Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə15/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

43

• əsas obyekti digərlərindən arxa plana atmaq;

• rəng və ya işıq­kölgə kontrastından faydalanmaq;

• kompozisiya perspektivindən istifadə etmək;

• obyekti kadrda daha yuxarıda yerləşdirmək;

• obyekti işıqla vurğulamaq (parlaq, ləkə, kəskin kölgələr).



Görüntünü sezə bilmirəm

Çəkiliş  obyektini  qəribə,  müəmmalı,  özünəbənzəməz  şəkildə  göstərmək 

istəsəniz, yayğın işıqdan istifadə edə bilərsiniz. Ancaq bir qayda olaraq, tələb 

edilir  ki,  obyektə  yaxşıca  göz  yetirməyə  imkan  verilməlidir,  xüsusən  söhbət 

nümayiş üçün nəzərdə tutulan çəkilişlərdən gedirsə.

Bəzən seyrçiyə göstərmək istədiyiniz şeyi, o nə qədər axtarsa da, görməyə 

bilər. Belə hallardan qaçmağa çalışın. Bir də görürsən ki, kadr uzaq planda çə­

kilib, ya da nəsə obyektə kölgə salıb, yaxud seyrçinin mütləq oxumalı olduğu 

lövhəcikdə  kiminsə  barmağı  olub.  Detalları  göstərməkdən  ötrü  yaxın  mə sa­

fədən çəkilən planlar çox yaxşı sayılır. Ancaq çox iri plan hərdən imkan vermir 

ki,  seyrçi  bütövlükdə  əşyanı  görsün.  Məsələn,  elə  kadr  çəkmək  olar  ki,  dişli 

çarxın cəmi bir neçə dişi görünsün. Bu kifayət deyil, dəzgahın necə işlədiyini 

anlamaq üçün daha çox şey görməliyik.

Hədsiz işıqlandırma, yaxud ifrat işıqlandırma da qorxuludur (şəkil 36). Bu 

sə bəbdən parlaq əşyalar ifrat parlaq, ya da tam solğun – rəngsiz görünə bilər. 

Bü tün  bunlar  aydın  həqiqətdir  və  həmişə  göz  qabağındadır.  Ancaq  nədənsə 

vaxtaşı rı belə problemlərlə üzləşirik və bu problemləri həll etməyə ça lış ma lı yıq.

Şəkil 36. Obyektin kadrda sezdirilməsi 

1. Anlaşıqsız kompozisiya. 

2. Daha iri göstərin. 

3. Çəkiliş nöqtəsini dəyişin. 

4. Dərin kəskinliyi dəyişin. 

5. Obyekti dolanıb keçin. 

6. Kontrastı oynadın. 

7. Kompozisiya perspektivi. 

8. Obyekti kadrın yuxarısında yerləş­

di rin. 

9. Obyekti işıqla sezdirin. 



§9. Görüntünün kompozisiyası

Nəzəriyyə və təcrübə

Qırxayaq haqqında qədim bir lətifə var. Bir gün ondan soruşurlar ki, birinci 

hansı  ayağını  irəli  atacağını  nədən  bilirsən?..  O  çağadək  özü  üçün  sakit  bir 

həyat yaşayan qırxayağın dincliyi pozulur; bu suala cavab axtararkən dığırlanıb 

arxa  düşür  və  bir  daha  o  arxdan  çıxa  bilmir.  Kompozisiya  qaydalarını  işdə 



44

sınamaq istəyəndə, çoxumuz həmin qırxayaq vəziyyətində qalırıq, qaydalar da 

qəliz görünür, bu qaydalardan irəli gələn min cür məhdudiyyət də! Artıq video­

istehsalatdan ləzzət ala bilmirsən və adama elə gəlir ki, nəsə riyazi əməliyyatla 

məşğuldur.

Gəlin  “qaydalar”ı  yaddan  çıxarıb,  düşünək  görək,  ekranda  izlədik ləri miz­

dən nəyi xoşlayır və nəyi bəyənmirik. Beləcə, bilməyimiz vacib olan kompo­

zisiya prinsiplərini də üzə çıxarıb öyrənəcəyik.



Qısa plan

Hər hansı hərəkətsiz görüntünü tutalım, kitabdakı şəkil slaydın ekran üzə­

rindəki  proyeksiyasını,  yaxud  muzeydə  asılan  rəsmləri  gözdən  keçirərkən, 

dayanıb, nəyəsə ayrıca diqqət yetirə bilərik. Onu əməlli­başlı istədiyimiz qədər 

seyr etməyimiz mümkündür. Tele və kinoteatrdakı kadrları tələsmədən, dü şü­

nə­düşünə nəzərdən keçirməmək, sadəcə, mümkün deyil. Hər bir plan çox tez 

bir zamanda görünür, bir an çəkir, uzağı, yarım dəqiqə çəkərək, başqa planla  

əvəz edilir. Hər bir planın müəyyən mənası olmalıdır. Hər bir plan dərhal təəs­

sürat oyatmalıdır.

Darıxmağa nə məcbur edir?

Kadrı darıxdırıcı edən nədir? Göstərilənlərə münasibətinizdən çox şey asılı­

dır. Baxdığınız kadrda şəxsən sizi maraqlandıran heç nə yoxdursa, gördüyünüz 

adamların harada olmaları, nə  etdikləri sizin vecinizə də deyilsə, hər hansı kadrı 

çıxsanız,  çıxacaq.  Məhz  buna  görə,  yaxından  tanımadığınız  adamların  mə zu­

niyyət vaxtı çəkdiyi slaydlar onların özünə maraqlı gəlir, amma sizə bir elə yox.

Tutalım, kadrda yeknəsəq okean səthini göstərmək olar. Darıxdınız? Ancaq, 

misal üçün, belə bir şərhdən də faydalanaq. “Bu təhlükəli yerdə çoxillik fə da­

kar axtarışlardan sonra, dalğıclar daş­qaşla yüklənmiş ispan gəmisisni tap dı lar” 

–  ekranda  elə  bir  şey  görməsək  də,  artıq  görüntüyə  başqa  gözlə  ba xa cağıq! 

Belə  şeylərlə  həmişə  qarşılaşacaqsınız.  Uyğun  şərh  olmasa,  bənzər  kadr lara 

baxan seyrçini bircə anın içində mürgü basardı. Ancaq maraq oyat dığı və çox 

qısa sürdüyü üçün bu kadrlar diqqəti cəlb edərək özündə saxlayır. Deməli, hər 

hansı planın cəlbediciliyi qismən həmin kadrda nəyin göstəril mə sindən, qismən 

söhbətin nədən getməsindən və qismən də seyrçini maraqlandıra bilmək dərə­

cəsin dən asılıdır.

Çılpaq səhranı təsvir edən kadr adamı çox tez usandıra bilər; ancaq seyrçi 

uzaqda, nə isə hərəkət edən balaca əşyanı sezərək, bu onun marağını artıracaq. 

Bəs həmin planı bir  müddət saxlasanız nə baş verəcək? Adətən, maraq azalır. 

Ancaq başqa bir şəraitdə eynən belə planı izləyən seyrçilər səbirsizliklərindən 

oturduqları  yerdən  dik  atılaraq,  hansı  səyyahın  sağ  qaldığını  tezcə  bilmək 

istəyəcəklər.




45

Əgər kadrda diqqətəlayiq çoxlu obyekt varsa, seyrçinin nəzəri ora­bura qa ça­

raq nəyin üzərində dayanacağını bilməyəcək. Kadrda xeyli az obyekt olanda isə 

onlara maraq tezliklə sönəcək. Kadrda diqqəti çəkən heç bir vizual vurğu yox­

dursa,  seyrçinin  baxışları  “avara­sərgərdan”  qalacaq,  ancaq  əsas  obyekti  yan­

yörəsindən  ayırıb  göstərməklə  hər  şeyi  yerbəyer  edə  bilsəniz,  seyrçi  diq qə tini 

həmin obyektə cəmləşdirərək, fikrini lazım olmayan şeylərə yayın dır ma ya caq.

Qeyri-adi planlar

Bəzən  adam  “yoldan  çıxar”,  nəsə  diqqəti  saxlayan  və  hamını  mat  qoyan 

qeyri­adi, orijinal və kəskin bir plan çəkmək istəyir. Güclü dramatik və ya ko­

mik effektə nail olmaq lazımdırsa, genişbucaqlı obyektivlə xeyli təhrif edil miş 

perspektiv çəkmək, çox aşağı rakursda çəkiliş aparmaq, qəribə və fantastik gö­

rüntülər  almaq  çox  yaxşı  yoldur. Ancaq  qeyri­adi  çəkiliş  nöqtələri  görüntünü 

qeyri­adi etmir, elə öz­özlüyündə də diqqəti cəlb edir. Nəticədə real çəkiliş ob­

yektindən diqqət yayınır.



Kadr çərçivəsi

Teleekranın üfüqi xətt üzrə uzanan düzbucaqlı forması var. Bir çox əşyalar 

bu formaya çox yaxşı uyuşur. Bu səbəbdən onları çox iri planda çəkərək, ekranı 

başdan­başa  tuta  bilərik. Ancaq  bəzi  obyektlər  ekrandan  ötrü  xeyli  hündür  ola 

bilər. Buna görə də onları tam şəkildə kadrda göstərmək üçün ya uzaq planda 

çəkmək,  ya  da  hissə­hissə  lentə  almaq  lazım  gəlir.  Bu  zaman  onları  panoram 

çəkilişlə, yaxud ayrı­ayrı iri planların ardıcıl montajı yolu ilə göstərmək gərək dir. 

Obyekt ekrana yerləşməyəndə, bəzən kadra uyuşdurmaq üçün elə çəkiliş nöqtəsi 

seçməlisən ki, kamera onu yuxarıdan aşağı, ya da aşağıdan yuxarı gös tərməlidir. 

Əgər  çəkiliş  obyektinə  çox  yaxın  dayanmısınızsa,  bu  obyektin  bir  hissəsi 

“kadr arxasında” qalır, “kəsilir”. Televiziya cihazlarının əksəriyyəti görüntünün 

rastrdakı (teleekrandakı işıqlı sətirlər) maksimum ölçünü verə bildiyindən (hə­

min cihazlar o cür sazlanır), təsvir planlarının qıraq­bucağı kəsilib atılır. Se yr­

çini çox vacib sayılacaq bir şeyi, məsələn, titrlərin görməsini istəyirsinizsə, gə­

rək çəkiliş planını elə qurasınız ki, bu titrlər və ya hər hansı digər vacib detal 

ekranın  “təhlükəsizlik  zonası”na  düşsün.  Görüntüsünü  lentə  aldığınız  adamın 

başı, əlləri və yaxud ayaqları tamamilə ekranın çərçivəsindən kənarda qalarsa, 

nəticədə  ekssentrik,  çox  qəribə  olacaq. Ancaq  həmin  planı  adamın  yalnız  bir 

hissəsinin çərçivədən “çıxması” şərti ilə azacıq sıxışdırsanız, kifayət qədər təbii 

bir kadr alınacaq. Əyilərək hər hansı dirəyə söykənmiş adamın görüntüsündə 

qeyri­adi heç nə yoxdur. Ancaq həmin adamı, sanki ekranın qırağına söykə nil­

miş kimi çəkə bilərsiniz o xeyli gülməli görünəcək.

Teleekrandakı  görüntünün  hansı  təəssürat  oyadacağına  kadr  çərçivəsinin 

təsirini izləmək maraqlıdır. Əgər çəkdiyiniz planda obyekt başdan­başa ekranı 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə