Video cekilish texnologiyasi cdr


§23. Mikrofonların səciyyəsi



Yüklə 0,99 Mb.
səhifə30/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

84

§23. Mikrofonların səciyyəsi

Çəkiliş  yerindəki  səslər  mikrofonun  köməyi  ilə  qeydə  alınır  və  videoyazı 

sisteminə  yönəldilir.  Mikrofon,  eynən  televiziya  şüa  borusu  və  yaxud  yüklü 

rabitə cihazları kimi bir siqnalı başqa siqnala dəyişdirir. Ancaq televiziya bo­

rusu işığı elektromaqnit siqnalına çevirir.

Studiyadankənar çəkilişdə çox vaxt səsi nəzarətdə saxlamaq xeyli çətindir, 

çünki təbii akustik şəraiti öncədən bilmək olmur: göydə reaktiv təyyarələr uçur, 

uzaqda  qatarlar  fit  verir,  kiminsə  paltarı  mikrofona  toxunur,  külək  nərə  çəkir  

və s. Yaşadığımız dünya heç də sakit deyil və çəkiliş yerindəki qanuni mik ro­

fon gərəklilik dərəcəsindən asılı olmayaraq, bütün səsləri qeydə alır. Bax, buna 

görə mikrofon texniki avadanlığın ən mühüm elementlərindən biridir və key­

fiy yətli səs yazısı almaq üçün onu nəzarətdə saxlamaq lazımdır. Bəlli mik rofon 

tipinin,  eləcə  də  onu  quraşdırmaq  üçün  yerin  seçilməsi  səsyazma  şərai tinin 

xüsusiyyətindən  asılıdır.  Hansı  mikrofonun  daha  gərəkli  olduğunu  bil mək dən 

ötrü həmin mikrofonun bəzi səciyyələri nəzərə alınmalıdır. 

Mikrofonun yönəlmə diaqramı

Mikrofonun  yönəlmə  diaqramı  –  mikrofonun  akustik  həssaslığının  isti­

qamət baxımından səciyyələndirilməsidir. Mikrofonun yönəlmə diaqramından 

baş çıxarmaq və videoistehsal zamanı ondan düzgün istifadə etmək ona görə 

lazımdır ki, insan qulağından fərqli olaraq, mikrofonlar heç nəyə və heç kəsə 

fərq  qoymur.  Onlar  öz  həssaslıq  həddi  daxilində  hər  hansı  səsə  reaksiya 

verərək, önəmli səsi önəmsiz səsdən ayırmırlar. İzdihamın arasında da yanar kən 

görür sünüz ki, ətrafınızdakılar bir­biri ilə söhbət edir. Amma sizi o söh bət lər­

dən yalnız biri maraqlandırdığından, maraqlı bilmədiyiniz danışıqlara fi kir ver­

mə yib, məhz həmin söhbətə qulaq asırsınız, yəni başqa söhbətlərdən təc rid olu­

na raq, sizi maraqlandıran danışığı seçib, qulaq asmağa qadirsiniz. Biz hə mi şə 

belə seçimli qavrayışdan istifadə edirik. Ancaq o izdihamın arasında mik rofon 

qoyub, həmin mikrofonun istiqamət diaqramını nəzarətdə saxla ma yanda, səs­

ləri seçimli şəkildə qeydə almaq mümkün olmayacaq. Mikrofon yal nız müəy ­

yən bir səmtdən gələn səslərə həssas olanda və yerdə qalan bütün səs ləri duy­

mayanda, bəlli seçim imkanı qazanmaq mümkündür. 

Şəkild 58. Mikrofonun yönəlmə diaqramı: a) səs təzyiqi qəbuledicisi; b) kardeoid səs

təzyiqli qəbuledici; c) kombinasiyalı akustik; ç) elektrik kombinasiyalı




85

 

Bütün istiqamətlərdən gələn səslərə həssaslıq göstərən mikrofonlara yö nəl­



dilməyən mikrofon deyilir. Yan tərəfdən deyil, yalnız öndən və arxadan gələn 

səslərə  həssas  mikrofonlar  qoşayönlü  və  ya  iki  istiqamətli  mikrofon  adlanır. 

Ürəkşəkilli yönəlmə diaqramı olan mikrofonlar da mövcuddur. Bu mikrofonlar 

öndən gələn səslərə son dərəcə həssasdır, ancaq yandan və arxadan gələn səs­

lərə nisbətən az həssaslıq göstərir. Belə mikrofonların frontal, yəni ön həs saslığı 

bir az da yüksəkdir. Bunlar itiyönümlü mikrofonlar sayılır və bir qayda olaraq, 

birbaşa mikrofon önündəki, əsasən, ən çox itibucaq altındakı səslərə həs sasdır. 

Çox  vaxt  belə  mikrofonları  nazik  çubuq  kimi  hazır ladıq larından,  onları  “lülə 

mikrofon” adlandırırlar. 

Studiyadankənar çəkilişdə yönəldilməyən, kardeoid və superkardeoid mik­

rofonlar daha çox istifadə edilir. Geniş meydanda və ya bir mikrofonla bir neçə 

adamın səsini yazmaq diaqramına görə, daha yüksək seçim tələb ediləndə, kar­

deoid  və  superkardeoid  mikrofonlar  səmərə  verir.  Məsələn,  əgər  səsin  qəbul 

sahə  sini, tutalım, bütöv qrup səviyyəsindən bir adam səviyyəsinədək daramaq 

la zım gələrsə, itiyönümlü mikrofondan faydalanmaq olar. 

Mikrofonların təsnifatı

Yönəlmə diaqramından başqa mikrofonlar quruluşca da bir­birindən fərq lənir.  

Mikrofonların  iş  prinsipi  səs  qaynağından  gələn  akustik  dalğa  dəyiş kən­

liklərini qeydə almaqdan ibarətdir. Hər mikrofonun içərisində səsin güc və key­

fiyyət dəyişkənliklərinə reaksiya verən həssas membran var. Bu membran səs 

dal ğalarını elektrik səs dalğalarına çevirir. Ayrı­ayrı mikrofonlarda səsin elek­

trik cərəyanına çevrilməsinin müxtəlif prinsiplərindən istifadə olunur. Bu prin­

siplər müxtəlif mikrofon tiplərinin təsnifatı üçün başlıca əsaslardan biri sayılır. 

Studiyadankənar  teleistehsalda  ən  çox  yayılmışı  iki  tip  –  elektrodinamik  və 

kon den satorlu mikrofonlardır. 



Elektrodinamik  mikrofon  maqnit  dalğalarına 

bir ləşdirilmiş membrandan ibarətdir. Membranın hə rə ­

kəti dolağa ötürülür və bu, mikrofon daxilində maq nit 

sahəsinin dəyişilməsinə səbəb olur. Au dio siq nal da elə 

budur. 

Elektrodinamik  mikrofonlar  çox  dözümlüdür  və 



ola  bilsin  ki,  teleistehsalda  ən  çox  onlardan  istifadə 

edilir. Yüksəkkeyfiyyətli  peşəkar  mikrofonlar  ilə  mü­

qayisədə onlar nisbətən ucuzdur və bir qayda olaraq, 

yaxşı  amplitud  tezlik  sə ciy yəsinə  malikdir.  Ancaq 

elek trodinamik mikrofonların bir çatışmazlığı var dır – 

onlar kondensatorlu mikrofonlar kimi yüksək tez likli 

səslərə həssas deyillər. 

Şəkil 59. Kondensatorlu 

(elektrostatistik) mikrofon



86

Kondensatorlu  (elektrostatik)  mikro fon la­

rın işləməsi üçün ya dəyişən cərə yan qaynağı, 

ya  da  batareya  olmalıdır.  Bu  mikrofonlarda 

siq nalı hazırlamaqdan ötrü kondensatorlardan 

istifadə  edirlər.  Kondensatorlar  mikrofonun 

ön his səsində yönəldilmiş mütəhərrik tənə kə­

dən (və ya lövhədən) və onun arxasına qoyu­

lan tərpənməz tənəkədən ibarətdir. Hər iki tə­

nə kə elektrik yükü daşıyır və səs ön tənə kəyə 

toxunana kimi gərginlik dəyişir. 

Elektret  mikrofonlar  –  kondensatorlu 

mik rofonların yayılmış növüdür. Kondensatorlu adi mikrofonlar da öz quru lu şu­

na görə fərqlənir. Elektret mik rofonlar sabit elektrik yüklü kondensatorla bu ra­

xıldıqlarından, yalnız ba laca batareyaya ehtiyac hiss edir. Həmin batareya mik­

rofondan  çıxış  siq nalını  işlək  səviyyəyə  qaldırılmasını  gücləndirmək  üçün dür. 

Nəticədə, elektret mikro fonlar, adətən, öz ölçülərinə görə konden satorlu mikro­

fonlardan qat­qat kiçik olur. Onlardan portativ kameralara qoşub bər kit mək üçün 

və kiçik mik ro fonlar tələb olunan digər vəziyyətlərdə tez­tez isti fadə edi lir.

Peşəkar  kondensatorlu  və  elektret  mikrofonlar  veriliş  teleistehsalında  geniş 

yayılıb. Bir çox telefilmlərin səsi yüksək keyfiyyətli və itiyönlü mikrofonlarla ya­

zılır. Elektret mikrofonlardan çox vaxt “ilgək”, yaxud “sancaq” mikrofonlar ki mi 

istifadə edilir. Xeyli kiçik ölçüləri kadrda onları, demək olar ki, görünməz edir.

Kondensatorlu  mikrofonların  bir  sıra  üstünlükləri  var.  Onlar,  xüsusən 

yüksəktezlikli səslərə son dərəcə həssasdırlar. Bundan başqa belə mikrofonları 

çox kicik ölçülərdə hazırlamaq mümkündür. Həmin mikrofonların qüsurlu cə­

həti, onların adətən, çox baha olmasında, tezliklə sıradan çıxmasında və elek­

trik enerjisinə olan ehtiyacındadır. Batareyadan deyil, dəyişək cərəyan qay na­

ğından  qidalanan  kondensatorlu  mikrofonlardan  istifadə  edirsinizsə,  studiya­

dankənar istehsal zamanı, yəqin ki, çox əziyyətlərə qatlaşmalı olacaqsınız. 

Daha bir peşəkar mikrofon tipi lent mikrofonlarıdır. Bu mikrofonlar quru­

luşca metal folqadan hazırlanan ensiz lentdən ibarət olduğu üçün son dərəcədə 

böyük, həm də yepyekə görünür. Öz əla texniki səciyyələrinə görə indiyədək 

radioda geniş istifadə edilən lent mikrofonları elə əvvəlcədən radio üçün düzəl­

dildiyindən,  həm  də  yekə  ölçülərinə  və  hədsiz  kövrəkliyinə  görə  studi ya­

dankənar istehsalda tək­tək hallarda istifadə olunur. 

Və nəhayət, ən ucuz və ən keyfiyyətli mikrofonlar pyezokristalların və ya­

xud  kömür  elektrodların  köməyilə  audiosiqnal  doğurur.  Daha  çox  səsyazma 

üçün nəzərdə tutulan bu iki mikrofon tipi (qrafit mikrofonlardan, adətən, te le­

fon  texnikasından  istifadə  edilir)  peşəkar  teleistehsalın  tələb  etdiyi  səs yaz ma 

keyfiyyətinə təminat verir. 

Şəkil 60. Dinamik mikrofonun quruluşu



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə