Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə39/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   35   36   37   38   39   40   41   42   ...   137

79 
 
qan  qarışıq  bəlğəmli  öskürək  müşahidə  olunur.  Bu  zaman  ürək-damar  əlamətlərinin  olması 
differensial  diaqnostikaya  müəyyən  kömək  edir.  Odur  ki,  keçmişdə  revmatizmi,  endokardit, 
hipertoniya,  miokard  infarktı,  ətrafların  dərin  venalarının  və  yaxud  periferik  damarların 
trombozu, ürək çatışmazlıqları və damar krizləri ilə xəstələnən xəstələrin ağciyər infarktı olması 
ehtimalını  nəzərə  almaq  lazımdır.  Xəstəlik  gözlənilmədən  başlayır,  döş  qəfəsində  kəskin 
ağrılarla, təngnəfəslik və sianozla müşahidə olunur. Bu, adətən 50-60  yaş və ondan artıq olan, 
xüsusilə,  kökəlməyə  meylli  insanlarda  müşahidə  olunur.  Bəlğəmdə  vərəm  mikobakteriyaları 
aşkar  olunmur.  Prosesə  ağciyərlərin  müxtəlif  şöbələrində  rast  gəlinə  bilir,  ancaq  ən  çox  o, 
ağciyərlərin  aşağı  payında  və  hemorragik  plevritlə  ağırlaşır.  Rentgenoloji  müayinə  zamanı 
müxtəlif formalı və ölçülü üçbucaq, dəyirmi, şarabənzər fokuslar aşkar olunur. Perifokal iltihabi 
prosesin  yaranması  və  plevra  boşluğuna  mayenin  toplanması  ilə  bu  deyilən  kölgələr  öz 
formalarını dəyişirlər. Bu zaman diafraqma zirvəsinin yuxarı qalxması, qıfvari atelektaz, ağciyər 
kökünün  genişlənməsi  və  zədələnmə  zonasında  damar  şəkillərinin  zəifləməsi  (Vestermark 
əlaməti) müşahidə olunur. Elektrokardioqrafiyada kəskin  ağciyər ürəyi  əlamətləri aşkar olunur. 
İnfarkt  sətəlcəmlərin  gedişi  ağırlaşırsa,  nekroz  və  absesləşmə  əmələ  gəlir.  Bu  zaman  irinli 
prosesin kliniki şəkli ortaya çıxır. 
İnfiltrativ vərəm ağciyərin mərkəzi xərçənginə də bənzəyə bilər. Seqmentar,  yaxud da pay 
bronxun zədələnməsindən sonra ağciyərin həmin nahiyəsində əvvəlcə hipoventilyasiya və yaxud 
atelektaz, sonra isə qeyri-spesifik infeksiyanın qoşulması ilə qeyri-spesifik pnevmonit və yaxud 
parakonkroz  sətəlcəm  əmələ  gəlir.  Bu  zaman  xəstələrdə  öskürək,  bəlğəm,  qanhayxırma, 
təngnəfəslik və hərarət olur, yəni infiltrativ vərəmə uyğun olan, xüsusilə də, perissisurit və lobit 
olarsa,  kliniki  əlamətlər  meydana  çıxır.  Belə  hallarda  rentgenoloji  şəkil  olduqca  oxşar  olur. 
Massiv  seqmentar  və  yaxud  da  pay  kölgəsi  yaranır.  Şiş  dağılarsa,  rentgenoqrammada  işıqlı 
sahələr görünür və bu vərəm destruksiyasına oxşayır. Mərkəzi ağciyər xərçənginin və infiltrativ 
vərəm  bir-birinə  oxşayır,  bu  halda  da  temperatur  reaksiyasının  bir  qədər  düşməsi, 
intoksikasiyanın, öskürəyin azalması, antibiotiklərlə, xüsusilə də streptomisinlə müalicə zamanı 
iltihabi  prosesin,  atelektazın  hissəvi  sorulması  müşahidə  olunur.  Bu  zaman  yaş  faktoru  nəzərə 
alınmalıdır.  Xəstələr  döş  qəfəsində  artan  ağrılardan,  üzücü  öskürəkdən,  uzun  müddət  davam 
edən qanhayxırmadan şikayət edirlər. Fiziki müayinə zamanı perkutor səs kütləşir, ya heç olmur, 
ya  da  çox  az  miqdarda  xırıltılar  eşidilir.  Vərəmdən  fərqli  olaraq  xərçəng  zamanı  leykositoz, 
neytrofillərin  sola  meylliyi,  limfopeniya  və  EÇS-in  sürətinin  kəskin  artması  müşahidə  olunur. 
Qan  zərdabında  fibrinogenin  miqdarmın  artması  və  γ-fraksiyasının  artması  müşahidə  olunur. 
Xəstələrin bir qismində tuberkulin sınağı mənfi olur, hətta dəri altına vurulan Kox sınağında da 
müsbət  nəticə  alınmır.  Həlledici  rolu  vərəm  mikobakteriyalarının  aşkar  olunması,  yaxud  da 
biopsiya zamanı xərçəng hüceyrələrinin aşkar olunması oynayır. Odur ki, bronxoloji müayinələr 
və  endobronxial  biopsiya  metodları  burada  mühüm  rol  oynayır.  Bir  şey  nəzərdən 
qaçırılmamalıdır ki, xərçəngin dağılma zonasında köhnə ocaqların dağılması nəticəsində əsasən 
ölü vərəm mikobakteriyaları bəlğəmlə xaric ola bilər. Bu diqqətlə öyrənilməlidir. 
Mərkəzi xərçəngin rentgenoloji şəkli seqmentin və yaxud da  ağciyər payının qeyri-bərabər 
tutqunlaşması,  bəzən  qabarıqlı  kənarları,  atelektaz  əlamətləri  və  bunun  fonunda  tomoqrafiya 
zamanı bəzən şiş düyünü, bronx boşluğunun stenozu və yaxud obturasiyasını və döş qəfəsi daxili 
limfa  düyünlərinin  böyüməsini  görmək  olur.  Bronxoqrafiya  zamanı  zədələnmiş  bronx  güdülü 
görünür. 
İnfiltrativ  vərəm  ağciyərin  aktinomikozunu  da  xatırladır.  Nadir  hallarda  birincili  və  əksər 
hallarda ikincili xarakter daşıyan bu proses şüalı göbələklərin, birincili halda tənəffüs yollarına 


80 
 
aerogen  yolla  daxil  olması  ilə  bağlıdır.  İkincili  halda  isə  infeksiyanın  yayılması  qarın 
boşluğundan  birləşdirici  toxuma  təbəqələri  ilə  boyun,  çənə,  üz  aktinomikozu  zamanı,  həm  də 
digər  orqanlardan  hematogen  yolla  yayılır.  Ağciyərlərə  proses  döş  qəfəsidaxili  limfa 
düyünlərindən  keçir.  Tənəffüs  orqanlarının  aktinomikozlarının  aşağıdakı  formaları  müşahidə 
olunur:  1)  bronxogen,  2)  infiltrativ  ağciyər,  3)  solitar,  4)  pay,  5)  yayılmış,  6)  ağciyər  plevral 
histilioz. 
Aktinomikoz  xroniki  bronxit,  infiltrativ  pnevmonik  formada  və  hətta  xroniki  interstisial 
absesli  sətəlcəm  formasında  inkişaf  edə  bilir.  Başlanğıc  mərhələsində  bir  qədər  hərarət  qalxır, 
bəlğəm  az  miqdarda  irinli,  bəzən  qan  qarışığı  ilə  gəlir,  bəlğəmli  öskürək,  zəiflik,  bir  qədər 
leykositoz,  neytrofillərin  sola  meyli,  sürətlənmiş  EÇS  müşahidə  olunur.  Bu  zaman  bəlğəmdə 
aktinomisetlərin druzları aşkar olunmur. Fiziki müayinə zamanı perkutor səs bir qədər kütləşmiş 
olur,  yaş  xırıltılar  eşidilir.  Rentgenoqrammada  əsas  etibarilə  aşağı  və  ağciyər  kökünə  yaxın 
nahiyələrdə inkişaf etmiş interstisial dəyişikliklər fonunda infiltrativ tipli törəmələr görünür. Bu 
kölgələrin  konturları  əvvəlcə  dəqiq  olmur.  Birləşdirici  toxumanın  inkişafı  ilə  bağlı  rentgendə 
daha  aydın  görünür.  Onların  ətrafında  bronxogen  səpələnmə  olmur.  Bununla  belə,  fibroz  və 
bronxektatik  dəyişikliklər  və  bəzən  nazik  divarlı  kistalar  aşkar  olunur.  Bu  kliniki-rentgenoloji 
şəkil,  adətən  infiltrativ  ağciyər  vərəminə  bənzəyir.  Bununla  belə,  bəlğəmdə  vərəm 
mikobakteriyaları  aşkar  olunmur,  əksər  hallarda  tuberkulin  sınaqları  mənfi  olur.  Diaqnoz 
xəstəliyin  şiddətlənməsi  ilə  müəyyənləşdirilir.  Bədən  hərarəti  artır,  xəstənin  ümumi  vəziyyəti 
pisləşir. Əvvəlcə üzücü quru öskürək, sonra irinli bəlğəm, qan qarışığı qoşulur. Ağciyərdə, döş 
qəfəsində  kəskin  ağrılar  və  yüksək  leykositoz  müşahidə  olunur.  Bu  zaman  bəlğəmdə  şüalı 
göbələklərin  druzları  aşkar  olunur.  Rentgenoloji  müayinə  zamanı  infiltrativ  fokusların  ölçüləri 
artmış  olur.  Bu  fokusların  tərkibində  destruksiya  sahələri  görünür.  Kostal,  mediastenal  və  əsas 
etibarilə diafraqmal plevranın zədələnməsi xarakterik bir əlamətdir. Plevral boşluğun punksiyası 
zamanı  maye  aşkar  olunur.  Ağciyərin  yığılması  ilə  bərabər  plevra  boşluğunda  mayenin 
yaranması  bu  xəstəlik  üçün  xarakterik  əlamətdir.  Proses  döş  qəfəsinə  keçdikcə,  xəstənin 
vəziyyəti  pisləşdikcə,  dərialtı  infiltratlar  yaranır,  çoxsaylı  irin  axarları,  əvvəlcə  periostit,  sonra 
qabırğaların  və  döş  fəqərələrinin  dağılması  müşahidə  olunur.  Bu  dəyişikliklərin  hamısı  döşdə 
çox güclü yandırıcı ağrılarla müşahidə olunur. Belə kliniki əlamətlər, sözsüz ki, ağciyər vərəmi 
diaqnozunu inkar edir.  
Ağciyərlərin  infiltrativ  vərəminin  müalicəsi  vaxtında  kompleks  və  lazımi  qədər 
uzunmüddətli  olmalıdır.  Vərəm  əleyhinə  dərmanlarla  bərabər,  yeni  müalicə  metodları 
pnevmoperitoneum,  süni  pnevmotoraks  istifadə  olunur.  Bir  necə  ay  erzində  infiltrativ  iltihabi 
dəyişikliklər sorulur, təzə pnevmoneogen kavernalar bir xətt kimi və yaxud ulduz kimi çapıqlarla 
nəticələnir,  yaxud  da  kəsmikvari  kütlə  ilə  dolaraq  tuberkulomaya  çevrilir.  Bu  və  ya  digər 
hallarda effekt  almadıqda,  yalançı  şiş formalı  infiltrativ vərəmdə də cərrahi  müdaxilə məsləhət 
bilinir. 
 
 
 
KAZEOZ SƏTƏLCƏM 
 
Ağciyərlərin  rentgenoloji  müayinəsi  zamanı  aşkar  olunmuş  spesifik  iltihabi  prosesin 
diametri 1 sm-ə qədərdirsə, buna ağciyərlərin ocaqlı vərəmi və 1 sm-dən böyükdürsə ağciyərlərin 
infiltrativ vərəmi adlanır. Ocaq və yaxud da ocaqların qovuşmasından əmələ gəlmiş bu spesifik 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə