VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə20/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
C fakepathLav vsait

2.2.7. Obyekt-yönlü model

Obyekt-yönlü modellə verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin etmək mümkün olur. Obyekt-yönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə oxşar mexanizmlərin köməyilə VB-nin yazıları ilə onların emalı funksiyaları arasında qarşılıqlı əlaqələr qurulur.

ODMG-93 (Object Database Management Group - Obyekt-yönlü verilənlər bazasının idarə olunması üzrə qrup) standartının tövsiyyələrində standartlaşdırılmış obyekt-yönlü model şərh olunur. ODMG-93 standartının tövsiyyələrini tam həcmdə reallaşdırmaq hələlik mümkün olmamışdır. Obyekt-yönlü modelin əsas ideyalarmı nümayiş etdirmək üçün obyekt-yönlü VB-nin sadələşdirilmiş modelinə baxaq.

Obyekt-yönlü VB-nin strukturunu qrafık olaraq təpələri obyektlər olan ağac şəklində təsvir etmək olar. Obyektlərin xassələri hər hansı standart tiplə (məsələn, String - sətir) və ya istifadəçi tərəfindən «class» (sinif) kimi təyin edilən tiplə təsvir olunur.

«String» tipli xassənin qiyməti simvollar sətri ola bilər. «Class» tipli xassənin qiyməti uyğun sinfin nüsxəsi olan obyektdir. Həmin obyekt göstərilən xassələrə malik olan obyektin törəməsi hesab olunur. Obyekt-sinfini nüsxəsi öz sinfinə mənsub olub, bir valideynə malikdir. VB-də qohumlııq münasibətləri obyektlərin iyerarxik əlaqələrini təşkil edirlər.

Obyekt-yönlü VB-nin məntiqi strukturu xarici görünüşünə görə iyerarxik VB-nin strukturuna oxşayır. Onlar arasında əsas fərq verilənlərin emalı metodlarındadır. Obyekt-yönlü VB-nin verilənlərinin emalı üçün inkapsulyasiya, varislik və polimorfizm mexanizmləri ilə gücləndirilmiş məntiqi əməliyyatlardan istifadə olunur. SQL operatorlarına oxşar əməliyyatlar da müəyyən məhdudluqlarla tətbiq edilə bilər (məsələn, VB-nin yaradılması üçün).

VB-nin yaradılması və modifıkasiyası verilənlərin axtarışını sürətləndirmək üçün tətbiq edilən indeks cədvəllərinin avtomatik tərtib və təshih edilməsi ilə müşayiət olunur.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə