Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə17/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

49

sini  önəmli  dərəcədə  dəyişsəniz  də,  uzaq  obyektlər,  demək  olar,  əvvəlki 

yerlərində qalacaq.

• Kameranın  yerləşmə  hündürlüyünü  dəyişmək  lazımdır.  Adətən,  kameranı 

aşa ğı saldıqca, ön plandakı əşyalar daha çox nəzərə çarpmağa başlayır. Di­

gər tərəfdən kameranı azacıq qaldırdıqda, həmin əşyalar planın alt tə rəfinə 

sıxılmış  kimi  görünür  və  bəzi  hallarda,  ümumiyyətlə,  kadr  çərçivəsindən  

kə narda qala bilər.

• Başqa  bucaqlı  obyektiv  götürmək  lazımdır?  Əgər  genişbucaqlı  obyektivlə 

çə kiliş aparsanız, kadra düşən əşyalar onlardan uzaqlaşdıqca çox sürətlə ba­

laca görünməyə başlayır. Beləliklə, genişbucaqlı obyektivdən istifadə etmək  

lazım gələrsə, nisbətlərini almaq üçün kamera ilə ön planda yerləşən əş yalar 

arasındakı məsafəni tənzimləməklə elə edə bilərsiniz ki, obyekt əs lin də ol­

du ğundan qat­qat  kiçik və ya qat­qat uzaqda görünsün.

Dördbucaqlı obyektlərdən istifadə zamanı bunların əksi baş verir. Əşyaların 

nisbət ölçüləri, aradakı fərqi dəyişəndə də təxminən əvvəlki kimi qalır. Hətta 

kifayət qədər uzaqda yerləşən əşyalar da xeyli yaxın görünür.

Beləliklə,  münasib  bucaqlı  obyekt  seçmək  və  rakursu  dəyişmək  yolu  ilə  

kadrdakı nisbətləri yetərincə önəmli ölçülərdə dəyişə bilərsiniz.

Qruplaşdırma (birləşdirmə)

Görüntüdə çox sayda müxtəlif əşya varsa, onlar istənilən halda, o vaxt yaxşı 

görünür ki, necə gəldi ekrana səpələnməsin, mümkün olduğu qədər qrup laşdı­

rılsın. Əşyaları qruplaşdırmaqla vahid, həm də yığcam görüntü təəssüratı yara­

nır.  Çox  vaxt  çəkilişin  aparıldığı  istiqaməti  diqqətlə  seçmək  hesabına  qrup­

laşdırma effektinə nail olmaq mümkündür. Hətta əşyalar arasındakı məsafə bö­

yük olsa belə, bu effekt alına bilər.

Kameranın “baxış nöqtəsi” (rakurs)

Obyektə görə kameranın yeri bu obyektin necə görünməsinə və hansı tə əs­

sürat oyatmasına güclü təsir edir.

Obyekt kadrda nə qədər kiçik görünərsə, o dərəcədə əhəmiyyətsiz sayılır və 

həmin obyektin ayrı­ayrı detallarını sezmək daha çətin olur. Bu zaman obyek­

tin əhatəsi – fonu daha çox nəzərə çarpır. Nəticədə, seyrçinin diqqəti obyektin 

özündən tamamilə onun “əhatəsinə” yönələ bilər.

İri planla çəkilmiş kadrlar obyekti bir daha sezdirməyə imkan yaradır. An­

caq bu zaman çalışmaq lazımdır ki, həmin obyekt ekranda çox iri görünməsin, 

çünki  bu  halda  o,  üzücü  təəssürat  oyadacaq.  İri  planda  çəkilmiş  kadrlar  çox 

vaxt real miqyasını itirərək, seyrçini böyüdülmüş məkanın əsl ölçü və nisbət lə­

rini unutmağa məcbur edir.

Hər  hansı  obyektə  yuxarıdan  aşağı  baxanda,  aşağıdan  yuxarı  baxdığımız 

qə dər  iri  görünmür.  Kameranın  göz  səviyyəsindən  azacıq  yuxarıda,  yaxud 




50

aşağıda  yerdəyişməsi  çəkiliş  obyektinin  yaratdığı  təəssüratı  da  dəyişdirməyə 

qadirdir, hərçənd əksər hallarda çox iti şaquli bucaq altında çəkiliş zamanı ifrat 

dramatik effekt alınır.



Təhriflər (yanıltmalar)

Bilərəkdən edilən təhriflər mahir operator üsullarından sayılır. Məsələn, ge­

nişbucaqlı  obyektiv  balqabaqdan  kəsilmiş  sifəti  dəyişdirib  elə  tanınmaz  hala 

sala bilər ki, bundan qorxunc bir effekt alınar. Amerikada Bütün Müqəddəslərin 

Bayramında adətən balqabaqdan o cür fiqurları düzəldirlər. Yenə həmin obyek­

tivin köməyi ilə ona nail olmaq mümkündür ki, dörd­beş ağac bütöv bir meşə 

kimi görünsün. Ancaq fikir vermək lazımdır ki, yerinə düşdü­düşmədi əşyaların 

formasını tam tanınmaz hala salmasın. Misal üçün, hər hansı tarixi bir binada 

divarın  yuxarısından  asılmış  bir  şəkil  çəkə  bilərsiniz  və  ola  bilsin  ki,  həmin 

şəkli  dördbucaqlı  obyektivlə,  həm  də  yan  tərəfdən,  iri  planda  çəkmək  is tə­

yirsiniz ki, əks şüalardan və ya şəklin qabağını kəsən əşyalardan qaçasınız. O 

şəkli, əlbəttə, çəkəcəksiniz, ancaq nəticəsi necə olacaq? Orijinala çox az oxşa­

yan yastı­yapalaq və əyri­üyrü bir görüntü alacaqsınız!

Darısqal otaqda çəkiliş zamanı, əşyaların bir­birinə çox yaxın görünməməsi 

üçün, yəqin ki, genişbucaqlı obyektivdən istifadə etmək lazım gələcək. Ancaq 

diqqətli  olun!  Çox  mümkündür  ki,  otaq  inanılmaz  dərəcədə  böyük  görünsün. 

Kadra  adamlar  düşəndə  isə  genişbucaqlı  obyektiv  onları  yekə  burunları  olan 

daz baş gonbullara çevirsin.



§10. Montajın öncədən düşünülməsi

Ardıcıllıq

Hər dəfə kameranı növbəti çəkilişə hazırlarkən gələcək montajı da düşünün. 

Əks halda uzaqlaşdırılması heç cür mümkün olmayan cürbəcür fraqmentlər çə­

kəcəksiniz. Misal üçün, çəkiliş nöqtəsini dəyişərək hərəkəti təkrar lentə alan da, 

tez­tez belə hallar baş verir:

• düzgün olmayan rəng hərarəti (görüntünün mavi, yaxud sarımtıl rəng ça lar­

ları var);

• qeyri­kəskin fokus;

• kamera yanlış obyekti fokusa götürür;

• kamera dayanıqlı deyil, yerində əsir (yorğunluq, şiddətli külək);

• üfüqi xətti əyilib;

• kadra düşən adamın başının üzərindəki boş yer ya çox kiçikdir, ya da çox 

bö  yük;

• kadrdakı adamın ayaqları, yaxud təpəsi “kəsilib”;

• görüntüdəki adam kadr çərçivəsinə söykənib, yaxud həmin çərçivədə otu rub;

• obyektin ölçüsü düzgün seçilməyib (əməlli­başlı nəzərdən keçirmək istə yən­

də, obyekt ya çox uzaq görünür, ya da hədsiz dərəcədə yaxınlaşır);



51

• bir­birini əvəz edən planlar həddindən çox bir­birinə bənzəyir;

• başqa rakursda məkan kameraya keçsə də, plan əvvəlki ölçüdə qalıb;

• kamera qeyri­münasib hündürlükdə qurulub;

• qeyri­münasib sayda çoxlu uzaq və yaxın planlar var;

• bütün obyektlər planın mərkəzində yerləşir;

• səmanın görüntüsü kadrda həddən çox yer tutur;

• planlar qruplaşdırılmayıb (ayrıca görünən obyektlərin sayı hədsiz dərəcədə 

çoxdur);

• çəkiliş obyektinin qarşısı kəsilib (ön planın müdaxiləsi);

• nəsə  əsas  obyektdən  diqqəti  yayındırır  (başqa  obyektlər,  fon,  nəyi  isə  ey­

ham la bildirən adamlar);

• arxa plan diqqəti yayındırır;

• arxa plandakı əşyalar, sanki adamların başından peyda olur;

• planlar çox qısadır (yaxud çox uzundur);

• hərəkətin başlanğıcı çəkilməyib;

• yekəltmə və xırdalatma planlarından sui­istifadə;

• panoram  zamanı  kameranın  dönüşündə  tullanmalar,  hədsiz  tələskənlik 

duyulur və ya kamera gərəkli obyektdən “yan ötür”;

• diktorun göz cizgilərinin yeri yüngülcə dəyişdirilib (elə təsəvvür yaranır ki, 

görüntü “yerindən oynayıb”, dayanıqlı deyil);

• kadrdakı  adam,  çəkilən  əşyaları  çaşdırır  (onların  qarşısını  kəsir,  yerlərini 

dəyişdirir).

Ən geniş yayılmış səhvlər bunlardır:

• hərəkətin bir hissəsinin çəkilməməsi;

• müxtəlif nöqtələrdən  çəkilmiş planlarda hərəkətin üst­üstə düşməməsi;

• bir plandan başqasına keçərkən hərəkət istiqamətinin dəyişdirilməsi;

• növbələşən planların ölçülərinin həddindən çox fərqlənməsi və ya fərqlən­

mə  məsi;

• hərəkət edən obyekt kadr arxasına çıxır və daha sonra elə eyni tərəfdən növ­

bəti plana daxil olur;

• ardıcıl  planlarda  fasiləsizliyi  pozan  fərqlər  nəzərə  çarpır;  məsələn,  eyni 

adam gah gözlükdə, gah da gözlüksüz, ayrı­ayrı pozalarda, müxtəlif üz ifa­

dələri ilə cürbəcür geyimdə görünür.

Montajı necə asanlaşdırmaq olar?

Çəkiliş prosesində sonrakı montajı müxtəlif üsullarla asanlaşdırmaq müm­

kündür (montajı nəzərə almaqla çəkiliş).

Planları son həddində qısaltmağa çalışmayın:

• lentin üzərində montaj üçün “ara” qalmasından ötrü hərəkətin başlanğıc və 

so  nunu həmişə artıqlaması ilə çəkin. Yalnız hərəkət anının çəkilişi ilə ki fa­

yətlənməyin;




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə