Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

85 
 
terapiyanın  təsirilə  infiltrativ  vərəm  tam  sorulmadıqda  və  çapıqlaşmadıqda  yarana  bilir.  Qalıq 
ocaq ancaq kapsul ilə əhatə olunur. Ocaqlı vərəmdən, əsas etibarilə konqlomerat tuberkulomalar 
yaranır. Tək-tək hallarda tuberkuloma səpələnmiş ağciyər vərəmi və ilkin vərəm kompleksindən 
sonra  yarana bilir. Bundan başqa,  tuberkuloma  kazeoz və  qranulyasiyalarla dolmuş  kavernadan 
da  yarana  bilir.  Fibroz  kapsullı  ocaqda,  tuberkulomada  kazeozdan  başqa  kalsium  duzları  və 
ağciyər  toxumasının  qalıqları  da  aşkar  olunur  (bronx  divarları,  elastiki  liflər).  Kazeoz  duru  və 
yaxud quru ola bilir, bəzən də qat-qat olur. 
Tuberkulomalar  tək-tək  (solitar),  qrup  şəklində  (konqlomerat)  və  çoxsaylı  ölçülərinə  görə 
kiçik (diametri 2 sm-ə qədər), orta (2-4 sm) və iri (4 sm-dən çox) ola bilirlər. Adətən ağciyərlərin 
yuxarı paylarında yerləşir, kazeoz yekcins kütlədən ibarət olur (homogen tuberkuloma) və yaxud 
laylı,  qat-qat,  kollagen  liflərlə  bir-birindən  üzükvari  ayrılan  (laylı  tuberkuloma)  formada  olur. 
Tuberkulomada  kazeoz  kütlələr  alveol  boşluğunu,  bronxları,  damarları,  alveolyar  arakəsmələri, 
bronxların və damarların divarlarını dağıtmadan, pozmadan doldurur. 
Qat-qat  və  yaxud  laylı  tuberkulomalar  vərəm  ocağının  vaxtaşırı  təkrarlanan  və  çoxsaylı 
kəskinləşməsi  nəticəsində  əmələ  gəlir.  Belə  ki,  proses  hər  dəfə  kəskinləşdikcə  kəskinləşmə 
dövründə ətraf ağciyər toxuması prosesə qoşularaq nekroza uğrayır və kapsul ilə əhatə olunaraq 
ətraf toxuma sağlam toxumadan ayrılır və beləliklə, hər dəfə proses kəskinləşdikcə yeni qat, yeni 
lay əmələ gəlir. 
Homogen  tuberkuloma,  adətən,  patoloji  prosesin  aparıcı  bronxunun  obliterasiyası  və  onun 
kəsmikvari nekrozla dolması nəticəsində əmələ gəlir. Konqlomerat tuberkuloma yan-yana duran 
və  yaxud  da  hissəvi  qovuşmuş  ayrı-ayrı  kazeoz  və  yaxud  fibroz-kazeoz  ocaqların  birliyindən 
ibarətdir. 
Patomorfoloji  dəyişikliklərin  xarakterinə  görə  M.M.Averbax  (1969)  tuberkulomaların  üç 
əsas növünü ayırd edir:  
1.İnfiltrativ pnevmonik;  
2.Kazeoma; 
     3. Dolmuş kaverna. 
1.İnfiltrativ pnevmonik 
  Birinci  növ  tuberkuloma  produktiv  reaksiyaya  meylli  kiçik  kazeoz  sahəciklərə  malik 
dəyirmi,  spesifik  pnevmonik  fokusdur.  Bu  növ  tuberkuloma  infiltratdan  perifokal  eksudativ 
iltihabın  olmaması  ilə  fərqlənir.  Bu  növ  tuberkuloma  ağciyərlərin  infiltrativ  vərəminin 
involyusiyası  nəticəsində  yaranır.  Morfoloji  xüsusiyyətlərinə  görə  bu  növ,  produktiv  kazeoz 
toxuma reaksiyası kimi xarakterizə olunur. 
2.  Kazeoma 
İkinci növ  tuberkuloma,  yəni  kazeoma morfoloji  quruluşuna görə müxtəlifdir. Kazeomalar 
homogen,  qat-qat  (laylı),  olurlar.  Homogen  və  laylı  tuberkulomalar  öz  növbəsində  iki  yerə 
bölünür:  solitar  (yəni  tək)  və  konqlomerat  (çoxsaylı).  Homogen  tuberkuloma  kisələşmiş 
kazeozun  olması  ilə  xarakterizə  olunur  və  özü  də  kazeoz  bir  fokus  formasında,  yəni  solitar 
tuberkuloma və bir neçə fokus ümumi kapsul ilə əhatə olunmuş (konqlomerat tuberkuloma) ola 
bilir.  Əksər  hallarda  belə  homogen  kazeomalar  infiltrativ  və  yaxud  kavernoz  vərəmin 
involyusiyası  nəticəsində  əmələ  gəlir.  Qat-qat  və  yaxud  laylı  tuberkuloma  sərbəst  inkişaf  edən 
tuberkulomadır, yəni xəstəliyin başlanğıcından tuberkulomanın yaranması başlayır, ona görə də 
solitar  laylı  kazeoma  həqiqi  tuberkuloma,  birincili  tuberkuloma  adlanır.  Bu  səbəbdən  də  bu 
tuberkuloma  vərəmin  hər  hansı  bir  kliniki  formasının  involyusiyası,  yaxud  da  evolyusiyası 
nəticəsində deyil, vərəmin başlanğıcında kliniki forma kimi yaranır. 


86 
 
3.  Dolmuş kaverna 
Dolmuş  kaverna,  adından  bəlli  olduğu  kimi  kavernanın  aparıcı  bronxunun  keçiriciliyinin 
pozulması nəticəsində kazeozla dolaraq kisələşmiş fokusun əmələ gəlməsinə səbəb olur. Dolmuş 
kavernaların,  yəni  üçüncü  növ  tuberkulomanın  rentgenoloji  şəkli  və  forması  tuberkulomaya 
bənzəsə  də,  bunu  nə  dərəcədə  tuberkulomalara  aid  etməyin  mümkün  olması,  sözsüz  ki, 
mubahisəlidir. 
Müxtəlif növlü həqiqi tuberkulomalar infiltrativ, yaxud da kazeoz pnevmonik sahəciklərdən 
ibarətdir ve onların tərkibində elastik, kollagen və arqirofil liflərin, ağciyər stromasının, bronx və 
qan damarlarının qalıqları olur. Bununla belə, dolmuş kavernada duru və yaxud bərkimiş kazeoz 
nekrotik kütlə və leykositlər olur. Bu törəmənin əmələ gəlməsinə kavernanın aparıcı bronxunun 
selikli  qişasının  iltihabi  infiltrasiyası  və  yaxud  çapıqlı  dəyişiklikləri  nəticəsində  obliterasiyası 
səbəb olur. Ona görə də buna psevdotuberkuloma deyilsə, daha düzgün olar. 
Tuberkulomaların  müxtəlif  variantları  öz  morfogenezlərinə  görə  fərqlənirlər.  Məsələn, 
solitar  homogen  kazeoma  kəsmikvari  pnevmonik  sahəciyin  inkapsulyasiyası  nəticəsində  əmələ 
gəlir. Qat-qat və yaxud laylı kazeoma pnevmonik fokusun tədricən şiddətlənməsi, yəni vaxtaşırı 
kəskinləşmələrlə  inkişafı  nəticəsində  əmələ  gəlir.  Konqlomerat  kazeoma  isə  bir  neçə  kiçik 
ocaqların qovuşması və inkapsulyasiyası nəticəsində əmələ gəlir. Ayrı-ayrı hallarda tuberkuloma 
iri bronxun təcrid olunaraq zədələnməsi və ya vərəm bronxoektazı əsasında yarana bilər. 
Müasir  ədəbiyyatda  vərəm  mənşəli  dəyirmi  fokusların  30-a  yaxın  adı  mövcüddur.  Bəzi 
klinisistlər tuberkulomanı yavaş təsirli bombaya bənzədirlər (time bombe, zeitbombe) və güman 
olunur ki, tez-gec bu dağılmalıdır və əriyərək ağciyərin fibroz-kavernoz vərəminin yaranmasına 
və  vərəm  mikobakteriyalarının  orqanizmə  yayılmasına  səbəb  ola  bilər.  Bu  əlverişsiz  vəziyyət, 
adətən,  orqanizmin  immunobioloji  qüvvələrinin  zəifləməsi  nəticəsində  və  о  cümlədən,  bir  sıra 
faktorların  təsiri  nəticəsində  əmələ  gələ  bilər.  Məsələn,  diabet  xəstəliyi.  Burada  müəyyən  rolu 
tuberkulomanın aktivliyi və ölçülərinin böyük olması oynayır. 
Aktiv  fazada  tuberkuloma  daxilindəki  kazeoz  epitelioid  və  tək-tək  nəhəng  hüceyrələrdən 
ibarət spesifik qranulyasiya layı ilə və fibroz kapsulı əmələ gətirən kollagen liflər layı ilə əhatə 
olunmuşdur. Qeyri-aktiv fazada kazeoz fokus birlaylı fibroz kapsula malikdir. 
Tuberkulomalarda damarlar olmur, bu səbəbdən  vərəm əleyhinə olan preparatların kazeoza 
daxil olması çox çətinləşir və preparatlar ancaq diffuziya köməyi ilə keçirlər. Tuberkulomalarda 
daima  vərəm  mikobakteriyaları  olur  və  durulmuş  kazeoz zonasında  onlar daha  aktiv  çoxalırlar. 
Qeyri-aktiv  stabil  tuberkulomalarda  daha  çox  L-formalı  mikobakteriyaları  aşkar  olunur.  Vərəm 
mikobakteriyalarının tuberkulomalarda olması onların kəskinləşmə ehtimalını artırır. 
Solitar  homogen  tuberkuloma  oval  və  yaxud  dəyirmi  kazeoz  fokusdur.  Tərkibində  bəzən 
köhnə  kalsinasiyalı,  kirəcləşmiş  ocaqlar  var.  Beləliklə,  tuberkulomanın  kapsulı  ikilaylı  olur: 
Piroqov-Lanqhans  nəhəng  hüceyrələrdən  və  epitelial  hüceyrə  səthindən  ibarət  daxili  lay, 
birləşdirici  toxumadan  ibarət  daha  geniş-xarici  lay.  Solitar  laylı  tuberkuloma  ümumi  mərkəzli 
çevrələr  kimi  bir-birindən  ayrılan  kollagen  liflərdən,  kazeoz  dəyişiklikli  toxuma  laylarından 
ibarətdir.  Laylı  tuberkulomanın  kapsulı,  adətən,  nazik  olur,  bir  laylıdır,  kollagen  və  argirofil 
liflərdən  ibarətdir.  Konqlomerat  tuberkuloma  dairəvi  və  yaxud  qeyri-hamar,  polisiklik  formada 
olur.  Mikroskopik  müayinə  zamanı  belə  tuberkulomanın  daxilindəə  bir  neçə  homogen  ocaqlar 
aşkar  olunur  (konqlomerat  homogen  tuberkuloma)  və  yaxud  onlar  qat-qat,  laylı  (konqlomerat 
laylı tuberkuloma) quruluşlu, ümumi kapsul ilə əhatə olunmuş şəkildə olur. Psevdotuberkuloma 
və  yaxud  yalançı  tuberkuloma  kavernanın  aparıcı  bronxunun  obliterasiyası  və  yaxud  tam 
bağlanması nəticəsində olur. Dəyirmi homogen fokusdur, kapsulı kaverna üçün xarakterik olan 3 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə