84
§23. Mikrofonların səciyyəsi
Çəkiliş yerindəki səslər mikrofonun köməyi ilə qeydə alınır və videoyazı
sisteminə yönəldilir. Mikrofon, eynən televiziya şüa borusu və yaxud yüklü
rabitə cihazları kimi bir siqnalı başqa siqnala dəyişdirir. Ancaq televiziya bo
rusu işığı elektromaqnit siqnalına çevirir.
Studiyadankənar çəkilişdə çox vaxt səsi nəzarətdə saxlamaq xeyli çətindir,
çünki təbii akustik şəraiti öncədən bilmək olmur: göydə reaktiv təyyarələr uçur,
uzaqda qatarlar fit verir, kiminsə paltarı mikrofona toxunur, külək nərə çəkir
və s. Yaşadığımız dünya heç də sakit deyil və çəkiliş yerindəki qanuni mik ro
fon gərəklilik dərəcəsindən asılı olmayaraq, bütün səsləri qeydə alır. Bax, buna
görə mikrofon texniki avadanlığın ən mühüm elementlərindən biridir və key
fiy yətli səs yazısı almaq üçün onu nəzarətdə saxlamaq lazımdır. Bəlli mik rofon
tipinin, eləcə də onu quraşdırmaq üçün yerin seçilməsi səsyazma şərai tinin
xüsusiyyətindən asılıdır. Hansı mikrofonun daha gərəkli olduğunu bil mək dən
ötrü həmin mikrofonun bəzi səciyyələri nəzərə alınmalıdır.
Mikrofonun yönəlmə diaqramı
Mikrofonun yönəlmə diaqramı – mikrofonun akustik həssaslığının isti
qamət baxımından səciyyələndirilməsidir. Mikrofonun yönəlmə diaqramından
baş çıxarmaq və videoistehsal zamanı ondan düzgün istifadə etmək ona görə
lazımdır ki, insan qulağından fərqli olaraq, mikrofonlar heç nəyə və heç kəsə
fərq qoymur. Onlar öz həssaslıq həddi daxilində hər hansı səsə reaksiya
verərək, önəmli səsi önəmsiz səsdən ayırmırlar. İzdihamın arasında da yanar kən
görür sünüz ki, ətrafınızdakılar birbiri ilə söhbət edir. Amma sizi o söh bət lər
dən yalnız biri maraqlandırdığından, maraqlı bilmədiyiniz danışıqlara fi kir ver
mə yib, məhz həmin söhbətə qulaq asırsınız, yəni başqa söhbətlərdən təc rid olu
na raq, sizi maraqlandıran danışığı seçib, qulaq asmağa qadirsiniz. Biz hə mi şə
belə seçimli qavrayışdan istifadə edirik. Ancaq o izdihamın arasında mik rofon
qoyub, həmin mikrofonun istiqamət diaqramını nəzarətdə saxla ma yanda, səs
ləri seçimli şəkildə qeydə almaq mümkün olmayacaq. Mikrofon yal nız müəy
yən bir səmtdən gələn səslərə həssas olanda və yerdə qalan bütün səs ləri duy
mayanda, bəlli seçim imkanı qazanmaq mümkündür.
Şəkild 58. Mikrofonun yönəlmə diaqramı: a) səs təzyiqi qəbuledicisi; b) kardeoid səs
təzyiqli qəbuledici; c) kombinasiyalı akustik; ç) elektrik kombinasiyalı
85
Bütün istiqamətlərdən gələn səslərə həssaslıq göstərən mikrofonlara yö nəl
dilməyən mikrofon deyilir. Yan tərəfdən deyil, yalnız öndən və arxadan gələn
səslərə həssas mikrofonlar qoşayönlü və ya iki istiqamətli mikrofon adlanır.
Ürəkşəkilli yönəlmə diaqramı olan mikrofonlar da mövcuddur. Bu mikrofonlar
öndən gələn səslərə son dərəcə həssasdır, ancaq yandan və arxadan gələn səs
lərə nisbətən az həssaslıq göstərir. Belə mikrofonların frontal, yəni ön həs saslığı
bir az da yüksəkdir. Bunlar itiyönümlü mikrofonlar sayılır və bir qayda olaraq,
birbaşa mikrofon önündəki, əsasən, ən çox itibucaq altındakı səslərə həs sasdır.
Çox vaxt belə mikrofonları nazik çubuq kimi hazır ladıq larından, onları “lülə
mikrofon” adlandırırlar.
Studiyadankənar çəkilişdə yönəldilməyən, kardeoid və superkardeoid mik
rofonlar daha çox istifadə edilir. Geniş meydanda və ya bir mikrofonla bir neçə
adamın səsini yazmaq diaqramına görə, daha yüksək seçim tələb ediləndə, kar
deoid və superkardeoid mikrofonlar səmərə verir. Məsələn, əgər səsin qəbul
sahə sini, tutalım, bütöv qrup səviyyəsindən bir adam səviyyəsinədək daramaq
la zım gələrsə, itiyönümlü mikrofondan faydalanmaq olar.
Mikrofonların təsnifatı
Yönəlmə diaqramından başqa mikrofonlar quruluşca da birbirindən fərq lənir.
Mikrofonların iş prinsipi səs qaynağından gələn akustik dalğa dəyiş kən
liklərini qeydə almaqdan ibarətdir. Hər mikrofonun içərisində səsin güc və key
fiyyət dəyişkənliklərinə reaksiya verən həssas membran var. Bu membran səs
dal ğalarını elektrik səs dalğalarına çevirir. Ayrıayrı mikrofonlarda səsin elek
trik cərəyanına çevrilməsinin müxtəlif prinsiplərindən istifadə olunur. Bu prin
siplər müxtəlif mikrofon tiplərinin təsnifatı üçün başlıca əsaslardan biri sayılır.
Studiyadankənar teleistehsalda ən çox yayılmışı iki tip – elektrodinamik və
kon den satorlu mikrofonlardır.
Elektrodinamik mikrofon maqnit dalğalarına
bir ləşdirilmiş membrandan ibarətdir. Membranın hə rə
kəti dolağa ötürülür və bu, mikrofon daxilində maq nit
sahəsinin dəyişilməsinə səbəb olur. Au dio siq nal da elə
budur.
Elektrodinamik mikrofonlar çox dözümlüdür və
ola bilsin ki, teleistehsalda ən çox onlardan istifadə
edilir. Yüksəkkeyfiyyətli peşəkar mikrofonlar ilə mü
qayisədə onlar nisbətən ucuzdur və bir qayda olaraq,
yaxşı amplitud tezlik sə ciy yəsinə malikdir. Ancaq
elek trodinamik mikrofonların bir çatışmazlığı var dır –
onlar kondensatorlu mikrofonlar kimi yüksək tez likli
səslərə həssas deyillər.
Şəkil 59. Kondensatorlu
(elektrostatistik) mikrofon
86
Kondensatorlu (elektrostatik) mikro fon la
rın işləməsi üçün ya dəyişən cərə yan qaynağı,
ya da batareya olmalıdır. Bu mikrofonlarda
siq nalı hazırlamaqdan ötrü kondensatorlardan
istifadə edirlər. Kondensatorlar mikrofonun
ön his səsində yönəldilmiş mütəhərrik tənə kə
dən (və ya lövhədən) və onun arxasına qoyu
lan tərpənməz tənəkədən ibarətdir. Hər iki tə
nə kə elektrik yükü daşıyır və səs ön tənə kəyə
toxunana kimi gərginlik dəyişir.
Elektret mikrofonlar – kondensatorlu
mik rofonların yayılmış növüdür. Kondensatorlu adi mikrofonlar da öz quru lu şu
na görə fərqlənir. Elektret mik rofonlar sabit elektrik yüklü kondensatorla bu ra
xıldıqlarından, yalnız ba laca batareyaya ehtiyac hiss edir. Həmin batareya mik
rofondan çıxış siq nalını işlək səviyyəyə qaldırılmasını gücləndirmək üçün dür.
Nəticədə, elektret mikro fonlar, adətən, öz ölçülərinə görə konden satorlu mikro
fonlardan qatqat kiçik olur. Onlardan portativ kameralara qoşub bər kit mək üçün
və kiçik mik ro fonlar tələb olunan digər vəziyyətlərdə teztez isti fadə edi lir.
Peşəkar kondensatorlu və elektret mikrofonlar veriliş teleistehsalında geniş
yayılıb. Bir çox telefilmlərin səsi yüksək keyfiyyətli və itiyönlü mikrofonlarla ya
zılır. Elektret mikrofonlardan çox vaxt “ilgək”, yaxud “sancaq” mikrofonlar ki mi
istifadə edilir. Xeyli kiçik ölçüləri kadrda onları, demək olar ki, görünməz edir.
Kondensatorlu mikrofonların bir sıra üstünlükləri var. Onlar, xüsusən
yüksəktezlikli səslərə son dərəcə həssasdırlar. Bundan başqa belə mikrofonları
çox kicik ölçülərdə hazırlamaq mümkündür. Həmin mikrofonların qüsurlu cə
həti, onların adətən, çox baha olmasında, tezliklə sıradan çıxmasında və elek
trik enerjisinə olan ehtiyacındadır. Batareyadan deyil, dəyişək cərəyan qay na
ğından qidalanan kondensatorlu mikrofonlardan istifadə edirsinizsə, studiya
dankənar istehsal zamanı, yəqin ki, çox əziyyətlərə qatlaşmalı olacaqsınız.
Daha bir peşəkar mikrofon tipi lent mikrofonlarıdır. Bu mikrofonlar quru
luşca metal folqadan hazırlanan ensiz lentdən ibarət olduğu üçün son dərəcədə
böyük, həm də yepyekə görünür. Öz əla texniki səciyyələrinə görə indiyədək
radioda geniş istifadə edilən lent mikrofonları elə əvvəlcədən radio üçün düzəl
dildiyindən, həm də yekə ölçülərinə və hədsiz kövrəkliyinə görə studi ya
dankənar istehsalda təktək hallarda istifadə olunur.
Və nəhayət, ən ucuz və ən keyfiyyətli mikrofonlar pyezokristalların və ya
xud kömür elektrodların köməyilə audiosiqnal doğurur. Daha çox səsyazma
üçün nəzərdə tutulan bu iki mikrofon tipi (qrafit mikrofonlardan, adətən, te le
fon texnikasından istifadə edilir) peşəkar teleistehsalın tələb etdiyi səs yaz ma
keyfiyyətinə təminat verir.
Şəkil 60. Dinamik mikrofonun quruluşu
Dostları ilə paylaş: |