Video cekilish texnologiyasi cdr


Montaj yolu ilə materialın təsir gücünün artırılması



Yüklə 0,99 Mb.
səhifə44/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

120

Montaj yolu ilə materialın təsir gücünün artırılması

Dinamik montaj hadisələri, sadəcə, məntiqi ardıcıllıq göstərmək üçün deyil, 

çəkilmiş səhnənin seyrçiyə təsirini maksimum gücləndirməkdən ötrü tətbiq edilir. 

Buna görə də dinamik montaj üçün planların seçilməsi ardıcıl montaj kadrlarının 

seçilməsindən fərqlənir. Dinamik montaj olayların bir qədər qabarıq və dramatik 

təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstünlük verir və bu baxımdan 

məqsədi, sadəcə, hadisələri göstərmək olan ardıcıl mon tajdan se çilir.

Xronologiyanın pozulması

Dinamik montajda hadisələrin xronoloji qaydası tez­tez pozulur. Yəni öncə 

bir, sonra digər olayı  ardıcıl şəkildə göstərmək yerinə (ardıcıl montaj edildiyi 

kimi dinamik montajda ayrı­ayrı vaxtlarda və ya eyni zamanda, ancaq müxtəlif 

yerlərdə baş verən hadisələrin əvəzləmə üsulu ilə göstərilməsi – paralel montaj 

tətbiq  olunur).  Onların  başlıca  açıqlama  xəttinə  münasibətdə  montajçı  geriyə 

(flash back), yaxud irəliyə keçid effekti (flash forward) yaratmaqla, keçmiş və 

gə ləcək zamanları göstərən planları da növbələşdirə bilər.



Montaj ritmi

Ardıcıl montaj zamanı keçidlərin ritmini, adətən, göstərilən hadisənin ritmi 

(ya  iştirakçıların  hərəkətləri,  ya  da  dialoqla)  müəyyənləşdirir.  Dinamik  mon­

tajda  ritm  hadisəyə  nisbətən  kənar  amillərdən  daha  da  asandır.  Daha  çox  ya­

yılmış iki üsul – musiqiyə və zamana görə montajdır.

Musiqi əsasında montaj dedikdə, musiqi əsərinin ritminə və ya melo diya­

sına uyğun olaraq əlaqəli və ya əlaqəsiz planların bir­birinə calağı – yapış dı­

rılması nəzərdə tutulur. Belə montajın ən basmaqəlib üsulunun da plan keçid 

musiqisinin ölçüsünə, ahənginə tam uyğun şəkildə, heç bir yayınmasız həyata 

keçirilir. Daha maraqlı montaj çözülmələrində plan keçidləri melodik keçimə, 

musiqi  tempinin  və  ya  səslənmə  intensivliyinin  dəyişməsinə  uyğun  olaraq 

gerçəkləşdirilir.

Zamana görə montaj dedikdə isə, planın davametmə müddətinin məzmuna 

görə  yox,  zaman  kəsiyinə  görə  müəyyənləşdirmə  üsulu  nəzərdə  tutulur.  Mə­

sələn, siz ayrılıqda hər planın iki saniyə sürən bir silsilə keçid edə bilərsiniz. 

Yaxud həmin planları musiqinin ölçüsünə görə montaj etməniz də mümkündür 

və  bu  zaman  müxtəlif  uzunluqlu  planların  bir­birini  əvəzləyib  təkrar  etməsi 

montajın ritmini müəyyənləşdirəcək.




121

§38. Keçidlər

  

Əksər  xırdaformatlı  televiziya  quruluşçularının  sərəncamında  çox  sadə 



mon  taj sistemləri var. Plandan plana keçmək üçünsə bircə yol seçə bilərlər – 

planların  yapışdırılması  və  ya  plan  uclarının  birbaşa  calağı.  Kino  və  video 

mon tajda planların yapışdırılmasından daha çox yararlanırlar. Planların yapış­

dı rılması, onların bir­birini ani olaraq əvəz etməsi deməkdir. Yapışdırma effekti 

gözvurma effektini xatırladır; yapışdırılan planların arasında nə boşluq qalır, nə 

də yapışdırma xətti.

Prodüserin sərəncamında videomikşer, yaxud adi montaj masasından daha 

mürəkkəb  olan  digər  avadanlıq  varsa,  montaj  keçidlərini  başqa  vasitələrlə  də 

ger çəkləşdirmək mümkündür.

Keçidi əsaslandırmaqdan ötrü planın məzmunundan yararlanın

Ardıcıl montajda, adətən, hər montaj keçidi əsaslandırılmalıdır. Başqa söz­

lə, plandan plana keçmək üçün aydın səbəb olmalıdır. Belə səbəblərin iki əsas 

qay nağı var – mətn və olay.

Montaj keçidlərinin əksəriyyəti ekrandan deyiləndə əsaslandırılır. Məsələn, 

hər sualdan sonra cavab, bədii dialoqun hər atmacasından sonra cavab replikası 

gəlməlidir. Belə hallarda montajçının vəzifəsi materialı elə yapışdırmaqdır ki, 

hər bir replika anlaşılsın və videosırada əhvalatın inkişafı, həmin əhvalatın dia­

loqdakı inkişafı ilə üst­üstə düşsün. Videosıranın montaj ritmi də dialo qun rit­

mi nə tam uyğun gəlməlidir. Buna nail olmaqdan ötrü, adətən, montaj ca laq la­

rını dialoqdakı təbii fasilələrlə üst­üstə salırlar. Montaj keçidini əsas landır ma­

ğın digər mühüm qaynaqlarından biri ekranda baş verənlərdir. Hərəkət anın da o 

vaxt calaq etmək asan olur ki, montajçının sərəncamında eyni hərəkəti ardıcıl 

şəkil və müxtəlif bucaqlardan əks etdirən bir plan olsun. Yaxşı quruluş çu hə­

mişə çalışır ki, montajçını belə çəkiliş materialı ilə təmin etsin. İndi bu üsula əl 

atarkən çox vaxt bir­biri ilə çox bağlı olan iki görüntü arasındakı münasibəti 

vurğulamaq istəyirlər. İşarma, yəni zəncirləmə üsulu ilə, verilişin qəhrəmanının 

gənclik fotosundan qocalıq fotosuna keçməklə, həm ötən za manı, həm də bu 

zamanın gətirdiyi dəyişiklikləri vurğulamış ola caqsınız.

Sıxışdırma və ya pərdə – bu elə keçid üsuludur ki, ekrandakı bir neçə gö­

rün tü bir­birinin üstünə artırılmadan qarışdırılır. Keçid zamanı bir görüntü san­

ki digəri tərəfindən sıxışdırılıb çıxarılır; iki görüntü arasındakı hüdud həm kəs­

kin, həm də rəvan ola bilər. Sıxışdırmanın şəkil və dinamikası videomikşer pul­

tunda  müvafiq  düymənin  basılması  ilə  müəyyənləşdirilir.  Standart  sıxış dır ma 

şəkilləri, yaxud fiqurları sırasında dairənin, kvadratın, diaqonalın, rom bun və s. 

adlarını çəkmək olar.

Pərdə  vasitəsilə keçid əvvəllər telereklamlarda çox  yayılmışdır,  ancaq xə­

bərlərdə və bədii tamaşalarda az tətbiq edilirdi. İndi pərdəni, demək olar ki, hər 




122

yerdə  xüsusi  effekt  generatorlarının  köməyilə  yaradılan  rəqəmli  xüsusi  ef­

fektlər  əvəz  edib.  Yayılmış  dinamik  xüsusi  effekt  fiqurları  arasında  (tutalım, 

“səhifələmə” sanki təqvim yarpaqları kimi atılır və s.) və görüntünün kürəyə, 

fırlanan kubun bir üzünə və s. çevrildiyi silsilə tutum effektlərini qeyd etmək 

olar.


Rəqəmli  xüsusi  effektlərin  digər  yayılmış  növü  –  sıxma  (buna  “kom pres­

sor” da deyilir) və yayma üsullarıdır. Həmin üsullara görüntünü şaquli və ya 

üfüqi  xətt  üzrə  sıxmaq,  yaxud  genişləndirmək  nəticəsində  nail  olmaq  müm­

kündür.  Sıxma  yolu  ilə  bütün  ekranı  tutan  görüntünü  istənilən  ölçüyədək 

kiçiltmək və ekranın hər hansı hissəsində yerləşdirmək olar. Yayma yolu ilə ek­

ranın bir hissəsini tutan kiçildilmiş görüntünü bütün ekranı tutuncaya qədər bö­

yüt mək mümkündür.

Televiziyada  montaj  keçidlərində  rəqəmli  xüsusi  effektlərdən  tez­tez  isti­

fadə edilir. Ancaq yalnız yüksək səviyyəli  telemərkəzlərin belə effektlər yarat­

mağa imkan verən avadanlığı olur.



Kamera vasitəsilə yaradılan keçidlər

Müasir montaj sistemlərinin, az qala, tam əksəriyyətində mürəkkəb montaj 

keçidləri almağa imkan verən qutularda montaj edirlər. Ancaq işə yaradıcı ya­

naşsan,  hətta  adi  yapışdırma  yolu  ilə,  çəkiliş    prosesində  effektli  və  maraqlı  

montaj keçidlərinə nail olmaq imkanına əsas yaratmaq mümkündür.

Məsələn, zəncirləmə, yaxud işarma effektinin fokusda çəkilməyən plan la­

rını  bir­birinə  yapışdırmaqla  imitasiya  etmək  olar.  Montaj  ardıcıllığına  görə, 

1­ci kadrda veriləcək planın çəkilişini qurtara­qurtara, görüntünü tədricən fo­

kus dan çıxararaq, çevriləcək planın çəkilişinə yayğın təsviri lentə alın. Hə min 

montaj  ardıcıllığı  üçün  növbəti  planın  çəkilişinə  yayğın  plandan  başlayıb, 

yavaş­yavaş planı fokusa gətirərək kəskinləşdirin. Kəskinləşdirmə ritmi fo kus­

dançıxarma ritminə yaxşıca uzlaşarsa və planlar yayğın görüntülərin bir­birini 

əvəzlədiyi  nöqtədə  dəqiq,  yapışdırılarsa,  montaj  calağı  əslində  nəzərə  çarp­

mayacaq və belə keçidin effekti işarma effektinə oxşayacaq. Qaraltmaya baş­

vurma  və  qaraltmadan  işarma  effektlərini  çəkiliş  vaxtı  diafraqmanı  bağ la yıb­

açmaqla yamsılamaq olar. İstehlakçı videokameraların çoxunda “fa de­in/fade­

out”  tənzimləyicisi  var.  Bu  tənzimləyici  elektronikanın  köməyi  ilə  çəki liş də 

qaraltma effekti yaradır.

Studiyadankənar çəkiliş vaxtı kameranın hərəkətini əvvəlcədən planlaş dı ra­

raq  panoramın  sürət  və  istiqamətini,  kameranın  enmə  və  qalxmasını,  görün­

tünün yekəltmə və sırdalatmalarını tənzimləməklə də maraqlı montaj effektləri 

almaq mümkündür. Kamera eyni istiqamətli və sabit sürətli hərəkətini davam 

et dirdiyi müddətdə bir plandan başqa tətbiq edir.



123

§39. Montaj prosesində səs

Səs videolent  montajının ən mühüm elementlərindən biridir. Montaj tex no­

logiyası baxımından fonoqramın və təhrif edilməmiş səslənməsini təmin etmək 

üçün səsyazmanın keyfiyyətini tənzimləmək vacibdir. Estetik tələblər baxı mın­

dan, fonoqram montaj edilmiş materialın ovqat və ritminə və deməli, proqramı 

izləyən  seyrçilərin  təəssüratına  önəmli  təsir  göstərir.  Montaj  zamanı  fonoqra­

mın hazırlanması üçün üç mərhələni qeyd etmək olar; səs sırası ele mentlərinin 

seçilməsi, onların ardıcıl yerləşdirilməsi və birləşdirilib işlən məsi.



Fonoqram elementlərinin seçilməsi

Fonoqram  montaj  edərkən,  çözmək  gərək  olan  başlıca  məsələ  –  bu  fono­

qrama  hansı  səsyazmaların  daxil  edilib­edilməməsidir.  Montajçı  öncə  çəkiliş 

vi deolentdə yazılan materialı seçməli, daha sonra əlavə səs yazısını lazım olub­

olmamasını  dəqiqləşdirməlidir.  Əlavə  material  şərh,  musiqi  və  səs  effektini 

əha tə edə bilir.

Montaj edilməyən material müsahibədən ibarətdirsə, montajçıya mü sa hibə 

verənin ən ifadəli və ya informativ deyimləri gərəkli sayıla bilər. Montajda belə 

məqamlar səsli parça və ya sinxron adlanır. Sinxronları şərh və ya diktor mət ni­

nin  köməyi  ilə  bir­birinə    birləşdirmək  mümkündür.  Bundan  ötrü  ayrıca  şərh 

yazıb lentə almaq gərəkdir. Səsə gəlib, özü ekranda görünürsə, bu hal kadr lar­

arası  şərh  adlanır.  Şərhçi  öz  mətnini  kamera  qarşısında  söyləyirsə,  bu  ha la 

kadr da şərh və ya sinxron deyilir.

Ayrı­ayrı videokasetlərin səs cığırlarına yazılan musiqi, mətn və səs effekt­

ləri, daha sonra montaj zamanı proqramın yekun variantını əks etdirdiyi ka set­

də birləşdirilə bilər. Fonoqramlar cəmləşdirilib­birləşdirilən zaman, adətən “qa­

ra lama”  videosıra  yazılmış  və  hər  iki  səs  cığırı  boş  olan  kasetlərdən  istifadə 

edilir. Boş səs cığırlarına gərəkli əlavə mətnləri, musiqi və ya səs effektlərini 

yazmaq mümkündür. Hər montajçının sərəncamında, bir qayda olaraq, bir neçə 

“qaralama” kaset olur. Montaj gedərkən videogörüntülərə vaxt itirmədən, hə­

min kasetlərə yazılmış fonoqram bölümlərini dinləmək mümkündür.   

Səs bölümlərinin (seqmentlərinin) ardıcıl yerləşdirilməsi

Başlıca səsyazma bölümlərini seçib qurtardıqdan sonra, montajçı onları gə­

rəkli  ardıcıllıqla  yerləşdirməlidir.  Hansı  məqsəd  üçün  nəzərdə  tutulsa  da,  bu 

bölmənin müəyyən nizamlı olmasıdır. Bədii teletamaşada, yaxud tədris proq ra­

mında həmin qayda bu verilişlərin sərt strukturundan irəli gələ bilər – axı sa da­

ladığımız veriliş tipləri maksimal dramatik və ya informativ effekt almağı nə­

zərdə  tutur.  Sınaq  xarakterli  proqramda  fonoqram  bölümlərinin  yerləşmə 



124

qaydasını digər mülahizələr müəyyənləşdirə bilər. Ancaq hər bir halda həmin 

qaydanı təmin etmək yolları dəqiqləşdirilməlidir.

Fonoqram seqmentlərinin (bölümlərinin) yerləşmə qaydasını ay dınlaş dı ran­

dan sonra, montajçı onlar arasındakı keçidlərin xarakterini müəyyən etmə lidir. 

Mətni  montaj  edərkən,  ən  yayılmış  keçid  növü  birbaşa  yapışdırmadır.  Fono q­

ramın  bir  bölümü  bitir  və  növlərini  quraşdırarkən  montajçı  səsin  tədriclə  sez­

dirilməsindən, yaxud üstdənyazı üsulu ilə lentə alınmasından faydalana bi lər.

Montajçının vəzifəsinə bütün səs qaynaqlarının nəzərə alınması və səsyaz­

ma  keyfiyyətini  dəyişib­dəyişməmək  məsələsinin  dəqiqləşdirilməsi  daxildir. 

Əgər  natura  çəkilmiş  ayrı­ayrı  kasetlərdə  səslərin  keyfiyyəti  önəmlı  dərəcədə 

fərq lənirsə, fonoqramın maksimum yekcinsliyinə nail olmaqdan ötrü qrafik ek­

va layzerdən faydalanmaq lazımdır.

NƏTİCƏ

 

Montaj  çəkiliş  planlarının  seçilməsi  və  müəyyən  qaydada  yer ləş diril mə si­



dir. Videolentin montajı çəkiliş bitəndən sonra gerçəkləşdirilir.

Videolent,  montajçı  quruluşçu  qrupun  potensial  baxımından  ən  yaradıcı 

üzv lərindən biridir. İki montajçı tipi var: çəkiliş materialının tərtib hissəsində 

özləri qərar qəbul edən müstəqil sənətkar montajçılar və tabelikdəkilər – baş qa­

larının çıxardığı qərarı yerinə yetirən texniklər.

Montajın iki üslubu və ya iki üsulu var – ardıcıl və dinamik montajlar. Ar­

dıcıl montajın məqsədi zaman və ya məkan sapmalarına yol vermədən, hadi­

sənin rəvan inkişafını təmin etməkdir. Montaj zamanı ardıcıllığa nail olmaqdan 

ötrü bunları yadda saxlamaq lazımdır:

•  müəyyənləşdirilmiş kompozisiya planını pozmayın;

•  planları tətbiq edərkən, baxış xəttindən faydalanın;

•  hərəkət istiqamətini pozmayın;

•  montaj keçidlərini əsaslandırmaq üçün planın məzmunundan yararlanın.

Dinamik montaj, sadəcə, məlumat çatdırmaq yox, həm də ekrandan gör dük­

lərimizin  təsirini  maksimum  gücləndirmək  vasitəsidir.  Özəl  ifadəli  planların 

seçilməsi, xronologiyanın pozulması və vurğulayıcı ritm dinamik montajın mü­

hüm elementləridir.

Ayrı­ayrı  planlar  montaj  keçidi  vasitəsilə  birləşdirilir.  Teleistehsalda  ən 

geniş  yayılan  montaj  keçidi  yapışdırmadır.  Digər  keçidlər  sırasına  qaraltma, 

işartma (zəncirləmə), sıxışdırma və müxtəlif rəqəmli xüsusi effektlər daxildir.

Televiziya proqramının montajı zamanı təkcə fonoqram deyil, fonoqramın 

da montajı çox önəmlidir. Montaj prosesində fonoqram tərtibinin – səs sırası 

elementlərinin  seçilməsi,  onların  yerləşmə  ardıcıllığı,  cəmləşdirilib  işlənməsi 

mərhələlərini qeyd etmək olar.




125

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.  Д. Миллерсон. “Технология телевизионного производсва”, 

“Искуство”. Москва 1972.

2.  Н.Н.Кудряшов, А.Н.Кудряшов. “Справочник кинолюбителя”  

“Искуство”. Москва 1986.

3.  Q.M.Məhərrəmli. “Kino, televiziya, radio terminləri”. İzahlı lüğət. 

Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat­Poliqrafiya Birliyi, 2002.

4.  Творческий телевизионный менеджмент. М., INTERNEWS, 1994.




126

MÜNDƏRİCAT

I FƏSİL

§1. Video haqqında ümumi məlumat ......................................................................3

§2. Videoyazı formatları .........................................................................................4

§3. Videotexnikanın istismarı .................................................................................7

§4. Kinematoqrafiya və kino çəkilişi ....................................................................11

II FƏSİL 

VİDEOKAMERADAN İSTİFADƏ ........................................................................22

§5. Nələr ekrana düşür ..........................................................................................23

§6. Ekspozisiya .....................................................................................................33

§7. Kamera ilə davranış  .......................................................................................36

§8. Əsas çəkiliş prinsipləri ....................................................................................41

§9. Görüntünün kompozisiyası .............................................................................43

§10. Montajın öncədən düşünülməsi ......................................................................50

III FƏSİL

İŞİQLANDIRMA .....................................................................................................53

§11. Əsas işıqlandırma ............................................................................................54

§12. Maksimal görüntü kontrastı ............................................................................56

§13. Rəng ................................................................................................................57

§14. İşıqlandırma avadanlıqları ..............................................................................61

§15. Parlaqlığa nəzarət ............................................................................................66

§16. Digər avadanlıqlar ..........................................................................................68

§17. İşıq aparatları ilə işlərkən təhlükəsizlik tədbirləri ..........................................69

§18. Estetik amillər .................................................................................................70

§19. İşıq ..................................................................................................................71

§20. Üç nöqtədən işıqlandırma ...............................................................................73

§21. İşıqlanma problemləri .....................................................................................78

Nəticə ......................................................................................................................80

IV FƏSİL

SƏS ............................................................................................................................82

§22. Texniki amillər ................................................................................................83

§23. Mikrofonların səciyyəsi ..................................................................................84

§24. Əl mikrofonları ...............................................................................................88

§25. Telli və telsiz mikrofonlar ...............................................................................91

§26. Birləşdiricilər ..................................................................................................95

§27. Mikşerlər .........................................................................................................96

§28. Standart səsyazma prosedurları ......................................................................97

§29. Səsyazmanın keyfiyyətinə nəzarət ..................................................................99

§30. Əlavə çətinliklər ............................................................................................100




127

§31. Səs əlavəsi rejimində montaj ........................................................................103

§32. Səsyazmanın estetikası .................................................................................104

§33. Akustik perspektiv və səsin iştirakı ..............................................................107

Nəticə ....................................................................................................................111

V FƏSİL 

VİDEOLENTİN MONTAJI .................................................................................114

§34. Estetik parametrlər ........................................................................................114

§35. Montajın rolu ................................................................................................115

§36. Montajın növləri ...........................................................................................116

§37. Dinamik montaj ............................................................................................119

§38. Keçidlər .........................................................................................................121

§39. Montaj prosesində səs ...................................................................................123

Nəticə ....................................................................................................................124




Buraxыlыøa mяsul  SEVИL ИSMAYЫLOVA

Ðедаêтор ÔЯÐИÄЯ ÑЯÌЯÄОÂÀ

Ñяhifяlяéèúi  ÑЯÀÄЯÒ ЩЯÑЯÍОÂÀ

Äèçаéнер ÅЛШЯÍ ÃÓÐÁÀÍОÂ

Ê

ор ÝЦЛÒЯÊИÍ ÉÓÑИÔОÂÀ



orrekt

Nяøriyyat direktoru  RAS M MЦZЯFFЯRL

И

И

Ôèçèêè ÷ап вярягè 8,0. Ñèôарèø 12 075. Òèраж 500



ÝЦЛЯРЯЛИЯШÐЯÔ

ЯЛИÉÅÂÀ

гыçы


Чапа èìçаëанìыøдыр: 29.12.2012. Ôорìат 70х100 1/16. Оôсет ÷апы.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə