Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə16/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

46

tutarsa, adama elə gələcək ki, kadrın çərçivəsi həmin obyektə darlıq edir. Ob­

yektin periferik sahələrinin, yəni yan­yörəsinin “kəsilməsi” üçün bir az ona ya­

xın laşsanız,  hər  şey  qaydasına  düşəcək.  Ekranın  kiçicik  hissəsini  tutacaq  ob­

yekti  çəkəndə  isə,  adamda  elə  təəssürat  oyanacaq  ki,  sanki  həmin  obyekt 

kadrda “itib­batıb”. Əlbəttə, elə hallar olur ki, bədii mülahizələrlə bilərəkdən, 

yük lən miş,  sıxılmış,  yaxud  hədsiz  dərəcədə  geniş  plan  ovqatını  yaratmaq 

istəyir si niz. Ancaq adi, normal planlarda belə olmamalıdır.



1. Kadrın hüdudları: adətən, planın qıraq hissələri 

ekranda itir (ona görə ki, kineskop görüntünü yayıb ge­

nişləndirərkən, bir qədər ağını çıxarır). Mühüm hərə kət 

məqamının və ya subtitrlərin ekrana düşməsi üçün on­

ların  şəkildə  göstərilmiş  təhlükəsiz  zonalarda  yerləş­

məsinə çalışın:

a) Planın kənar sahəsinin 10 faizi hər hansı mühüm 

detal üçün təhlükəli zonadır.

b) Planın kənar sahəsinin 20 faizi hərəkətin gös tə ril­

məsi üçün qorxusuz, subtitrlərdən ötrü qorxulu zo nadır.

c) Planın daxili sahəsinin 80 faizi titrlər üçün təhlü­

kə siz zonadır.



2.  Adamlar  kadrda:  insan  fiqurunu  göstərərkən, 

kadr hüdudlarının bu fiquru məhz bədənin “oynaq yer­

lərindən” kəsməsinə imkan verməyin. Kadr o vaxt daha 

yaxşı alınır ki, onun hüdudları insan bədəninin har dasa 

ara  yerlərindən  keçsin.  Ona  da  çalışın  ki,  çək diyiniz 

adam  kadrın  çərçivəsinə  “söykənməsin”  və  ya xud  düz 

çərçivənin üstündə oturmasın.

3.  “Darısqal”  kadrlar:  çəkiliş  obyektinin  həd din­

dən artıq iri götürsəniz, kadr buna darlıq edəcək, jest və 

hə rəkətlər  üçün  yer  qalmadığından,  önəmli  məlumat 

kadra düşməyə də bilər.

Kadrın  üst  qırağından  çəkilən  adamın  qulağınadək 

olan  məsafəyə  fikir  verin.  Boş  yer  yetməyəndə  elə  tə­

səv vür yaranır ki, sanki çərçivə yuxarıdan adamı sıxır. 

Te lecihazın ekranda isə qu lağın üstü “kəsilə” bilər. Adamın başından yuxarıda 

həddindən  çox  yer  qalanda  isə  planın  tarazlığı  pozulur.  Bundan  başqa  həmin 

plan seyrçinin diqqətini ya yın dıra bilər.



Uyuşqan planlar

Uyuşqanlıq  duyğusunun  gündəlik  həyatımızda  mühüm  önəmi  var.  Et di­

yimiz hər işdə, hətta teleistehsalatda da, bunun bu duyğudan instinktiv olaraq 

faydalanırıq.  Bu  duyğunun  rolunu  göstərmək,  bunun  haqqında  söz  açmaq 

Şəkil 37. Kadrın çərçivəsi



47

asandır və kamera ilə beşcə dəqiqə işləməyiniz yetər ki, tarazlıq duyğusunun 

kadrlarınızın  kompozisiyasına  necə  təsir  etdiyini  anlayasınız.  Çox  şey  gərək 

deyil, xırda bir əşya, məsələn, şüşə qab, yaxud bir qalaq kitab götürüb boş ma­

sanın  üstünə  qoyun,  ancaq  elə  edin  ki,  həmin  obyekt  ekranın  hündürlüyünün 

təx minən üçdəbiri qədər yuxarı qaldırılsın və görüntünün tən ortasında olsun.

Şəkildə bu sınağı əyani surətdə göstərir, ancaq öz monitorunuzdakı nəticə­

lər daha inandırıcı görünəcək. Belə yerləşdirmə sxemi haqqında nə deyə bilər­

siniz? Çox güman, deyəcəksiniz ki, bu kompozisiya kifayət qədər orta sə viy­

yəli, statistik və xeyli darıxdırıcı görünür.

Şəkil 38. Görüntünün tarazlığı. Yuxarıda: Kadrdakı ən sadə əşyanın vəziyyəti həmin kadrın 

tarazlığını dəyişə bilər ki, görüntünün ağırlıq mərkəzini yuxarıya, aşağıya və ya kənara 

tərəf də yişsin. Aşağıda: Kadrda (1) müvazinət yaratmaq üçün eynikütləli obyekti bu kadrın 

əks küncündə (2) yerləşdirsək və ya müvazinətsiz obyekt qrupunu kadrın mərkəzinə (3) 

çəkmək olar. Ancaq çəkilən qrup daim kadrın mərkəzində qərar tutacaqsa, görüntü yek­

nəsəq olacaq, başqa obyektlər daxil etməklə plana tarazlıq gətirəcək, seyrçi diqqətinin par­

çalanmasına (4) fikir vermək lazımdır.

Kameranı bir qədər aşağı əyin. İndi şüşə qab kadrın yuxarı hissəsində ola­

caq və onun altındakı boş yer o dəqiqə gözə çarpacaq. Görüntünün üst hissəsi 

az­maz ağırlıq edəcək. Kameranı yuxarı qaldırın və elə edin ki, şüşə qab kadrın 

lap aşağı hissəsində qalsın. İndi isə bu qabın üzərindəki boşluq gözə çarpacaq 

və kadrın aşağı hissəsi ağırlıq edəcək. Beləliklə, obyektin kadrdakı hün dür lü­

yü nü görüntünün şaquli tarazlığına, bundan yaranan təəssürata necə təsir et di­

yi ni görürük.

İnsan fiqurunu çəkən zaman bu hal ayrıca önəm verir. Əgər adamın başı ilə 

görüntünün üst hüdudu arasında kifayət qədər yer saxlamasanız, elə təsəvvür 

yaranacaq ki, sanki kadr çərçivəsi adamı sıxır. Həddindən çox yer saxlayanda 

isə, bu diqqəti daha çox cəlb edəcək və seyrçi  həmin yerdə nə olduğunu gör­

mə  yə cəhd göstərəcək. 

Bu səbəbdən adamları çəkərkən, onların başının üstündə boş yer qalmasına 

fikir vermək lazımdır. Uzaq planda çəkiliş zamanı başın üzərində kifayət qədər 

çox  yer  qalır,  açıq  kameranı  obyektə  yaxınlaşdırdıqca,  bu  yer  uyğun  şəkildə 

azalmağa başlayır. Təxmini ölçüdən istifadə etmək mümkündür, elə etmək olar 

ki, çəkilən adamın gözləri həmişə kadrın yuxarı hüdudundan təqribən ekranın 




48

hündürlüyünün üçdəbiri qədər aşağıda yerləşsin. Ancaq özü nüz də görəcək siniz 

ki, insan başının üzərindəki boş məkanın ölçüsünə kadrın üst hissəsində olan 

hər şey təsir göstərir.



Uyğunlu uyuşma

Yaxşı oturmuş, yəni müvazinətli görüntünü nəzərdən keçirərkən görürük ki, 

belə planlar sabit və ya dayanıqlı təsir bağışlayır. Digər tərəfdən, ölçü­biçi göz­

ləməyən planlarsa ötərilik, qeyri­müəyyənlik duyğusu oyadır. Bəlkə də sizə elə 

o cür effekt lazımdır. Qeyri­sabit və yarımçıq  görüntü gərginlik və dramatizmi 

artırır. Əgər təsvir simmetrik deyilsə, tarazlıq kadrın kənar hüdudlarına, yaxud 

yuxarıya sarı pozulubsa, buna nail olmaq asandır. Ancaq, bir qayda olaraq elə 

kadrlar  çəkməlisiniz  ki,  həcm  ölçü­biçimli  olsun,  həm  də  bitkin  görünsün. 

Sınaqlarımıza, eksperimentlərimizə qayıdaq. Eynən birinci dəfə etdiyimiz kimi, 

obyekti kadrın mərkəzində yerləşdirin və sonra kameranı bir qədər sola çəkə rək 

elə edin ki, obyekt kadrın sağ kənarına tərəf yerini dəyişsin. Əgər kadrda hər 

hansı başqa obyekt yoxdursa, görüntü qeyri­simmetrik alınacaq və mü va zinət 

nöqtəsi  sağa  keçəcək.  Obyektin  kadrın  sol  hüdudunda  olması  üçün  kame ranı 

obyektivin  sağ  tərəfə  yönəldəndə  görüntünün  ağırlıq  mərkəzi,  bütün  ekran 

boyu yerini dəyişəcək. Bu zaman eynən həmin effekt alınacaq. Obyektin ekra­

nın  çox  hissəsini  tutması  üçün  görüntünü  böyütsəniz  (və  ya  obyektə  yaxın­

laşsanız), ekranda əşyanın təkcə ölçüsü deyil, “çəkisi” də artacaq. Obyekt kad­

rın mərkəzindən uzaqlaşdıqca, bu effekt daha  çox nəzərə çarpacaq. 

Əgər kadrda eyni zamanda  bir neçə obyekt varsa, ayrılıqda hər obyektin 

ölçü  və  parlaqlığından  asılı  olaraq  ümumi  təəssürat  dəyişəcək.  Aydındır  ki, 

kameradan uzaqda yerləşən iri obyekt kameranın lap yanındakı kiçicik obyekt­

dən ekranda daha kiçik görünəcək. Kadrda, məhz nisbi ölçülər önəm daşıyır. 

Hər  şey  nisbi  ölçülərdən,  parlaqlığından  və  kadrın  mərkəzinədək  olan  məsa­

fədən asılıdır.

Beləliklə, uğurlu görüntü nisbətinin sirri əsas çəkiliş obyektinin mütləq pla­

nının mərkəzinə aparan yeknəsəq və təkrarlanan kompozisiyalardan qaçır maq­

dadır. Kadra düşən bütün obyektlərin kompozisiyasını dəyişmək, onların nis  bət 

və nisbi parlaqlığını nəzərə almaqla tarazlıq yaratmağa can atmaq lazım dır.



Nisbətlərlə oynamaq

Əşyaların kadrda görünən nisbətlərinin və qarşılıqlı yerlərini çox asanlıqla 

də yişmək olur. Bundan ötrü:

• Obyektlə kamera arasındakı məsafəni dəyişmək lazımdır. Bildiyimiz kimi, 

əşyalar  kameraya  yaxın  yerləşdikcə  ekranda  daha  iri  görünür.  Ön  planda 

yer ləşən əşyaların görünən ölçülərini kameranı yüngülcə qabağa çəkməklə, 

ya xud itələməklə də xeyli dəyişdirmək mümkündür. Düzdür, çəkiliş nöq tə­



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə