Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə23/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

64

üçün  nəzərdə  tutulub.  Bu  za man  işığı  bəlli  istiqamətə  yö nəldirlər.  Sərt  işıq 

fayda lıdır, çün ki ona xas olan səmt lənmə və kəskin işıq­kölgə key fiy yət lə  ri tu­

tum effektinin ya ra n masına, yəni insan fiqurunun və əşyaların üçölçülü təbiə ti­

ni üzə çıxar ma ğa imkan verir.

Yönəldici  işıq  cihazları  ilə  yanaşı,  seyrək  (süzgün)  işıq  cihazları  da  var.  

Hə  min cihazlar yayğın kölgəli və nisbətən yumşaq işıq buraxır. Belə cihazların 

halogenli volfram lampalı güzgüləyiciləri elə formaya malikdir ki, işıq yalnız 

ka meranın imkanlarını aşan dərəcədə kontrast diapazonu yaradan çox qatı köl­

gələri işıqlatmaq məqsədi ilə işlədilir.



Yumşaq işıq cihazları. İndi telequruluşçunun sərəncamında bir sıra son də­

rəcə rahat seyrəldici işıq cihazları var. Həmin cihazlar açılıb­yığılan (qat lanan) 

reflektorla təchiz edilib. Alüminli, yaxud yüksək əksetdirmə qabiliyyətli digər 

maddə ilə örtülmüş parça reflektor çətirşəkilli çərçivəyə geydirilir. Yumşaq işıq 

cihazları kimi tanınan belə qurğular linzasız seyrəldici işıq cihazlarına nisbətən 

daha  az  miqdarda  kölgə  salan  parlaq  işıq  şüası  buraxır.  Quraşdırılan  zaman, 

sey rəldici işıq cihazlarından çox yer tutsalar da, onlar bəzi hallarda daha yaxşı 

işıqlatma şəraiti yaradırlar.



İşıq  çətirləri.  İşıq  çətirləri  seyrəldici  və  yönəldici  işığı  yumşaltmaq  üçün 

linzasız cihazlarla bərabər geniş istifadə olunur. Açılmış xırda çətir işıq ci ha­

zına bərkidilir. Yumşaq işıq cihazında olduğu kimi, lampa həmin cihazın işığını 

çəkiliş  obyektinə  yayan  çətirin  içəri  səthinə  yönəldir.  Belə  işıq  keyfiyyətcə 

həmin birbaşa çəkiliş obyektinə yönəldilən işıqdan yumşaq olur. 

Halogenli iodid-metal lampaları. Açıq havada çəkiliş səhnəsinə düşən tə­

bii işıq çatmadığı və əlavə səylər tələb 

etdiyi  zaman  çətinlik  yaranır.  Dəyişən 

cərəyanla işləyən, yönəldici və sey rəl­

dici  işıq  cihazlarına  taxılan  halogenli 

vol fram  lampaları  gərəkli  rəng  tem­

peraturu  vermədiyindən  (3200*K)  bu 

işığın təbii günəş işığına (6000*K) qa­

rışması xoşagəlməz hallar törədə bilər. 

Video çəkiliş  məqsədləri  üçün  gündüz 

işığının  rəng  tem pe ra tu runa  yetərincə 

ya  xın olan və 3200*K­nə çevirən dix­

ro ik işıq süzgəclərindən istifadə etmək müm kündür, ancaq bu halda da əlavə 

ci haz lar lazım gələ bilər.

Sənaye bu problemə reaksiya verərək studiyadankənar çəkiliş üçün yeni sü zü­

lən işıq qaynağı – halogenli iodid­metal lampaları yaratdı. 1 vata düşən fur­kan del 

göstəricisinə görə, həmin lampalar əsas işıq qaynağı kimi volfram lam pa larından 

iki  dəfə,  rəng  temperaturunu  3200*K­dən  gündüz  işığına  ekvivalent  həd də  çat­

dırmaq üçün, volfram şüasını süzgəcdən keçirəndə isə dörd dəfə sər fə lidir.

Şəkil 47.




65

Bununla belə halogenli iodid­metal lampaları videojurnalistikada geniş ya­

yıl mayıb,  çünki  onlar  titrək  işıq  şüalandırdığından,  görüntünün  sayrışmaması 

üçün həmin işığı kamera ilə sinxronlaşdırmaq tələb olunur. Deməli, bu ci haz­

lardan istifadə zamanı əlavə ehtiyat tədbirləri görmək lazım gəlir. Bundan baş­

qa, onların işindən ötrü tələb olunan yardımçı təminat sistemi çox iri ölçülərdir.  

 

İşıq aparatlarını bərkitmə avadanlığı

Studiyadankənar  istehsalda  yuxarıda  açıqlanmış  çöl  işığı  cihazlarına  bən­

zəyən qurğulardan istifadə edərkən onları quraşdırmaq və bərkitmək üçün əla­

və avadanlıq tələb olunur. İşıq cihazı, adətən, aşağıdakı üç üsuldan birinə, da­

yan maqla quraşdırılır. Səyyar işıq cihazlarının çoxunu qatlanan döşəmə da yaq­

larına  bərkitmək  mümkündür.  Bu  dayaqlar  çox  vaxt  yüngül  alüminium  qa tı­

şıqlarından  hazırlanır  və  işıq  avadanlığına  yetərli  dayanıqlılıq  təmin  edir.  Bu 

dayaqları açıb­qaldırmaq mümkün olduğundan, işıq cihazlarının qoyulma hün­

dürlüyünü və buna uyğun şəkildə işığın düşmə bucağını tənzimləmək olur. Siz 

xəbərdarlıq  dayaqlarını  yuxarı  qaldırdıqca,  onların  xəttinin  məftillərinə  to­

xunub  ilişməyəsiniz.  Unutmayın  ki,  hətta  yüngülcə  toxunmaqla,  həm  dayağı, 

həm də işıq cihazını uçura bilərsiniz.



Əl işığı cihazları. Əl cihazlarından çox vaxt studiyadankənar çəkilişlərdə 

istifadə olunur. Bu cihazın balaca tutqacı – tutma yeri olmalıdır. Həmin tutqac 

lampanı istidən qoruyan istilik izolyasiyası ilə sarınıb örtülməlidir. Cihazı çə­

kiliş qrupu üzvlərindən biri əlində saxlayır. Bu cihazın kamera işığından əsas 

üstünlüyü  odur  ki,  çəkiliş  obyektinin  işıqlanma  bucağını  dəyişmək  müm kün­

dür.  Kamera  işığı  həmişə  obyektə  tərəf  yönəl­

dilir, əl cihazını isə yuxarı qal dır maq, aşağı sal­

maq və ya qırağa çəkmək olur ki, bunun da nə­

ticəsində çəkiliş obyektinin tutumunu daha yax­

şı göstərə bilərsən.



Kamera işığı. Bu işıqlar, adından görün dü­

yü kimi, bilavasitə kameraya bərkidilir və çə ki­

liş  qrupunda  işıq  cihazını  əlində  tutacaq  adam 

Şəkil 48. Fokuslaşdırılmış 

şüanın köməyi ilə işıq gücünün 

dəyişdirilməsi

Yuxarıda: A sahəsində şüa topasının 

eni; solda – seyrəldici işığın enli 

şüa topasının vəziyyəti: A sahəsinin 

işıqlanma dərəcəsi, yəni a=1/2X: 

sağda – yönəldici işığın ensiz şüa 

topasının vəziyyəti: A sahəsinin 

işıqlanma dərəcəsi, yəni A=X.

Şəkil 49.




66

olmayanda,  çəkilişin  xarakteri  dönmə  dayağına  imkan  verməyəndə,  tutaq  ki, 

hərəkət  edərək  çəkən  zaman,  yaxud  operator  çəkiliş  obyektinə  sabit,  həm  də 

birbaşa işıq salmaq istəməyəndə bu cür işıqdan faydalanırlar. Kamera işığından 

videojurnalistikada çox istifadə edilir. Çəkilişi ev şəraitində, hər hansı binanın 

içərisində apararaq iri döşəmə dayaqlarından boyun qaçırmaq istəyəndə də, bu 

işıq çox faydalıdır.

§15. Parlaqlığa nəzarət

Parlaqlığa işıq tənzimləyicilərindən istifadə yolu ilə fokuslaşdırılan ci haz­

ların buraxdığı işıq şüasının enini, cihazla obyekt arasındakı məsafəni də yiş dir­

məklə və seyrəldicilərin köməyi ilə nəzarət etmək mümkündür.



İşıq  tənzimləyiciləri.  İşıq  tənzimləyicilərinin  iş  prinsipi  işıq  cihazlarına 

verilən  cərəyan  gücünün  dəyişməsinə  əsaslanır.  Bu  yolla  cihazın  parlaqlığı 

asan lıqla tənzim edilir. Cihaz çox parlaq işıqla yanırsa, işığın gücünü tələb olu­

nan  səviyyəyə  düşənədək  azalt maq  olar.  Studiya  şəraitində  teleistehsalda  işıq 

tənzimləyiciləri geniş ya yı lıb; studiyadankənar  istehsalda isə ağır çəkiləri və 

iri ölçüləri ucbatından on lar dan çox nadir hallarda istifadə edilir.

Studiyadankənar prodüserlər arasında tək­tək adam tapılar ki, işıq tən zim­

ləyicisi  götürməyi  özünə  rəva  görsün.  Müəyyən  mənada  bu,  pis  deyil,  çünki 

cihaza verilən elektrik gücünü azaldan zaman tənzimləyicilər işığın rəng tem­

peraturunu dəyişdirir. Lampanın parlaqlığı azalanda, qırmızımtıla çalan işıq bu­

raxır. Bu effekt halogenli volfram lampalarında közərmə lampalarına nisbətən  

az  nəzərə  çarpsa  da,  hər  halda  yenə  özünü  göstərir.  Deməli,  işıq  tənzim lə yi­

ciləri  rəng  korreksiyasını  xeyli  mürəkkəbləşdirdiyi  üçün  bir  çox  pro dü ser lər 

on dan, ümumiyyətlə, istifadə etməməyə üstünlük verirlər.



İşıq  şüasının  eninin  dəyişməsi.  Bir  çox  fokuslaşdırılan  yönəldici  işıq 

cihaz  larında studiyadankənar istehsal zamanı işıq selinin eninin dəyişdirilməsi 

çox böyük rahatlıq gətirir. Cihazı əvvəlki vəziyyətdə saxlayaraq, şüanın enini 

dəyişmək  yolu  ilə  işıq  gücünü  dəqiqləşdirmək  mümkündür.  Bundan  ötrü  işıq 

tənzimləyiciləri gərək deyil. Sabit elektrik cərəyanı axınından yaranan işığı na­

zik  bir  topada  cəmləmək  mümkündür.  İstəsəniz,  işığı  bütün  çəkiliş  mey dan­

çasına yay maq da olar. Şüanın içərisindəki hər hansı nöqtənin işıq gücü topanın 

sıx laşma dərəcəsindən asılıdır.



Lampa və obyekt arasındakı məsafə. Sadəcə, işıq cihazının yerini dəyiş­

məklə də parlaqlıq dərəcəsini ölçmək olar. Obyektə düşən işıq gücü bu ob yekt­

lə  işıq  qaynağı  arasındakı    məsafədən  asılıdır.  Həmin  məsafəni  üç  dəfə  artı­

randa,  obyektə  düşən  işıq  dörd  dəfə  azalır.  Buna  tərs  kvadrat  qaydası  deyilir 

(işıqlanma,  işıq  qaynağınadək  olan  məsafənin  kvadratına  tərs  mütənasibdir). 

Studiyadankənar istehsal zamanı bu qaydanın tətbiqini bilmək vacibdir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə