Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

83 
 
yaxud da passiv anergiya nəticəsində mənfi olur. Bədən hərarəti 39-40°C qalxır, kəskin zəiflik, 
təngnəfəslik,  taxikardiya,  gecələr  tərləmə  və  öskürək  olur.  Öskürək  əvvəlcə  quru,  tez-tez 
təkrarlanan,  xəstə  üçün  əziyyətli,  üzücü  olur.  Bir  neçə  gün  sonra  az  miqdarda  bəlğəm  əmələ 
gəlir,  sonra  bəlğəmin  miqdarı  artır,  sutkada  200-500  ml  olur.  Qanhayxırma  və  xüsusilə  qan 
damarlarının  divarları  dağılarkən  və  destruksiya  zonasına  düşərkən  ağciyər  qanaxması  da  ola 
bilər. Bu xəstələrdə bədən çəkisi çox tez aşağı düşür, arıqlamaq üzülmə dərəcəsinə gəlib çıxır, 
dərisi bəyaz, yanaqlarında qızartı görünür. Tənəffüs çatışmazlığı ilə əlaqədar dodaqların sianozu 
və  akrosianoz  əmələ  gəlir.  Lokal  prosesə  uyğun  olaraq  perkusiya  zamanı  kütlük  müşahidə 
olunur,  bu  nahiyədə  tənəffüs  kəskin  və  bronxialdır.  Daha  gec  mərhələlərdə,  böyük  kaverna 
yarandıqdan sonra müxtəlif kalibrli yaş xırıltılarla amforik tənəffüs yaranır. Bronxlarda bəlğəm 
ilişib  qalırsa,  çoxsaylı  quru  xırıltılar  eşidilir.  Qeyd  olunduğu  kimi,  kazeoz  sətəlcəm  lobar  və 
lobulyar formada olur. Lobar zədələnmə zamanı vərəm prosesi bir və yaxud iki payı əhatə edir. 
Lobulyar  vərəm  sətəlcəmi,  əsas  etibarilə,  vərəm  mikobakteriyalarının  hematogen  yayılması, 
səpələnməsi  nəticəsində  əmələ  gəlir  və  ikitərəfli  olur.  Çoxsaylı  iltihabi  sahələr  bir-birinə 
qovuşaraq ağciyərlərin bütöv zədələnməsinə səbəb ola bilər. Xəstəlik kəskin kliniki əlamətlərlə 
başlayır, inkişaf edir və krapoz sətəlcəmə bənzər qarın  yatalağı, malyariya, bronxopnevmoniya 
əlamətlərinə  bənzər  kliniki  gedişi  olur.  Xəstəliyin  ilk  saatlarından  bədən  hərarəti  həddən  artıq 
yuxarı olur. Bəlğəm əvvəlcə selikli irinli və tezliklə irinli olur. Ağciyərlərdə dağılma boşluqları 
yarandıqca  bəlğəmin  miqdarı  artır.  Kəsmikvari  nekrozun  qopub  ayrılması  ilə  və  ağciyər 
toxumasında  boşluqların  yaranması  ilə  bəlğəmdə  çoxsaylı  vərəm  mikobakteriyaları  və  elastik 
liflər  aşkar  olunur.  Prosesin  yayılma  dərəcəsini  və  sətəlcəmin  formasını  aşkar  etmək  üçün 
həlledici  rolu  rentgenoloji  müayinələr  tutur.  Köhnə  ocaqların  aşkar  olunması  prosesin  vərəm 
etiologiyalı olmasına əsas verir. Ancaq bununla belə yayılmış pnevmonik proses tamamilə köhnə 
ocaqları örtə bilər və onların aşkar olunmaması vərəmi inkar etmir. Bundan başqa qeyri-spesifik 
sətəlcəm və digər xəstəliklərin fonunda da rentgen müayinə zamanı köhnə ocaqlar aşkar etmək 
olar.  Bu  da  diaqnostika  zamanı  nəzərə  almmalıdır.  Rentgenoloji  dəyişikliklər  müayinənin 
vaxtından da asılıdır. Xəstəliyin erkən mərhələlərində ağciyərlərin lobit tipli (lobar) inf iltrasiyası 
müəyyən olunur. Destruktiv prosesin əmələ gəlməsi ilə bağlı boşluq aşkar olunur. 
Böyük ölçülü kaverna, infiltrativ ocaqlarda əhatə olunmuş və kiçik ölçülü boşluqlar da aşkar 
etmək olar. Kavernaların yaranması ilə həmin ağciyərdə və yaxud da о biri ağciyərdə bronxogen 
disseminasiya  da  baş  verə  bilər.  Ocaqlar  adətən  iri,  konturları  qeyri-hamar  olur.  Qovuşaraq 
müxtəlif ölçülü konqlomeratlar, bəzən kiçik ölçülü kavernalar da əmələ gətirir. 
Lobar sətəlcəm zamanı rentgenoqrammada intensiv homogen kölgəlik görünür. Pnevmonik 
proses  ağciyər  payını  bütövlükdə  tutaraq  ağciyərdə  atelektaz  yarada  bilər  və  bu,  kölgəliyin 
intensivliyini  daha  da  artırır.  Başqa  iltihablardan  fərqli  olaraq  ağciyərin  kazeoz  dəyişiklikləri 
nekroz  sahələrində  fibrozun  əmələ  gəlməsi  ilə  müşahidə  olunmur.  Ona  görə  də  dağılma 
boşluqlarının  daxili  kapsulı  olmur.  Ağciyərlərin  dağılmasına  dəlalət  edən  işıqlı  boşluqlar 
kölgəliklərin  fonunda  düzgün  formaya  malik  olmurlar.  Rentgenoqrammada  əksər  hallarda 
simmetrik olaraq hər iki ciyərlrdə lobulyar sətəlcəm zamanı çoxsaylı iri intensiv kölgəlik sahələri 
görünür.  Kliniki-rentgenoloji  əlamətlərinə  görə  kazeoz  sətəlcəmi  krupoz  sətəlcəmdən 
fərqləndirmək lazım gəlir. 
Krupoz  sətəlcəm  kəskin  başlayır,  adətən  prodoromal  əlamətləri  olmur,  titrətmə  ilə  kəskin 
təngnəfəslik, döş qəfəsində ağrılar, yuxarı tənəffüs yollarının katarı müşahidə olunur. Xəstələrin 
sifətində qırmızı rəng olur, hərarətdən dil quru və ərpli olur. Onlar yapışqan və pas rəngli bəlğəm 
ifraz  edirlər  və  bəlğəmdə  mikobakteriyalar  aşkar  olunmur,  başqa  mikroflora  əsas  etibarilə 


84 
 
stafilokokklar  və  streptokokklar  aşkar  olunur.  Periferik  qanda  yüksək  leykositoz,  leykositar 
formulanın  metamiolisitlərə  qədər  sola  meyli  aşkar  olunur.  Fiziki  müayinələr  krupoz  sətəlcəm 
zamanı inkişaf etmiş olur, onlar vərəmdən fərqli olaraq çox dəyişkəndirlər. Xəstəliyin ilk günləri 
və  xəstəliyin  sonunda,  7-9-cu  gün  krepitasiya  eşidilir.  Bu,  kazeoz  sətəlcəmdə  olmur.  Krupoz 
sətəlcəmin  rentgenoloji  xüsusiyyətləri  də  xarakterikdir.  Krupoz  sətəlcəm  zamanı  ağciyərin  1-2 
seqmentindəki, bəzən bütöv  bir payındakı intensiv homogen kölgəliklər bir neçə  gündən sonra 
yox  olursa,  vərəmdə  reparativ  proseslər  hətta  aktiv  kimyəvi  terapiya  nəticəsində  yavaş-yavaş 
sorulur. Pnevmonik fokus zonasında destruksiya nəticəsində işıqlı boşluqlar görünür, periferiya 
isə kiçik, yaxud iri nəzərə çarpır, bərkimiş və ya təzə ocaqlar da müşahidə edilir. 
İnkişaf etmiş kazeoz sətəlcəmin müalicəsi olduqca çətindir. Diaqnoz müəyyən olunduqdan 
dərhal sonra izoniazid, rifampisin, pirazinamid və streptomisinlə müalicə başlanır. 3 ay aparılan 
bu müalicədən sonra streptomisini etambutolla əvəz olunur, 6 ay sonra isə müalicəni 3 dərmanla 
davam  etdirmək  olar  (izoniazid,  rifampisin,  pirazinamid).  Ümumi  müalicə  9-12  aya  qədər 
aparılmalıdır. Müalicənin başlanğıcında kimyəvi terapiya ilə bərabər dezintoksikasion terapiya - 
hemodez, plazmoforez, venadaxili və yaxud da ekstrakarporal qanın lazerlə şüalanması, tənəffüs 
çatışmazlığında  oksigen  müalicəsi,  inqalyasiya  da  aparılır.  Aparılan  kompleks  müalicə 
nəticəsində  xəstənin  vəziyyəti  tədricən  yaxşılaşa  bilər.  Ancaq  destruktiv  prosesin,  xüsusilə 
nəhəng  kavernalar  formalaşdıqdan  sonra,  qarşısını  almaq  çətin  olur.  Bundan  sonra  fibroz-
kavernoz  vərəm  bütün  təzahürləri  ilə  formalaşır,  bir  sıra  xəstələrdə  dağılmış  ağciyəri  müalicə 
etmək  mümkün  olmur  və  kliniki  yaxşılaşma  baş  vermir.  Belə  hallarda  ağciyərin  rezeksiyasına 
ehtiyac olur. Sözsüz ki, cərrahi müdaxilə ikinci ağciyərin vəziyyətindən asılı olur. Belə cərrahi 
müdaxilə, yəni pulmonektomiya həyat üçün yüksək risk tələb edir və bununla belə, bu, xəstənin 
həyatını xilas etmək üçün yeganə yoldur. Beləliklə, cərrahi müdaxilə həyati göstəricilərə əsasən 
apaılır. 
 
AĞCİYƏRLƏRİN TUBERKULOMASI 
 
Keçən  əsrin  əvvəllərindən  başlayaraq  rentgen  müayinələrin  tətbiqi  ilə  bağlı  vərəmli 
xəstələrin ağciyərlərində iri ölçülü (1 sm-dən 6 sm-ə qədər) ayrıca, dairəvi, stabil, solitar sönük 
və  uzunlu  gedişli  fokuslar  aşkar  olunmağa  başladı.  Ancaq  tuberkuloma  terminini  klinikaya  ilk 
dəfə  1938-ci  ildə  Derseid  və  Toussaint  daxil  etmişlər.  Ağciyər  vərəminin  bu  formasını  hələ 
R.Laennec  və  Andral  (1819)  vərəmdən  və  digər  xəstəliklərdən  dünyasını  dəyişmiş  insanların 
autopsiyası  zamanı  aşkar  etmişlər.  Tuffier  1891-ci  ildə  tuberkulomanı  səhvən  şiş  hesab  edərək 
kəsib götürmüşdür. 
Tuberkuloma  vərəmin  qəbul  olunmuş  son  kliniki  təsnifatlarında  infiltrativ  formalardan 
ayrılaraq sərbəst bir forma kimi göstərilmişdir. 
Tuberkuloma  fibroz  kapsullı,  diametri  1  sm-dən  böyük  olan  dəyirmi  kazeoz  törəmədir. 
1974-ci  ildə  qəbul  olunmuş  vərəmin  kliniki  təsnifatında  tuberkuloma  belə  xarakterizə 
olunmuşdur.  Tuberkulomaların  patogenezi  cürbəcürdür.  Onlar  birincili  infeksiya  dövründə  çox 
nadir hallarda yaranırlar, daha çox və əsas etibarilə ikincili vərəm üçün xarakterikdirlər. Ancaq 
bəzən  döş  qəfəsi  daxili  limfa  düyünündəki  kəskinləşmiş  ocaqlardan  prosesin  yayılması 
nəticəsində  də  əmələ  gəlirlər.  Tuberkuloma  ağciyərlərdə  tək  və  yaxud  çoxsaylı  dəyirmi,  bəzən 
bir-biri ilə qovuşmuş, kapsul ilə əhatə olunmuş kazeoz ocaqlardan ibarətdir. Ağciyərlərdən başqa 
tuberokulyoma  divar  aralığı  limfa  düyünlərində,  plevrada,  beyində,  böyrəklərdə,  qaraciyərdə, 
uşaqlıq  borularında,  böyrəküstü  vəzilərdə  əmələ  gəlir.  Tuberkuloma  daha  çox  kimyəvi 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə