Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə25/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

51 
 
Xəstəliyin,  xüsusilə  uzun  müddətli  ağır  gedişində  leykoqrammada  patoloji  elementlərin- 
prolimfositlərin və limfoblastların sayı arta bilir. Sümük iliyində yayılmış limfoid metaplaziyası 
aşkar  olunur.  Periferik  limfa  düyünlərinin  sitoqramması  çoxsaylı  eyni  tipli  limfoid 
elementlərindən ibarət hüceyrə tərkibi ilə seçilir. 
Rentgenoloji  müayinələr  zamanı  divar  aralığı  və  ağciyər  köklərində  böyümüş  limfa 
düyünləri müşahidə olunur. Bəzən ağciyər toxumasının leykemik infiltratları əmələ gəlir və bu 
zaman plevra boşluğunda bir qədər maye toplana bilir. Limfaleykozun gedişinə tuberkulostatik 
dərmanlar  təsir  etmir.  Kortikosteroid  hormonlar  və  sitostatiklər  isə  müsbət  təsir  göstərir. 
Differensial  diaqnostik  çətinliklər  aleykemik  formalı  xroniki  limfoleykozlarda  təsadüf  olunur. 
Bu  halda  periferik  qanda  xarakterik  elementlər  olmur.  Bu  zaman  diaqnostika  üçün  vacib 
əlamətlər  –  dalağın  böyüməsi,  punksiyalar  zamanı  sümük  iliyinin  limfoid  metaplaziyası  aşkar 
olunur.  Bəzən  limfadenitlər  strepto  və  stafilokokk  banal  infeksiyası  nəticəsində  də  əmələ  gəlir. 
Belə hallarda qısa müddət ərzində periferik və döş qəfəsidaxili limfa düyünləri böyüyür, yüksək 
qızdırma,  oynaqlarda  ağrılar  müşahidə  olunur.  Bu  hala,  adətən  anginadan  sonra  təsadüf  edilir. 
Bəzən  vərəm  bronxoadenitini  kökyanı  mərkəzi  xərçənglə  də  differensiasiya  etmək  lazım  gəlir. 
Bu  xəstəliyi  aşkar  edərkən  xəstənin  yaşı  nəzərə  alınmalıdır.  Adətən  kökyanı  mərkəzi  xərçəng 
xəstəliyi  yaşlı  adamlarda,  çox  vaxt  kişilərdə  əziyyətli  kəskin  öskürək,  döş  qəfəsində  ağrılar, 
təngnəfəslik,  iri  damarların  və  sinirlərin  sıxılması  əlamətləri,  metastaz  zamanı  körpücüküstü 
limfa  düyünlərinin  böyüməsi  (Virxov  vəziləri),  əksər  hallarda  tuberkulin  sınaqlarının  mənfı 
olması  ilə müşahidə olunur. Belə hallarda diaqnoz bronxoskopiya zamanı  götürülmüş biopsiya 
materialında  və  yaxud  da  xarici  limfa  düyünlərinin  sito-histoloji  müayinəsində  xərçəng 
elementlərinin  aşkar  olunması  ilə  təsdiqlənir.  Rentgenoloji  müayinə  zamanı  bir  qədər  yayılmış 
peribronxial  və  perivaskulyar  dəyişikliklər  hesabına  şiş  kölgəsinin  pəncəvari  və  bir  qədər  də 
yayılmış formada şəkli görünür. Bəzən vərəm bronxoadeniti ilə aortanın anevrizmasmı, yaxud da 
ağciyər arteriyası qövsünün genişlənməsini səhv salırlar. Belə hallarda hərtərəfli müayinə üçün 
angiopulmonoqrafiya  vacib  diaqnostik  rol  oynayır.  Bir  sıra  digər  xəstəliklər:  xoş  və  bədxassəli 
şişlərin  metastazları,  divar  aralığı  limfa  düyünlərinə  yayılmış  metastazları,  dermoid  kistalar, 
teratomalar,  timomalar,  lipomalar,  nevrinomalar,  döş  sümük  arxası  zob,  abseslər,  xüsusilə 
onurğa  sütununun  döş  fəqərələri  nahiyəsində  əmələ  gələn  abseslər,  tulyaremiyanın  bubon 
forması, bruselyoz və s. döş qəfəsidaxili limfa düyünü vərəmi ilə müqayisə olunmalıdır. Bütün 
bu  hallarda  diaqnozun  düzgün  müəyyənləşdirilməsi  ardıcıl,  sadədən  mürəkkəbə  klinik-
rentgenoloji və instrumental müayinələr nəticəsində aşkar oluna bilər. 
Bronxoadenitlərin  uşaqlarda  vərəm  əleyhinə  dərmanlarla  müalicəsi  mümkün  qədər  tez  və 
ilkin  vərəm  kompleksində  tətbiq  olunan  sxem  üzrə  aparılmalıdır.  Limfa  düyünlərinin  ətrafında 
infiltrativ  reaksiyanın  geniş  yayılması,  bronxların  zədələnməsi,  atelektazda  patogenetik  müali-
cədən  geniş  istifadə  etmək  və  dərman  preparatlarının  inqalyasiya  formasında  qəbul  edilməsi 
ehtiyacı  yaranır.  Müalicəni  12  ay  müddətində  aparmaq  lazımdır,  bəzən  bu,  daha  çox  vaxt  sərf 
edir. Sonra müalicəni sanatoriyada davam etdirmək lazımdır. Müalicə başa çatdıqdan sonra 2 il 
müddətində yaz və payız aylarında, 2 ay müddətində 2 vərəm əleyhinə preparatlarla profilaktik 
kimyaterapiya aparmaq lazımdır. Xəstəliyin  əlverişli gedişi nəticəsində bronxoadenitlər, adətən 
tam sorulur, sağalır, bütün klinik əlamətlər yox olur və limfa düyünlərində kalsinatlar əmələ gələ 
bilir. 
Ağırlaşmış  formasında  xəstəliyin  gedişi  uzanır  və  uzunmüddətli  müalicə  nəticəsində 
ağciyərin  kökü  yanında  fıbroz,  yaxud  da  yayılmış  petrifıkasiya  əmələ  gəlir.  Şişvari 


52 
 
bronxoadenitlərdə  kimyəvi  terapiya  az  effektlidir.  Bəzi  hallarda  cərrahi  müdaxilədən  istifadə 
etmək lazım gəlir. 
 
AĞCİYƏRLƏRİN SƏPƏLƏNMİŞ VƏRƏMİ 
 
Ağciyərlərin  səpələnmiş  vərəmi  disseminasiya  (disseminatio-səpələnmə,  dissemino-latmca 
səpirəm  sözündəndir)  vərəm  mikobakteriyalarının  yayılması  nəticəsində  ağciyərlərdə  əmələ 
gələn  çoxsaylı  vərəm  ocaqlarının  yaranması  ilə  xarakterizə  olunur.  İnfeksiya,  yəni  vərəm 
mikobakteriyaları  qan  və  limfa  damarları  və  həm  də  tənəffüs  yolları  vasitəsilə  yayılır. 
Ağciyərlərin səpələnmiş vərəminin  başlanğıcında əsas etibarilə alveolit  tipli  eksudativ  nekrotik 
reaksiya  əmələ  gəlir.  Sonra  isə  produktiv  iltihabın  yaranması  ilə  əlaqədar  qranulomalar  əmələ 
gəlir. Xəstəliyin uzunmüddətli gedişi zamanı pnevmoskleroz, emfizema, bronxoektazlar yaranır. 
Əlavə  etmək  lazımdır  ki,  vərəmin  bu  formasında  bir  sıra  hallarda  kazeoz  kütlələrin  əriməsi 
nəticəsində  boşluq  da  yaranır.  Bu,  xəstəliyin  erkən  və  sonrakı  mərhələlərində  baş  verə  bilir. 
Ağciyərlərin səpələnmiş vərəminin kəskin, yarımkəskin və xroniki formalarına təsadüf olunur. 
Səpələnmiş  ağciyər  vərəmi  patogenezində  vərəm  mikobakteriyalarının  ağciyərlərə 
hematogen,  limfogen,  limfohematogen  və  çox  nadir  hallarda  limfobronxogen  yolla  yayılması 
nəticəsində  baş  verir.  Birincili  aktiv  vərəm  zamanı  vərəm  mikobakteriyalarının  yayılması 
mənbəyi  (erkən  yayılma  generalizasiya)  kazeoz  dəyişikli  döş  qəfəsidaxili  limfa  düyünləridir. 
Topoqrafik və funksional cəohətdən qan damarları sistemi ilə çox yaxın təmasda olan səpələnmiş 
ağciyər vərəmi spontan, yaxud da dərmanlarla müalicə nəticəsində sağalmış birincili vərəmdən 
çox-çox  illər  sonr  da  yarana  bilər  (  generalizasiya,  gecikmiş  yayılma,  səpələnmə).  Vərəm 
mikobakteriyalarının yayılması zədələnmiş limfa düyünlərindən, Qon oca-ğından və ağciyərdən 
kənar  ocaqdan  baş  verə  bilər.  Vərəm  mikobakteriyalarının  limfa  düyünlərindən  qana  diffuz 
etməsi vərəm iltihabının yayılaraq birbaşa ağciyər damarlarının divarlarına yayılması nəticəsində 
baş verir. Yaxud da döş limfatik axarından körpücükaltı venaya, ürəyin sağ şöbələrinə, ağciyər 
venasına və bundan sonra ağciyərlərə, ağciyərdən kənar ocaqlardan isə vərəm mikobakteriyaları 
ağciyər  damarlarına  bakteriemiya  yolu  ilə  daxil  olur.  Hematogen  disseminasiya  səpələnmə 
zamanı  vərəm  ocaqları  ağciyərlərin  simmetrik  olaraq  bütün  sahələrində,  yaxud  yuxarı 
şöbələrində  olur.  Divar  aralığı  limfa  düyünlərindən  vərəm  mikobakteriyaları  ağciyərlərə  limfa 
damarları ilə retroqrad yolla daxil olur. Belə halda əsas etibarilə bir tərəfli limfogen səpələnmiş 
vərəm əmələ gəlir. 
Hemotogen səpələnmiş vərəm zamanı ocaqların yaranması xəstəlik törədicilərinin qan axan 
ilə  yayılması  nəticəsində  əmələ  gəlir.  Bu  forma  üçün  bakteriemiyanın  olması,  yəni  vərəm 
mikobakteriyalarının  qan  axarı  məcrasına  diffuz  etməsi  xarakterikdir.  Vərəm  mikobakteriyaları 
qan axarı məcrasına, adətən, hər hansı bir orqanda vərəm prosesinin kəskinləşməsi və yaxud da 
aktivləşməsi  nəticəsində  düşə  bilir.  Qan  axarı  məcrasına  vərəm  mikobakteriyaları  müxtəlif 
yollarla daxil olur. Belə halda limfa düyünündəki vərəm prosesini birincili vərəm infeksiyası ilə 
əlaqələndirmək  çətindir.  Bununla  belə,  B.N.Xmelnitski  və  M.Q.İvanova  yaşlı  şəxslərin  divar 
aralığı  limfa  düyünlərindəki  vərəm  prosesinin  kəskinləşməsini  birincili  vərəmin  residivi 
adlandırmışlar.  Yəni,  xəstəlik  limfa  düyünlərindəki  köhnə  dəyişikliklərin  ekzaserbasiyası  və 
residivi  nəticəsində  inkişaf  edir,  lakin  bununla  belə  bu,  sözsüz  ki,  ikincili  vərəmdir.  Belə  ki, 
vərəm  prosesinin  limfa  düyünlərindəki  ekzaserbasiyası,  yəni  ekza-serbasiyanın  özü  birincili 
vərəmin dövrü ilə bağlı deyil. Kəskinləşmə, adətən, birincili vərəm keçirdikdən bir neçə il sonra 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə