Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə33/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

93

Səsyazma  cığır  və  kanallarının  tipləri  işlədiyiniz  videolentin  formatından 

asılı olaraq fərqlənir. Səs bir və ya bir neçə stasionar audiobaşlığın köməyilə, 

xətti, yaxud uzununa səs cığırlarına yazıla bilər. Xırdaformatlı sistemlərin əksə­

riyyətində uzunlamasına iki səs cığırı var. Birinci və ikinci audiokanallar ara­

sında  fərq  yoxdur,  cığırlar,  sadəcə  olaraq,  lentin  ayrı­ayrı  sahələrini  tu turlar. 

Qa lan bütün cəhətlərinə görə, bu kanallardan hər hansı birinə yazılan səs digə­

rinə yazılandan nə kəmiyyət, nə də keyfiyyətcə fərqlənir. 

“Hİ­FI”  rejimində  səsyazan  sistemlər  lentə  səsi  video  ilə  birlikdə  maili 

maq  nit sətirlərndə yazır. Bu tipli sistemlərdə fırlanan videoyazı başlıqları həm 

də  səsyazmaya  xidmət  edə  bilər,  başqa  halda  səsyazma  üçün  fırlanan  ay rıca 

audio başlıqdan  istifadə  olunur.  Səsyazma  keyfiyyəti  uzunlama  cığırlara  ya

 

zı­


lışla müqayisədə əhəmiyyətli dərəcədə artır. Çünki lentin fırlanan başlıqla mü­

qayisədəki sürəti stasionar başlığa nisbətdə götürülən sürətindən çox olur. Bun­

dan  başqa,  bəzi  xırdaformatlı  sistemlər  (o  cümlədən  8  mm/Hi­8)  yüksək  də­

qiqlik rejimində səs yazmağa qadirdir. Həmin sistemlər impulslu kod mo dul­

yasiyası (İKM) adı ilə bilinən prosesdə rəqəmli kodlaşdırmadan istifadə edir. 

Giriş siqnalının səviyyəsi

Səs siqnalının girişində qəbul edilə biləcək siqnal tipini tanımaq lazımdır. 

Səs  siqnalının  iki  tipi  var:  mikrofon  səviyyəli  siqnallar  və  xətti  siqnallar. 

Mikrofon  səviyyəli  siqnal  zəifdir,  çünki  mikrofonun  törətdiyi  elektrik  siqnalı 

gücləndirilmir.  Xətti  səviyyəli  səs  siqnalı  isə,  əksinə,  gücləndirilib.  Deməli, 

xətti siqnal mikrofon siqnalından əhəmiyyətli dərəcədə güclüdür. Xətti sə viy­

yəli səs siqnalları çıxışda maqnitofonlar,  valçaldıranlar, gücləndiricilər və s.­lə 

generasiya edilir.

Səs siqnalı qaynağını videomaqnitofona qatarkən, giriş siqnalının səviyyəcə 

videomaqnitofonun  girişinə  uyğun  gəlməsi  çox  vacibdir.  Mikrofonları  mik­

rofon səviyyəli siqnal girişlərinə, xətti səviyyəli girişlərə birləşdirmək lazımdır. 

Peşəkar  səviyyəli  səyyar  videomaqnitofonlarda,  çox  vaxt  səs  siqnalı  gi­

rişlərinin mikrofon səviyyəsindən xətti səviyyəyə dəyişdirmək imkanı nəzərdə 

tutulub.  Girişin  yanında  yerləşdirilən  ikipozisiyalı  balaca  dəyişdirici  açar  gi­

rişin  münasib  səviyyəsini  seçməyə  imkan  verir.  Bəzi  videomaqnitofonların 

mikrofon və xətti səviyyəli siqnallar üçün ayrıca girişləri var. Mikrofon sə viy­

yəli girişlər mikrofonun çıxış siqnalını asanlıqla qəbul edir, ancaq xətti sə viy­

yəli qaynağı mikrofon səviyyəli girişə qoşmaq üçün bölücü xətdən istifadə et­

mək  vacibdir.  Bölücü  xətti  çıxış  siqnalının  səviyyəsini  mikrofon  səviyyəsinə 

endirən qurğudur. Bu qurğu xətti səviyyə qaynağı ilə mikrofonun mikrofon sə­

viyyəsi girişi arasındakı kabelinə birləşdirilir.



94

Simmetrik və qeyri-simmetrik xətlər

Telli,  ya  telsiz  –  hansı  mikrofondan  faydalansanız  da,  yazılışın  müəyyən 

mərhələsi həmin mikrofonu kabelin köməyilə videomaqnitofona birləşdirmək 

lazım gələcək. Siqnalı videomaqnitofona ötürmək üçün, iki tip kabel və ya xət­

dən  istifadə  olunur.  Peşəkar  keyfiyyətli  simmetrik  xətlər  adlanan  kabel lərdən 

yararlanmış simmetrik xətt içindən üç tel keçən kabelə deyilir. Xətlərin ikisi ilə 

siqnal gedir, üçüncü xətt isə, həmin iki xətti kənar əngəllərdən qoruyur. Qeyri­

simmetrik xətlər iki teldən ibarətdir. Kabelin ortasındakı xətlə siqnal qə bul edi­

lir, ikinci xətdənsə torpağa birləşdirilir, həm qoruyucu, həm də siqnal ötürücüsü 

kimi  istifadə  olunur.  Qeyri­simmetrik  xətlərin  istehsalı  simmetrik  xərlərdən 

ucuz başa gəlsə də, onu elektrik kəmərindən, radio və teleöt rücü lərdən və s.­dən 

törənən hər cür əngələ qarşı həssasdır.

Kabel  və  ya  viedomaqnitofonlarınızda  giriş  və  çıxışların  simmetrik  və 

qeyri­simmetrik olmasını müəyyənləşdirmək üçün səs siqnalını birləşdiricinin 

xarici görünüşünə baxmaq lazımdır. Sappon tipli silindrvari milli oyuq – xət­

lərin simmetrik olduğunu göstərir. Minitekerlər, telefon (“zanbaq”, daha dəqiq, 

“tülpan”  adı  ilə  tanıyırıq)  birləşdiriciləri  xətlə  qeyri­simmetrik  olduğundan 

xəbər  verir.  Simmetrik  xətti  qeyri­simmetrik  girişə  qoşsanız,  o  da  qeyri­sim­

met rik olacaq və qoruma effektini itirəcək. Simmetrik girişə qoşulan qeyri­sim­

met rik xətlərsə, əvvəlki özəlliyini saxlayaraq qeyri­simmetrik olmur. 



Gömülmə mikrofondan gələn səs siqnalının girişi

Kameranın gömülmə mikrofonunun törətdiyi siqnal videokameranın kabeli 

ilə  avtomatik  olaraq  videomaqnitofona  göndərilir  və  səs  kanallarından  birinə 

ya yılır. Ancaq kənar qaynağın çıxışı səyyar videomaqnitofonun kamera mik ro­

fonu üçün nəzərdə tutulan həmin kanala qoşulursa, kənar gömülmə mik rofonla 

əlaqəni kəsir və həmin mikrofonun giriş siqnalı yazılmır.



Gücləndirmənin avtomatik və əllə tənzimi

Səs  siqnalının  gücləndirilməsini  tənzim  edən  sistemlər  əllə,  yaxud  avto­

matik şəkildə idarə olunur. Səyyar, istehlak və məişət videomaqnitofonlarının, 

eləcə  də  videokameraların  böyük  hissəsinin  səs  siqnalını  ötürmə  dərəcəsinə 

güclənməni  avtomatik  təqdim  edən  mexanizm  quraşdırılıb.  Birbaşa  video­

maqnitofona birləşdirilmiş səs qaynağı səviyyəsinin əllə düzəldilməsi belə vi­

deomaqnitofonlarda mümkün deyil.

Peşəkar  səyyar  və  bir  çox  studiya  videomaqnitofonuna  güclənmənin  əllə 

tənzimi dövrəsi daxildir. Adətən, onların əllə və yaxud avtomatik şəkildə güc­

lənmə tənzimedicisini seçməyə imkan verən dəyişdirici açarı olur. Əl re jimini 

se çərkən, kiçik potensialmetrin köməyi ilə siqnal səviyyəsini uyğun mak simu­



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə