Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə35/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

98

halda,  səs  və  ya  taym­kodu  digər  kanala  yazmağa  məcbursunuz.  Bu  isə  həm 

əlavə əziyyətdir, həm də çox baha başa gəlir.

İnsan səsinin kadrda və kadr arxasında yazılmasından əvvəl başlanğıc 

hesabı

Əgər “stendap” deyilən vəziyyətdə, yəni kamera önündə dayananda, jur na­

listin səsini yazırsınızsa və yaxud diktorun kadrarxası səsini qeydə alır sınızsa, 

yazılışa başlanğıc sayından qədəm qoymalısınız. Artıq bildiyiniz kimi, “sten dap” 

planında  reportyor,  proqram  aparıcısı  çəkiliş  yerindəcə  birbaşa  ka meraya  üz 

tutur.  Kadrarxası  mətn  –  kameranın  görmə  sahəsindən  qıraqda  olan  diktorun 

oxu duğu mətndir. Diktorun səsi videoyazını izləyib müşayiət etsə də danışanın 

özünü kadrda görmürük.

Sənədli süjet və ya xəbər proqramlarının başlanğıcından ötrü “stendap” pla­

nını yazarkən, sadəcə, kamera önündə dayanıb təxminən bu sözləri yaza bi lər­

siniz.  “Reportaj”.  Başlanğıc.  Birinci  Dubl.  Beş.  Dörd.  Üç.  Sonra  ürə yi nizdə 

saymağa davam edin. İki. Bir. Sıfır və mətninizi söyləməyə başlayın. “Bu gün 

konqres kabel proqramları üçün ciddi senzura məhdudiyyəti qoyacaq iki yeni 

qanun layihəsini bəyəndi”.

Başlanğıc hesabı istər şərhçi, istərsə də montajçıdan ötrü əlverişlidir. Çıxış­

larınızı lentə yazarkən başlanğıc hesabı danışdıqlarınıza ritm verməyə kömək 

edir. Həmişə iki­üç rəqəmi (beş, dörd, üç) hündürdən, son üç rəqəmi isə ürə­

yinizdə söyləyib, mətni oxumağa başlayın. Bu sizə rahat nəfəs almağa və artıq 

yazının  səviyyəsini  təyin  etmiş  səs  operatoruna  qəfil  narahatlıq  gətirməyib, 

şərtləşdiyiniz  kimi,  danışmağa  imkan  verəcək.  Mətni  hansı  səslə  söy ləyə cək­

sinizsə, başlanğıc hesabını da o səslə aparmalısınız. Söhbət səsinizin hündürlük 

dərəcəsindən gedir.

Başlanğıc hesabı montajçıya da lazımdır, çünki mətninizin nə vaxt və hansı 

sözlə başlandığını qeyd edərkən nişan verin. Üstəlik, hər halda çox hündür və 

ya  mikrofona  çox  yaxın  danışıbsınızsa,  o  hissənin  montaj  vaxtı  düzəltmək 

lazım gəldikdə, montajçı lentdə həmin yeri necə tapacağını dəqiq biləcək: ilk 

söz lərinizin şiddət səviyyəsini yüngülcə azaldıb, daha sonra fonoqramın digər 

hissəsində lazımi səviyyəyə qaldıracaq.



Göstəricidən istifadə

İstər  səs,  istərsə  videoyazı  üçün  hər  yazı  fraqmentinin  başlanğıcında  gös­

təricilərdən istifadə etmək lazımdır. Onlar həmin fraqmentin məzmununu dəqiq 

identifikasiya etməlidirlər. Əgər hər dublun, yaxud montaj planının ayrıca  çə­

kilməsi  mümkün  olan  və  öncədən  yazılmış  ssenari  əsasında  veriliş  hazır la­

yırsınızsa, hər plan və hər dubldan əvvəl göstəricilərdən faydalanmaq gərəkdir. 

Dublun  nömrəsini  göstəricidə  yazmaq,  ya  daha  sonra  –  montaj  zamanı 

asan  lıqla  uğurlu  dublu  tapa  bilərsiniz.  Əgər  reportajın  eyni  başlanğıcını  dörd 




99

dublun yazmısınızsa və bunların da üçü elə bil yararsızdırsa, o zaman bi lə cək­

siniz ki, lenti montaj vaxtı dördüncü dubla çatanadək fırlatmaq lazımdır. Gös­

tərici  ol mayanda  isə  sizə  gərəkli  dublu  tapınca  həmin  dörd  dublun  hamısını 

dinləməyə vaxt itirəcəksiniz.

§29. Səsyazma keyfiyyətinə nəzarət

Volyumetrlər (orta siqnal göstəricisi səviyyəsini ölçən cihazlar) 

Studiyadankənar səsyazma prosesində səs keyfiyyətinə nəzarət tələb olunur. 

Yazının  gedişində  səsi  nəzarətdə  saxlamağın  iki  üsulu  var.  Birinci  üsul  vol­

yumetrin indikatorunu izləyərək səs siqnalı səviyyəsinə göz qoymaqdır. İndi­

katorun  şkalasını  qeydedici  çanağa  (buna  deka  da  deyilir,  alman  dilindəki 

“decke”  sözündən  götürülüb)  bəzi  simli  musiqi  alətlərinin  çanağına  –  göv­

dəsinə deyilir. Səs şiddəti ilə bağlı problemləri çəkilişdən sonra düzəltmək son 

dərəcə  çətin  olduğundan,  səsin  çəkiliş  prosesinin  özündəcə  yararlı  və  sabit 

səviyyədə yazılmasına diqqət yetirmək lazımdır. Əgər yazılmış ayrı­ayrı fraq­

mentlərdə siqnal səviyyəsi xeyli dəyişirsə, bərabər səviyyə almaq üçün mon­

tajçı  həmişə  səs  səviyyəsini  uyğunlaşdırmağa  məcbur  olacaq.  Səs  siqnalı  sə­

viyyəsi  elə  yazılış  zamanındaca  düzgün  müəyyənləşdirilirsə,  istehsal  sonrası 

mərhələdə montajçının səs səviyyəsinin tarazlaşdırılmasına ehtiyac qalmayacaq 

və  nəticədə  fonoqramın  ümumi  keyfiyyəti  həm  texniki,  həm  bədii  baxımdan 

yüksək olacaq.

Qulaqlıqlar

Quruluşçu assistent və ya səs operatoru volyumetrin indikatorunda səsin sə­

viy yəsinə göz qoymaqla yanaşı, yazılan səsi dinləyib yoxlamaq üçün qu laq lıq, 

yaxud baş telefo nun dan istifadə etməlidir. 

Qulaqlıqlar  yazılan  səs 

siq nalının  gücünü  qiy mət­

ləndirməyə müəyyən də rə­

cə  də kömək etsə də, onla­

rın əsas dəyəri bu deyil.

Qulaqlıqlar  sizə  səs lə­

rin keyfiyyətini çatdırır. Yə­

ni səs təmiz yazılırmı? Təh                 ­

rifl ər  yoxdur  ki?  Kənar 

küy  lər – xışıltılar yoxdur ki? 

Fon dakı  xışıltı  yaz dı ğı nız 

sə si batırmır ki? Mik şer dən 

Şəkil 69.



100

istifadə  edərək  səsi  bir  neçə  girişdən  gətirib  bir  kanalda  cəmləşdirəndə  hansı 

nəticəni  alırsınız?  Müsahibənin  səsini  yazırsınızsa,  mikrofona  danışan  adam­

ların hamısı eşidi lirmi? Səsyazma zamanı alətlərin nisbi səs səviyyələri düzgün 

təyin edilibmi? Volyumetrin indikatoruna baxmaqla, bu suallara cavab tapmaq 

mümkün deyil. Yalnız səsə qulaq asanda və dinləyəndə qiymət verəndən sonra 

həmin sualları cavablandıra bilərsiniz.

Səsyazma siqnalları və səs yazısının yoxlanılması

Studiyadankənar şəraitdə gerçəkləşdirilən hər hansı səsyazma çəkilişindən 

öncə sınaq yazılışının aparılması və çəkiliş prosesində fonoqram keyfiyyətinin 

yoxlanılması daxildir. Vaxt varsa, çəkiliş yerinə getməzdən əvvəl sınaq yazılışı 

aparmaq  lazımdır.  Öz  videomaqnitofonunuzla  video  və  səs  yazısını  ger çək­

ləşdirib  səsləndirərək  tamaşa  edin.  Bu  vaxt  hər  hansı  problemlə  üzləşsəniz, 

bilin  ki,  çəkiliş  yerinə  gəldiyiniz  zaman  həmin  problemlər  öz­özünə  çö­

zülməyəcək. Səfəri ertələyərək, mühüm kəm­kəsiri aradan qaldırmaq – bütün 

günü çəkilişdə keçirib – işi yarıtmamaqdan, yəni keyfiyyətsiz fonoqram al maq­

dan və ya bundan daha pisi – heç nəyi yaza bilməməkdən yaxşıdır.

Çəkilişdən öncə  sınaq  yazılışından və  volyumetr,  həm  də  qulaqlıqdan ya­

rarlanmaqla, çəkiliş prosesində səs keyfiyyətinə nəzarətdən başqa, yazılan fo­

noqramın  da  keyfiyyətini  müntəzəm  şəkildə  yoxlamağı  yaddan  çıxarmayın. 

Macal  tapsanız,  bunu  videomaqnitofona  yeni  kaset  qoymazdan  əvvəl  və  ya 

işarası fasilələrdə etməyə çalışın.

Videolenti başladığı yerədək fırladıb, bütün yazıya təzədən baxmaqla qulaq 

asın. Fonoqramın keyfiyyətinin qulaqlıqla, görüntünün keyfiyyətini isə ya ka­

meranın videoarayıcısında, ya da izləyici monitorda yoxlayın. Cihaz və na qil lə­

ri düzgün qatmamaqdan, çirkli başlıqdan, yaxud daha ciddi səbəbdən görüntü 

və ya səs itə bilər. Hər halda bütün günü çəkilişdə keçirib, heç nəyin yazıl ma­

dığını, ya da kəm­kəsirlə yazıldığını və yararsız olduğunu gör mək dənsə, prob­

lemi vaxtında üzə çıxarmaq daha yaxşıdır. 



§30. Əlavə çətinliklər

Çəkiliş yerinin akustikası

Səsyazmanı studiyada gerçəkləşdirərkən, akustik parametrlərin hamısını nə­

za rətdə saxlamaq mümkündür, ancaq eyni işi naturada görəndə, nəzarət im kanı 

çox məhduddur. Deməli, çəkiliş yeri ilə ilkin tanışlıq zamanı akustika şə raitinə 

diqqət  yetirmək  lazımdır.  Akustika  şəraitindən  irəli  gələn  çətinlikləri  bəzən 

süzgəclərin köməyi ilə, ya da danışan adamın vəziyyətini və ya mik ro fonun ti­

pini, həm də yerini dəyişməklə aradan qaldırmaq olar. Bəzi mikro fonlarda və 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə