Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə33/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

67 
 
sümüyünün üstü və altındakı ocaqlar aydın görünür. Perkussiya zamanı zirvələrdə perkutor səsin 
kütlüyü, auskultasiya zamanı kəskin tənəffüs fonunda yaş xırıltılar eşidilir. 
Vərəmin  ocaqlı  formasında  məhdud  perifokal  plevrit  yarana  bilir  ki,  bu  zaman  plevranın 
sürtünmə küyü əmələ gəlir. 
Ağciyər  toxuması  ocaqlar  ətrafında  limfositlər  və  polinuklearlarla  bir  qədər  infiltratlaşmış 
olurlar. Xroniki ocaqlı vərəm zamanı kazeoz yaxşı inkişaf etmiş birləşdirici toxuma kapsulu ilə 
əhatə olunmuşdur. Ocağın kazeoz kütləsi və kapsulu hüceyrə elementləri ilə zəngin olur. Ocaq 
kalsinasiyaya uğrayırsa, iltihabi reaksiya yox olur. Belə ocaq kalsinat və yaxud petrifikat adlanır. 
İnkapsulyasiyalı  ocağın  ətrafında  ağciyər  toxuması  sklerotik  dəyişikliklərə  uğradığına  görə 
vərəmin xroniki ocaqlı formasını fibroz ocaqlı vərəm adlandırırlar. Sklerotik dəyişikliklər plevra 
üzərində  də  müəyyən  olunur.  Prosesin  inkişaf  etməsi  nəticəsində  xroniki  ocaqlı  vərəm  zamanı 
bərk və kalsinasiyaya uğramış ocaqlarla bərabər yeni ocaqlar da aşkar etmək olur. Əsas etibarilə 
produktiv  xarakterli  bu  ocaqlar  infeksiyanın  limfogen  və  yaxud  bronxogen  yolla  yayılması 
nəticəsində  əmələ  gəlir.  Vərəm  qranulyasiyası  ocaq  ətrafında  böyüyə  bilir  və  kazeoz  kütlənin 
durularaq  bronx  boşluğuna  çıxması  nəticəsində  parçalanma,  dağılma  boşluğu  yaranır.  İltihabi 
prosesin  bu  mərhələsinə  qədər  ocaqlar  adətən,  pnevmonik  fokus  yaratmış  olular  ki,  bu  da 
vərəmin daha geniş yayılmış infiltrativ forması üçün xarakterikdir. Köhnə ocaqların kəskinləşmə 
meyli  qalıq  dəyişikliklərin  xarakterindən,  müddətindən  və  orqanizmin  reaktiv-liyinin 
vəziyyətindən  asılıdır.  Diri,  virulent  vərəm  mikobakteriyaları  uzun  müddət  orqanizmdə  qala 
bilirlər (bilavasitə ocaqlarda və limfatik düyünlərdə). 
Müəyyən  olunmuşdur  ki,  ağciyərdə  ocaqlar  əmələ  gələrkən  müəyyən  fiziki-kimyəvi 
dəyişikliklər müşahidə olunur. Vərəm mikobakteriyalarının düşdüyü yerdə mühitin qələviliyi PH 
turşuluğa  tərəf  dəyişir  ki,  bu  da  ağciyərin  iltihabi  sahəsinin  məhdudlaşmasında  iştirak  edən 
birləşdirici toxuma aktivliyini stimulə edir. 
Vərəmə  tutulmuş  insanda  yayılmış  infiltrativ  pnevmonik  proses  deyil,  məhdud  ocaqlı 
dəyişikliklərin  əmələ  gəlməsi  üçün  orqanizmin  reaktivliyinin  müəyyən  həddə  olması,  yəni 
tuberkulinə  qarşı  orqanizmin  yüksək  həssaslığının  olmaması  və  immunitetin  nəzərə  çarpacaq 
dərəcədə  zəifləməməsi  çox  vacibdir.  Odur  ki,  ağciyərlərin  ocaqlı  vərəmi  zamanı  tuberkulin 
sınaqları normergik həddə olur, biokimyəvi göstəricilər isə kəskin dəyişmiş olmur. 
Ağciyərlərin ocaqlı vərəmi xroniki ilkin  vərəm  zamanı da baş verə bilər. Müasir zamanda 
belə  xəstələr  az  olmaqlarına  baxmayaraq  vardır.  Əgər  uzun  müddət  aktiv  proses  divar  aralığı 
limfa düyünlərinin tərkibində qalırsa, belə xəstələrdə vərəmin bu və ya digər mərhələsində ocaqlı 
prosesin  yaranması  mümkündür.  Əgər  hematogen  səpələnmə  varsa,  ocaqlar  ağciyərlərin 
zirvələrində  meydana  gəlir.  Əgər  limfobronxogen  səpələnmə  baş  verirsə,  ocaqlar  ağciyərlərin 
orta  və  aşağı  şöbələrində  formalaşır.  Bronxodenit  və  endobronxitin  olduğu  tərzdə  daha  çox 
ağciyərin  orta  və  aşağı  paylarında  ocaqlar  əmələ  gəlir.  Əgər  divar  aralığı  limfa  düyünlərində 
xroniki iltihabi proseslə bərabər, iri bronxların və traxeyanın vərəmi varsa, bu halda yeni ocaqlı 
proses  əksər  hallarda  ağciyərin  orta  və  aşağı  paylarında  meydana  gəlir.  Nəhayət,  ocaqlı  vərəm 
müstəsna  hallarda  hematogen  səpələnmə  nəticəsində  ekstropulmonal  aktiv  vərəm  ocaqlarından 
da  əmələ  gəlir.  Bununla  belə,  bəzən  ayrı-ayrı  xəstələrdə  sümüklərin,  oynaqların,  böyrəklərin, 
tənasül orqanlarının və digər orqanların vərəmi ağciyərlərdə yeni ocaqların meydana gəlməsinə 
səbəb  olur.  Lakin  yaşlı  insanlarda  bir  qayda  olaraq,  ocaqlı  proses  daha  çox  ağciyərlərin 
zirvəsində  olan  ocaqların  kəskinləşməsi  nəticəsində  inkişaf  edir,  ona  görə  də  əksər  hallarda 
ocaqlı vərəm yaşlılarda ağciyərlərin zirvəsində yerləşir. 


68 
 
Adətən ocaqlı vərəm vərəmin erkən təzahürlərinə aid edilir. Ocaqlı vərəm erkən formaya о 
zaman aid edilə bilər ki, ocaqlı dəyişikliklər xəstəliyin erkən əlamətlərinin təzahürləri kimi, onun 
başlanğıcı kimi görünsün. Ocaqlı vərəm həqiqətən də  ağciyər vərəminin ən erkən və ən birinci 
təzahürləridir.  Bununla  belə,  bütün  hallarda  ocaqlı  vərəm  erkən  formaya  aid  edilə  bilməz.  
Ağciyərlərin  ocaqlı  vərəmi  xroniki  gedişə  də  malik  ola  bilər.  Xəstə  bilmədən  xəstəliyin 
başlanğıcından  çox  illər  keçdikdən  sonra  xəstəlik  aşkar  oluna  bilər  və  bu  halda  belə  vərəmə 
erkən vərəm demək olmaz. Ona görə də son zamanlar ağciyərlərin ocaqlı vərəmini erkən deyil, 
kiçik forma adlandırmağa başlamışlar. Vərəmin kiçik formaları  - xəstəliyin elə təzahürüdür ki, 
bu zaman vərəmin iltihabi prosesi məhdud xarakterli olur, parçalanma və dağılma olmur. Bunu 
əsas tutaraq ağciyərlərin ocaqlı vərəmi həqiqətən də kiçik formaya aid edilə bilər. 
Ağciyərlərin  ocaqlı  vərəmi  ağciyər  prosesinin  təkcə  başlanğıcı  deyil,  ağciyər  vərəminin 
digər kliniki formalarının nəticəsi kimi də ola bilər. 
Əvvəllər ağciyərlərin ocaqlı vərəminin belə mexanizmi barədə yazmırdılar. Müasir zamanda 
ilk  dəfə  aşkar  olunmuş  xəstələrin  əksəriyyətini  müalicə  etmək  mümkün  olduğuna  görə,  ocaqlı 
vərəmin belə genezinə tez-tez rast gəlinir. Xəstələrdə ocaqlı vərəm vərəm prosesinin başlanğıcı 
deyil,  infiltrativ,  kavernoz,  səpələnmiş  ağciyər  vərəminin  involyusiyasının  sağalmasının 
nəticəsidir. Faktiki olaraq ağciyər vərəminin istənilən forması sağalma, involyusiya proseslərində 
transformasiyaya  uğrayaraq  ocaqlı  dəyişikliklərə  keçə  bilir.  Belə  halda  ağciyərlərin  ocaqlı 
vərəmi  diaqnozu  sağalma  mərhələsində  qoyulur  və  əgər  sağalma  davam  edirsə,  ocaqlı 
dəyişikliklərin aktivlik əlamətləri yox olursa, bir müddət sonra diaqnoz dəyişir və fibroz-ocaqlı 
dəyişikliklər vərəmdən sağalmadan sonra qalıq əlamətlər kimi göstərilir. Əlbəttə mütləq deyil ki, 
ocaqlı  vərəmin  sağalması  nəticəsində  fibroz-ocaqlı  dəyişikliklər  əmələ  gəlsin.  Ocaqlar  sorula 
bilər və onların yerində məhdud çapıq dəyişikliklər qala bilər. 
Ocaqlı  vərəm  bütün  hallarda  involyusiyaya  uğramır.  Qalıq  ocaqlarda  vərəm 
mikobakteriyalarının qalması ocaqlı prosesin kəskinləşməsinə və inkişafına səbəb ola bilər ki, bu 
da infiltratların yaranmasına, hətta dağılmaya, parçalanmaya səbəb ola bilər. Belə kəskinləşmələr 
əsasən çox saylı ocaqlar tamamilə sorulmadıqda, inkapsulyasiyaya uğradıqda, yəni aktivliklərini 
xeyli dərəcədə kapsul içərisində saxladıqları hallarda baş verir. Belə hallarda ağciyərlərin ocaqlı 
vərəmi  destruktiv  prosesə  başlanğıc  ola  bilər.  Ocaqlarda  kazeoz  kütlənin  parçalanması  və 
sekvestrasiyası    parafokal  kavernanın  yaranmasına  səbəb  olur,  ağciyər  toxumasının  qonşu 
sahələrinə  mikobakteriyaların  bronxogen,  yaxud  kontakt  yolla  nüfuz  etməsi  isə  yeni  ocaqların 
yaranmasına səbəb olur. 
Ağciyərlərin  ocaqlı  vərəmi  zəif  kliniki  əlamətləri  ilə  xarakterizə  olunur,  yəni  klinikasi  о 
qədər  qabariq  deyil  ki,  bunu  xəstə  hər  an  hiss  edə  bilsin.  Ağciyərlərin  ocaqlı  vərəminin  klinik 
əlamətlərini  2  qrupa  bölmək  olar:  I  -ümumi  intoksikasiya  sindromu,  II  -  döş  qəfəsi  əlamətləri, 
yəni  tənəffüs  orqanlarının  zədələnməsi  ilə  yaranan  əlamətlər.  Hər  iki  qrup  əlamətlər,  adətən 
xəstələrdə  xəstəliyin  kəskinləşməsi,  infiltrasiya,  yaxud  da  dağılma  fazasında  özünü  göstərir. 
Ancaq bəzi xəstələrdə yalnız kəskinləşmə fazasında deyil, ocaqların stabil, sönmüş mərhələsində 
də  bəzi  əlamətlər  olur.  Ağciyərlərin  ocaqlı  vərəminin  müxtəlif  təzahürləri  ilə  bağlı  daha  çox 
onun  üçün  xarakterik  olan  termorequlyasiyanın  subfebril  temperatur  formasında  pozulmasıdır. 
Bu adətən, günün ikinci yarısı, yaxud axşam, çox nadir hallarda isə səhərlər olur. Eyni zamanda 
xəstələr  yanaqlarında və  yaxud da bütün  bədənlərində  yanğı  hiss  edirlər.  Qısa müddətli azacıq 
titrəmə  hiss  olunur.  Bu,  çox  yüngül  tərləmə  ilə  əvəz  olunur.  Xəstələr  tez  yorulmaqdan,  iş 
qabiliyyətinin zəifliyindən, əsəbilikdən və pis yuxudan da şikayət edirlər 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə