Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə21/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

59

Unutmayın ki, işığın keyfiyyəti (işığın tərkibindəki elektromaqnit şüalanma 

tezlikləri) və işıqlılıq (işığın ümumi parlaqlığı) müxtəlif şeylərdir və müxtəlif 

üsullarla da onlara nəzarət edilir. Burasını da unutmaq lazım deyil ki, eks po­

nometrlər işığın keyfiyyətini yox, yalnız parlaqlığını ölçür.

Rəng temperaturu

Studiyadankənar prodüser çəkiliş zamanı çəkiliş obyektlərinin nisbi par laq lığı 

və buna müvafiq olaraq kameranın parlaqlıq dərəcəsi sahəsində imkanlarını nəzərə 

almaqla  yanaşı,  işığın  keyfiyyətini  də  izləməlidir.  Bu  amilin  tam  nə za rətdə  sax­

lanıldığı studiyadakı istehsaldan fərqli olaraq, studiyadankənar isteh sal işıq lanma 

zamanı vahid keyfiyyət parametrlərinin yox luğu ilə səciy yələnir. Xü susən, müxtəlif 

naturalarda çəkilmiş fraqmentləri eyni proqramda birləş dirəndə.

Yekcins olmayan çəkiliş şəraiti nəticəsində bir­biri ilə pis uyuşan görüntülər 

alınır. Dərinin, paltarın, otun, kərpic divarların, səmanın və seyrçilərə yaxşı ta­

nış olan obyektlərin rənglərindəki fərqlər o dəqiqə gözə çarpır. Belə uyuşmaz 

görüntüyə səbəb odur ki, ayrı­ayrı çəkiliş yerlərində elektromaqnit tezliklərin 

müxtəlif kombinasiyaları hesabına işıqlanma yaranır. Deməli, çəkiliş obyek tin­

dən kameraya müxtəlif rəng kombinasiyaları əks etdirilir. Bunu parlaqlıq və ya 

kontrast diapazonu ilə qarışıq salmayın. İndiki halda söhbət işıq miq darın dan 

yox, işığın özünün daxili keyfiyyətindən gedir.

Videokameralarda ağ rəng siqnalını avtomatik tarazlama sistemi məhz çəki­

liş  şəraiti  dəyişən  zaman  siqnala  düzəliş  vermək  üçündür.  Gördüyünüz  kimi, 

eyni  planın  çəkilişinin  əvvəlində  və  sonunda  müxtəlif  rəng  temperaturlarının 

üstün  olduğu  hallarda  da  videosiqnalın  rəng  önəmi  qalır. Avtomatik  apertura 

(apertura – optik cihazlarda açılıb­örtülən deşikdir, linza və ya diafraqmaların 

ölçüləri ilə müəyyənləşdirilir) düzəlişlər sistemi dəyişən işığa reaksiya verir.

Rəng  təəssüratı  həm  çəkiliş  obyektinin  rənglilik  dərəcəsindən,  həm  də  bu 

obyektə düşən işığın keyfiyyətindən asılıdır. İnsanın gözünə ağ rəngdə görünən 

işıq  telekamera  üçün  həmişə  ağ  rəngdə  olmur.  Məsələn,  lüminessent  və  adi 

məi   şət lampasının şüalandırdıqları işığın keyfiyyətinə nəzər salaq. Məişət lam­

pa sının işığı, adətən, lüminessent lampa göyümtül­yaşıl keyfiyyətli soyuq işığa 

malikdir.  Bizə  ağ  işıq  kimi  görünən  belə  keyfiyyət  dəyişikliklərini  rəng  tem­

peraturu fərqləri adlandırır və Kelvin dərəcəsi ilə (K) ölçürlər. İşığın rəng tem­

peraturundakı dəyişmə və ya sapmalara telekameralar xüsusən həssasdır.  

Laboratoriya təcrübələrindən görürük ki, lampadakı naqilin közərmə də rə cəsi 

(ondan  elektrik  cərəyanı  buraxmaq  nəticəsində)  həm  bu  naqilin  özünün  al dığı 

rənglə,  həm  də  şüalandırdığı  işığın  rəngilə  birbaşa  bağlıdır.  Közərmə  də rəcəsi 

aşağı  olanda  naqil  tədricən  qırmızı  rəng  alır  və  qırmızımtıl  çalarlı  işıq  bu raxır. 

Cərəyan  güclənərkən  közərmə  də  artır  və  naqil  sarı  rəngdə  görünür.  Ye tərincə 

yüksək  temperaturda  naqil  ağaranadək  közərir  və  ağ  işıq  (adama  elə  gəlir  ki, 



60

rəngsizdir) buraxır. Bu rəng görünən bütün spektr tezliklərinin kom bi na siyasından 

yaranır və deməli, işıq saldığı piqmentlərin zahiri görünüşünü də yiş dirmir.

Vəziyyəti daha çox mürəkkəbləşdirən odur ki, işıq cihazlarının müxtəlif tip­

ləri rəng temperaturu baxımından təkcə bir­birindən yox (tutalım, lüminessent 

lampadan, közərmə lampasından və volfram­halogen lampasından), həm də ha­

mısı bir yerdə təbii günəş işığından fərqlənir. Hətta günəş işığının tem pe ra turu 

sabit deyil – günün zamanından və ya havanın tutqunluq dərəcəsindən ası lı ola­

raq dəyişir!

Televiziya studiyalarında rəng temperaturu problemi asan həll olunur. İşıq 

cihazlarının hamısı 3×200* K­nə uyğun gəldiyindən, kameranın vəziy yətin dən 

və  günün  zamanlarından  asılı  olmayaraq,  rənglər  dəyişməz  qalır.  Studiya  is­

tehsalının  studiyadankənar  istehsaldan  başlıca  fərqi  də  budur.  Axı,  ayrı­ayrı 

müəssisələr, mağazalar və küçələr mürəkkəb işıq qaynağı dəstlərinin müxtəlif 

kombinasiyalarında  işıqlandırılır.  Studiyadankənar  quruluşçu  çəkiliş  mey dan­

çasında işığın qaynaq və keyfiyyətini müəyyənləşdirməyi və dəqiq rəng verimli 

görüntü almaq üçün zəruri düzəlişlər aparmağı  bacarmalıdır.

Rəng temperaturunu ölçən əl cihazları, yəni kelvinometrlər studiyadankənar 

istehsalda geniş yayılmadığına görə bütün diqqət əvvəlkitək işıq qaynaqlarında 

cəmləşir. Avadanlıq  istehsalçılarının  yaydıqları  istifadə  qaydalarında  müxtəlif 

işıq qaynaqları üçün Kelvin dərəcəsini göstərən rəqəmlər fizika sahəsində xü­

susi bilikləri olmayan adamlara da anlaşıqlı şəkildə açıqlanır.

Cədvəldə adi işıq qaynaqlarının siyahısı və onların şüalandıqları işığın rəng 

temperaturu göstərilib.



Cədvəl 1.

Müxtəlif işıq qaynaqlarının rəng temperaturu 

Rəng temperaturu 

(Kelvin dərəcəsi ilə)

İşıq qaynağı

Ümumi açıqlama

1800* K


Üstüaçıq od

İsti (gözlə görünən 

qırmızımtıl rəng çaları)

2000*K


İlıq çalarlı abansura taxılmış məişət lam­

pası


2800*K

Abansursuz taxılan tutqun ağımtıl rəngli 

məişət lampası

3200*K


Standart studiya telelampası (volframlı 

halogen)


3500*K

Məişət fotoçəkilişi üçün işıqlayıcı cihaz

4800*K

Lüminessent lampa



5400*K

Birbaşa günəş işığı (günorta)

6500*K

Buludlu havada günəş işığı



8000*K

Mavi səma

Soyuq (gözlə görünən 

mavi rəng çaları)




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə