Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə29/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

81

İşıq  cihazları  döşəmə  dayaqlarına  taxıla,  kameraya  bərkidilə  və  ya  əldə 

tutula bilər. Səyyar işıq qurğuları böyük miqdarda elektrik enerjisi ilə işləyir: 

onların işıq gücü bu düsturla hesablana bilər: vatt = amper × volt.

İşığın  parlaqlığı  işıq  tənzimləyicilərinin  köməyi  ilə,  yönəldici  işıq  cihaz­

larından  buraxılan  şüanın  enini,  cihazla  çəkiliş  obyekti  arasındakı  məsafəni 

dəyişməklə, eləcə də seyrəldicilərdən istifadə yolu ilə artırılıb­azaldılır. Çəkiliş 

səhnəsinə düşən işığın keyfiyyət və istiqamətini dəyişdirmək üçün pərdə örtük­

lərindən, günlüklərdən, blendalardan, ipək ələk və güzgüləyicilərdən də istifadə 

etmək mümkündür.

Digər faydalı işıq avadanlığı sırasında yapışqanlı lentin, alümin folqanın, elə­

cə  də  iki  və  üçmilli  dəyişən  cərəyan  qoşquların  adını  çəkmək  olar.  Studi ya­

dankənar çəkiliş zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etmək va cib dir.

İşıqqurma təkcə texnika deyil, həm də sənətdir. İşıqqurmanın başlıca estetik 

tərkib hissəsi komponenti tutumun yaradılmasıdır, yəni üçölçülü görüntü al da­

nışına  nail  olmaqdır.  Bu  effektin  alınmasına  işıqlanma  dərəcəsi,  işığın  isti­

qaməti, çəkiliş obyektinə və işıq qaynağına nisbətdə kameranın yeri təsir gös­

tərir. Kinematoqraf işığında hər təzə çəkiliş nöqtəsi üçün işıq yenidən qurulur. 

Üç nöqtədən işıqlandırma rəsmləyici, tamlaşdırıcı və əks işıqlardan istifadəni 

nəzərdə tutan klassik texnikadır. Üç nöqtədən işıqlandırma ideal yekun nəticə 

üçün  yox,  çəkiliş  yerinin  işığını  qurmaqdan  ötrü  ideal  çıxış  nöqtəsidir.  İşıq­

landırma  zamanı  nəzərə  alınmalı  əlavə  amillər  sırasına  işığın  motivləşdirilib­

motivləşdirilməməsi,  fakturanın  sezdirilməsi,  arxa  planda  kölgələrin  olması, 

elə cə də günün çağlarını bildirmək və ovqat yaratmaq üçün arxa plan işığından 

istifadə daxildir.



82

IV FƏSİL. SƏS

Elastik  mühit  zərrəciklərin  mexaniki  titrəyişinin  doğruluğu  psixo­fizioloji 

duyğu  –  səsdir.  Səs  titrəyişinə  20...20000  Hs  intervalında  tezlik  sahəsi  mü­

vafiqdir. 20 Hs­dən aşağı tezlikli titrəyişlər infrasəs, 20  Hs­dən yuxarı tezlikli  

titrəyişlər  isə  ultrasəslər  adlanır.  Səs  dalğası  –  havada  yayıla  bilən  uzununa 

elas tik dalğadır. 

Teleistehsalda səs sırasının ən çox yayılan dörd növü aşağıdakılardır: mətn, 

tə bii səs (interküy), musiqi və səs effektləri.

1. Mətn kadrarxası diktor oxunuşuna, dialoq və monoloqa ayrılır. Səslənən 

mətnlər improvizə edilir. Şərh də mətnin son dərəcə geniş yayılmış növ lə rin­

dəndir. Şərhlər kadrda və ya kadr arxasında oxuna bilər. Bütün hallarda şərhçi 

ekran  görüntüsünün  mahiyyətini  açıqlayır,  prorqamın  fraqmentlərini  vacib 

məx rəcə gətirir. Kadrarxası şərh zamanı ekranda, adətən, mətndə haqqında söh­

bət  açılan  hadisə  və  ya  nəsə  başqa  şey  barədə  videokadrlar  göstərilir.  Kadr­

arxası şəhr çox zaman “kadrarxası mətn” və ya “kadrarxası səs” də adlanır.

2. Əsasən, studiyadankənar çəkilişlərdə verilişə təbiilik və canlılıq gətirmək 

üçün  istifadə  olunan  akustik  komponent  təbii  səslərdir.  Təbii  küyləri  bəzi 

hallarda  natural  küy  də  adlandırırlar,  çünki  belə  səslər  açıq  hava  çəkilişləri 

üçün  səciyyəvidir.  Məsələn,  zavodda  qaynaqçı  ilə  müsahibə  zamanı  eşidilən 

təbii səslər – zavoddakı fəhlələrin və texnikanın, ya da qaynaq aparatının səsi 

olacaq. Təbii səslər studiyadankənar videoyazıya çox önəmli həyatilik, dü rüst­

lük gətirir.

3.  Səsli  –  görüntülü  sənət  sahələrinin  ifadə  vasitələrindən  biri,  gerçəkliyi 

bədii  səs  obrazları  vasitəsilə  təsvir  və  insan  psixikasına  aktiv  təsir  göstərən 

incəsənət  növü  musiqidir.  İnsanların  emosional  vəziyyətinin  konkret  və  ya 

inandırıcı ifadəsinə nail olan musiqi kinovideo çəkilişlərində mühüm rol oy na­

yır. Musiqinin hərəkət ilə sintezi onun imkanlarının genişlənməsinə səbəb olur. 

Musiqi  filmlərdə  ovqat  yaratmaq,  müəyyən  ovqatı  vurğulamaq  üçün  istifadə 

edilir. Musiqi vasitəsilə hadisənin məkan və zamanını da çat dır maq müm kün­

dür. Məsələn, musiqi ilə müşayiət olunmayan səma gö rüntüsü, ucsuz­bucaqsız 

səhra,  sonu  görünməyən  yollar  adi,  yüksüz,  cansıxıcı  bir  təs virdir. Amma  bu 

görüntülərə  uyğun  musiqi  fonu  verməklə  görüntünü  konkret  məkana,  elmi­

fantastik mənzərəyə çevirmək mümkündür. Heç bir kinonu tamamilə musiqisiz 

təsəvvür etmək mümkün deyil. 

4.  Danışığa  (nitqə)  və  musiqiyə  aid  olmayan  səs  –  səs  effektləridir.  Stu­

diyada  çəkiliş  zamanı  çox  vaxt  nəzərdə  tutulan  çəkiliş  yerinin  təbii  səslərini 

canlandırmaqdan ötrü istifadə olunan səs – səs effektidir. Studiyada, guya gü­

nəş li  yay  sahələrini  evin  aynabəndindən  bir  səhnə  çəkilirsə,  səs  effekt lərinin 

köməyi  ilə  fonoqrama,  quşların  cəh­cəhini,  ev  heyvanlarının  səsini,  həyətdə 



83

odun doğranmasının səsini artırmaq mümkündür. Hadisələrin studiya dankənar 

çəkilişlərində  belə  səs  fonu  təbii  iştirak  etdiyindən,  interküy  kimi  yazılacaq. 

Cərəyan edən hadisənin kadr arxasında qalan inkişafı haqqında ümu mi təsəv­

vür yaratmaq üçün həm pavilyon, həm də natura çəkilişlərindən isti fadə edilir. 

Lakin kinoçəkilişlərdə səhnələşdirilməsi mürəkkəb olan böyük miq yaslı olay­

ları (məsələn, təyyarə uçuşunu və ya ya partlayışını, dağlardakı qar uçqu nunu, 

ev partlayışlarını və s.) kadrarxası səs effektlərinin köməyi ilə can landırılır. Səs 

effektləri  sinxron  (məsələn,  ayaq  tappıltısı,  qapı  açılması  və  s.)  və  qeyri­

sinxron (məsələn, külək vıyıltısı, uzaqdan eşidilən quş səsi və s.) təsiri ekranda 

o qədər də hiss olunmayan səslər olur.

Səsin  intensivliyi  –  səs  dalğasının  yayılma  istiqamətinə  perpendikulyar 

olan sahə vahidindən bir saniyədə keçən enerjinin miqdarıdır. Səsin intensivliyi 

hər kvadrat metrə görə vatla (Vt/m2) ölçülür.

Bəzən səs dalğalarının yayılmasının qarşısını almaq üçün dalğaların ya yıl­

dığı yerlərdə səs udan materialdan maneələr (səs izolyasiyaları) qoyulur.

TV təsvirlərində səs effektlərinin eşidilməsini azaltmağa imkan verən səs­

boğan qurğudan istifadə edilir. Səsboğan təsvir siqnallarının formalaşdırılması, 

gücləndirilməsi  və  ötürülməsi  prosesində  yaranan  səs  effektləri  ilə  yanaşı, 

təsvirin keyfiyyətinə təsir göstərən qüsurların və maneələrin azaldılmasına da 

kömək edir.



§22. Texniki amillər

Teleistehsaldan danışarkən, çox vaxt öz diqqətimizi, məhz çatdırışın vizual 

komponentində cəmləşdiririk. 

Doğrudan  da  “televiziya”  və  “video”  sözlərinin  mənası  latıncadan, 

“görmək” mənasını verən “videra”­dan götürülüb. Bununla belə televiziya au­

dio vizual informasiya vasitələridir və bu vasitə görüntü qədər səsdə eyni də rə­

cə də vacib sayılır.

Çoxkameralı  studiya  teleistehsalı,  xüsusən  telefilm  istehsalı  mikrofonların 

teleseyrçidən  gizlədilməsini  tələb  edir.  Bunun  nəticəsi  kimi  mikrofonları  ifa­

çılardan  –  səs  qaynağından  aralı  məsafədə  quraşdırırlar.  Bu,  səsin  ötürülmə 

key fiyyətini  azaldır,  ancaq  kənar  studiya  küyünün  –  işləyən  kondisionerlərin, 

kamera motorunun, tərpədilən mebelin, studiyadakı adamların səsini ötürməyə 

kömək edir.

Xırdaformatlı çağdaş videomaqnitofon modellərinin çoxu “Hi­Fİ” reji min­

də  (səsin  yüksək  dəqiqliyi)  işləyə  bildiyindən  onların  səsyazma  və  səs tək­

rarlama  keyfiyyətləri  son  dərəcə  yaxşıdır.  Bundan  başqa,  indi  bir  çox  xır da­

formatlı maqnitofonların iki səs kanalı olduğundan, stereosəsi yazıb təkrar səs­

ləndirə bilir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə