Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə18/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

52

• mümkün  olan  yerlərin  hamısında  sürətli  panoram  “dayandırılmış”  (statik) 

planla başlayıb, həmin planla da bitirin;

• bədii  çəkilişlər  zamanı  (hərəkət  sizin  üçün  təkrar  edə  biləcəkləri  çə ki liş­

lərdə)  hər  yeni  fraqmenti  bundan  əvvəlki  fraqmentin  bitdiyi  söz  və  hərə­

kətdən başlamaq məqsədəuyğundur.



Ehtiyat montaj materialı:

• həmişə ara planlar üçün material çəkməyə çalışın. Bu planlar ətraf şəraiti, 

hadisə yerinin ümumi görüntüsünü, olay şahidlərinin reaksiyasını və s. əks 

etdirir;


• spesifik reaksiyalı kadrların gərəkli olub­olmaması barədə düşünün (təs diq­

ləyici, yaxud inkaredici hərəkətlər və s.);

• montaj  zamanı  seçməyə  imkan  verməkdən  ötrü  bəzən  eyni  sahəni  həm 

yavaş,  həm  də  sürətli  tempdə  çəkmək  fayda  gətirir  (məsələn,  yavaş  pa no­

ram, sürətli panoram).

Çıxdaş məhsul (brak):

• hər hansı plan uğursuz alınıbsa, bu lentin üzərindən yeni kadrlar çəkməyin 

(yəni uğursuz planları lentdən pozmayın), onun bəzi hissələri montaj vaxtı 

gərəyiniz ola bilər;

• hadisənin ardıcıl çəkilişi pozulubsa, bəzən onu lap əvvəlindən yenidən lentə 

almaq  daha  yaxşıdır.  Digər  hallarda  kameranı  başqa    bucaq  altında 

yerləşdirib  (və  ya  planın  ölçüsünü  dəyişib),  səhvə    yol  verdiyiniz  andan 

başlayaraq çəkilişi davam etdirmək mümkündür (“qapılmış plan”).



Ümumi planlar:

• hətta  axırda  sizə  gərək  olmasa  da,  çəkilişə  həmişə  olay  yerinin  ümumi 

ekspozisiyası planından başlayın (“ünvan plan”ndan);

• əvvəlcə  olay  səhnəsini  bütövlükdə  əhatə  edən  ümumi  plan  çəkilişindən 

başlamağa cəhd göstərməklə, olayı təkrar çəkin.



53

III FƏSİL. İŞIQLANDIRMA

İşıqlandırmanın fiziki xassələri

Çəkilişi harda aparırsan apar – istər studiyada, istər meşədə, yaxud cər ra­

hiyyə əməliyyatı otağında, istərsə balıqçı gəmisində, işığın fiziki xassələri eyni 

cür dəyişəcək.

Yeri gəlmişkən, bundan heç də o nəticə çıxmır ki, studiya çəkilişindən yaxşı 

baş açan adamın studiyadankənar işıqla bağlı əlavə biliklərə ehtiyacı yoxdur. 

Əslində,  natura  çəkilişləri  zamanı  işıqlandırma  prinsiplərinə  gərəyincə  yiyə­

lənmək  üçün  həmin  adam  hər  şeyi  yenidən  öyrənməlidir.  Məsələn,  studi ya­

dankənar  prodüserlər  çəkilişin  vizual  imkanları  haqqında  alışdıqları  təsəv­

vürlərə  yenidən  baxmalı  olurlar.  Studiyadan  fərqli  olaraq,  naturada  hərəkəti 

kameranın  standart  hündürlüyü  çərçivəsinə,  əvvəlcədən  qurulmuş  deko rasi­

yalara,  yaxud  qaydaya  salınmış  işıq  partiturasına  uyğunlaşdırmağa  ehtiyac 

yoxdur.  Planlara  daha  böyük  dürüstlük  və  baxımlılıq  qazandırmaq  üçün  te le­

çəkiliş studiya şəraitinə getdikcə az bel bağlayır. Studiyadankənar, istehsal za­

manı  eynən  studiyadakı  işıq  qaydalarından  və  nəzarət  işığı  vasitəsilə  gərəkli 

işıq effektləri yaratmaqdan istifadə edilsə də, şərt və şərait, avadanlıq və zaman 

tamamilə dəyişir.

Ümumiyyətlə,  studiyadankənar  çəkilişləri  iki  tipə  ayırmaq  mümkündür: 

xəbər proqramları üçün material istehsalı (xəbərlərin elektron üsulla toplanması 

və ya videojurnalistika) və bitkin proqram, yaxud onların seqmentlərinin (böl­

mələrinin)  yaradılması  (studiyadankənar  videoistehsal).  Ayrılıqda  hər  tip  na­

turada  çəkiliş  materialla,  daha  başqa  yerdə  çəkilib  toplanmış  materialın  bir­

ləşdirilməsini nəzərdə tutur.

Xəbər  proqramlarında  gördüyümüz  keyfiyyətsiz  planlar  hamıya  yaxşı  ta­

nışdır: bənövşəyi rəngli reportyor arxa plandakı yaşımtıl adamlar haqqında nə 

isə  danışır.  Belə  görüntü  seyrçini  elə  əsəbiləşdirir  ki,  reportyorun  nə  barədə 

danışdığını  yadda  saxlaya  bilmir.  Deməli,  studiyadankənar  çəkilişlər  zamanı 

işığı elə qurmaq lazımdır ki, belə xətalara yol verməyəsən və minimum xərclə 

ümidini  doğrultmağı  öyrənəsən.  Əgər  işıqlandırma  texnikası  rəng  və  görün­

tünün laboratoriyadakı, konfrans zalındakı, sinifdə və yaxud evdəki seyr çi lər­

dən ötrü eyni dərəcədə məqbul saydırmaq bacarığından ibarətdirsə, işıqlan dır­

ma  məharəti  seyrçi  qavrayışına  estetik  təsir  göstərməkdə,  materiala  gərəkli 

münasibət oyatmaq qabiliyyətindədir. Bank çekini, monometr şkalasını və ya 

avtomobil dayanacağını çəkərkən, obyektdən müəyyən məsafədə kameraya də­

qiq görüntü almağa imkan verən işıq təminatı yetərlidir. Ancaq seyrçiləri ma­

raqlandırmaq  və  diqqətini  saxlamaq  üçün,  baxıb  əvvəllər  seçmədikləri  şeyi 

görməkdə onlara kömək etməlisiniz. Buna nail olmaqdan ötrü hadisə yerini və 

zamanını  səciyyələndirən  detalları  göstərmək,  insanların  qarşılıqlı  müna si bət­

lərinin və ya onların əşyalara münasibətini ifadə etmək, faktura və şəraiti əks 

etdirmək əlverişli yollardır.  




54

§11. Əsas işıqlandırma

Əsas işıq

Xatırladığınız kimi, teleötürücü boru və ya yün­

gül rabitə cihazı (YRC)  çəkilən səhnədən əks etdi­

rilən işığı elektrik videosiqnal enerjisinə çevirmək 

yolu ilə televiziya görüntüsünü yaradır. Bu prosesi 

gerçəkləşdirməkdən  ötrü  ka meraya  çəkiliş  zamanı 

müəyyən  qədər  minimal  miqdarda  işıq  tələb  olu­

nur. Ka me  ranın normal fəaliyyəti üçün zəruri olan 

işıq  minimum  əsas  işıqlanma  və  ya  minimal  işıq­

lan ma dərəcəsi adlanır. Beləliklə, minimal işıq lan­

ma dedikdə hər hansı səhnənin kameraya gö rüm  lü 

olmasından ötrü zəruri sayılan işıq miqdarı, yaxud 

işıq gücü nəzərdə tutulur.

Təəssüf  ki,  telekameralar  insan  gözü  qədər  iti 

görmür. İnsan gözü ka me ranın ötürücü borusundan 

qat­qat  həssasdır  və  təsviri  görmək  üçün  ona  az  işıq  lazımdır.  Bu  səbəbdən 

gözlə görülən səhnələr bəzən kamera üçün çox qaranlıq və ya həddindən artıq 

kontrastlı olur.

İnsan gözü kamera ilə müqayisədə işığa fərqli reaksiya verdiyindən, işığın 

mexaniki üsulla ölçül məsi və düşən işığın obyekti yaxşı görmək üçün kame­

raya yetərli olub­olmamasının müəy yənləş dirilməsi tələb olunur. Bu məqsədlə 

teleistehsalda artıq çoxdan eksponometr adlı cihazdan istifadə olu nur. Ekspo­

nometr kameranın və yaxud yüngül rabitə cihazının ötürücü borusunun işığa­

həssas sət hinə düşən təxmini işıq miqdarını göstərir. Bu miq dar “fut­kandel”lə 

ifadə edilir (bir fut məsafədə olan işıq qaynağı nöqtəsinin bir beynəlxalq səth 

şamı gücündə işıqla işıqlanmasıdır).



Düşən və qayıdan (əks 

etdirilən) işıq

Eksponometrlərdən  istər 

çə kiliş səhnəsinə düşən (buna 

“düşən  işıq”  de yilir),  istərsə 

də çəkiliş səhnəsindən əks et­

di rilən  (buna  “qayıdan  işıq” 

deyilir)  işığın  miqdarını  he­

sab lamaq  üçün  istifadə  olu­

nur.  Düşən  işığı  ölçərkən, 

eks po


  

 nometri çəkilən ob yek­

tin yerinə qoyaraq, növbə ilə 

bütün  işıq  qaynaqlarına  yö­

nəl  dirlər. Bu zaman həmin ci­

Şəkil 39. Obyektə düşən işığı 

ölçmək üçün eksponometr

Şəkil 40. Yuxarıda: Düşən və qayıdan işığı ölçən ekspo­

nometr. Sağda – obyektin üzərinə düşən işığın miqdarı 

(işıqlanma); solda isə qayıdan işığı ölçən eks po nometr

obyektin əks etdirildiyi işığın miqdarı (parlaqlıq dərəcəsi) 

hesablanır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə