Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə41/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

112

səsin təmizliyinə mane olur. Səsin iki əsas fiziki səciyyəsi – səsin güclü (şid­

dətli və səs tonunun) yüksəklik dərəcəsidir. Onlar amplitud və akustik dal ğa­

ların rəqs tezliyindəki fərqlərlə müəyyənləşdirilir. Səsin ucalığı desibellə (dB), 

tezliyi isə saniyədəki dövrəsi və ya Herslə (Hs) ölçülür.

Səs  akustik  siqnalı  elektromaqnit  siqnala  çevirən  mikrofonla  tənzimlənir. 

Mik rofonlar, yönəlmə diaqramlarına, quruluş, tezlik­amplitud səciyyələrinə və 

tam müqavimət göstəricilərinə görə (impedansa görə) fərqlənir. Mikrofonların 

geniş yayılmış yönəlmə diaqramları sırasında yönəldilməyən, kardioid və su­

perkardioid  diaqramların  adını  çəkmək  olar.  Superkardioid  mikrofonları  iti­

yönümlü və ya “lülə” (top lüləsi) mikrofon da adlandırırlar. Studiyadankənar 

səsyazmada daha çox tətbiq edilən mikrofonlar quruluş tipinə görə, dinamik və 

kondensatorlu  mikrofonlara  bölünür.  Ən  çox  yayılmış  kondensatorlu  mikro­

fonlar  arasında  elektrod  kondensatorlu  mikrofonların  adı  çəkilməkdədir.  Lent 

mikrofonları  və  pyezokristal  mikrofonlar  yüksəkkeyfiyyətli  studiyadankənar 

səsyazma zamanı az­az istifadə olunur.

Mikrofonun tezlik­amplitud səciyyəsi (TAS) səsyazma şəraitinə uyğun gəl­

məli  və  həmin  mikrofon  elə  yerləşdirilməlidir  ki,  səsin  optimal  qeydiyyatını 

təmin etsin. Mikrofonun tam müqavimətini də nəzərə almaq lazımdır. Peşəkar 

mikrofonların və siqnal girişlərinin əksəriyyəti aşağı impedansa malikdir. Stu­

diyadankənar  səsyazmada  yüksək  impedanslı  mikrofonlardan  da  ara­sıra  isti­

fadə edilir, ancaq onların kabelinin uzunluğu 6­7 metri keçəndə, siqnalın key­

fiy yəti nəzərəçarpaçaq dərəcədə aşağı düşə bilər. 

Studiyadankənar  çəkilişlərdə  çox  vaxt  kameraya  bərkidilmiş  mik rofon lar­

dan  yararlanırlar.  Həmin  mikrofonlar  həm  kameranın  içərisində  quraşdırıla, 

həm də onun gövdəsinə bərkidilə bilər. Bu mikrofonların başlıca üstünlüyü on­

lardan  istifadə  rahatlığıdır.  Əsas  çatışmazlıqları  isə  çəkiliş  məsafədən  apa rıl­

dıqda səs qeydiyyatının aşağı keyfiyyəti və kənar küylərə həssaslıqlarıdır. Söh­

bət həm təbii küydən, həm də kameranın çıxardığı səsdən gedir.

Bu  səbəbdən  studiyadankənar  istehsalda  kameraya  bərkidilməyən  kənar 

mikrofonlar  geniş  tətbiq  edilir.  Əsas  geniş  mikrofon  tipləri  bunlardır:  əl  

mik rofonları, ilgək mikrofonlar, təzyiq zonası mikrofonları, itiyönümlü “lülə” 

mik rofonlar,  təmas  mikrofonlar,  asma  mikrofonlar.  Kənar  mikrofonları  möh­

kəm və bərk səth üzərində quraşdırmaq, rahatlıq üçün dayaq, yaxud ştativlərə 

bər kitmək və ya yerlərini dəyişən səs qaynaqlarını kameranın arxasından izlə­

məkdən ötrü, mikrofon “durnaları”ndan asmaq olar.

Studiyadankənar mikrofonlar telli və telsiz olur. Telli mikrofonlar səs kabeli 

vasitəsilə birbaşa videomaqnitofona birləşdirilir. Telsiz mikrofonlar (və ya ra­

dio mikrofonlar)  miniature  radioötürücü  vasitəsilə  videomaqnitofon  qoşulmuş 

qə bul ediciyə səs siqnalları göndərir.




113

Mikrofon  kabelləri  simmetrik  və  qeyri­simmetrik  olur.  Simmetrik  xətlər  

kə nar  əngəllərdən  təcrid  edilib,  qeyri­simmetrik  xətlərsə  həmin  əngəllərdən 

təc  rid edilməyib.

Mikrofonun  qeydə  aldığı  səs  siqnalı  uyğun  giriş  vasitəsilə  səyyar  video­

maqnitofona  göndərilir.  Giriş  siqnalı  iki  cür  olur:  zəif  və  gücləndirilməyən 

mik  rofon səviyyəli siqnal və səviyyəli gücləndirilmiş  siqnal.

Səs qaynaqlarını videomaqnitofon girişlərinə yalnız müvafiq oyuq və dəyiş­

dirici açarlarla birləşdirmək mümkündür.

Bir neçə səs siqnalı girişi olanda, bir neçə siqnalı bir siqnalda birləş dir mək­

dən ötrü səs mikşerindən istifadə etmək mümkündür. Mikşerlərin aktiv və pas­

siv növləri vardır. Aktiv mikşerdən istifadə edərkən, hər giriş kanalında siq nal 

səviyyəsini eləcə də ümumi (yekun və toplam) səviyyəni tənzimləmək gə rəkdir.

Proqramın çəkilişinə hazırlaşarkən, onun səs hissəsinin (səs sırasının) quru­

luşunu  yaxşı  düşünmək  lazımdır.  Bu  məsələlər  həllini  tapmalıdır:  sərhçinin 

olma sı, ya olmaması, müsahibə suallarının kamera qarşısında, yoxsa kadr arxa­

sında lentə alınması, interküyün yazılması və musiqi sırası, eləcə də səs effekt­

lərinin gərəklilik dərəcəsinin qiymətləndirilməsi.

Axırıncı məqam mikrofonun vizual təsiri məsələsidir. Mikrofonları gizlət­

mək də olar, kadrda göstərmək də. Çəkilişə davam edərkən, hər bir halda, eyni 

mikrofonlardan istifadə etmək lazımdır ki, hazır proqramın həm video, həm də 

səs sırasını qorumaq mümkün olsun.




114

V FƏSİL. VİDEOLENTİN MONTAJI

§34. Estetik parametrlər

Montaj seyrçinin görmədiyi sənətdir. Yaxşı montaj nəzərə çarpmır. Ancaq bu ­

rası da var ki, ekranda gördüklərimizin hamısı həmişə montajçının əlindən ke çir.

Montaj çəkiliş filmin, publisistik, ədəbi musiqili və s. verilişin ayrı­ayrı his­

sə lərinin (epizodlarının), parçaların bədii və məna cəhətdən təsvirlərin məq sə də­

uyğun  şəkildə  seçilərək  birləşdirilməsi,  filmin  ardıcıl  çəkilməyən  səh nə lə rinin 

ssenariyə  uyğun  ardıcıl  seçilməsindən,  yəni  tamaşaçılara  ekranda  gös tə ri ləcək 

qaydada düzümündən ibarət yaradıcılıq əməliyyatıdır. Bu proses mon tajın tex­

niki mahiyyətidir. Lakin montajın həm də sırf yaradıcılıq cəhətləri var. Montaj 

filmin yaradılmasının bütün mərhələlərində – ssenaridə, operator işində və çə­

kiliş materialının şərhində, təsvirin səslə birləşdirilməsi prosesində zə ru ridir.

Müxtəlif janrlı filmlərin montajında müxtəlif üsullar tətbiq olunur. Lakin ki ne­

matoqrafik  təsirin  bütün  digər  elementləri  kimi  montaj  da  həmişə  kino  əsə ri nin 

zəruri  tərkib  hissəsidir.  TV  montajını  iki  mərhələyə  ayırmaq  olar:  proq ra mın 

istehsal prosesindəki montajı və istehsaldan sonrakı montaj. Mon ta jın kons truktiv, 

paralel, ardıcıl, dinamik (çevik), ritmik, çarpaz, assosiativ və s. növ ləri vardır.

Televiziya  rejissorları  proqrama  daxil  edilən  planları  seçib  müəyyən  ardı­

cıllıqla düzməyi həmişə bacarıblar. Hələ istehsalsonrası montaj mövcud ol ma­

dığı vaxtlarda belə seçmə yazılışın, yaxud birbaşa veriliş gedişində ger çək ləş­

dirilirdi. Aparat otağındakı rejissor pultla eyni zamanda bir neçə tele kanaldan 

siqnal  daxil  olur,  onların  ötürdüyü  görüntülər  isə  monitorlara  çıxa rılırdı.  Re­

jissor  montajları  izləyərək  istədiyi  kameraya  çıxmaq  üçün  düyməni  basırdı. 

Belə  tipli  verilişlərə  təcrübədə  hələ  də  rast  gəlirik.  İdman  trans lyasiyalarının, 

xəbər buraxılışlarının və hətta “sabun operalarının” əksə riy yətində aparat ota­

ğında pult önündə əyləşən rejissor planları seçir və verilişin gedişində bir ka­

meradan digərinə keçməyə komanda verir.

Videolentin istehsalsonrası montajı videoekranı elə translyasiya vaxtı mon­

taj etmək zərurətini aradan qaldırır. Çəkiliş qrupu diqqətini gərəkli materialın 

üzə rində cəmləşdirmək imkanına malikdir və onu çəkilişin sonunadək ayrı­ayrı 

planların necə yerləşdirilməsi rahatsız etmir. Bundan başqa pultla birbaşa mon­

taj, bir qayda olaraq yalnız bir məkanda baş verən hadisəni göstərməyə imkan 

verir.  İstehsalsonrası  montajı  isə  ilkin  olaraq  ayrı­ayrı  yerlərdə  və  ayrı­ayrı 

vaxtlarda çəkilib toplanmış materialı bir verilişin tərkibində birləşdirməyə şə­

rait yaradır.

Bundan  sonra  istehsalsonrası  montajdan  danışarkən  onu  “montaj”  ad lan­

dırırıq.  Birbaşa  canlı  yayım  təsiri  bağışlayan  proqramları,  müsahibələri,  kon­

sertləri əslində materialın lentə alındığı vaxtdan xeyli sonra montaj edirlər.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə