VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə23/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
C fakepathLav vsait

Misal 1.

D1={A, B}, D2={C, D}, D3={E, F} domenlərinin dekart hasilinin:

D=D1xD2xD3={(A,C,E), (A,C,F), (A,D,E), (A,D,F), (B,C,E), (B,C,F), (B,D,E), (B,D,F)},

R1={(A,C,E), (A,C,F)},

R2={(A, D,E)},

R3={(B, C,E), (B,C,F), (B,D,E, (B,D,F)},

R4=

altçoxluqları nisbətlərdir.

Umumi halda kortejlərin nisbətdə yerləşmə ardıcıllığının əhəmiyyəti yoxdur. Lakin emal edilmənin rahatlığı üçün kortejlər müəyyən atributun qiymətlərinə görə nizamlanır. Həmin atributun qiymətlərinin artma və ya azalma ardıcıllığına görə relasiya modelli VBİS kortejləri nizamlayır. Əgər istifadəçi nizamlanma atributunu təyin etmirsə, sistem avtomatik olaraq kortejlərə, onların xronoloji (VB-yə daxil edilmə) ardıcıllığına uyğun nömrələr qoyur.

Şəkil 10-da İŞÇİ nisbətinin təsviri verilmişdir. Formal olaraq nisbətdə atributların yerlərinin dəyişdirilməsi yeni nisbətə gətirib çıxarmalıdır. Lakin relasiya verilənlər bazasında atributların yerlərinin dəyişdirilməsi yeni nisbət yaratmır.

Nisbətin adı (R) və onun atributlarının siyahısı (A1,A2,...,An) birlikdə nisbətin sxemi adlanır: R(A1,A2,...,An)



Şəkil 10. İşçi nisbətiııin (cədvəlinin) təsviri

Nisbətin sxemi nisbətə uyğun cədvəlin intensionalı (qısalması), nisbətin (cədvəlin) özü isə onun ekstensionalı (genişlənməsi) hesab olunur. Relasiya modelli verilənlər bazasının intensionalı bir və ya bir neçə nisbət sxemindən ibarət olan relasiya sxemi ilə əks olunur. Verilənlər bazasının relasiya sxemi ümumi halda belə göstərilə bilər:



Nisbətlə fayl terminologiyaları arasında aşağıdakı uyğunluq mövcuddur: nisbət-fayl, nisbətin sxemi-yazının tipi, relasiya sxemi-verilənlər bazasının sxemi, kortej-yazı (yazının nüsxəsi), atribut-sahə, domen-sahənin qiymətlər çoxluğu.



Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə