Video cekilish texnologiyasi cdr


Tezlik-amplitud səciyyəsi



Yüklə 0,99 Mb.
səhifə31/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

87

Tezlik-amplitud səciyyəsi

Studiyadankənar istehsalda mikrofonun konstruksiyası çox önəmlidir, çünki 

işin  nəticəsi  də  ondan  asılıdır.  Mikrofonun  tezlik­amplitud  səciyyəsi  (TAS) 

onun geniş diapazonunu dəqiq təkrar edib səsləndirmək qabiliyyətini göstərir. 

Heç bir mikrofon 16­dan 16000 hs­dək tam səs tezliyi spektrini tutmağa qadir 

deyil. Bununla belə, peşəkar keyfiyyətli mikrofonlar, bir qayda olaraq, səs tez­

liyini aşağı keyfiyyətli mikrofonlara nisbətən daha geniş diapazonda qəbul edir. 

Tezlik­amplitud səciyyəsinin tutumu tezlik spektrini istər aşağı, istərsə də yu­

xa rı  hissəsini  əhatə  edir.  Aşağı  keyfiyyətli  mikrofon,  adətən,  orta  diapazon 

tezliyini tutaraq yüksək və aşağı tezlikləri geri qaytarır. Bundan başqa, bir çox 

mik rofonlar ayrıca məqsədlər üçün düzəldilir. Səs yazmaq üçün nəzərdə tutulan 

mikrofonun TAS­ı tezlik diapazonunun yuxarı hissəsini əhatə etməyəcək, an­

caq musiqi yazmaqdan ötrü düzəldilən mikrofonun tezlik­amplitud səciyyəsi o 

diapazonu da əhatə edəcək. 

Mikrofonun düzgün seçilməsi və ondan düzgün istifadə mikrofonun tezlik­

amplitud səciyyəsinin səsyazma şəraitinə uyğunluq dərəcəsindən asılıdır.

Demək vacibdir ki, TAS mikrofonun düzgün qurulmasından da asılıdır. Qa­

yıdan  səs,  yəni  binanın  divar,  yaxud  cisimlərinə  toxunaraq,  geri  qayıdan  və 

qaynaqdan gələn səs başqa cür olur. Bundan başqa, mikrofonla səs qaynağı ara­

sındakı məsafə də TAS­a təsir göstərir: bu məsafə artdıqca, səsyazma key fiy­

yəti pisləşir. Nəhayət, optimal tezlik­amplitud səciyyəsi üçün səsin isti qaməti 

mikrofonun  yönəlmə  diaqramına  uyğun  gəlməlidir.  Məsələn,  iti yö nümlü 

superkardeoid mikrofon yüksəktezlikli səsi daha yaxşı o vaxt tutur ki, bu səs 

onunla  üzbəüz  yerləşən  qaynaqdan  gəlsin. Analoji  səs  yandan  və  ya  arxadan 

gə ləndə, səsyazmanın keyfiyyəti azalır. 

Mikrofonun tam müqaviməti (impedans)

Nəhayət, studiyadankənar prosedur mikrofonun tam müqavimətini də nə zə­

rə almalıdır. Tam müqavimət (impedans) – dövrədəki elektrik cərəyanına  mü­

qavimət ölçüsüdür. Tam müqavimət Omla (HAMİK) ölçülür; adətən, səs texni­

kasında tam müqavimətli avadanlığın iki tipi müəyyən edilir: aşağı (600 omdan 

yuxarı).


Yüksəkkeyfiyyətli  studiya  mikrofonlarının,  demək  olar,  hamısında  aşa­

ğıölçülü tam müqavimət var (adətən 150). Xırdaformatlı video maqnitofonlarda 

audiosiqnal girişlərinin çoxu aşağı impedansa malikdir. Ancaq bəzi mikro fon­

ların (adətən ucuz pyezokristal mikrofonların) yüksək impedansı olur. Bəzi vi­

deomaqnitofon və audiotexnika modellərinin giriş və çıxışları da yüksək tam 

müqavimətə  hesablanıb.  İş  zamanı  həmişə  fikir  vermək  lazımdır  ki,  kom mu­

tasiya  vaxtı,  yəni  aparatları  dəyişərkən,  onların  tam  müqavimət  göstəri ciləri 

uzlaşsın. Aşağı tam müqavimətli səs aşağı tam müqavimətli girişlərə qoşulur, 

yüksək impedansal qaynaqlarsa, yüksək impedansa malik gi rişlərə bağlanır. 



88

§24. Əl mikrofonları

Videojurnalistikada, xüsusən, jurnalist cəmi bir mikrofonla kamera önündə 

müsahibə alarkən, bir qayda olaraq, əl mikrofonlarından istifadə olunur. Adə­

tən, əl mikrofonları elektrodinamik tipli olur və onların gövdəsi səsə o qə dər də 

həs saslıq göstərmir. Əlbəttə, bu o demək deyil ki, həmin mikro fonların gövdəsi 

səsi tutmur – ümumiyyətlə belə mikrofonlar mövcud deyil, həmin mikrofonun 

gövdəsini barmaqlarınızla döyəcləsəniz, o, sözsüz ki, bu səs ləri yayacaq. An­

caq di gər mikrofon tipləri ilə müqayisədə əl mikrofonunun gövdəsi səsə o qə­

dər də həs sas deyil və buna görə də geniş yayılıb.

Şəkil 61. Əl mikrofonu və onun yönəlmə diaqramı

Əl  mikrofonundan  istifadə  edərkən  yadda  saxlamaq  vacibdir  ki,  səs yaz­

manın  keyfiyyətini  həmin  mikrofonu  əlində  tutan  nəzarətdə  saxlayır.  Kamera 

önündəki reportyor sual verəndə kameraya danışmağı və sonra mikrofonu mü­

sahibinə  uzatmağı  yaddan  çıxartmamalıdır.  Mikrofonun  düzgün  olmayan  və­

ziy  yəti səsyazmanın keyfiyyətini pisləşdirir. 

Əl  mikrofonu  ilə  işlərkən,  həmişə  yadda  saxlamaq  lazım  gələn  bir  qayda 

var  –  ona  qızıl  qayda  deyirlər:  heç  vaxt  mikrofonu  müsahibə  götürdüyünüz 

adama verməyin! Müsahibə verənlərdən bəziləri onların danışmaq növbəsi ça­

tanda instinktiv olaraq mikrofondan yapışırlar. Müsahibənin gedişinə və mik ro­

fona nəzarəti jurnalist həmişə öz əlində saxlamalıdır.



Lavalyer mikrofonları (“ilgəklər”)

Çox  vaxt  “ilgək”  və  ya  “qalstuk”  mikrofonları  adlandırılan  lavalyer  tipli 

mikrofonlar (buna sancaq tipli mikrofonlar və ya “yaxa mikrofonu” da deyilir) 

həcmcə  çox  balacadır.  Danışan  adamın  paltarına  bərkidilir.  “Lavaliere”  sö zü­

nün hərfi mənası “kulon”, yəni “boyun zəncirindən asılan şey” deməkdir. La­

valyer mikrofonların bir çoxu, doğrudan da, simlə obyektin boynundan asılır. 




89

Ancaq  ən  son  modellərin  xırda  sıxacları  var  və  mikrofon  həmin  sancaqla 

paltara bərkidilir.

“İlgək”lərin əksəriyyəti elektret kondisatorlu, ya da elektrodinamik mikro­

fonlardır. Elektret kondensatorlu mikrofonlar həcmcə kiçik olur və studi yadan­

kənar  (həm  də  studiyada)  istehsalda  çox  istifadə  edilir.  Elektrodinamik  mik­

rofonlar azca böyük olsa da, qat­qat möhkəmdir.

“İlgək” mikrofonlardan istifadə edirsinizsə, onu danışan adamın ağzına ya­

xın tutun. “İlgək”ləri çox vaxt pencəyin yaxasına, ya da köynəyin yaxalığına 

taxırlar. Bu zaman diqqət yetirmək lazımdır ki, paltarın qıraq­bucağı və ya bə­

zək əşyaları mikrofona toxunmasın.

Kondensatorlu “ilgək”dən istifadə edərkən, onu danışan adamın ağzına çox 

yaxın tutmayın. Kondensatorlu mikrofon son dərəcə həssasdır və səs qay na ğı­

nın həddindən artıq güclü olması (səs qaynağı mikrofona çox yaxındırsa, belə  

hal lar tez­tez olur), səs siqnalını təhrif edə bilər. Bu hal giriş yüklənmə təhrifi 

adlanır.


Elektret kondensatorlu mikrofondan istifadə edərkən, səsyazma başlamadan 

batareyanı yoxlamağı unutmayın. Onun mikrofona düzgün qoşulduğuna əmin 

olun. Müsbət və mənfi qütblərin yerini dəyişik salsanız, mikrofon işləməyəcək. 

Hər ehtimala qarşı, həmişə özünüzlə bir cüt ehtiyat batareya gəzdirin ki, çəkiliş 

vaxtı mikrofondakı batareyaların elektrik yükü tükənə bilər.

Səth üzərində quraşdırılan mikrofonlar

Aralıq,  yaxud  sərhəd  effekti  prinsipi  ilə  işləyən  mikrofonlar  son  iyirmi  il 

ərzində  bir  çox  firmalar  tərəfindən  işlənib  hazırlansa  da,  onlardan  biri  ayrıca 

uğur qazanıb. Həmin firmanın ticarət nişanı mikrofonun adını da müəy yən ləş­

dirib. Söhbət Crown international firmasının PZM mikrofonundan gedir (təzyiq 

zonası mikrofonundan).

Bu mikrofonlar bərk səth üzərində – divarda, masanın üstündə və ya dö şə­

mə  üzərində,  yəni  nəzəri  baxımdan  yaxınlıqda  səthlərdən  gələn  əsk­sədanın 

akus tik dalğaları təhrif edə bilməyəcəyi yerlərin hamısında quraşdırmaq üçün 

nəzərdə  tutulub.  Çoxsaylı  qayıdan  səslər  səs  dalğalarının  gücünü  və  tezliyini 

dəyişdirə  bilmir.  Belə  əngəl  qaynaqlarının  reduksiyası  dalğaların  nisbətən  tə­

miz səsyazmaya kömək edir.

Bu mikrofonun yönəlmə diaqramı yarımkürə şəklindədir. Döşəmə üzərində 

qurularkən    həmin  mikrofon  çox  vaxt  çəkiliş  obyektinin  boyuna  bərabər  bir 

məsafədə yerləşdirilir. İfaçılar qrupunun – aktyor və ya musiqiçilərin səsini ya­

zarkən  belə  mikrofonlar  qrupunun  eninə  bərabər  olan  məsafədə  yaxşı  işləyir. 

Dar binalarda səsyazma zamanı təzyiq zonası mikrofonları gözəl nəticələr ve rir. 

Əgər belə binalarda mikrofon qurmaq üçün möhkəm səth yoxdursa, onu ka me­

ranın görmə sahəsindən qıraqda yerləşdirilmiş hamar və sərt plastik par çasının 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə