VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə25/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
C fakepathLav vsait

Şəkil 11. VBİS-in sadələşdirilmiş sxemi

Verilənlərə müraciətin VBİS tərəfındən idarə olunması aşağıdakı kimi aparılır:



  1. Məyyən dildən (məsələn, SQL dilindən) istifadə etməklə istifadəçi öz sorğusunu formalaşdırıb, sistemə daxil edir.

  2. VBİS sorğunu qəbul edərək onu təhlil edir.

  3. Sonra VBİS tərəfındən həmin sorğuya uyğun xarici sxem, onun konseptual sxemdə əksi, konseptual sxemin fıziki sxemdə əksi araşdırılıb, tələb olunan verilənlərin fıziki strukturları təyin olunur və onlar yaddaşın işçi sahəsinə köçürülür.

  4. VBİS seçilən verilənlər üzərində tələb olunan əməliyyatları aparır.

  5. Alınan nəticələr lazımi formaya salınıb hesabat tərtib edilir və çıxışa verilir.

Verilənlərə müraciət prosesinin şərhi xeyli sənədləşdirilmişdir. Burada nəzərə alınır ki, bütün proses interpretasiya olunandır, yəni sorğunun təhlili, müxtəlif sxemlərdən seçmələr və digər əməliyyatlar sorğunun icrası zamanı yerinə yetirilir. İnterpretasiya prosesinə nisbətən çox vaxt sərf olunduğundan, onun məhsuldarlığı aşağı olur. Praktikada çox vaxt sorğunun icrasından əvvəl o kompilyasiya edilir, yəni sorğu əvvəlcədən sistenıin daxili dilinə çevrilir.

VBİS verilənlərin bütün səviyyələrdə (xarici, konseptual və fıziki) təyinini və bu təyinlərin birindən digərinə çevrilməsini (əks olunmasını) təmin etməlidir. Bunun üçün onun tərkibində linqvistik vasitələr, yəni hər səviyyəyə uyğun verilənlərin təsvir dilləri və bu dillərin morfologiyasını və sintaksisini «başa düşən» linqvistik prosessor olmalıdır.

VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, yeniləşdirilməsi və silinməsi əməliyyatlarının yerinə yetirilməsini təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik olmalıdır. Həmin prosessor istənilən tip, yəni həm reqlamentli (plandlaşdırılmış), həm də ixtiyari (planlaşdırılmamış) sorğuların emalını təmin etməlidir. Reqlamentli sorğuların emalı əvvəlcədən hazırlanmış proqramlarla, ixtiyari sorğuların emalı isə təyinat üzrə interaktiv aparılır.

VBİS istifadəçilərin sorğularını nəzarətdə saxlamalı, verilənlərin təhlükəsizliyini və tamlığını təmin etməlidir. Verilənlərin bərpasına və təhlükəsizliyinə nəzarət də VBİS-in funksiyalanna daxildir.

VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətini saxlayan sitstem kataloqudur. Verilənlər lüğətinə sistemin metaverilənlər bazası kimi baxmaq olar. Burada «verilənlər haqqında verilənlər» (metaverilənlər), o cümlədən hər səviyyəyə (xarici, konseptual və fiziki) uyğun sxemlərin təsviri, sxemlərin bir-birində əksləri, reqlamentli sorğular, həmin sorğularla onları emal edən proqramlar arasında əlaqələr, sorğulara uyğun hesabat formaları, istifadəçilər, verilənlərin alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında məlumat saxlanır. Metaverilənlər bazasının idarəolunması, yəni onun yaradılması, verilənlərin seçilməsi və dəyişikliklər aparılması üçün də ayrıca proqram təminatı hazırlanır.

Şəbəkə mühitində işləyən VBİS-də istifadəçilərin sorğuları VB-yə uzaq məsafədən kommunikasiya məlumatı formasında istifadəçinin işçi stansiyasından birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə ötürülür. İstifadəçilərə cavablar da VBİS-dən birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu cür məlıımat formasında çatdırılır. Bu prosesin idarə olunması «verilənlərin ötürülməsi dispetçeri» adlanan proqram kompleksi vasitəsilə aparılır. Adətən bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik olur. Bu cür sistemlər kliyent-server, çox-qovşaqlı və ya səpələnmiş arxitekturalarla təşkil olunurlar.

Beləliklə, yuxarıda şərh edilənləri yekunlaşdıraraq demək olar ki, VBİS-in əsas vəzifəsi verilənlər bazası ilə istifadəçi arasında interfeysin yaradılmasından ibarətdir. Həmin interfeys vasitəsilə xarici səviyyədə istifadəçinin VB ilə qarşılıqlı əlaqələri təşkil edilir. VBİS-in digər funksiyaları isə konseptual və fıziki səviyyələrdə verilənlər bazasının reallaşdırılmasından ibarətdir.

VBİS-in yuxarıda baxılan funksiyaları öz növbəsində aşağı səviyyənin aşağıda göstərilən funksiyalarından istifadə edirlər:



  1. xarici yaddaşda saxlanan verilənlərin idarə edilməsi;

  2. əməli yaddaşın buferlərinin idarə edilməsi;

  3. tranzaksiyaların idarə edilməsi;

  4. VB-nin jurnalına dəyişikliklərin daxil edilməsi;

  5. VB-nin tamlığının və təhlükəzisliyinin təmin edilməsi;

Bu funksiyaların VBİS tərəfındən yerinə yetirilməsinə qısaca nəzər yetirək.


  1. Yüklə 292,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə