Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə36/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

101

standart dördkanallı mikşerlərdə aşağı tezlik süzgəcləri var (ATS). Bu süz gəc­

lər aşağı tezlikli səsləri kəsib atmaqla böyük binalar üçün səciyyəvi olan uğul­

tulu əks­sədanı aradan götürür. Əgər belə uğultulu əks­sədanın baş verə bi lə ­

cəyi nəhəng və boş otaqda studiyadankənar çəkiliş aparırsınızsa, ATS səs yaz­

manın keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.

Hamıya məlumdur ki, şüşə tipli bərk və hamar səthlər səsi özündən əks et­

di rir, parça tipli yumşaq və tiftikli səthlərsə səsi udur. Yaxınlıqdakı yüksək əks­

etdirmə əmsallı səthlərin səsyazma zamanı törətdiyi çətinliklər asanlıqla aradan 

qaldırılır. Təsəvvür edin ki, küçədə şüşə vitrinli kafenin önündə mü sahibə alır­

sınız. Kafe gediş­gəlişli küçədə yerləşdiyindən, həmin küçə ilə şü tüyən minik 

və yük maşınlarının ardı­arası kəsilmir. Əgər kafenin sahibini  vitrinin fonunda 

saxlayıb, kameranın önündəki, yaxud kameranın yanındakı itiyönümlü mikro­

fonla onun səsini yazsanız, çox güman ki, vitrin şüşəsindən əks etdirilən kü­

çənin səs­küyü kafe sahibinin səsini batıracaq. “İlgək” mikrofondan istifadə səs 

qeydiyyatını  yaxşılaşdırsa  da,  küçənin  səs­küyü  (artıq,  mikrofona  vitrindən 

“qayıdan”  yox,  birbaşa  səs  düşəcək)  həddindən  çox  olacaq.  Ancaq  “ilgək” 

mikrofondan istifadə şərti ilə, kafe sahibinin arxasını kü çəyə çevirərək səsini 

yazsanız, o öz bədəni ilə mikrofonu küçənin səsindən qoruyacaq və səs qə bu lu­

nun keyfiyyəti xeyli yaxşılaşacaq.



Küləyin küyü (uğultusu, səsi, vıyıltısı)

Külək vıyıltısı naturada səs yazarkən ən çox rast gəlinən problemlərdəndir. 

Hətta  zəif  meh  də  mikrofona  düşəndə,  qasırğa  kimi  səslənir.  Bax,  buna  görə 

örtülü yerdən kənarda səs yazanda heç vaxt mikrofona küləkdənqoruyan köy­

nək geyindirməyi yaddan çıxarmayın (“küləkdənqoruyan” dedikdə mik ro fonun 

başlığına  geydirilən  porolon  köynək  nəzərdə  tutulur).  Bu  köynək  mik rofonu 

küləyin  vıyıltısından  qoruyur.  Əksər  mikrofon  tiplərindən  ötrü  külək dən qo­

ruyan köynəkləri satışdan almaq mümkündür. Hər hansı səbəbdən o köy nəkləri 

almanız mümkün deyilsə, onu mikrofon ölçüsündə kəsilmiş bir parça poro lon­

dan asanlıqla hazırlaya bilərsiniz. 

Bəzi mikrofonların içərisində “partlayıcı­süzgəc” deyilən dinamik qo ru yu­

cular  olur  və  həmin  qoruyucular  səsyazısını  danışan  adamın  nəfəsini  birbaşa 

mik rofona buraxdığı zaman baş verən təhriflərdən qoruyur. Belə süzgəclər, qis­

mən də olsa, mikrofonu küləyin vıyıltısından mühafizə edir.



Kənar küylər

Kənar  küy,  yəni  arzuolunmaz  səs  fonu  studiyadankənar  səsyazmanın  əsl 

bəlasıdır. Əgər yerli abadlıq idarəsi şəhərkənarı sakit küçədə, quşların cikkiltisi 

fonunda  nəzərdə  tutulan  çəkiliş  günü,  əllərində  süxurqıran  çəkiclər  olan  yol­

təmir  briqadasını  məhz  həmin  yerə  göndərərsə,  niyyətiniz  boşa  çıxacaq.  Çox 




102

vaxt montaj otağında hazır lentə baxarkən, görürsünüz ki, fonunda öz ste n da­

pını çəkdiyiniz sürətli magistral yolun və ya hava limanının səsi çəkilişdə gü­

man etdiyinizdən qat­qat hündür yazılıb. 

Kənar səslərin mürəkkəbliyi ondadır ki, onları öncədən müəyyənləşdirmək 

və nəzarətdə saxlamaq mümkün deyil. Əlbəttə, bəlkə də, təmirçilər briqadirini 

işinə fasilə verməyə inandıra bilərsiniz. Ancaq çətin ki, hava limanının dispet­

çer xəttini və ya magistral yoldakı sürücüləri də buna inandırasınız.

Əgər gələcək çəkiliş yerini əvvəlcə diqqətlə gözdən keçirib akustika şərai ti­

ni  aydınlaşdırsanız,  lap  böyük  çətinliklərdən  qaça  bilərsiniz.  Bundan  başqa, 

mik rofonların  düzgün  seçilib  yerləşdirilməsi  də,  lentə  düşən  kənar  səslərin 

miq   darını azalda bilər.



Kənar radioəngəllər

Elektromaqnit şüa qaynaqlarının doğurduğu əngəllər studiyadankənar səs­

yazma üçün böyük çətinliklər törədir. Qeyri­simmetrik xətlər kənar radio ən gəl­

lərə meyillidir və bu əngəlləri yekun fonoqramdan silib götürmək son dərəcə 

çətindir. Simmetrik xətlər kənar radioəngəlləri təcrid edir, ancaq bir şərt lə, gə­

rək hər şey düzgün birləşdirilsin. Təcridləyici xəttin təması qopubsa, yaxud ka­

be lin özü zədəlidirsə, bütün bunlar siqnalın keyfiyyətinə mənfi təsir göstərə bi lər. 

Kabel  radioötürücünün  lap  yaxınlığından  keçirsə,  heç  bir  xətt  kənar  radio ən­

gəllərin  qarşısını  almayacaq.  Radio  və  ya  televiziya  qülləsinə  gözlə  görü lə cək 

qədər yaxınsınızsa və ya mikrodalğalı translyatorun lap yanın dasınızsa, ka be­

liniz translyasiya edilən verilişi də tuta bilər. Belə hallarda kənar əngəllər sizə 

gərəkli  səs  siqnalını  tam  batırmaq  gücündədir.  Bəzən  kabelin  yerini  də yiş­

məklə, vəziyyətdən çıxmaq mümkündür. Ancaq elə olur ki, yeganə çıxış yolu 

çəkiliş yerini dəyişməyə qalır. Gərək çəkiliş yerini gözlə görünən əngəllər zo­

na sından uzaqlaşdırasan, ya da həmin zonadan tamamilə kənara çı xasan.

Qonşuluqda yüksək dərinlikli xətlər, elektrik trasformatorları və monitorlar 

olarkən  də  kənar  əngəllərin  baş  verməsi  mümkündür.  Səs  kabelini  daim  belə 

qay naqlardan uzaq tutmağa çalışın. Bəzən kabelə izolent dolamaqla onu kənar 

əngəllərdən qorumaq olur. Ancaq mühərriklərin, xüsusən ara verib, təzədən iş­

ləyən mühərriklərin əngəllərini həm müəyyənləşdirmək, həm də aradan qal dır­

maq çətindir.

Hazır videoyazıya səs artırılması (əlavə səsin yazılması)

İndiyədək səsyazmanın ümumi aspektlərini və studiyadankənar çəkiliş za­

manı  səsin  sinxron  yazılışı  ilə  bağlı  problemləri  nəzərdən  keçirdik.  Bunlar, 

doğ rudan da, studiyadankənar xırdaformatlı teleistehsalda nisbətən geniş ya yıl­

mış  səsyazma  təcrübəsidir. Ancaq  bundan  heç  də  az  vacib  sayılmayan  digər 

səsyazma təcrübəsi də var – artıq çəkilmiş videosıraya fonoqramın artırılması. 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə