Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə26/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

73

diapazonu əngəlləyəcək parlaq işıqlı pəncərə varmı? Yaxud görüntünü korlaya 

biləcək  parıltılı  şüşə,  ya  da  metal  səthlər  yoxdur  ki?  Və  ya  çəkilişə  zəruri 

cihazlar üçün yetərli elektrik mənbəyi varmı? Gərəkli işıq aparatlarından ötrü 

yer  kifayət  qədərdirmi?  Cihaz  və  çəkiliş  obyektləri  arasındakı  məsafə  işığa 

nəzarət yetirməyə imkan verəcəkmi? Həmin suallara “hə” cavabı alandan sonra 

çəkilişə başlaya bilərsiniz. Videojurnalistika prodüserinin cavab üçün, adətən, 

beş  dəqiqə  vaxtı  olur;  SVİ  (Studiyadankənar  videoistehsal)  prodüseri  çəkiliş 

yeri ilə öncədən tanış ola bilər.

§20. Üç nöqtədən işıqlandırma

Üçölçülü  təəssürat  oyatmaqdan  ötrü  üç 

və zifə  həll  edilməlidir:  formanı  sezdirmək 

(rəs mləyici  işıq);  çəkiliş  obyektini  fondan 

ayır maq  (əks  işıq);  rəsmləyici  işığın  (dol du­

rucu  işıq  və  ya  köməkçi  işıq)  yaratdığı  qatı 

köl gəni seyrəltmək. Bu üsul üç nöqtədən işıq­

lan dırma adlanır.

Üç nöqtədən işıqlandırmaya dair ideal an­

layışı  şəkildə  göstərmək,  illüs trasiya  etmək 

asan dır, ancaq gerçək şəraitdə işığın qu rul ma­

sı ideal haldan çox fərqlənə bilər. Nəticə eti­

barilə, işığın düzgün qurulub­qurulmadığı ba rədə 

qə rarı  subyektiv  olaraq  çıxarırsan  və  bu  zaman 

ayrı­ayrı cihazların vəziyyət və parlaqlıq dərə cə­

lə rinin üç nöqtədən işıqlandırmağın ideal sxe minə 

uyğun lu ğundan yox, çəkiliş səhnəsinin kamerada 

(və ya monitorda) necə görün mə sindən çıxış edi r­

sən. Deməli, indi  müzakirə etdiyimiz işıq nisbəti 

prinsipləri  işığın  qurulma  prosesində  son  nöqtə 

de yil, çıxış nöqtəsidir.

Rəsmləyici işıq

Rəsmləyici işıq ən parlaq və deməli, ən önəm li 

işıq qaynağıdır. Rəsmləyici işıq ilk növ bədə, lentə alınan cismin formasını üzə 

çıxarmaq üçündür. Həmin cismi parlaq işıqlatmaq, həm də kölgələrini du rult­

maqla buna nail olmaq müm kün dür. Əksər hallarda cismin forması haqqında 

ən  önəmli  informasiyanı  onun  sət hindəki  kölgələrdən  alırıq  və  bu  baxımdan, 

ümumi işıq elə də rol oynamır.

Teleseyrçilər uzun illərdir ki, görüntüləri çatdırmağın bəlli üsullarına alı şıb lar. 

Məsələn,  xəbərlər  və  ya  rəsmi  məlumat,  adətən,  telestudiyada  olan  və  əs lin də 

Şəkil 54. 

Şəkil 53



74

yeri bilinməyən, həm də düz kameraya baxan diktor vasitəsilə çat dırılır və orta, 

yaxud orta­iri plandan istifadə olunur. Yeri və vaxtı göstərən heç bir işarəyə rast 

gəlinmir.  Hansı  stansiyadan,  hansı  gün  və  günün  hansı  vaxtında  efirə  veril­

məsindən asılı olmayaraq, bütün çatdırışlar bir­birinə bənzəyir. Rəsm ləyici işıq 

hər  hansı  giriş  informasiyası  daşımır:  çəkiliş  obyekti  xəyali  düz  xət dən  təx­

minən 30­45 dərəcə hündür bucaq altında və 30­45 dərəcə qıraqda yerləşdirilir. 

Rəsmləyci işıq vasitəsilə obyektin üzündə yaradılan işıq­kölgə şək li o bucaqlar 

həddində  yerləşir.  Məhz  işıq­kölgə  cizgiləri  üzü  normal  gös tərməyə  imkan 

verir. Bu tip işıq studiyadankənar şəraitin bir çoxunda yetərli sa yıla bilər. Əgər 

işıq  kameranın  işinə  kifayət  edirsə  və  çəkilişdə,  məsələn,  reportyoru  şəhər 

bələdiyyəsinin  vestibülündə  yalnız  bir  bucaqdan  lentə  alan  tək  kamera 

işlədilirsə,  o  zaman  planın  dərinliyini,  parlaqlığını,  kontrastını  və  can lılığını 

təmin etmək üçün yeganə rəsmləyici işıq da yetərlidir.

Əgər həmin səhnəni bayırdan, bələdiyyə binasının pilləkənlərindən çəkmək 

lazım gələrsə, reportyor elə yer seçib dayanmalıdır ki, rəsmləyici işığın funk­

siyasını günəş yerinə yetirsin. Pillələrə gün işığı düşmürsə, kameranın görmə 

sahəsindən qıraqda qalan ən yaxın ağ divardan və yaxud səyyar güzgüləyicidən 

(ağ  rəngli  və  ya  alümin  təbəqəsi  olan)  rəsmləyici  işıq  kimi  istifadə  etmək 

mümkündür.  Kameranı  gündüz  işığına  kökləməyi  yaddan  çıxartmayın.  Əgər 

işıq  cihazından  yararlanmalı  olsanız,  cihazın  rəng  temperaturunu  gündüz  işı­

ğının temperaturuna çatdırmaqdan ötrü sizə işıq süzgəci də gərək ola bilər.

Şəkil 55.

1. Rəsmləyici işıq

2. Doldurucu işıq

3. Model işıq

4. Əks işıq

Tamlaşdırıcı (doldurucu) işıq (altdan işıqlatmaq)

Çox vaxt çəkilən səhnə yuxarıda təsvir ediləndən mürəkkəb olur və bir neçə 

işıq cihazından istifadəni nəzərdə tutur. Əgər çəkiliş səhnəsi çox qaranlıqdırsa, ye­

ganə rəsmləyici işıq vəziyyəti daha da korlaya bilər, çünki həddindən artıq kəskin 

işıq­kölgə  cizgiləri  yaradacaq.  Bu  halda  kamera  ilə  çəkiliş  obyekti  ara sındakı 

xəyali xəttin hər iki tərəfinə qoyulmuş iki eyni dərəcədə parlaq işıq qay nağından 

istifadə  etməyə  həvəslənə  bilərsiniz.  Nəticədə  obyekt  parlaq  işıq la nacaq,  ancaq 

Şəkil 54. Rəsmləyici işıq effekti




75

hər iki işıq qaynağının eyni parlaqlıq dərəcəsi tutum effektini yer li­dibli yoxa 

çıxaracaq.

Tamlaşdırıcı işıq, yaxud altdan işıqlatma həmin prob lemi çözür. Altdan işıq­

latma  yolu  ilə  çəkiliş  ümumi  işıq lanma  mənzərəsini  artırmaq,  tam  da  olmasa, 

qismən rəsm ləyici işığın doğurduğu köl gələri örtmək müm kün dür. Tam laşdırıcı 

işıq  qay naq  la rı nı  rəsmləyici  işığın  parlaqlıq  dərəcəsinin  50­75%­i  həddində 

tən zim ləmək  la zımdır.  Kameraya  zəruri  əsas  işıq  səviyyəsindən  az  olmamaq 

şər ti  ilə  tam laşdırıcı  işığın  parlaqlığını  müəyyənləşdirin.  Seyrçinin  diqqətini 

cəlb etmək üçün hər hansı fon sahəsini işıqlandırmaq tələb edilirsə, həmin sə­

viyyəni ar tır maq da olar.

Rəngli televiziya tamlaşdırıcı işıqdan uğursuz yararlanıb (çox vaxt sui­is ti­

fadə  edib).  Belə  vəziyyət  onun  nəticəsində  yaranıb  ki,  videokameraların  bir 

çoxu kölgəli  sahələrin dəqiq rəngveriminin öhdəsindən çətinliklə gəlir. Kölgəli 

sahələri  parlaq  işıqladarkən  aldıqları  rəngin  nisbətən  tünd  çalarlarında  gös­

tərmək əvəzinə, videokameralar onları çox vaxt təhrif edir. Üzdəki kölgə, tutaq 

ki,  yaşıl  rəngə,  yaxud  heç  cür  uyuşmayan  bir  başqa  rəngə  çevrilir,  hal bu ki, 

insan sifəti öz rənginin daha tünd çalarlarında görünməlidir.

Belə  xoşagəlməz  hallardan  qaçmaq  üçün,  çəkiliş  səhnəsi  ifrat  miqdarda 

tam laşdırıcı işığa “bələnir” və məqsəd  də o olur ki, bu yolla kölgəli sahələr 

ara dan  qaldırılsın.  Hansı  nəticənin  yarandığını,  məsələn,  komik  xarakterli  bir 

çox teletamaşadan görmək mümkündür: istər personajlar, istərsə şərait eyni də­

rə cədə parlaq, işıqlı, həm də “hamar” görünür.

Xoşbəxtlikdən, indiki kameraların işıqtoplayıcı imkanları çox böyük sürətlə 

yaxşılaşdığından  (məsələn,  yüklü  rabitə  cihazları  –  JRC  –  mövcud  ol du ğun­

dan), görüntünü əvvəlki kimi, işıq selində “çimizdirməyə” lüzum qalmır.

Kameraların əksər hissəsi təbii işığı gücləndirmək üçün cəmi bir ədəd yum­

şaq işıq cihazından yararlanarkən, işıq­kölgə rəsmləri insan sifətinin rəng ça lar­

larını çox  rəvan  keçidlə canlandırır və  bu  çalarları kameranın özü  də  effektli 

şəkildə fiksasiya edir.

Rəsmləyici işığın günəşdən və ya işıq cihazından qaynaqlanmasının fərqinə 

varmadan, kölgəli sahələrin rəngverimi keyfiyyətini mütləq yoxlayın ki, əlavə 

Şəkil 57. Tamlaşdırıcı işıq effekti



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə