Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə34/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

95

madək tənzimləmək tələb edilir. Ancaq bunu edərkən diqqət yetirin ki, siqnal 

ifrat dərəcədə gücləndirilməsin və həm də təhrif olunmasın.

§26. Birləşdiricilər

Avadanlıq standartlaşdıqca tədricən birləşdirici oyuqlar da vahid ölçüdə ha­

zırlanır. Bu oyuqların köməyi ilə səs siqnalları videomaqnitofonun giriş və çı­

xış larına  daxil  olur. Ancaq  mahiyyətcə  funksiyaları  hələlik  çoxsaylı  müxtəlif 

birləşdirici görür. 

Peşəkar keyfiyyətli standart audiobirləşdiriciləri olan videoavadanlıqla ça­

lış mırsınızsa, məsləhət görərdik ki, dəyişdirici açar dəsti alasınız. Bu açarla hər 

hansı tipə aid olan mikrofon, yaxud kabeli istənilən girişə qoşmağa imkan ve­

rir. Dəyişdirici açar dəstini elektron aparat istehsalçılarının əksəriyyəti göndərə 

bilər. Düzgün birləşdirmələrin önəmini heç cür danmaq olmaz. Səs siqnalının 

öz videomaqnitofonunuza qoşmağı bacarmırsınızsa, həmin siqnalı yaza da bil­

məyəcəksiniz. Təcrübəli  studiyadankənar  quruluşçular  bütün  hallarda  səs  qu­

laq  lıqlarını  öz  videomaqnitofonlarına  birləşdirməkdən  ötrü  həmişə  müxtəlif 

oyuq, şteker və dəyişdirici açar dəstini ehtiyatda saxlayırlar.

Şəkil 65. XLP (Cannon) – peşəkar mikrofon və 

tarazlaşdırılmış xətlərin birləş dirilməsi üçün

Şəkil 66. RCA Phono – xətti giriş­çıxış 

tarazlaşdırılmayan siqnal

Şəkil 67. Phono – mikrofon  giriş­çıxışı



96

§27. Mikşerlər

Portative videomaqnitofonlarda səsyazma üçün adətən iki kanal olur. Ancaq 

elə ola bilər ki, iki, ya daha çox siqnal qaynağının səsini yazmaq lazım gəlsin 

və yaxud bir neçə səs qaynağının hamısını eyni kanala yazmaq istəyəsiniz. Bu 

halda mikşerdən istifadə edəcəksiniz.

Mikşer (mikşer pultu) elə qurğudur ki, müxtəlif girişlərlə gələn bir neçə səs 

siqnalını qataraq, çıxışda bir siqnala çevirir. Deyək ki, hərənin öz mikrofonuna 

danışdığı  bir  neçə  adamın  müsahibəsini  yazırsınız.  Hər  mikrofonu  mikşerə 

birləşdirmək mümkündür. Bu mikşer bütün siqnalları bir siqnala çevirərək, çı­

xışa vahid siqnal göndərəcək (bir kanalda) və həmin siqnalı videolentədək bir 

kanala yazmaq mümkün olacaq.

Mikşerlərin iki tipi var: pas­

siv və aktiv. Passiv mikşer siq­

na lın  gücünü  şid dətlən dir mə­

dən, bir neçə ayrı­ayrı giriş siq­

na lını,  sadəcə,  bir  çıxış  siqna­

lın da  birləşdirir.  İkiyunalı  giriş 

və  biryunalı  çıxışında  birləş di­

rir. İkiyunalı girişə biryunalı çı­

xışı  olan  passiv  mikrofon  mik ­

şerləri  xırdaformatlı  studi ya dan ­

kənar istehsalda son də rə cə geniş 

yayılıb,  çünki  stu diya dankənar 

çəkilişdə  ən  tipik  və ziyyət  iki 

mikrofondan isti fadə nəzərdə tu­

tulub. Adətən, bir mikrofon müx­

birdə, digəri isə onun müsahibə aldığı adamda olur. Aktiv mikşer ayrılıqda hər 

səs qaynağının şiddətini tən zimləməyə imkan verir. Bundan başqa, ümumi şid­

dət  səviyyəsinin,  yəni  bütün  ayrıca  kanallardan  gələn  toplam  yekun  siqnal 

şiddətini tənzim edən poten siometr də var. Peşəkar mikşer pultları volyumetr 

(siqnal səviyyəsini ölçən cihaz) indikatoru ilə də təchiz edilib. Bu, həm fərdi 

giriş siqnalının səviyyəsini, həm də girişdə ümumi şiddət səviyyəsini ölçməyə 

im kan verir. 

Çalışdığınız portativ mikşer tipindən asılı olaraq, iki kanalınız, dörd kana­

lınız  və  yaxud  daha  çox  kanalınız  ola  bilər.  Ən  geniş  yayılan  dördkanallı 

mikşerlərdir.  Onları  girişdəki  dörd  ayrıca  siqnal  çıxışında  qarışdırıb,  bir  siq­

nalda verə bilərlər. Girişdə həm mikrofon (şiddətləndirilməyən), həm də xətti  

(şiddətləndirən) siqnal səviyyəsinin olması mümkündür, çünki adətən bəzi gi­

rişlər bir səviyyədən digərinə dəyişdirilə bilər. Üstəlik, adətən, çıxış siqnalının 

Şəkil 68.




97

səviyyəsini də dəyişdirmək olar. Çıxış siqnalının videomaqnitofona istər mik­

rofon, istərsə xətti səviyyədə göndərmək mümkündür.

§28. Standart səsyazma prosedurları

Studiyadankənar  xırdaformatlı  istehsalda  standart  adlandırılması  mümkün 

olan bir çox prosedur var. Quruluşçuların əksəriyyəti, sadəcə, alışıb­öy rəş dik lə­

ri və ya keçmişdə onlara yaxşı nəticə gətirən üsullardan faydalanır. Bu mə nada 

səsyazma prosedurları da istisna təşkil etmir. Ancaq hər halda elə he sab edirik 

ki, səsyazma prosedurlarının standartlaşdırılmasına dair bir neçə məs ləhət zi­

yan gətirməz.

Əsas səsi hara yazmaq lazımdır?

Çox güman, studiyadankənar səsyazma zamanı ən mühüm məsələ əsas səsi 

haraya (hansı cığıra və ya kanala) yazmağı müəyyənləşdirməkdir. İstifadə et­

diyimiz sistemin cəmi bir səs kanalı varsa, seçməyə ehtiyac qalmır. Ancaq iki 

səs kanalından yararlanan və bu zaman bir neçə kənar mikrofondan, yaxud di­

gər səs qaynaqlarından istifadə edəndə vəziyyət mürəkkəbləşir. İki özəlliyi nə­

zərə almaq lazımdır:

1. Səs cığırının yerləşdirilməsi baxımından hansı kanal daha etibarlıdır?

2. Zaman kodunu daha sonra yazacağınız üçün bu kodu hansı kanalda seç­

mə lisiniz?



Etibarlı  cığır.  Etibarlı  cığır  dedikdə  videolentin  içərisində  yerləşən  cığır 

nə  zərdə tutulur. Etibarsız cığırsa, lentin qıraqlarına yaxın cığırdır. İkikanallı sis­

teminiz varsa, yəqin əsas hissəsi adətən daha vacib mətni – etibarlı cığıra yaz­

maq  istəyəcəksiniz.  İkinci  cığırda  isə  yardımçı  səsləri,  səs  effektlərini,  digər 

mətn ləri və s. və i.a.­nı qeydə alacaqsınız.

Zaman kodu (taym-kod). Səsyazma zamanı zaman kodunun səs cığırları 

ilə əlaqəsi çox önəmlidir. Zaman kodu dedikdə, kompüter montajını asan laş dır­

maq üçün  videolentə yazılan səs  siqnalı nəzərdə tutulur.  Montaj vaxtı zaman 

ko dundan istifadə etmək niyyətiniz varsa, sizin montaj sisteminin za man  ko­

dunu necə tutuşdurub­yoxladığını mütləq bilməlisiniz. Bəzi montaj sis tem ləri 

yalnız iki səs kanalından birini yoxlaya bilir. Fərqi yoxdur, birinci, yoxsa ikinci 

ka nalı, istənilən halda, yəqin ki, yoxlamanı o biri kanala keçirmək mümkün ol­

ma yacaq.  Deməli, taym­kodun montaj zamanı yoxlanması üçün müm kün olan 

ka nala yazmaq lazımdır. Əgər montaj 1­ci kanalın taym­kodunu yoxlaya bilər sə, 

proqramın bütün səsləri 2­ci kanala yazılmalıdır. Və təbii ki, montaj siste miniz 

təkcə  2­ci  kanalın  taym­kodunu  yoxlaya  bilirsə,  bütün  səslər  1­ci  kanalda 

yazılmalıdır. Siz montaj avadanlığının taym­kod yazmağa tə ləb lərini stu di ya dan­

kənar  çəkilişlərə  başlamazdan  öncə  aydınlaşdırın.  Çünki  səhvə  yol  ver diyi niz 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə