Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə32/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

90

üstündə quraşdırmaq olar. Bu yolla avtomobil salonlarında, təyyarə kabi nələ­

rində,  yaxud  bəzəkli  talvarlarda  və  s.  yerlərdə  cərəyan  edən  sahələrin  səsini 

yaz maq mümkündür.

Küçədə çəkiliş aparanda da, təzyiq zonası mikrofonları ştativ üzərindəki adi 

yönəldilməyən mikrofonlardan daha yaxşı səs almağa imkan verir. Əgər mikro­

fonu kameranın görmə sahəsindən kənarda saxlamağa imkan verən bir proqram 

çəkirsinizsə və ya bunun heç bir önəmi yoxdursa, təzyiq zonası mikrofonlarını 

seçməniz daha yaxşı olar. Mikrofonun kadrda görünməsi operator niyyətini və 

ya bəzi təəssüratı pozursa, radio mikrofonundan, yaxud sallama mikrofondan 

isti fadə edə bilərsiniz.

İtiyönümlü mikrofonlar (“Top lüləsi”)

İtiyönümlü  mikrofonlar  studiyadankənar  istehsalda  geniş  istifadə  olunur. 

Onların seçmə qabiliyyəti yüksək yönəltmə diaqramı olduğu üçün çox vaxt ka­

meranın yanında saxlayır və birbaşa səs qaynağına tuşlayırlar. İtiyönümlü mik­

rofonlar  kadra  düşmür,  lakin  onlar  istənilən  nöqtənin  səsini  götürür.  On ların 

səsyazma həssaslığını izdiham ara sın da­

kı  bir­iki  adamdan  tutmuş,  çəkiliş  səh­

nə   sindəki  ayrıca  sahəyədək  daralt maq 

müm kündür.

İtiyönümlü mikrofonların əksə riy yə­

tinin  gövdə  hissəsi  də  küylərə  son  də­

rəcə  həssasdır.  Əgər  “Top  lüləsi”  “sal­

lan ma” mikrofonlara bərkidilirsə, o, səs ­

dən qoruyan  bəndləmələrlə  təchiz  edi lir. 

Bu bəndləmələr mikrofonu şta ti vin şaq­

qıltısından qoruyur. Natura çə ki liş ləri za­

manı mikrofonların mütləq kü lək  dən qo­

ruyan ləvazimatları olur.



Kontakt (təmas) mikrofonları

Bilavasitə  çəkiliş  obyektindən  mikrofonlar  təmas  və  yaxud  kontakt  mik­

rofonlar adlanır. Məsələn, deyək ki, siz rolikli konkilərin və ya xizəklərin səsini 

itiyönümlü mikrofonun qəbul zonasından kənarda baş verən hərəkətlə sinxron 

şəkildə  yazmaq  istəyirsiniz.  Bu  zaman  mikrofonu  (çox  güman  ki,  kon den sa­

torlu  balaca  “ilgək”  mikrofonu)  birbaşa  konkiyə,  ya  da  xizəyə  bərkidə  bilər­

siniz. Hərəkət kameradan çox uzaq məsafədə baş versə də, onun səsini çox gö­

zəl qeydə alacaq.

Şəkil 62. 



91

Asma mikrofonlar

Studiyadankənar istehsalatda hər hansı binanın içərisində çəkiliş apararkən, 

ara­sıra  asma  mikrofonlardan  istifadə  edilir.  Belə  mikrofonlar  hərəkətin  baş 

ver diyi meydançanın üzərindən asılır. Bəzən kameradan azca irəli asıb, çəkiliş 

meydançasına tuşlamaq da mümkündür. Mikrofonları asarkən, hər bir halda elə 

edirsiniz  ki,  onlar  kameranın  görmə  sahəsinə  düşməsinlər.  Ancaq  bu  zaman 

mey dançadakı kənar səs­küy mikrofona düşdüyündən, səsyazmanın key fiyyəti 

zərər çəkir.



Döşəmə  ştativi  üçayaq  tipli  oturacağı 

olan qurğudur. Bəzən təkərləri və “dur na­

sı”  da  olur.  Bu  ştativlər  mikrofonu  tuş la­

mağa, irəli çıxarmağa və dayandığı yerdən 

uzat mağa  imkan  verir.  Belə  ştativlər  əsa­

sən te lefilm çəkilişində istifadə edilir, çün­

ki  çə ki lişlərdə  aktyorların  yerdəyiş mə ləri 

cid di  nəzarətdə  saxlanılır  və  onlar  çəkiliş 

mey dançasının nisbətən kiçik hüdudları ilə 

ki fayətlənməli olurlar.

Studiyadankənar çəkilişlərin əksər his­

səsində  bir  neçə  müxtəlif  mikrofon  və 

bənd ləmə  tiplərindən  yararlanırlar.  Məsə­

lən, gimnastika üzrə tələbə yarışlarını lentə 

alarkən, studiyadankənar çəkiliş qru pu aşa­

ğıdakı  mikrofonlardan  istifadə  edib:  şərh­

çilər gimnastlardan müsahibə almaq üçün yönəldilməyən əl mik ro fon larından 

yararlanıblar, itiyönümlü mikrofonlar səs fonunu sinxron yazmaqdan ötrü ya­

pışqanlı lentlə ayrılıqda hər portativ kameraya bərkidilib, bir neçə təmas mik ro­

fonun gimnastika “at”ının qarşısındakı yol boyunca döşəməyə yapış dırılıb, dö­

şəmə  dayağına  taxılmış  “top  lüləsi”  tullalanların  səsini  yazmaq  üçün  “at”a 

tuşlanıb və nəhayət, ştativ üzərindəki “top lülələri” tələbələrin paralel tir və di­

rək alətlərində yerinə yetirdiyi hərəkətlərin səsini yazmaqdan ötrü həmin alət­

lərə tuşlanmışdı.



§25. Telli və telsiz mikrofonlar

Yəqin  mikrofondan  gələn  siqnalın  videomaqnitofona  necə  düşməsi  artıq 

sizi  maraqlandırır.  Bundan  ötrü  iki  tip  sistemdən  –  telli  və  telsiz  mik ro­

fonlardan istifadə edilir. Əlbəttə, səs siqnalının kabel vasitəsilə örtülməsi daha 

çox yayılmış üsuldur. Kabelə birləşdirilən mikrofonlar telli mikrofonlar adlanır.

Şəkil 63



92

Telli mikrofonlar

Telli mikrofonlar istifadə qaydalarının sadəliyinə və etibarlılığına görə stu­

diyadankənar səsyazmada geniş yayılıb. Mikrofonu kabelin köməyi ilə video­

maqnitofona birləşdirib, yazılışa başlaya bilərsiniz.

Belə  səsyazma  tipindən  əksər  hallarda  istifadə  etmək  mümkündür,  ancaq 

bə zən  mikrofon  kabeli  narahatlıq  törədir.  Çəkiliş  obyekti  tez­tez  yerini  də­

yişəndə, videomaqnitofondan uzaq məsafədə olanda, yaxud kabelin kadrda gö­

rünməsi  verilişin  xarakterinə  uyğun  gəlməyəndə,  səs  siqnalının  mikrofondan 

vi deomaqnitofona ötürülməsinin  başqa üsuluna əl atmaq lazımdır.

Radiomikrofonlar – səs siqnalını qəbulediciyə kabellə deyil, yüksəktezlikli 

diapazondan  dalğalarla  göndərən  mikrofondur.  Radiomikrofon  səs  siqnalını 

qəbulediciyə translyasiya etməklə birləşdirici tellərə olan ehtiyacı aradan qal­

dırır.  Radiomikrofon  üç  hissədən  ibarətdir:  mikrofonun  özündən,  mikrofonla 

birləşdirilərək siqnalı ötürən miniötürücüdən və göndərilən siqnalı qeydə alan 

kiçik  qəbuledicidən.  Sonra  qəbuledicinin  siqnal  çıxışı  kabel  vasitəsilə  video­

maqnitofonun müvafiq səs siqnalı girişinə birləşdirilir. Radiomikrofonun üstün­

lüyü  ondadır  ki,  səs  qaynağının  yerdəyişməsini  məhdudlaşdırır:  yerin  dəyiş­

məsinə baxmayaraq, səs qaynağına nisbətdə mikrofonun vəziyyəti əvvəlki kimi 

qalır, ayağa dolaşaraq əngəl törədən tellər, naqillər görünmür. Mənfi cəhəti də 

odur ki, radiomikrofon elektrik qidası lazım olduğundan həmişə uyğun ehtiyat 

batareyası və ya dəyişən cərəyan qaynağı tələb edir. Çəkilişin sonlarına yaxın 

ba tareyanın elektrik yükünün qurtarması ucbatından güdaza gedən müsahibəni 

ye nidən yazmaq lazim gəlir.

  

Səs siqnalının girişləri

Studiyadankənar yazılış vaxtı mikrofonun qeydə aldığı səs müvafiq səs siq­

nalı girişindən səyyar videomaqnitofona ötürülür. Səyyar video maqni tofon ların 

hamısında  ən  azı  bir  giriş  var;  videomaqnitofonların  çox  hissəsində  belə 

girişlərin sayı ikidir. Videomaqnitofonunuzun iki girişi varsa, onların hər biri 

ayrıca səsyazma cığırına və ya kanalına uyğun gəlir. Bu kanallar “birinci ka­

nal” və “ikinci kanal”, yaxud “sol” və “sağ” kanallar kimi işarə edilir. 

Şəkil 64. Telli və telsiz 

mikrofonlar.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə