Video cekilish texnologiyasi cdr


Sualların  yenidən  lentə  alınması



Yüklə 0,99 Mb.
səhifə40/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

110

Sualların  yenidən  lentə  alınması.  Müsahibəni  bir  kamera  ilə  çəkərkən, 

reportyorun öz suallarını kadrda verməsini istəyirsinizsə, həmin suallar bir qay­

da  olaraq,  müsahibənin  özü  çəkilib  qurtardıqdan  sonra  lentə  alınır.  Bu  üsul 

sual ların yenidən yazılması adlanır. Həmin üsuldan istifadə edərkən, iki in cə li­

yi yadda saxlamaq lazımdır:

•  Sualları dəqiq şəkildə yenidən lentə almaq lazımdır. Bu suallar eynilə mü sa­

hibənin gedişindəki suallar olmalıdır.

•  Kameraya elə yer seçmək lazımdır ki, yenidən yazılan suallar müsahibənin 

qalan hissələri ilə montaj edilə bilsin.

Sualları  öncədən  yazılmış  ssenari  əsasında  vermisinizsə,  yenidən  yazı  za­

manı həmin ssenaridən faydalanmaq lazımdır. Suallar hazırlıqsız, yəni spontan 

şəkildə səslənibsə, quruluşçu assistent çəkilişin gedişində həmin sualların mət­

nini yoxlamalıdır. Hər hansı səbəbdən bu baş tutmasa və yaxud assistent səs­

lənən sualları düzgün yazdığından əmin deyilsə, səs yazısına qulaq asıb sualları 

qeyd etmək və həmin mətnin əsasında həmin sualları yenidən lentə almaq la­

zımdır.


Ən yaxşısı, müsahibənin çəkilişini bitirən kimi elə həmin şəraitdəcə sualları 

yenidən lentə almaqdır. Çəkiliş bucağını dəyişdirərək, reportyoru kamera qa r­

şısında  müsahibə  verənin  olduğu  nöqtəyə  “əlavə  bucaq”  altında  yerləşdirin. 

Diqqət yetirin ki, suallar cavablara uyuşsun. Yenidənyazma zamanı görüntü fo­

nu na  da  fikir  verin.  Heç  də  vacib  deyil  ki,  müsahibə  verəndə  reportyor  eyni 

fonda çəkilsin, ancaq seyrçidə elə təəssürat yaranmalıdır ki, müsahibə vaxtı on­

ların hər ikisi eyni yerdədir.

Sualların eynən müsahibə çəkilən şəraitdə yenidən lentə almağa çalışmağın 

digər  səbəbi,  suallar  yazılan  fonoqramla,  cavabla  yazılan  fonoqramın  uyğun 

səs ləndirilməsidir.  Çəkiliş  yeri  üçün  səciyyəvi  eyni  səs  fonu  belə  uyğunluğu 

xey li dərəcədə təmin edir.

Sualların yenidən yazıldığı şəraitin, cavabların yazıldığı şəraitlə eyni olması 

ilə  bərabər,  səs  operatorlarının  bir  çoxu  yerli  səs  fonu  yazırlar  (bu,  “pauzanı 

lentə almaq” adlanır). Əgər daha sonra studiya şəraitində fonoqramda hər hansı 

sualı bərpa etmək, təzədən yazmaq və artırmaq lazım gələrsə, həmin yenidən­

yazıya  yerli  səs  fonunu  əlavə  etmək  mümkündür.  Məqsəd  odur  ki,  artırılmış 

sual səslənmə keyfiyyətinə görə qalan rejimdə saxlamaqla, pauzanı birbaşa vi­

deolentdə yazmaq olar. Əgər kameranın içərisində quraşdırılmış yaxşı key fiy­

yətli mikrofon varsa, belə yazının nəticəsi tam yararlı olacaq. Pauza ya zar kən 

sakitliyi  qorumağı  unutmayın.  Ümumiyyətlə,  bunu  daimi  vərdişə  çe virmək 

yax  şıdır, yəni hər ehtimala qarşı azı 30 saniyəlik yerli səs fonu yazın. Bu, mon­

taj da gərək ola bilər.




111

İnterküy

Naturada, yəni açıq havada çəkiliş zamanı həmişə mümkün qədər çox in tel­

lektual  yazmağa  çalışın.  Müvafiq  videosıranı  da  lentə  almağı  yaddan  çıxar­

mayın. Hətta videosıradan kadrarası şərh üçün fon kimi istifadə etmək istəsəniz 

də, hər halda, təbii səs fonunu yazmaq gərəkdir. Diktor mətni belə səs fonu ilə 

bərabər səsləndirir, alınan nəticə həmin mətnin səssiz videosıranı izlədiyi za­

man alınan nəticədən daha yaxşıdır. 

Musiqi və səs effektləri

Çəkilişə hazırlaşarkən, lap əvvəl sizə musiqi və ya səs effektlərinin gərək 

olub­olmaması  barədə  bir  qərara  gəlməlisiniz.  Musiqi  və  ya  səs  effektlərinin 

se çilməsi mətn və yaxud videosıra fraqmentlərinin seçilməsi qədər önəmlidir.

Hazır musiqi yazısından istifadə etmək istəyirsinizsə, müəllif hüquqlarının 

qorunmasına  dair  qanunları  pozmamaq  üçün,  müvafiq  icazə  haqqı  düşün mə­

lisiniz. Ancaq bununla yanaşı, hazır musiqi yazılarından istifadəyə xeyli eh ti­

yatla yanaşmalısınız. İşin mürəkkəb tərəfi odur ki, həmin musiqi auditoriyanın 

əksər hissəsinə məlum olduğu üçün hərədə bir cür təəssürat oyada bilər. Musiqi 

bir adamdan ötrü xoşbəxtliyi, ikincidən ötrü isə itkini rəmzləşdirir. Bu incəlik 

adətən  orijinal  musiqi  fonoqramının  üstünlüyünü  təsdiqləyən  ən  güclü  ar qu­

mentdir. Yalnız sizin film üçün bəslənmiş musiqi, təkcə sizin düşüncənizi ifadə 

edəcək  və  deməli,  düşündüklərinizin  çatdırılmasına  mane  olmayacaq,  əksinə, 

onları daha təsirli göstərəcək.

Əgər  ekranda  baş  verənləri  vurğulamaq  və  ya  təsirini  gücləndirmək  üçün 

musiqidən istifadə edirsinizsə, bu musiqi ilə ovqat oyatmaq, hadisənin yerini və 

zamanını açıqlamaq baxımından videosıraya uyğun gəlməsinə diqqət ye tir mə­

lisiniz.  Musiqi  sırasına  aid  sonuncu  məsləhət  mahnılardan  yararlanmaq  ba rə­

dədir. Bir qayda olaraq, proqrama instrumental musiqi artırmaq, mahnı əlavə 

etməkdən qat­qat asandır və bunun çox sadə səbəbi var – mahnının məzmunu 

seyr çilərdən ötrü münasib olmaya və ya onların diqqətini yayındıra bilər. Musi­

qidən  yalnız  fon  kimi  yararlanmaq  niyyətiniz  varsa,  yaddan  çıxarmayın  ki, 

seyrçilər həmişə mahnının mətninə qulaq verirlər.

NƏTİCƏ

Televiziya, əsasən, vizual informasiya vasitəsi sayılsa da, televerilişin səsi 

və ya fonoqram da eyni videosıra kimi önəmlidir. Xırdaformatlı televeriliş qu­

ruluşçuları  üç halda səslə “işləməli” olurlar: studiyadankənar çəkiliş yerində 

yazılış zamanı, hazır videoyazıya səs əlavə edərkən və istehsal sonrası montaj 

gedişində səs üzərində işləyərkən. Hər mərhələdə səsin maksimum təmiz ya­

zılmasına  can  atmaq  lazımdır. Açıq  havada  səsyazma  küy  əngəlləri  çox  vaxt 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə