2. Əməli yaddaşın buferlərinin idarə edilməsi
Verilənlər bazasında saxlanan informasiyanın həcmi adətən əməli yaddaşın həcmindən böyük olur. Bəllidir ki, əməli yaddaşda saxlanan informasiyaya müraciət vaxtı xarici yaddaşla saxlanan informasiyaya nisbətən xeyli az olur. Odur ki, hər dəfə verilənlərə müraciət zamanı xarici yaddaşla informasiya mübadiləsi aparılsa, sistemin işləmə sürəti xarici yaddaşın işləmə sürəti ilə təyin olunacaq. Xarici yaddaşla əməli yaddaş arasında verilənlər mübadiləsinin sürətləndirilməsini əməli yaddaşda verilənlərin buferləşdirilməsi vasitəsilə əldə etmək olar. Bu məqsədlə əməli yaddaşda VB-nin VBİS tərəfındən istifadə edilməsi planlaşdırılan fraqmentlərinin saxlanması üçün buferlər yaradılır. Bunun üçün VBİS-də əməli yaddaşda ayrılan buferlərin dəsti və həmin buferlərin əvəz edilməsi mexanizmi dəstəklənir.
Dostları ilə paylaş: |