www.achiq.info
1
Vidadi Mustafayev
1958- 1978- ci illərdə İran elmi fikirində
Azərbaycan dili məsələsi
(Təbriz Universiteti Ədəbiyyat fakültəsinin jurnalı əsasında)
1945-ci il dekabr ayının 12-də Güney Azərbaycanda təşkil edilmiş Milli hökumətin mədəniyyət
sahəsində gördüyü ən mühüm işlərdən birı Azərbaycan dilini rəsmi dövlət dili elan etməsı olmuşdur. Həmın
münasibətlə qəbul edilmiş «Dil haqqında Azərbaycan Milli Hökumətinin qərarı»nda deyilirdi: «Bu gündən
(6.1.1946 - V.M.) etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur».
1
Qərarda
məktəblərin Azərbaycan dilinə keçməsi bir vəzifə olaraq qarşıya qoyulurdu.
1946-cı il yanvar ayının 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin
təşkil olunması haqqında qərar çıxardı Azərbaycan Dövlət Universiteti rəsmı surətdə həmin ilin iyun ayının
12-dən fəaliyyətə başladı. Təbriz Universiteti üç fakültədən: Ədəbiyyat, Tibb və Hüquq fakültələrindən
ibarət olsa da, yalnız ədəbiyyat və tibb fakültələrı fəaliyyət göstərməyə başladı. Universitet öz işini
tənzimləməyə imkan tapmadı, çünki artıq ilin sonunda İran dövləti Azərbaycan Milli hökumətinin
fəaliyyətınə son qoydu. Bununla belə İran hökuməti Təbriz Universitetini həmişəlik bağlamağa da cürət
etmədi.
Sadəcə olaraq, Universitetin Milli hökumətə bağlılığını yaddaşlardan silmək üçün 1947-ci ildə İran şahı
Təbrizdə universitet təsis edilməsi haqda fərman verdi. Bu fərman Təbriz Universitetinin fəaliyyətinin bərpa
və davam etdirilməsinə qanuni əsas yaradırdı.
1947-ci ildə Təbriz Universiteti iki fakültədən - Ədəbiyyat və Tibb fakültələrindən ibarət idi. Sonralar
universitetdə fakültələrin və onun nəzdində fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı artdı 1950-ci
ildə Farmakologiya. 1955-ci ildə Kənd təsərrüfatı, 1958- ci ildə Texnologiya fakültələri təsis edildi. 1948-ci
ildə mamaçılıq və tibbi yardım məktəbi, 1950-ci ildə Pedaqoji institut, 1958-ci ildə tibb texnikumu, 1960-cı
ildə Pedaqoji institutun elmi şöbələri təsis edildi.
2
1960-1961-ci tədris ilində Universitetin aşağıdakı ixtisaslar üzrə kadr hazırladığı qeyd edilir: tibb,
farmakologiya, feldşerlik, fars dili və ədəbiyyatı, fransız dili, ingilis dili, tarix və coğrafiya, fəlsəfə, kənd
təsərrüfatı, psixologiya- Əvvəlki tədris ilində (1959-1960) universitetin dörd fakültəsi və iki ali müəssisəsini
63 qız və 236 oğlan bitirmişdi.
1960-1961 -ci tədris ilində universitetdə 7 xarici professor (1 - tibb. 2- ədəbiyyat, 3 - kənd təsərrüfatı, 1
- texnologiya), 30 yerli professor (25 - tibb, 4 - ədəbiyyat. 1 - texnologiya), 29 dosent (17 - tibb, 7 -
ədəbiyyat, 5 - kənd təsərrüfatı)
3
tədrislə məşğul olmuşlar 1960-1961-cı illərdə univeristetdə cəmi 2150
tələbə (697 - ədəbiyyat, 489 - tibb, 489 - mamaçılıq və s.) təhsil alırdı.
1962-ci ildə universitetin rektoru dr Bazərqan demışdi: Təbriz unıversitetində 30 professor (ostad) 30
www.achiq.info
2
dosent (daneşyar), 50 müəllim, köməkçi (dəstyar) və katib (dəbir) işləyir, bununla da universitetin kadr
məsələsi demək olar ki, həll edilmişdir.
4
1962-ci ildə maliyyə çatışmazlığı bəhanəsi ilə universitetin axşam
şöbəsi 4 illik fəaliyyətdən sonra bağlandı. Bu addım birinci kursa 300 nəfər qəbul edildikdən sonra
atılmışdı. Şahın xanımına, baş nazirə müraciət edilmiş, sonuncu kömək göstərəcəyini vəd etsə də, bir nəticə
hasil olmamışdı.
5
Göründüyü kimi, ən çox tələbəsi olan fakültə Ədəbiyyat fakültəsi idi Bu fakültə yenidən təsis edilmiş
universitet qarşısında duran əsas missiyanın - Güney Azərbaycanda fars dilinin mövqeyini
möhkəmləndirməyin əsas icraçısı idi.
1965-ci ildə Təbriz universiteti tədrıs korpuslarının tikintisi davam etdirilmiş, yaxın 2 ayda 160 yerlik
yataqxananın istifadəyə veriləcəyi,
6
texnologiya fakültəsinə məxsus korpusun tikintisi başa çatdıqdan sonra
burada 600 nəfərın təhsil alacağı qeyd olunmuşdur.
7
1965-ci il noyabr ayının 17-də saat 17.20-də Təbriz universitetinin təsis edilməsinin 19-cu ildönümü
(şahın hesabı ilə) münasibətilə universitetin yeni binasında - Tibb fakültəsinin akt zalında Şərqi Azərbaycan
ostandarı (valisi) Səyyarinin, Güney Azərbaycanın Milli Şura Məclisindəki deputatlarından bir qrupun, ordu
komandanının, idarə rəislərinın, şəhərin hörmətli şəxslərinin iştirakı ilə təntənəli bayram mərasimi
keçirilmişdir. Məclisdə həmçinin İran parlamentinin sədri, Tehran Universitetinin professoru mühəndis
Riyazi, Təhsil naziri Hidayəti və Tehran Universiteti professorlarından bir neçə nəfər iştirak etmişdir.
8
Mərasimdə çıxış edən Şərqi Azərbaycan ostandarı demişdi «Təbriz universiteti Azərbaycanda fars dili və
ədəbiyyatını qorumaq baxımından çox həssas vəzifə yerinə yetirir».
9
Ostandar öz çıxışında Azərbaycanı
gen-bol tərifləyərək, Milli hökumət dövrünü bütün vasitələrlə pisləməyə səy göstərmişdi.
1965-ci ildə təhsil haqqı ödəmək sahəsindəki güzəştlər ləğv edilmişdir Təhsil haqqı (şəhriyye) 8500-dən
10500 riyala qədər idi.
10
Bu zaman universitetdə tibb və farmakologiya. filologiya, kənd təsərrüfatı
texnologiya (yol və tikinti). təbiət elmləri fakültələrı fəaliyyət göstərirdi
11
. Həmin il elan olunmuşdu ki,
bundan sonra Azərbaycan müəllimlərinin eyni zamanda universitetdə təhsil almalarına icazə
verilməyəcəkdir, çünki bu məktəblərdə tədrisin normal aparılmasına mane olur.
12
Artıq 1966-ci ildə maliyyə çatışmazlığı üzündən Təbriz universitetinin müxtəlif fakültələrinə məxsus
korpusların tikintisi dayandırılmışdı.
13
Bununla belə 1966-cı ilin dekabr ayının 6-da Universitetin 20 illiyi təntənə ilə qeyd edildi
14
Təbriz
universitetində öyrədilən ixtisasların sayı artmaqda idi. 1965-ci ildə tibb fakültəsinin farmakologiyadan
ayrılması haqqında qərar qəbul edilmiş,
15
1967-ci ildə texnologiya fakültəsində maşınqayırma ixtisası
açılmış, stomatologiya fakültəsinin açılması haqqında qərar qəbul edilmişdi
16
1965-ci ilə aid məlumatlarda qeyd edilir ki, Filologiya və Farmakologiya fakültələrınin tələbələri ilk
dəfə olaraq xaricə elmi ekskursiyaya çıxacaqlar.
17
Həmin il doktor Müntəziri Universitetə rektor təyin
edilmış,
18
ölkə universitetləri tarixində ilk dəfə olaraq yaranmış neqatıv vəziyyəti aradan qaldırmaq üçün
rektorun bütün müavinləri, dekanlar və onların müavinləri dəyişdirilmişdi.
19
Həmin ilin avqustunda baş
nazir Abbas Hüveyda ikinci dəfə Təbriz universitetinə baş çəkmiş və tələbələr qarşısında çıxış etmişdir. O, 2
il əvvəlki gəlişi zamanı tikinti haqqında qəbul edilmiş planın yerinə yetirilmədiyini, tələbələrin sayının kafi
olmadığını, bu il daha çox yerli gənclərin qəbul olunmasının zəruriliyini qeyd etmişdir.
20
Həmin il
universitetdə üç yeni institut - Səhiyyə, Botanika, Tibbi resursların mühafızəsi institutları təsis edildi
Birinciyə 25 tələbə qəbul etmək nəzərdə tutulurdu, lakin digərləri haqqında hələlik qərar qəbul
edilməmişdi.
21
Çətinliklə də olsa, dövlət Təbriz universitetinin inkişafı üçün müəyyən addımlar atırdı. Qeyd edildiyi
www.achiq.info
3
kimi, universitet Güney Azərbaycanın İrana inteqrasiya olunmasının, fars dilinin yayılmasının mühüm
vasitələrindən biri idi. Fars dilinin Güney Azərbaycanda mövqeyınin möhkəmləndirilməsi Universitet
rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə 1971-1972-ci tədris ilində universitetin
nəzdində Dil öyrənmə mərkəzi yaradıldı
22
Mərkəz qeyri-fars tələbələrin fars dilini mükəmməl
bilməmələrindən doğan problemləri aradan qaldırmaq üçün təsis edilmişdi. Mərkəzin fəaliyyətində əsas rolu
Ədəbiyyat fakültəsi oynayırdı. Fakültə öz elmi əsərlərini - elmi jürnalını artıq 1948-ci ildən nəşr etməyə
başlamışdı.
Təbriz universitetinin Filologiya fakültəsinin elmi əsərləri universitetin elmi, ictimai, təhsil həyatı,
fakültənin elmi fəaliyyətinin istiqaməti və xarakteri. tədqiqatların mövzuları, səviyyəsi və s haqqında ətraflı
məlumat verən ilkin mənbə tipli mühüm sənədlərdir.
Təbriz Universitetinin Filologiya və sonra Filologiya-Sosiologiya fakültəsinin rüblük orqanı öz
səhifələrində nədən yazırdı?
Bizım nəzərdən keçirdiyimiz 220 məqalədən böyük əksəriyyətı - 135 yazı ümumi mövzulara həsr
edilmişdir. Burada mədəniyyət, sosıolgıya. psixologiya, hətta geologiyaya dair yazılar yer almışdır.
Yazılardan 55-i Azərbaycana aiddir. Nəzərdən keçirilən yazıların 20-si fars dili və ədəbiyyatı ilə, 10-u kürd
mövzusu ilə bağlıdır
Yuxarıda qeyd edildiyi kimi, bütövlükdə Təbriz Universiteti və xüsusən Filologiya fakültəsi Güney
Azərbaycanda farslaşdırma siyasətini nəzəri, elmi, əməli cəhətdən əsaslandırmalı və möhkəmləndirməli idi.
Buna hər şeydən əvvəl Universitetdə təhsil və elm dilinin fars dili olması xidmət edirdi. Universitet Təbrizin
və bütövlükdə Güney Azərbaycanın ziyalı, mənəvi mühitinə güclü təsir göstərirdi və fars dilini bilməyin
həm həyati vacibliyini, həm də cəlbediciliyinı nümayiş etdirirdi. Təbriz Universiteti Güney Azərbaycanda
fars dilinin statusunun qorunub saxlanmasında mənəvi və maddi marağı olan azərbaycanlı ziyalı təbəqəsinın
formalaşmasına xıdmət edirdi.
Filologıya fakültəsinin elmi araşdırmalarının əsas istiqamətlərindən biri S.Ə.Kəsrəvinin 20-ci illərin
birinci yarısında irəli sürdüyü «Azəri dili» nəzəriyyəsini daha geniş şəkildə əsaslandırmaqdan, Güney
Azərbaycanda fars dilinin mövqeyini, onun Azərbaycanda yaranan ədəbiyyatın əsas dili olduğunu hərtərəfli
əks etdirməkdən, bununla da Azərbaycan -türk dilinin rolunu heçə endirməkdən və türk dili uğrunda
mübarizənin mənasızlığını sübut etməyə çalışmaqdan ibarət idi.
Bu yöndə geniş fəaliyyət göstərən dörd müəllifin rolunu ayrıca qeyd etmək lazımdır. Bunlardan ikisi -
Mənuçehr Mürtəzəvi və Əziz Dövlətabadi azərbaycanlı idi və birincisi «Azəri dili nəzəriyyəsini geniş
şəkildə əsaslandırmaqla, o birisi Azərbaycanda ədəbiyyatın fars dilində yaradıldığını sübut etmək məsələsi
ilə məşğul idi. Hər ikisi öz çoxillik araşdırmalarnı bir yerə toplayaraq iri həcmli kitablar nəşr etdirdilər.
23
Öz işində daha çox səy və ciddiyyət göstərən M.Mürtəzəvi hətta Təbriz Universitetinin rektoru vəzifəsinə də
yüksələ bildi. Deməli, dəridən-qabıqdan çıxmağa dəyərmiş. Yalnız fars şovinizminə yüksək xidmət və
sədaqəti sübut etdikdən sonra müəyyən vəzifəyə ümid etmək olardı. İkincisi, deyəsən, elə bir vəzifə sahibi
ola bilmədi və zəhməti hədər getdi. Həm də Əziz Dövlətabadi öz yazılarını kitab halında nəşr edərkən
xüsusi qeyd etmişdir ki. o, millət-etnos (M.Ə.Tərbiyət
24
və Mehdi Müctəhidi
25
kimi) prinsipindən yox,
sırf Azərbaycan inzibati ərazı vahidi prinsipindən çıxış edir. Doğrudur, Ə Dövlətabadi türkcə şer yazanların
bir çoxunun adını qeyd etmişdir, ancaq onlar haqqında bir sətir də məlumat verməmişdir. İnanmaq olmur ki,
bu ancaq senzuradan asılı idi və müəllifin heç bir təşəbbüsü olmamışdır «Azərı məsələsı» ilə iki fars da
məşğul olmuşdur - Ədib Tusi və Mahyar Nəvvabı Bununla belə onların fəaliyyəti miqyası, dərinliyi və
ciddiliyinə görə azərbaycanlıların fəaliyyəti ilə heç cür müqayisə oluna bilməz. M Mürtəzəvi və
Ə.Dövlətabadinin mövqeyində şəxsi təşəbbüsün mühüm rol oynadığı, hərşeyin şəraitin tələbindən asılı
olmadığı ondan görünür ki, Q.H.Beqdeli və Q.Kəndlinin iri həcmli yazılarında açıq-aşkar və bəzən də
www.achiq.info
4
üstüörtülü şəkildə türklük ideyası təbliğ edilirdi Yəni redaksiya heyətinin, yaxud redaktorun həmişə fars
şovinizmi mövqeyində dayandığını və jurnalın çox güclü senzuraya məruz qaldığını iddia etmək olmaz
Bütövlükdə, qeyd edildiyi kimi, jurnalda getmiş 55 yazı bu və ya digər dərəcədə Azərbaycanla bağlıdır
Bunlardan 25-i ədəbiyyat mövzusunda (Əziz Dövlətabadi - 6, Qafar Kəndli - 9), 4-ü dil mövzusunda.
qalanları tarix, sosiologiya, geologiya və s mövzulardadır. Ədəbiyyat sahəsinə aid məqalələr əsasən fars
dilində yazıb-yaratmış şairlərin yaradıcılığı ilə bağlı idi. Lakin burada istisnalar da olurdu. Misal üçün, prof.
Beqleyın Füzuli haqqında, Q.H.Beqdelinin Ə.Nəvainin «Fərhad və Şirin»i haqqında yazılarını göstərmək
olar.
Hər şeyi obyektiv amillərlə bağlamaq doğru olmazdı, çünki həmişə mövcud reallıq daxilində müəyyən
seçim azadlığı və müstəqillik imkanı olur. Elm vasitə olanda konyunktura, hədəf olanda obyektivlik yaranır.
Azərbaycanlıların bir qismi məhdud imkanlardan öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarından,
şəraitin tələblərini artıqlaması ilə yerinə yetirmiş, digərləri isə təzyiqi hiss etsələr də, elmilik və
obyektivlikdən o qədər də uzaq düşməməyə çalışmışlar. Buna ən yaxşı nümunə S.H.Tağızadənin
«Zərdüştün dövrü» məqaləsidir. Müəllif məqalədə «Şahnamə»də ərəb sözlərindən az istifadə edilməsinin
təbii tarixi səbəblərini açaraq, Firdrovsinin bu işi guya milli təəssübkeşlik mövqeyindən görməsi fıkrini rədd
edir. S.H.Tağızadə yazır «Mənim məqsədim, əlbəttə, İran şairlərinin vətənpərvərlik hissləri olmadığını
göstərmək deyil, lakin müasir dövrün üsulu ilə mubaliğəyə yol vermək də yaramaz və hisslərin təsiri altında
obyektivlik ( həqiqətpərəstlik) yolundan uzaq düşmək olmaz»,
26
H.Hüseyn Naxçıvani Övliya Çələbinin Azərbaycana və Təbrizə səyahətinin tərcüməsini çap etdirməklə
Azərbaycan məfhumu haqqında daha obyektiv təsəvvürün yaranmasına kömək edirdi. Məlum olduğu kimi,
o vaxt da, indi də şovinistlər iddia edirlər ki. Azərbaycan adı guya ancaq Güney Azərbaycana aid olmuşdur.
Övliya Çələbinin tərcüməsində deyilir: «Bu ölkə (Qarabağ -V.M.) Azərbaycan ölkələrindən biridir».
27
Fars şovinizmin türklərə həqarətlə baxmasına ən yaxşı cavab dr Ə.Təbatəbainin yazısında verilmişdir.
Burada göstərilir ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində şərqşünaslıq ibri, ərəb və türk dillərini
bilməkdən ibarət idi. İranı isə hələ tanıyan yox idi.
28
Bizim nəzərdən keçırdiyimiz materiallar arasında
Filologiya fakültəsinin hakim millətçilik siyasətinin həyata keirilməsindəki rolu jurnalda cəmi bir məqalə ilə
çıxış etmiş xanım Rəfiqə Qənnadiyanın yazısının müqəddiməsində aydın şəkildə göstərilmişdir. Müəllif
yazır: «Azərbaycanın qədim dilinə aid sənəd və abidələrin bərpası və nəşri üç istiqamətdə aparılır. Birinci,
qədim azəri dilindən qalmış abidələrin toplanması və nəşri. İkincisi, indiki Azərbaycan dilində olan azəri və
iran ünsür və materiallarının toplanması, aşkar və nəşr edilməsi. Üçüncüsü, Azərbaycanda hal-hazırda
mövcud olan İran ləhcələri haqqında tədqiqat aparmaq və bu ləhcələrin Azərbaycanın qədim dili ilə
əlaqələrinin hüdud və keyfiyyətini öyrənmək.»
29
Başqa sözlə, əsas səylər Azərbaycan dilini öyrənmək əvəzinə, mövcud olmayan dilin varlığını sübut
etməyə yönəldilmişdir. Bu. türk dilinin zorla qəbul etdirilmiş dil olduğunu isbat etmək üçün lazımdır. Yazı
Mahyar Nəwabinin təşviqi ilə yazılıb və yuxarıda qeyd edilən istiqamətlərdən ikincisinə həsr edilib. Müəllif
qeyd edir ki, bu məsələ barəsində ilk dəfə Ərisəngi adlı birisi yazıb. Çıxarışda göstərilir ki, Ərisənginın
yazısı jurnalın 1336-ci il 1 və 2-ci, 1337-ci il 1-ci nömrəsində çap olunmuş və 1337 (1958) də ayrıca kitabça
halında nəşr edilmişdir. R.Qənnadiyan müştərək zərbülməsələlərin, ibarələrin və s. ancaq və ancaq fars
dilindən götürülmə olduğunu sübut etməyə çalışır. Onun fikrincə, Azərbaycan dilindən fars dilinə heç bir
zərbülməsəl, atalar sözü və s. qətiyyən keçə bilməzdi. Müştərəklik əslində fars dilinin təsiri kimi başa
düşülür.
Müəllif yazısının sonunda 800 Azərbaycan atalar sözünün latin qrafikası ilə siyahısını verir. O zaman
atalar sözlərinin latin qrafikası ilə siyahısını vermək bu dilin nə Cənubi Azərbaycan (ərəb əlifbası ilə
verilməli idi), nə də Şimali Azərbaycanla (kiril əlifbası) əlaqəsi olmadığını, Türkiyəyə daha yaxın olmasını,
www.achiq.info
5
yəni necə deyərlər, «ora malı» olduğunu qeyd etmək məqsədi daşıyırdı. Digər tərəfdən, əgər müəllif həmin
sözləri ərəb əlifbası ilə versəydi, onda istər-istəməz Azərbaycan dilində yazı nümunələrinin sayını artırmış
olardı və jurnalı oxuyanlar Azərbaycan atalar sözlərini oxumaq imkanı əldə edərdilər. Bir sözlə, hətta
materialın verilmə forması da Azərbaycan dilinin əleyhinə yönəlmişdi. Amma bu günün prizmasından
baxsaq, müəllifə «uzaqgörənliyinə» görə «afərin!» deməliyik, çünki fars jurnalına təmiz Azərbaycan əlifbası
ilə mətn yerləşdirilmişdir.
Qafar Kəndlinin Xaqani ilə bağlı silsilə yazılarından bırində
30
böyük şairin türklüyü onun işlətdiyi
obrazlı ifadələr, əks etdirdiyi inamlar, türk təfəkkür tərzi çərçivəsində düşünməsi ilə əsaslandırılır. Q.Kəndli
yazırdı: «Xaqaninin bu kimi məktub və şerlərində türklərin və xüsusən Azərbaycan xalqının qədim
etiqadları və adət-ənənəlrinə müəyyən cəhətdən işarə edilmişdir ki. hər baxımdan xüsusi əhəmiyyətə
malikdir». Müəllif Ə.Xaqaninin işlətdiyi ifadələrin Təbriz dialektində indi də yaşadığını, işarə etdiyi
etiqadın Azərbaycan xalqının milli və qəhrəmanlıq dastanı «Dədə Qorqud»da yer aldığını göstərir.
Qəribə vəziyyət yaranmamışdırmı? Gənc azərbaycanlı tədqiqatçı Azərbaycan dilində, onun sabit
ifadələrində İran dilləri ünsürləri axtardığı halda, digər cavan tədqıqatçı Ə Xaqaninin farsca yazmasına
baxmayaraq, türk obrazlar sistemi ilə düşündüyünü irəli sürür. Üstəlik bunların hər ikisi eyni jurnalın
səhifələrində çap olunur. Həm də jurnal Qafar Kəndlinin məqalələrini çap edərkən böyuk təhlükəyə məruz
qalırdı. Qafar Kəndli türk dilinin müstəqilliyini mübarizə bayrağı etmiş demokratlardan idi, İran üçün ən
təhlükəli qonşu olan Sovet ittifaqında - Sovet Azərbaycanında yaşayırdı. Bununla belə jurnal onun
məqalələrini ardıcıl surətdə çap edirdi. Bu hadisə bəzi məsələlərə başqa gözlə baxmağa səsləyir Yəni məsələ
təkcə İran dövlətinin milli siyasətində, güclü senzurasında deyildi. Məsələ həm də azərbaycanlıların milli
yetkinlik səviyyəsində idi. Axı İranın özündə də türklük ideyası ilə (Səhənd. Sazımın sözü) türk dilində
çoxlu kitablar meydana gəlirdi. Belə şəraitdə fars şovinizminə xidmətdə israr edən azərbaycanlı ziyalılar
sadəcə olaraq ziyalı adını daşımağa layiq deyildilər. Əlbəttə, şəraitə və eləcə də ixtisasa görə fars dili və
ədəbiyyatına xidmət etmək olar. Lakin bu, qətiyyən millı dil və mədəniyyətin inkar edilməsinə
yönəlməməlidir. Bizə belə gəlir ki, jurnalda təqaüdə çıxması münasibəti ilə haqqında məlumat verilən dr
Əbdürrəsul Xəyyampur belə azərbaycanlı ziyalılardan olmuşdur. Əvvəlcə istambulda iranlılar məktəbinin
müdiri olmuş və doktorluq dərəcəsini də orada almış Ə.Xəyyampur 1947-ci ildən Təbriz universitetində
çalışmış, 1969-cu ildə təqaüdə çıxmışdır. O, fars dilinin qrammatikasını yazmış. türk dilindən fars dilinə bir
kitab və bir neçə məqalə tərcümə etmiş, «Fərhənge-soxənvəran» adlı 662 səhifəlik bioqrafik lüğət tərtib
etmişdir. Jurnalda dr Həmid Sərhəngiyanın nəşr etdirdiyi məqalədə subyektiv məqsədin nədən ibarət
olmasından asılı olmayaraq, müəllif Azərbaycan dilinin fonetikası haqqında doğru və ətraflı məlumat verir
və göstərir ki Azərbaycan dilinin özünəməxsus sabit qanunları var, farsca danışanda belə azərbaycanlı fars
sözlərini həmin qanuna uyğun surətdə dəyişdirir.
31
Burada İngiltərənin Derham universitetinin professoru H.R.K. Beqlinin Təbriz universitetində oxumaq
üçün hazırladığı mühazirənin mətni haqqında da bir-iki kəlmə demək lazımdır.
32
O yazır: «Nəsimi və Xətai
təxəllüsü daşıyan Şah İsmayıl Səfəvinin əsərlərindən sonra Füzulinin türkcə yaratdıqları azəri türk dilindəki
əsərlər sırasında mühüm yer tutur». O daha əlavə edir: «Füzulinin həcmcə türk dilində əsərlərindən çox olan
fars divani və fars dilində olan digər əsərləri həmin qədər (türkcə əsərləri qədər - V.M.) yayılmamışdır».
Amma müəllif Füzulinin Nəsimi və Xətai kimı sələflərinin adını çəksə də, fars şovinızminə uyaraq göstərir
ki, guya Füzulinin ən böyük xidmətı fars şer sənəti və mövzularını türk dilləri üçün asan həzm olunma, yəni
başa düşülmə şəklinə salmasından ibarət olmuşdur. Beləliklə. müəllif Füzulinin böyüklüyünü, müstəqilliyini
və orijinallığını şübhəyə alır, bununla da farsların könlünü şad edir. Əslində isə müəllif Füzulini yaxşı
tanımadığını nümayış etdırir.
Nəhayət, jurnalda gedən bir yazı haqqında da danışmaq yerinə düşərdi. Biz dr Qulamhüsen
Mərzabadinin «iranda məliküşşüəralıq» adlı məqaləsını nəzərdə tuturuq.
33
Müəllif göstərir ki, hərbçi Nadir
www.achiq.info
6
şah və Ağaməhəmməd Qacar şeir və şairə etina etmədiyindən bir müddət rəsmi məclislərdə mədhiyyə və
sitayiş yaddan çıxmışdır. Bu iş yalnız Fətəli şah Qacarın hakimiyyəti illərində (1797-1834) bərpa
olunmuşdur. Bu zaman uzun müddətdən bəri unudulmuş olan «məliküşşüəra» adı təsis edildi. Hətta Qəznəvi
və Səlcuq sultanlarını saraylarında qəbul olunmuş şeir qiraətçisi seçmək ənənəsi də bərpa edildi. Buna görə
şairlər müxtəlif yerlərdən Tehrana axışmağa və bu vəzifəyə çatmaq üçün böyük əmək sərf etməyə
başladılar. Bu baxımdan Qaani və Süruş daha ciddi mübarizə aparırdılar.
Bu məqalədə türk sultanları və şahlarının fars dili, mədəniyyəti və şerinə xidmət mexanizmi aydın
göstərilmişdir. Məhz buna görə də fars dili öz indiki vəziyyətinə görə, doğrudan da, türk hökmdarlarına
borcludur. Farsların iddia etdiyi kimi, fars dili fars millətini qorumamış, türk sultan və şahları fars dilinin
yaşaması və yayılması üçün geniş şərait yaratmışlar, Farsların iddia etdiyi kimi, fars dilinin yaşaması,
yayılması və nəhayət. hakim dilə çevrilməsi bu dilin daxili qüdrəti, cəlbediciliyi, şirinliyi ilə deyil, türk
hökmdarların bu dilə göstərdikləri himayə ilə bağlı idi. Buna cavab olaraq farslar soruşa bilərlər ki, niyə türk
hökmdarları öz ana dillərini - türk dilini yox, fars dilini himayə edirdilər?
Bu, çox təbii sualdır və indiyə kimi bu sualın tutarlı cavabı tapılmayıbdır. Doğrudan da, bu sualın həqiqi
cavabı tapılsaydı, onda İranda Azərbaycan dili indiki əzilən dil, qadağan olunan dil, «ikinci dərəcəli dil»,
«zorla qəbul etdirilən dil» vəziyyətindən çıxar və özünə layiq yer tutardı. Nə qədər ki, bu hadisə baş
verməmişdir, yuxarıdakı sual üzərində baş sındırılmalıdır. Özü də ilk növbədə Azərbaycan dilinə qarşı
qələm işlədən azərbaycanlı ziyalılar bu sualın cavabını axtarmalıdırlar. Onlar təklikdə özlərindən
soruşmalıdırlar ki, niyə ana dilinın yüksəlməsinin, rəsmiləşməsınin əleyhinə olmuşlar. Əgər belə
ziyalılardan biri bu suala hərtərəflı, dərin və ən başlıcası, səmimi cavab verərsə, onda farsların hökmdarlar
barəsində sualına da cavab tapmaq asan olar
Qeydlər:
1- Oniki Şəhrivər Təbriz, 1324. s. 48.
2- Salnameye-daneşgahe-Təbriz. sale-təhsiliye-1339-1340 (1950-1961) s 2.
3- Yenə orada, s. 95
4- «Keyhan» qəz, 1 X.1962
5- Yenə orada 30.X. 1962
6- «Keyhan» qəz. 27.VI.1965
7- Yenə orada, 15.III.1966
8- Nəşriyeye-daneşkədeye-ədəbiyyate-daneşgahe-Təbriz (bundan sonra Təbriz ədəbiyyat fakültəsi - «TƏF» şəklində qeyd
ediləcək), 1344. No 3. s 403
9- Yenə orada, s. 406.
10- «Keyhan» qəzeti 12.IV 1966
11- Yenə orada. 25.IV.1966
12- Yenə orada. 24.V 1966
13- Yenə orada, 4.XII. 1966
14- Yenə orada, 6.XII.1966
15- Yenə orada.
16- Yenə orada, 26.II.1967
17- Keyhan qəz.15.III.1967
www.achiq.info
7
18- Yenə orada, 25.VII.1967
19- Yenə orada, 26.VIII.1967
20- Yenə orada. 24.VIII.1967
21- Yenə orada. 30.VIII.1967
22- Ədəbiyyat fakültəsinin jurnalı, 1350, No 97-100, s 427, 429.
23- M.Mortəzəvi. Zəbane-dirine-Azərbaycan Tehran. 1361;
Əziz Dövlətabadi Soxənvərane-Azərbaycan. Təbrız. 1355
24- M.Ə.Tərbiyət Danişməndane-Azərbaycan.Tehran, 1935.
25- M.Moctəhedi Ricale-Azərbaycan dər əsre-məşrutiyyət. Təbriz, 1947.
26- S.H.Tağızadə. Zəmane-Zərdüşt,-TƏF, 1338. No 1, s. 29-38.
27- H H.Naxçıvani. Tərcümə və təlxise-səyhətnameye-Övliya Çələbi be Azərbaycan və Təbriz. - TƏF, 1338. No 3, s. 261-
301
28- Ə.Təbatəbai. Nəgşe-Anketil dü Peron dər təmime-fərhənge-iran dər Fəranse - TƏF, 1338 No 4. s. 390-401.
29- Rəfiqə Qənnadıyan. Təbirat və estelahat və əmsale-moştərəke-farsi və Azərbaycani. - TƏF, 1342, No 2, s. 147-181.
30- Qafar Kəndli. Xaqani Şirvani. -TƏF, 1347, No 4. s.399-419.
31- Həmid Sərhəngiyan. Moqabeleye-vajehaye-farsi və Azərbaycani bəraye-bərrəsiye- moşkelate naşi əz bərxorde-zəbanha.
-TƏF, 1351, No 2 (102). s. 160-175.
32- F.R.C. Begley. Şaere-sezəbaneye-ətəbate-Erağe-Ərəb - Fozuli - TƏF, 1351. No 3 (103). s. 342-361.
33- Qulamhüseyn Mərzabadi. Məlekoşşoərayi dər iran. -TƏF, 1351, No 1 (101), s.1-34.
Dostları ilə paylaş: |