində  ağrılar,  iştahanın 
zəifləməsi,  ürəkbulanma,  yanğı  əlamətləridir.  Adətən  belə  hallarda  zökəm  və  yaxud  burunun 
tutulması, konyuktivit, laringit, traxeit, bronxit də müşahidə olunur. Xəstələr az miqdarda selikli, 
bəzən  qan  qarışığı  ilə  bəlğəmli  öskürəkdən  şikayət  edirlər.  Ağciyərlərdə  yayılmış  quru  və  yaş 
xırıltılar  eşidilir.  Hemotoloji  dəyişikliklərdə  leykopeniya  və  yaxud  leykositoz,  aneozinofiliya, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə